Azad İran
5.78K subscribers
36.1K photos
21.9K videos
15 files
9.42K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇮🇷 İranı tibb işçilərinin etirazları bürüyüb 🧑‍⚕️👩‍⚕️

Bu gün İranın müxtəlif şəhərlərində tibb işçiləri yenidən ayağa qalxaraq etiraz aksiyaları keçiriblər.

Məlumata görə, sosial şəbəkələrdə İranın Abadan, Cəhrom, Nişapur, o cümlədən Güney Azərbaycanın Həmədan şəhərində tibb işçilərinin etiraz aksiyalarından videogörüntülər paylaşılıb.

Bildirilib ki, tibb işçiləri maaşlarının ödənilməməsinə, ağır iş rejiminə etirazlarını dilə gətirib, eləcə də səriştəsiz hökumət rəsmilərinin vəzifələrindən qovulmalarını tələb ediblər. (Araz News)

اعتراض پرستاران در ایران همچنان ادامه دارد

اعتراض پرستاران امروز چهارشنبه 31 مرداد در برخی از مراکز درمانی شهرهای مختلف ایران برای پنجمین روز متوالی ادامه دارد

#İran #tibb_işçiləri #etirazlar

Kanala abunə olun
👏2
🇮🇷 İran hökuməti daha bir güneyli azyaşlını türk adını dəyişdirməyə məcbur edib 🤬

İranın Qeydiyyat İdarəsi Təbrizdə dünyaya gələn azyaşlı uşağa Volkan adına görə doğum haqqında şəhadətnamə verməyib.

Bununla bağlı, uşağın atası Rəhman Azərmey Rad bildirib ki, Qeydiyyat İdarəsi Volkan adının əcnəbi olması və İranın dini və mədəniyyəti ilə heç bir əlaqəsi olmadığı bəhanəsi ilə azyaşlıya doğum şəhadətnaməsi verməkdən imtina edib.

Bildirilib ki, daha sonra azyaşlıya məcbur olaraq Alpay adı seçilib və 19 ay hüquqi mübarizədən sonra bu ada doğum haqqında şəhadətnamə almaq mümkün olub.

Qeyd edək ki, İran hökuməti dəfələrlə türk adlarının təsdiq edilmiş rəsmi adlar siyahısında olmaması bəhanəsi ilə güneyli körpələrə doğum şəhadətnaməsi verilməsinə ciddi maneələr törədib. (GADTB)

#Güney_Azərbaycan #türk_adları
#İran_hökuməti #qadağa

Kanala abunə olun
🤬2👍1😁1
🇮🇷 “İslam Respublikası” qəzeti: Bütün nazirlər təsdiq olunsalar belə, Pezeşkian bu kabinetlə vədlərinə əməl edə bilməyəcək 📰

İranda hökuməti və rəsmiləri tənqid atəşinə tutan “İslam Respublikası” qəzeti yenidən prezident Məsud Pezeşkianı hədəfə alaraq yazıb ki, o, parlamentə təklif etdiyi Nazirlər Kabineti ilə xalqa verdiyi sözləri yerinə yetirə bilməyəcək.

“Fakt budur ki, Pezeşkianın təklif etdiyi nazirlərin hamısı etimad səsi alsalar belə, hazırkı kabinetlə, prezident seçki kampaniyaları zamanı verdiyi sözləri yerinə yetirməyi bacarmayacaq. Kabinet üzvlərinin bir çoxu bir-biri ilə ziddiyyət təşkil edən bəzi siyasi cərəyanlara borcludurlar. Hökumətin daxili problemləri ilə yanaşı, kənarda da yolunda getməyən məsələləri var”, - deyə, qəzet əlavə edib.

Habelə qeyd edilib ki, mövcud olan böyük maneələr hökumətin bütün gücünü, vaxtını və imkanlarını əlindən alacaq və məqsədlərinə çatmasına imkan verməyəcək.

#İran #prezident #vədlər #Nazirlər_kabineti

Kanala abunə olun
🚨 TƏCİLİ

🇮🇷 Tehran üzərində hava məkanı bağlandı ✈️

Bir neçə dəqiqə öncə İran hökuməti #Tehran səması üzərində hava məkanını #uçuşlara_bağlı elan edib.

Bununla bağlı, İran İslam İnqilabı Keşikçilərinin Korpusunun “SEPAHCYBERY” “Telegram” kanalı xəbər verir.

Məlumata görə, Tehranın şərq bölgələrinə #raketin atılması ilə əlaqədar olaraq #uçuşları_qadağan edən #NOTAM (Notice to Air Missions - Hava missiyaları üçün bildiriş, uçuş marşrutu boyunca və ya uçuşa təsir edə biləcək yerdəki potensial təhlükələr barədə təyyarə pilotlarını xəbərdar etmək üçün aviasiya orqanına verilən bildiriş - red.) verilib.

#İran #SEPAH #NOTAM

Kanala abunə olun
😁2
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İranda təklif edilən nazirlərin etimad səslərinin sayılmasına başlanıldı 🗳️

Bu gün #İran_parlamentində 14-cü hökumət tərəfindən təklif edilən nazirlərin #etimad_səslərinin hesablanması prosesi başlayıb.

Məlumata görə, hər bir seçici təklif olunan nazirin xüsusi vərəqədə öz fikrini lehinə, əleyhinə və bitərəf olduğunu qeyd etdikdən sonra vərəqəni müvafiq qutuya salıb.

Bu məqsədlə nazirlərin sayına görə 19 #səs_qutusu quraşdırılıb. (SNN.ir)

فرایند رای گیری و شمارش آراء اعتماد وزرای پیشنهادی دولت در مجلس شورای اسلامی

#İran #nazirlər #etimad_səsləri

Kanala abunə olun
1🤮1
🇷🇺🇦🇿 “Putin Azərbaycandan nə istəyir?”

Tasnim News yazır:

“Moskva #Zəngəzur dəhlizinin açılmasını və #Rusiyanın ona nəzarət etməsini istəyir;

Zəngəzur dəhlizi
#Orta_Dəhlizin bir hissəsi sayılır və əgər Rusiya #Ermənistanda ona nəzarət etsə, faktiki olaraq Orta Dəhlizin real xəttinə nəzarət etmiş olacaq....”.

#Azərbaycan #Rusiya #Zəngəzur

Kanala abunə olun
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İran təyyarəsində 🇬🇧 Londonda eniş zamanı texniki nasazlıq yarandı 🛩️

Dünən “İran Air” aviaşirkətinə məxsus “Airbus 330” təyyarəsi Londonun Hitrou Beynəlxalq Hava Limanına enməzdən öncə hidravlik sistemdə və təkərlərdə texniki nasazlıqla üzləşib.

Məlumata görə, təyyarə səmada iki dəfə dövr vurub və təkər yuvası bu müddət ərzində açıq qalaraq bağlanmayıb və yenidən uçuş zolağına enməyə məcbur olub.

Qeyd olunub ki, təyyarənin texniki nasazlığının aradan qaldırılmaması səbəbindən London-Tehran reysi təxirə salınıb və təyyarə Hitrou hava limanında uçuşa buraxılıb və bu, Londonda parkinq haqqı da daxil olmaqla “İran Air”ə əhəmiyyətli maliyyə itkisinə səbəb olub. (Kayhan London)

#İran #aviaşirkət #təyyarə #nasazlıq

Kanala abunə olun
👍1
SON DƏQİQƏ

🇮🇷 İran parlamenti yeni hökumətin tam tərkibini təsdiqlədi

Bu gün İran parlamenti prezident Məsud Pezeşkianın təklif etdiyi bütün nazirlərin namizədliyini təsdiqləyib. 👇👇👇
Azad İran
SON DƏQİQƏ 🇮🇷 İran parlamenti yeni hökumətin tam tərkibini təsdiqlədi Bu gün İran parlamenti prezident Məsud Pezeşkianın təklif etdiyi bütün nazirlərin namizədliyini təsdiqləyib. 👇👇👇
Bununla da yeni hökumətin nazirləri aşağıdakı səslərlə: 268 səslə Əlirza Kazemi təhsil naziri, 253 səslə Əhməd Dünyamalı idman naziri, 261 səslə İsmayıl Xətib kəşfiyyat naziri, 231 səslə Məhəmməd Atabək sənaye, mədən və ticarət naziri, 272 səslə Abbas Salehi mədəniyyət və İslami İrşad naziri, 221 səslə Hüseyn Simayi elm naziri, 253 səslə Qulamrza Nuri kənd təsərrüfatı cihadı naziri, 222 səslə Mohsen Paknejad neft naziri, 168 səslə Rza Salehi Əmiri mədəni irs naziri, 255 səslə Abbas Əliabadi energetika naziri, 191 səslə Əhməd Meydəri əmək naziri, 264 səslə Səttar Haşemi rabitə naziri, 247 səslə Abbas Əraqçı xarici işlər naziri, 192 səslə Əbdünnaser Hemməti iqtisadiyyat naziri, 268 səslə Əmin Hüseyn Rəhimi ədliyyə naziri, 231 səslə Fərzanə Sadiq yol və şəhərsalma naziri, 163 səslə Məhəmmədrza Zəfərqəndi səhiyyə naziri, 281 səslə Əziz Nəsirzadə müdafiə naziri və 259 səslə İsgəndər Mömini daxili işlər naziri təyin edilib. (Tasnim News)

تمام وزرای پیشنهادی پزشکیان از مجلس رای اعتماد گرفتند

#İran #nazirlər_kabineti #parlament

Kanala abunə olun
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🛑 Təbrizdə maraqlı oğurluq hadisəsi 🚙😱

Bu gün Təbriz şəhərində #avtomobil_kapotunun oğurlanma anları müşahidə kamerlarına düşüb.

Videodan göründüyü kimi, gənc oğlan başqa bir avtomobilin kapotunu yerindən çıxararaq öz avtomobilinə quraşdırıb.

تبریز/کاپوت دزدی؛ شیوه جدید سرقت از خودرو!

#Təbriz #oğurluq

Kanala abunə olun
😁4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Gilan əyalətinin Rəşt şəhərində də tibb işçiləri etiraza qalxıblar 🔥

Etiraz aksiyası keçirən narazı tibb bacıları əməkhaqlarının az olması və iş rejiminin ağır olmasından şikayətlənirlər.

گیلان/ رشت: فیلم دیگری از #تجمع_اعتراضی پرستاران استان گیلان در رشت
چهار‌شنبه ۳۱ مرداد ۱۴۰۳

#Gilan_əyaləti #etiraz #tibb_işçiləri

Kanala abunə olun
👏3😁1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İsfahanda etiraza qalxan fermerlər maraqlı aksiya keçiriblər 🔥😱

Bir neçə gündür əkin sahələrini suvarmaqdan ötrü Zayəndərud çayından istifadəyə qoyulmuş qadağaya görə etiraz aksiyası keçirən fermerlər öz narazılıqlarını mərsiyə deməklə hökumətə çatdırıblar.

اصفهان
عزاداری کشاورزان فلکه خوراسگان در بیست و هفتمین شب تحسین برای بازگشایی آب زاینده‌رود ( ۱۴۰۳/۵/۳۰)

#İran #İsfahan #etiraz #mərsiyə

Kanala abunə olun
👏4😁1
🇦🇿🇮🇷 Azərbaycanın İrandakı səfiri və İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) yanında daimi nümayəndəsi Əli Əlizadə Tehranda yeni baş katib Əsəd Məcid Xan ilə görüşüb

Bu barədə səfir özünün "X" hesabında məlumat paylaşıb.

#Azərbaycan #səfir #İran #İƏT

Kanala abunə olun
🇹🇷 Türkiyə kəşfiyyatı PKK terror qruplaşmasının üzvü olan 🇮🇷 iranlı qadını həbs edib 🔥

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) və polisi İstanbulda keçirdiyi birgə əməliyyat zamanı özünü PKK terror qruplaşmasının Finlandiyadakı məmurlarından biri adlandıran şəxslərdən birini həbs edib.

Məhhnaz Ömər Finlandiyada tutularaq ədliyyə orqanlarına təhvil verilib.
Həbs edilən qadın İran vətəndaşıdır və Finlandiyadakı PKK terror qruplaşmasının ünsürləri arasında koordinasiyaya rəhbərlik edir. (Anadolu Ajansı)

#İran #PKK #Türkiyə

Kanala abunə olun
👍2🥰1
🇮🇷🇱🇧🇮🇱 SEPAH-ın Livandakı əsas qüvvələrindən biri İsrailin dron zərbəsi nəticəsində öldürülüb 🔥

Öldürülən SEPAH zabitinin Xəlil Əl-Meqdad olduğu bildirilir.

خلیل المقدح از نیروهای کلیدی سپاه قدس در لبنان کشته شد

#SEPAH #Livan #İsrail

Kanala abunə olun
👏8🤬1