Azad İran
5.78K subscribers
36.1K photos
21.9K videos
15 files
9.42K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇮🇷 İranda 🇵🇰 pakistanlı zəvvarları daşıyan avtobus aşdı: çox sayda ölən və yaralanan var 🚌🔥

İSNA xəbər verir ki, ötən gecə #Yəzd_əyalətində pakistanlı zəvvarları daşıyan #sərnişin_avtobusu aşıb.

Bununla bağlı, İranın Yol Polisi İdarəsini rəisi general Seyid Teymur Hüseyni deyib: “Yəzd əyalətinin Dehşir magistralında gecə saat 21:48 radələrində pakistanlı zəvvarların olduğu sərnişin avtobusunun #aşması nəticəsində 28 nəfər #ölüb, 23 nəfər isə #yaralanıb”.

Avtobusun aşmasına əsas səbəb əyləc sistemindəki #texniki_nasazlıq və yolun yüksək enişli olması göstərilib.

#İran #Pakistan #zəvvar #avtobus #qəza

Kanala abunə olun
👏1
🇵🇸 HƏMAS: “Biz 🇺🇸 Baydenin təklifinin həyata keçirilməsini istəyirik❗️

İSNA xəbər verir ki, HƏMAS-ın Siyasi Bürosunun üzvü Üsamə Həmdan #ABŞ prezidenti Co Baydenin #Qəzza zolağında #atəşkəslə bağlı #təklifinin həyata keçirilməsini istədiklərini açıqlayıb.

O, bildirib ki, HƏMAS hərəkatı Co Baydenin təklifi ilə razılışıb, ancaq ABŞ hökuməti #İsrailin baş naziri Benyamin Netanyahunu razı sala bilməyib.

Üsamə Həmdanın sözlərinə görə, İsrail hökuməti Baydenin təklifində yer alan məsələləri qəbul etməyib.

“Razılaşmada hücumların dayandırılması, #Qəzza_zolağından çəkilmə və yenidənqurma da daxil olmaqla, beş konkret bənd yer almalıdır”, - deyə, Həmdan vurğulayıb.

#HƏMAS #ABŞ #təklif

Kanala abunə olun
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İranda 🇦🇫 əfqan qaçqın dövlət idarəsində işgəncəyə məruz qaldı 😱😢

Dünən Tehran əyalətinin Vəramin bölgəsində Qeydiyyat və Miqrasiya İdarəsində bir əfqan qaçqın #polis tərəfindən #işgəncə#zorakılığa məruz qalıb.

Hadisə yerində olan şahid bildirib ki, əfqan mühacir yaşayış yeri ilə bağlı sözügedən idarəyə müraciət edib və bir neçə dəfə qapını döydükdən sonra məmurlar onu içəri atıblar.

Videodan göründüyü kimi, əfqan qaçqın ağlayaraq yalvarışlarla deyir: “Qurana xatir məni vurmayın! Mənimlə belə davranmayın!”.

Əfqanıstan vətəndaşına işgəncə verən məmur isə deyir: “İndi dəqiq de görüm, nə istəyirsən?” (BBC)

ویدیوهایی که به دست بی‌بی‌سی فارسی رسیده نشان می‌دهد که در ساختمان پلیس مهاجرت و گذرنامه ورامین یک نفر تحت آزار و شکنجه قرار می‌گیرد که گفته می‌شود «یک مهاجر افغان» است.

#İran #Əfqanıstan #qaçqın #işgəncə

Kanala abunə olun
🔥1👏1
🇱🇧 Hizbullah 🇮🇱 İsrailə raket zərbələri endirdi 🔥

İsrail hökumətinə bağlı “Telegram” kanalları xəbər verir ki, bu gün səhər saatlarında #Livan_Hizbullahı İsrail ərazisinə raket hücumu edib.

Məlumata görə, Qolan bölgəsinə 5 raket düşüb, nəticədə çox sayda insan yaralanıb.

حملات موشکی حزب الله به اسرائیل

#Hizbullah #İsrail #raket_hücumları

Kanala abunə olun
👎4👍1
🚨 YENİLƏNİB

🇮🇷 İranda 🇵🇰 pakistanlı zəvvarların dəhşətli qəzasından görüntülər: ölənlərin sayı artdı 🚌🔥😢

Bu gün səhər saatlarında Yəzd əyalətində pakistanlı zəvvarları daşıyan avtobusun aşması ilə bağlı yeni görüntülər paylaşılıb.

Pakistan mediası avtobusun aşması nəticəsində 35 nəfərin öldüyünü açıqlayıb.

Qeyd edək ki, daha öncə İran mediası insident nəticəsində 28 nəfərin həlak olduğunu, 23 nəfərin isə yaralandığını bildirmişdi.

#İran #Pakistan #zəvvarlar #qəza

Kanala abunə olun
😢2
🇮🇷 İranı tərk etmək istəyən tibb işçilərinin səbəbləri açıqlandı 🧑‍⚕️👩‍⚕️🤔

İranın Miqrasiya Rəsədxanası həkim və digər tibb işçiləri arasında 330 nəfərdən ibarət sorğu keçirib, repondentlərin 55%-i kişilər, 45%-i isə qadınlardır. Bu barədə “Azər Əncümən” “Telegram” kanalı xəbər verir.

Soruya əsasən, iranlı həkim və tibb bacıları 51%-i iş, 33%-i isə təhsil səbəbi ilə ölkədən köçməyi düşünürlər. Tibb işçilərinin 21,5%-i ABŞ, 20% Kanada, 11,7 % Avstraliya, 10,6% Almaniya, 7,4% Britaniya, 28,8% isə digər ölkələrə üstünlük verir.

Qeyd olunub ki, iranlı tibb işçiləri yorucu və gərgin iş və səhiyyə sahəsində əsas rol oynamaqlarına baxmayaraq, gəlir səviyyəsinin dolanışıqlarını kifayət qədər təmin etməyən təbəqələrdən biridir.

Məlumata görə, hər il 3 min tibb işçisi İrandan mühacirət edir. (Azər Əncümən)

#İran #həkim #tibb_işçiləri #mühacirət

Kanala abunə olun
🔥1
🇷🇺🇦🇿 “Putin Azərbaycana dəstək verməklə Qərblə qarşıdurmaya can atır”

“Etelaabama” saytının eksperti Seyid Nima Musəvi qərəzli yazı dərc edib:

“Vladimir Putinin Bakıya səfəri Zəngəzur dəhlizinin açılmasına dəstək vermək və eyni zamanda Azərbaycanın BRİKS-ə üzvlüyünü himayə etmək təlimatı ilə həyata keçirilib. Azərbaycanın BRİCS-ə mümkün üzvlüyü bir neçə cəhətdən əhəmiyyət kəsb edir. 👇👇👇
Azad İran
🇷🇺🇦🇿 “Putin Azərbaycana dəstək verməklə Qərblə qarşıdurmaya can atır” “Etelaabama” saytının eksperti Seyid Nima Musəvi qərəzli yazı dərc edib: “Vladimir Putinin Bakıya səfəri Zəngəzur dəhlizinin açılmasına dəstək vermək və eyni zamanda Azərbaycanın BRİKS…
Birincisi, bu üzvlük Bakının xarici siyasətində böyük dəyişikliyə zəmin yaradır. 1992-ci ildə Minsk prosesi başlayandan, eləcə də 1995-ci ildə Damato sanksiyaları ilə eyni vaxtda “Mazandaran” (Xəzər) dənizinin şərqində yerləşən neft yataqlarına Qərb şirkətlərinin böyük sərmayə qoyduğu vaxtdan bəri Bakının siyasəti İranı cilovlamaq üçün Qərblə müttəfiqliyə yönəlib.

Bu arada, Zəngəzur dəhlizi ilə bağlı qarşıdurmada NATO və Qərbin Paşinyana hərtərəfli dəstək verməsi Azərbaycanın Şərqə baxış siyasətini gücləndirməsinə səbəb oldu.

Digər tərəfdən, Ermənistan və Azərbaycan arasındakı münaqişədə Rusiyanın Bakıya dəstək verməsi Ukraynadakı müharibənin nəticəsidir.

Moskvanın Qarabağ məsələsində Azərbaycana dəstəyi və indi də “Sünik” (Zəngəzur) problemi Qərb üçün yeni münaqişə cəbhələri açmaq siyasətinin davamıdır”.

#Rusiya #Azərbaycan #səfər #Zəngəzur

Kanala abunə olun
🤬1
🇮🇷 İran: “Yəqin ki, 🇮🇱 İsrailə cavab buna ən az ehtimal verdiyi vaxtda və şəraitdə olacaq” 🔥

İSNA xəbər verir ki, dünən #İranın BMT-dəki Nümayəndəliyi #HƏMAS lideri İsmayıl Həniyənin öldürülməsindən sonra Tehranın #İsrailə cavab verəcəyi vaxtı açıqlayıb.

“İranın cavabında iki konkret nəticə olmalıdır. Birincisi, terrora və İranın milli suverenliyinin pozulmasına görə İsrail cəzalandırılmalıdır. İkincisi, İran çəkindirici gücünü möhkəmləndirməli və gələcəkdə istənilən hücumun qarşısını almaq üçün İsraili peşman etməlidir.

Yəqin ki, İranın cavabı elə bir vaxtda, şəraitdə və elə bir şəkildə baş tutacaq ki, İsrail buna ən az ehtimal verəcək. Bəlkə də, gözləri səmada və ya radarlarda olanda yerdən təəccüblənəcəklər, bəlkə də bu ikisinin birləşməsi olacaq”,
- deyə, İranın BMT-dəki Nümayəndəliyi qeyd edib.

#İran #İsrail #cavab

Kanala abunə olun
🥰1
Həbsdə olan güneyli fəala dəstək aksiyası keçirildi 📃

Bu gün Təbrizdə bir qrup milli fəal güneyli #siyasi_məhbus və idmançı-fəal #Kərim_İsmayılzadəyə dəstək məqsədilə şəhərin küçələrində vərəqələr yapışdırıblar.

Milli fəallar Kərim İsmayılzadənin şəkli olan vərəqələrin altına yazıblar:
“Bir millət ki, zülmə baş əyib, o millət yerdədir və azadlığın ona mənası yoxdur!”. (AZOH)

توزیع و پخش گسترده پوستر کریم اسماعیل زاده در شهر تبریز

امروز چهارشنبه ۳۱ مرداد ۱۴۰۳ جمعی از فعالان حرکت ملی آزربایجان در شهر تبریز جهت حمایت از زندانی سیاسی آزربایجان ،کریم اسماعیل زاده، در معابر مختلف شهر تبریز پوستر این فعال سیاسی را نصب کردند.

#Güney_Azərbaycan #milli_fəallar #siyasi_məhbus #dəstək

Kanala abunə olun
1👍1🤬1