Azad İran
5.78K subscribers
36.1K photos
21.9K videos
15 files
9.42K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
Azad İran
🇷🇺🇦🇿 “Putin Azərbaycana dəstək verməklə Qərblə qarşıdurmaya can atır” “Etelaabama” saytının eksperti Seyid Nima Musəvi qərəzli yazı dərc edib: “Vladimir Putinin Bakıya səfəri Zəngəzur dəhlizinin açılmasına dəstək vermək və eyni zamanda Azərbaycanın BRİKS…
Birincisi, bu üzvlük Bakının xarici siyasətində böyük dəyişikliyə zəmin yaradır. 1992-ci ildə Minsk prosesi başlayandan, eləcə də 1995-ci ildə Damato sanksiyaları ilə eyni vaxtda “Mazandaran” (Xəzər) dənizinin şərqində yerləşən neft yataqlarına Qərb şirkətlərinin böyük sərmayə qoyduğu vaxtdan bəri Bakının siyasəti İranı cilovlamaq üçün Qərblə müttəfiqliyə yönəlib.

Bu arada, Zəngəzur dəhlizi ilə bağlı qarşıdurmada NATO və Qərbin Paşinyana hərtərəfli dəstək verməsi Azərbaycanın Şərqə baxış siyasətini gücləndirməsinə səbəb oldu.

Digər tərəfdən, Ermənistan və Azərbaycan arasındakı münaqişədə Rusiyanın Bakıya dəstək verməsi Ukraynadakı müharibənin nəticəsidir.

Moskvanın Qarabağ məsələsində Azərbaycana dəstəyi və indi də “Sünik” (Zəngəzur) problemi Qərb üçün yeni münaqişə cəbhələri açmaq siyasətinin davamıdır”.

#Rusiya #Azərbaycan #səfər #Zəngəzur

Kanala abunə olun
🤬1
🇮🇷 İran: “Yəqin ki, 🇮🇱 İsrailə cavab buna ən az ehtimal verdiyi vaxtda və şəraitdə olacaq” 🔥

İSNA xəbər verir ki, dünən #İranın BMT-dəki Nümayəndəliyi #HƏMAS lideri İsmayıl Həniyənin öldürülməsindən sonra Tehranın #İsrailə cavab verəcəyi vaxtı açıqlayıb.

“İranın cavabında iki konkret nəticə olmalıdır. Birincisi, terrora və İranın milli suverenliyinin pozulmasına görə İsrail cəzalandırılmalıdır. İkincisi, İran çəkindirici gücünü möhkəmləndirməli və gələcəkdə istənilən hücumun qarşısını almaq üçün İsraili peşman etməlidir.

Yəqin ki, İranın cavabı elə bir vaxtda, şəraitdə və elə bir şəkildə baş tutacaq ki, İsrail buna ən az ehtimal verəcək. Bəlkə də, gözləri səmada və ya radarlarda olanda yerdən təəccüblənəcəklər, bəlkə də bu ikisinin birləşməsi olacaq”,
- deyə, İranın BMT-dəki Nümayəndəliyi qeyd edib.

#İran #İsrail #cavab

Kanala abunə olun
🥰1
Həbsdə olan güneyli fəala dəstək aksiyası keçirildi 📃

Bu gün Təbrizdə bir qrup milli fəal güneyli #siyasi_məhbus və idmançı-fəal #Kərim_İsmayılzadəyə dəstək məqsədilə şəhərin küçələrində vərəqələr yapışdırıblar.

Milli fəallar Kərim İsmayılzadənin şəkli olan vərəqələrin altına yazıblar:
“Bir millət ki, zülmə baş əyib, o millət yerdədir və azadlığın ona mənası yoxdur!”. (AZOH)

توزیع و پخش گسترده پوستر کریم اسماعیل زاده در شهر تبریز

امروز چهارشنبه ۳۱ مرداد ۱۴۰۳ جمعی از فعالان حرکت ملی آزربایجان در شهر تبریز جهت حمایت از زندانی سیاسی آزربایجان ،کریم اسماعیل زاده، در معابر مختلف شهر تبریز پوستر این فعال سیاسی را نصب کردند.

#Güney_Azərbaycan #milli_fəallar #siyasi_məhbus #dəstək

Kanala abunə olun
1👍1🤬1
🇮🇷 İranı tibb işçilərinin etirazları bürüyüb 🧑‍⚕️👩‍⚕️

Bu gün İranın müxtəlif şəhərlərində tibb işçiləri yenidən ayağa qalxaraq etiraz aksiyaları keçiriblər.

Məlumata görə, sosial şəbəkələrdə İranın Abadan, Cəhrom, Nişapur, o cümlədən Güney Azərbaycanın Həmədan şəhərində tibb işçilərinin etiraz aksiyalarından videogörüntülər paylaşılıb.

Bildirilib ki, tibb işçiləri maaşlarının ödənilməməsinə, ağır iş rejiminə etirazlarını dilə gətirib, eləcə də səriştəsiz hökumət rəsmilərinin vəzifələrindən qovulmalarını tələb ediblər. (Araz News)

اعتراض پرستاران در ایران همچنان ادامه دارد

اعتراض پرستاران امروز چهارشنبه 31 مرداد در برخی از مراکز درمانی شهرهای مختلف ایران برای پنجمین روز متوالی ادامه دارد

#İran #tibb_işçiləri #etirazlar

Kanala abunə olun
👏2
🇮🇷 İran hökuməti daha bir güneyli azyaşlını türk adını dəyişdirməyə məcbur edib 🤬

İranın Qeydiyyat İdarəsi Təbrizdə dünyaya gələn azyaşlı uşağa Volkan adına görə doğum haqqında şəhadətnamə verməyib.

Bununla bağlı, uşağın atası Rəhman Azərmey Rad bildirib ki, Qeydiyyat İdarəsi Volkan adının əcnəbi olması və İranın dini və mədəniyyəti ilə heç bir əlaqəsi olmadığı bəhanəsi ilə azyaşlıya doğum şəhadətnaməsi verməkdən imtina edib.

Bildirilib ki, daha sonra azyaşlıya məcbur olaraq Alpay adı seçilib və 19 ay hüquqi mübarizədən sonra bu ada doğum haqqında şəhadətnamə almaq mümkün olub.

Qeyd edək ki, İran hökuməti dəfələrlə türk adlarının təsdiq edilmiş rəsmi adlar siyahısında olmaması bəhanəsi ilə güneyli körpələrə doğum şəhadətnaməsi verilməsinə ciddi maneələr törədib. (GADTB)

#Güney_Azərbaycan #türk_adları
#İran_hökuməti #qadağa

Kanala abunə olun
🤬2👍1😁1
🇮🇷 “İslam Respublikası” qəzeti: Bütün nazirlər təsdiq olunsalar belə, Pezeşkian bu kabinetlə vədlərinə əməl edə bilməyəcək 📰

İranda hökuməti və rəsmiləri tənqid atəşinə tutan “İslam Respublikası” qəzeti yenidən prezident Məsud Pezeşkianı hədəfə alaraq yazıb ki, o, parlamentə təklif etdiyi Nazirlər Kabineti ilə xalqa verdiyi sözləri yerinə yetirə bilməyəcək.

“Fakt budur ki, Pezeşkianın təklif etdiyi nazirlərin hamısı etimad səsi alsalar belə, hazırkı kabinetlə, prezident seçki kampaniyaları zamanı verdiyi sözləri yerinə yetirməyi bacarmayacaq. Kabinet üzvlərinin bir çoxu bir-biri ilə ziddiyyət təşkil edən bəzi siyasi cərəyanlara borcludurlar. Hökumətin daxili problemləri ilə yanaşı, kənarda da yolunda getməyən məsələləri var”, - deyə, qəzet əlavə edib.

Habelə qeyd edilib ki, mövcud olan böyük maneələr hökumətin bütün gücünü, vaxtını və imkanlarını əlindən alacaq və məqsədlərinə çatmasına imkan verməyəcək.

#İran #prezident #vədlər #Nazirlər_kabineti

Kanala abunə olun