Azad İran
5.78K subscribers
36.1K photos
21.9K videos
15 files
9.42K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇮🇷 İranı tərk etmək istəyən tibb işçilərinin səbəbləri açıqlandı 🧑‍⚕️👩‍⚕️🤔

İranın Miqrasiya Rəsədxanası həkim və digər tibb işçiləri arasında 330 nəfərdən ibarət sorğu keçirib, repondentlərin 55%-i kişilər, 45%-i isə qadınlardır. Bu barədə “Azər Əncümən” “Telegram” kanalı xəbər verir.

Soruya əsasən, iranlı həkim və tibb bacıları 51%-i iş, 33%-i isə təhsil səbəbi ilə ölkədən köçməyi düşünürlər. Tibb işçilərinin 21,5%-i ABŞ, 20% Kanada, 11,7 % Avstraliya, 10,6% Almaniya, 7,4% Britaniya, 28,8% isə digər ölkələrə üstünlük verir.

Qeyd olunub ki, iranlı tibb işçiləri yorucu və gərgin iş və səhiyyə sahəsində əsas rol oynamaqlarına baxmayaraq, gəlir səviyyəsinin dolanışıqlarını kifayət qədər təmin etməyən təbəqələrdən biridir.

Məlumata görə, hər il 3 min tibb işçisi İrandan mühacirət edir. (Azər Əncümən)

#İran #həkim #tibb_işçiləri #mühacirət

Kanala abunə olun
🔥1
🇷🇺🇦🇿 “Putin Azərbaycana dəstək verməklə Qərblə qarşıdurmaya can atır”

“Etelaabama” saytının eksperti Seyid Nima Musəvi qərəzli yazı dərc edib:

“Vladimir Putinin Bakıya səfəri Zəngəzur dəhlizinin açılmasına dəstək vermək və eyni zamanda Azərbaycanın BRİKS-ə üzvlüyünü himayə etmək təlimatı ilə həyata keçirilib. Azərbaycanın BRİCS-ə mümkün üzvlüyü bir neçə cəhətdən əhəmiyyət kəsb edir. 👇👇👇
Azad İran
🇷🇺🇦🇿 “Putin Azərbaycana dəstək verməklə Qərblə qarşıdurmaya can atır” “Etelaabama” saytının eksperti Seyid Nima Musəvi qərəzli yazı dərc edib: “Vladimir Putinin Bakıya səfəri Zəngəzur dəhlizinin açılmasına dəstək vermək və eyni zamanda Azərbaycanın BRİKS…
Birincisi, bu üzvlük Bakının xarici siyasətində böyük dəyişikliyə zəmin yaradır. 1992-ci ildə Minsk prosesi başlayandan, eləcə də 1995-ci ildə Damato sanksiyaları ilə eyni vaxtda “Mazandaran” (Xəzər) dənizinin şərqində yerləşən neft yataqlarına Qərb şirkətlərinin böyük sərmayə qoyduğu vaxtdan bəri Bakının siyasəti İranı cilovlamaq üçün Qərblə müttəfiqliyə yönəlib.

Bu arada, Zəngəzur dəhlizi ilə bağlı qarşıdurmada NATO və Qərbin Paşinyana hərtərəfli dəstək verməsi Azərbaycanın Şərqə baxış siyasətini gücləndirməsinə səbəb oldu.

Digər tərəfdən, Ermənistan və Azərbaycan arasındakı münaqişədə Rusiyanın Bakıya dəstək verməsi Ukraynadakı müharibənin nəticəsidir.

Moskvanın Qarabağ məsələsində Azərbaycana dəstəyi və indi də “Sünik” (Zəngəzur) problemi Qərb üçün yeni münaqişə cəbhələri açmaq siyasətinin davamıdır”.

#Rusiya #Azərbaycan #səfər #Zəngəzur

Kanala abunə olun
🤬1
🇮🇷 İran: “Yəqin ki, 🇮🇱 İsrailə cavab buna ən az ehtimal verdiyi vaxtda və şəraitdə olacaq” 🔥

İSNA xəbər verir ki, dünən #İranın BMT-dəki Nümayəndəliyi #HƏMAS lideri İsmayıl Həniyənin öldürülməsindən sonra Tehranın #İsrailə cavab verəcəyi vaxtı açıqlayıb.

“İranın cavabında iki konkret nəticə olmalıdır. Birincisi, terrora və İranın milli suverenliyinin pozulmasına görə İsrail cəzalandırılmalıdır. İkincisi, İran çəkindirici gücünü möhkəmləndirməli və gələcəkdə istənilən hücumun qarşısını almaq üçün İsraili peşman etməlidir.

Yəqin ki, İranın cavabı elə bir vaxtda, şəraitdə və elə bir şəkildə baş tutacaq ki, İsrail buna ən az ehtimal verəcək. Bəlkə də, gözləri səmada və ya radarlarda olanda yerdən təəccüblənəcəklər, bəlkə də bu ikisinin birləşməsi olacaq”,
- deyə, İranın BMT-dəki Nümayəndəliyi qeyd edib.

#İran #İsrail #cavab

Kanala abunə olun
🥰1
Həbsdə olan güneyli fəala dəstək aksiyası keçirildi 📃

Bu gün Təbrizdə bir qrup milli fəal güneyli #siyasi_məhbus və idmançı-fəal #Kərim_İsmayılzadəyə dəstək məqsədilə şəhərin küçələrində vərəqələr yapışdırıblar.

Milli fəallar Kərim İsmayılzadənin şəkli olan vərəqələrin altına yazıblar:
“Bir millət ki, zülmə baş əyib, o millət yerdədir və azadlığın ona mənası yoxdur!”. (AZOH)

توزیع و پخش گسترده پوستر کریم اسماعیل زاده در شهر تبریز

امروز چهارشنبه ۳۱ مرداد ۱۴۰۳ جمعی از فعالان حرکت ملی آزربایجان در شهر تبریز جهت حمایت از زندانی سیاسی آزربایجان ،کریم اسماعیل زاده، در معابر مختلف شهر تبریز پوستر این فعال سیاسی را نصب کردند.

#Güney_Azərbaycan #milli_fəallar #siyasi_məhbus #dəstək

Kanala abunə olun
1👍1🤬1
🇮🇷 İranı tibb işçilərinin etirazları bürüyüb 🧑‍⚕️👩‍⚕️

Bu gün İranın müxtəlif şəhərlərində tibb işçiləri yenidən ayağa qalxaraq etiraz aksiyaları keçiriblər.

Məlumata görə, sosial şəbəkələrdə İranın Abadan, Cəhrom, Nişapur, o cümlədən Güney Azərbaycanın Həmədan şəhərində tibb işçilərinin etiraz aksiyalarından videogörüntülər paylaşılıb.

Bildirilib ki, tibb işçiləri maaşlarının ödənilməməsinə, ağır iş rejiminə etirazlarını dilə gətirib, eləcə də səriştəsiz hökumət rəsmilərinin vəzifələrindən qovulmalarını tələb ediblər. (Araz News)

اعتراض پرستاران در ایران همچنان ادامه دارد

اعتراض پرستاران امروز چهارشنبه 31 مرداد در برخی از مراکز درمانی شهرهای مختلف ایران برای پنجمین روز متوالی ادامه دارد

#İran #tibb_işçiləri #etirazlar

Kanala abunə olun
👏2