Azad İran
5.79K subscribers
36.1K photos
21.9K videos
15 files
9.42K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇦🇿🇮🇷 Azərbaycanın İrandakı səfiri və İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) yanında daimi nümayəndəsi Əli Əlizadə Tehranda yeni baş katib Əsəd Məcid Xan ilə görüşüb

Bu barədə səfir özünün "X" hesabında məlumat paylaşıb.

#Azərbaycan #səfir #İran #İƏT

Kanala abunə olun
🇹🇷 Türkiyə kəşfiyyatı PKK terror qruplaşmasının üzvü olan 🇮🇷 iranlı qadını həbs edib 🔥

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) və polisi İstanbulda keçirdiyi birgə əməliyyat zamanı özünü PKK terror qruplaşmasının Finlandiyadakı məmurlarından biri adlandıran şəxslərdən birini həbs edib.

Məhhnaz Ömər Finlandiyada tutularaq ədliyyə orqanlarına təhvil verilib.
Həbs edilən qadın İran vətəndaşıdır və Finlandiyadakı PKK terror qruplaşmasının ünsürləri arasında koordinasiyaya rəhbərlik edir. (Anadolu Ajansı)

#İran #PKK #Türkiyə

Kanala abunə olun
👍2🥰1
🇮🇷🇱🇧🇮🇱 SEPAH-ın Livandakı əsas qüvvələrindən biri İsrailin dron zərbəsi nəticəsində öldürülüb 🔥

Öldürülən SEPAH zabitinin Xəlil Əl-Meqdad olduğu bildirilir.

خلیل المقدح از نیروهای کلیدی سپاه قدس در لبنان کشته شد

#SEPAH #Livan #İsrail

Kanala abunə olun
👏8🤬1
🇦🇲 Ermənistan XİN rəhbəri yeni təyin olunan 🇮🇷 iranlı həmkarını təbrik etdi: “Tehranla münasibətləri genişləndirməyə hazıram”

İRNA xəbər verir ki, dünən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Abbas Əraqçını İranın xarici işlər naziri təyin olunması münasibətilə təbrik edib.

İranlı həmkarına vəzifəsində uğurlar arzulayan Ermənistan XİN başçısı təbrik məktubunda qeyd edib: “İki dost və qonşu ölkə kimi İran və Ermənistan arasında möhkəm münasibətlərin daha da genişləndirilməsi üçün Zati-aliləri ilə əməkdaşlığa hazıram”.

#Ermənistan #İran #XİN #Abbas_Əraqçı

Kanala abunə olun
🇮🇷🇨🇳 Bloomberg: "İran ən ucuz nefti Çinə satır" 🛢

İran neftinin Çinə gizli satışında Malayzia brokerlərinin payının artmasına toxunan Bloomberg agentliyi İranın ən ucuz nefti Çinin neft emalı zavodlarına satdığını bildirib.

✌️ بلومبرگ: ایران، ارزان‌ترین نفت را به چین می‌فروشد

خبرگزاری بلومبرگ با اشاره به افزایش سهم دلالان مالزی در فروش پنهانی نفت ایران به چین گزارش داده است که ایران ارزان‌ترین نفت را به پالایشگاه‌های چینی می‌فروشد.

#İran #Çin #neft

Kanala abunə olun
1👎1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
YENİLƏNİB

🇮🇷 İranda 🇵🇰 pakistanlı zəvvarları daşıyan avtobusun aşaraq çox sayda insanın ölməsi və yaralanmasına səbəb olan qəzanın daha bir görüntüsü 🔥🚌

Mehr News xəbər verir ki, ötən gecə #Yəzd_əyalətində pakistanlı zəvvarları daşıyan #sərnişin_avtobusu aşıb.

Bununla bağlı, İranın Yol Polisi İdarəsini rəisi general Seyid Teymur Hüseyni deyib: “Yəzd əyalətinin Dehşir magistralında gecə saat 21:48 radələrində pakistanlı zəvvarların olduğu sərnişin avtobusunun #aşması nəticəsində 28 nəfər #ölüb, 23 nəfər isə #yaralanıb”.

Avtobusun aşmasına əsas səbəb əyləc sistemindəki #texniki_nasazlıq və yolun yüksək enişli olması göstərilib.

#İran #Pakistan #zəvvar #avtobus #qəza

Kanala abunə olun
Təbriz və 🇮🇷 Kerman şəhərlərində də narazı tibb işçiləri ölkə boyu davam edən etirazlara qoşulublar 🔥

Xatırladaq ki, İranın və Güney Azərbaycanın müxtəlif şəhərlərində tibb işçiləri bir neçə gündür işi dayandıraraq etiraz tətilinə başlayıblar.

Narazı tibb işçiləri əməkhaqlarının yetərsiz olması və yüksək inflyasiyadan şikayətlənirlər.

چهارشنبه ۳۱ مرداد ۱۴۰۳
تبریز
فیلم دیگری از تجمع اعتراضی پرستاران در تبریز
و کرمان

#İran #Güney_Azərbaycan #Təbriz #Kerman #etiraz

Kanala abunə olun
🔥1👏1
🇮🇱🇵🇸 Sinvar girovların qaytarılması ilə bağlı sövdələşmənin bir hissəsi kimi toxunulmazlıq zəmanəti tələb edir

HƏMAS-ın Siyasi Bürosunun yeni rəhbəri Yəhya Sinvar, girov götürülən insanların geri qaytarılması ilə bağlı razılaşmanın bir hissəsi olaraq toxunulmazlığına zəmanət tələb edir.
Bu barədə "Ynet" xəbər saytı Misir mənbələrinə istinadən yazır.

Bildirildiyi kimi, bu, razılaşmanın qüvvəyə minməsindən sonra İsraildən Sinvarı aradan götürməməyi tələb etmək deməkdir.

#İsrail #HƏMAS

Kanala abunə olun
🇮🇷 İranda zəlzələ oldu

Sistan və Bəluçestan əyalətində 4,5 bal gücündə zəlzələ baş verib.
Zəlzələ ocağı yerin 10 km dərinliyində qeydə alınıb.

🔴 زلزله‌ ۴.۵ ریشتری در سیستان و بلوچستان

▪️زمین‌لرزه‌ای به بزرگی ۴.۵ ریشتر در عمق ۱۰ کیلومتری بنت در سیستان و بلوچستان را لرزاند.
چهار‌شنبه ۳۱ مرداد ۱۴۰۳

#İran #zəlzələ

Kanala abunə olun
🇮🇷 İranın Bəndər Abbas şəhərində ictimai nəqliyyatda çalışan sürücülər də etiraza qalxıblar 🔥

Bəndər Abbas şəhər rəhbərliyinin binasının önündə toplaşan sürücülər yanacaq kartlarının bloklanmasına etiraz ediblər.

🔴 #تجمع_اعتراضی رانندگان مینی بوس مقابل فرمانداری بندرعباس در اعتراض به قفل شدن کارت سوخت شان
چهار‌شنبه ۳۱ مرداد ۱۴۰۳

#İran #etiraz #yanacaq

Kanala abunə olun
👍1🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 Tehranda bir müddət öncə məcburi hicab bəhanəsilə qadının avtomobilinə hücum edərək ziyan vuran və qadını döyən hökumət muzdlusunun kimliyi bəlli olub 🔥

Həmin şəxsin İsfahandan olan 32 yaşlı SEPAH üzvü Reza Dəyanət olması müəyyən edilib.

▪️مزدور وحشی که چندی پیش در تهران به یک خانم به بهانه‌ی آخوند‌ساخته‌ی حجاب اجباری حمله‌ور شده و ضمن آسیب‌رسانی به ماشین او، وی را مورد ضرب و شتم قرار داده بود، شناسایی شد!

#İran #məcburi_hicab #SEPAH_üzvü

Kanala abunə olun
👍1👎1🔥1
🇮🇷 İranın keçmiş prezidentinin helikopterinin qəzaya uğramasına nə səbəb olub? 🚁

İranın sabiq prezidenti İbrahim Rəisini daşıyan helikopterin qəzaya uğraması ilə bağlı istintaq tamamlanıb və hadisənin sadəcə qəza olduğu elan edilib.
Bu barədə SEPAH-a bağlı "Fars" xəbər agentliyinə İranın xüsusi xidmət orqanlarındakı mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, prezident Rəisinin olduğu helikopterdə sərnişinlərin sayı normadan iki nəfər artıq olduğundan o, lazımi yüksəkliyə qalxa bilməyib və dumanlı havada dağa çırpılıb.
İranın xüsusi xidmət orqanları Rəisi işi üzrə 30 min insanı dindirib, bütün sübutlar helikopterin qəzaya uğramasında insan faktorunun olmadığını göstərir.

#İran #Rəisi #helikopter #qəza

Kanala abunə olun
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇱🇱🇧 Livanın cənubunda Hizbullahın daha iki əsas üzvü İsrail ordusu tərəfindən öldürülüb 🚀

Məhəmməd Ğazi Şahin və Ziyad Həsən Qeşmer Livanın cənubunda Mətmurə bölgəsində həyətlərin birində raket atmağa çalışarkən İsrail dronu vasitəsilə vurulublar.

🔴 دو تن دیگر از اعضای مهم حزب الله لبنان در جنوب این کشور توسط ارتش اسراییل کشته شدند

#İsrail #Hizbullah #dron #Livan

Kanala abunə olun
👍7
🇮🇶 İraq rəsmisi: “🇮🇷 İranlı zəvvarlar Kərbalada çox qalmasınlar”❗️

İRNA xəbər verib ki, İraqın Vasit əyalətinin valisi Məhəmməd Cəmil əl-Miyahi #Ərbəin_yürüşü üçün #İraqa səfər etmiş #iranlı zəvvarlardan #Kərbəlada qalmamalarını və nəqliyyat yükünü azaltmaq üçün dərhal geri qayıtmalarını istəyib.

Məlumata görə, əyalət valisi bildirib ki, indiyədək bir milyona yaxın zəvvar İraqa daxil olub.

O, bildirib ki, zəvvarların İraqa problemsiz daxil olması və #Kərbəlaya göndərilməsi üçün İranla yüksək səviyyədə koordinasiya aparılır.

Bundan öncə İranın İlam əyalətinin valisi Həsən Bəhramnia qeyd edib ki, İran-İraq sərhədindəki Mehran #keçid_məntəqəsindən avqustun əvvəllərindən 1 milyon 300 mindən çox insan İraqa keçib, onların 26%-i isə artıq ölkəyə geri qayıdıb.

#İraq #Kərbəla #İran #zəvvarlar

Kanala abunə olun
😁1
🇮🇶 İraqda ordu ilə 🇮🇷 İrana bağlı proksi qüvvələri arasında silahlı qarşıdurma olub 😱🔥

Ötən gecə #Kərbəla şəhərində İranın dəstək verdiyi Həşd Şəəbi proksi qruplaşmasının üzvləri ilə #İraq_ordusunun qüvvələri arasında silahlı toqquşmalar baş verib.

Məlumata görə, qarşıdurmada hər iki tərəf yüngül #silahlardan atəş açıb.

Qeyd edək ki, hələlik silahlı toqquşmanın səbəbi bəlli deyil. (Araz News)

دیشب در شهر کربلا درگیری‌های سنگینی بین عناصر نیروهای بسیج مردمی (حشدالشعبی) که مورد حمایت ایران هستند و ارتش عراق رخ داد

#İraq_ordusu #İran #proksi #silahlı_toqquşma

Kanala abunə olun
Azad İran
🇮🇷🇱🇧🇮🇱 SEPAH-ın Livandakı əsas qüvvələrindən biri İsrailin dron zərbəsi nəticəsində öldürülüb 🔥 Öldürülən SEPAH zabitinin Xəlil Əl-Meqdad olduğu bildirilir. خلیل المقدح از نیروهای کلیدی سپاه قدس در لبنان کشته شد #SEPAH #Livan #İsrail Kanala abunə olun
🛑 Həbsdə vəziyyəti pisləşən güneyli fəalın xəstəxanaya yerləşdirilməsinə icazə verilmir 😢🤬

Həbs müddətinin başa çatmasına 18 gün qalmış güneyli idmançı-fəal Kərim İsmayılzadə Təbriz zindanında mədə qanaxması keçirib.

Məlumata görə, həbsxananın həkimləri onun xəstəxanaya aparılmalı olduğunu vurğulasalar da, milli fəalın məhkəmə işinə baxan hakim onun müalicə üçün xəstəxanaya yerləşdirilməsinə mane olub.

Qeyd edək ki, bundan öncə də milli fəalın müalicəsi üçün xəstəxanaya aparılmasının qarşısı alınıb. (GADTB)

#Güneyli_fəal #həbs #xəstəlik

Kanala abunə olun
🛑 Güney Azərbaycanda zəvvarları daşıyan avtobus qəzaya uğradı: 20-yə yaxın yaralı var 🚌🔥

İRNA xəbər verir ki, bu gün #Qəzvin_əyalətində Ərbəin zəvvarlarını daşıyan avtobus qəzaya uğrayıb.

Məlumata görə, bununla bağlı Qəzvin əyalətinin Yol Polisi İdarəsinin rəisi polkovnik Fərhad Zakeri Məneş deyib: “Bu gün səhər saat 05:47 radələrində 44 Ərbəin zəvvarını daşıyan avtobus Qəzvin-Rəşt magistralında Kuhin bölgəsində “Nissan” markalı avtomobillə #toqquşaraq aşıb. Nəticədə 15 sərnişin #yaralanıb”.

Onun sözlərinə görə, dörd nəfər dərhal xəstəxanaya aparılıb, digər zərərçəkənlər isə #ambulator_müalicə olunub.

#Güney_Azərbaycan #Ərbəin_zəvvarları #qəza

Kanala abunə olun
1
🇷🇺 Rusiya XİN başçısı yeni təyin olunan 🇮🇷 iranlı həmkarını Moskvaya dəvət edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Seyid Abbas Əraqçının İranın yeni xarici işlər naziri seçilməsi münasibətilə təbrik edib.

Məlumata görə, Rusiya XİN rəhbəri təbrik məktubunda iki dost xalqın maraqlarına, beynəlxalq sülh və təhlükəsizlik sahəsində əməkdaşlığın möhkəmlənməsinə xidmət edən konstruktiv qarşılıqlı fəaliyyətin davam etdirilməsinə ümidvar olduğunu bildirib.

Qeyd olunub ki, Sergey Lavrov sonda iranlı həmkarı Abbas Əraqçını Rusiyada qəbul etməkdən məmnun olacağını diqqətə çatdırıb. (İSNA)

#Rusiya #İran #XİN #təbrik #dəvət

Kanala abunə olun
🤮1