Azad İran
🇦🇿🇦🇲 “Cənubi Qafqazda sülh və sabitlik “3+3 mexanizmi”nin canlanmasından asılıdır” İSNA yazır: “Cənubi Qafqazın strateji mövqeyi həm qonşular, həm də regiondankənar ölkələr üçün böyük əhəmiyyət kəsb edir. İkinci Qarabağ müharibəsindən sonra Ermənistan və…
İran İslam Respublikası bölgədə maraqları olan ölkələrdən biri kimi mühüm geosiyasi sərhədlərin olmasına görə Cənubi Qafqaz regionunda təhlükəsizliyin və sabitliyin qorunmasının vacibliyini daim vurğulayır. Cənubi Qafqaz regionunun əhəmiyyəti mühüm qonşulardan biri kimi İran İslam Respublikası üçün o dərəcədə böyükdür ki, o, məsələnin regional mexanizmlər çərçivəsində nizamlanmasına çalışır.
Qafqaz üzrə iranlı ekspert Məhəmmədrza Dəmavəndi hesab edir ki, 3+3 mexanizminin fəal şəkildə formalaşdırılması üçün səylər göstərilməlidir, bu mexanizm çoxdandır irəli sürülüb mövcud olsa da, aktiv deyil.
Geosiyasət üzrə professor Əbdürrza Fərəcirad da 3+3 mexanizminin yaxşı plan olduğunu bildirib: “Region ölkələri bir-biri ilə görüşməli və bu sahədə danışıqlar aparmalı, məsləhətləşməlidir ki, həll yolu tapılsın, əks halda problem müharibə və qarşıdurma ilə həll olunmayacaq”.
Onun sözlərinə görə, Rusiya, İran və Türkiyə Qafqaz münaqişəsi ilə bağlı razılığa gəlməli, daha sonra həll yolu üçün digər tərəflərlə çoxtərəfli danışıqlar aparılmalıdır.
İranın Ermənistandakı keçmiş səfiri Seyid Əli Səqqiyan da İSNA-ya müsahibəsində vurğulayıb ki, Cənubi Qafqaz regionunda vəziyyət Rusiya-Ukrayna müharibəsindən təsirlənib və bu təşəbbüs (3+3 formatı) Cənubi Qafqazda sülh və sabitliyin vacibliyini vurğulamaqdan ötrü yenidən irəli sürülüb.
“Burada əsas tərəflər İran, Rusiya və Türkiyədir və onlar bir daha bir araya gəlməlidirlər, lakin görünən odur ki, regionda vəziyyət daha da mürəkkəbləşib və müharibənin davam etməsi ilə sülh və sabitliyin bərqərar olması üçün danışıqlar prosesi dəstəklənməlidir”,- diplomat əlavə edib.
#Azərbaycan #Ermənistan

🇻🇪🇮🇷 Venesuelanın hərbi İran raketlərinin görüntüləri yayıldı
“Etemad Online” saytı yazır ki, Venesuelanın Hərbi Dəniz Qüvvələrinə məxsus JM-16 sürət katerləri “Nəsir” adlı qanadlı raketlərlə təchiz edilib.
Qeyd edək ki, sözügedən raket İran istehsalıdır və 3000 tonluq döyüş gəmilərini məhv etmək üçün nəzərdə tutulub.
Xatırladaq ki, bu yaxınlarda İran hökumətinin rəsmisi Venesuelaya satılan malların pulunu ala bilmədiklərini və dəniz ticarətində bir sıra problemlərin olduğunu vurğulayıb. Lakin dərc edilən görüntülər raket ticarətində heç bir çətinliyin olmadığını göstərir.
#İran #Venesuela #raket #ticarət

❤1👍1😱1
🔴 Güney Azərbaycanın daha bir şəhərində milli fəallar Urmu gölünün müdafiəsinə qalxıblar ✊✌️
Sulduz şəhərində milli fəallar Urmu gölünün vəziyyəti ilə bağlı vərəqələr yaymağa başlayıblar.
Vərəqələrdə yazılıb: “Azərbaycanın incisini qurutmaq insanlığa qarşı cinayətdir!”
برگزاری کمپین فعالان ملی در شهر سولدوز گونئی آزربایجان
#Güney_Azərbaycan #Sulduz #aksiya #Urmu_gölü

👍3
🇦🇿🇦🇲 Ekspert: “3+3 qrupunun danışıqlarının minimum təsiri Qafqazda gərginliyi nəzarətdə saxlamaq və müharibədən qaçmaqdır”
Qafqaz üzrə iranlı analitik Əfife Abedi İLNA-ya müsahibəsində Ermənistan xarici işlər nazirinin Tehrana səfərinin məqsədləri ilə bağlı suala belə cavab verib:
“Ermənistan xarici işlər nazirinin İrana səfərini ikitərəfli və regional münasibətlər prizmasından dəyərləndirmək olar. Amma indiki mərhələdə İran və Azərbaycan arasında münasibətlərdə gərginliyin nəzarət altına alındığını nəzərə alsaq, Ermənistan xarici işlər nazirinin Moskvadakı üçtərəfli görüşdən düz bir gün əvvəl İrana səfəri bu səfərin daha çox regional aspektdən vacib olduğunu göstərir. 👇👇👇

🇦🇿🇦🇲 Ekspert: “3+3 qrupunun danışıqlarının minimum təsiri Qafqazda gərginliyi nəzarətdə saxlamaq və müharibədən qaçmaqdır” Qafqaz üzrə iranlı analitik Əfife Abedi İLNA-ya müsahibəsində Ermənistan xarici işlər nazirinin Tehrana səfərinin məqsədləri ilə bağlı…
Tehran-İrəvan münasibətlərində bir neçə onillik siyasi münasibətlərin təcrübəsi və təhlükəsizlik-geosiyasi mülahizələr iki ölkəni belə bir qənaətə gətirib ki, bu əlaqələrin ikitərəfli və regional səviyyədə qorunub saxlanması və inkişaf etdirilməsi qaçılmazdır və strateji xarakter daşıyır.
Əslində Ermənistan xarici işlər nazirinin İrana səfəri regional mövqelərin uyğunlaşdırılması və yenidən koordinasiya edilməsi və üçtərəfli danışıqlar masasında onun siyasi çəkisinin artırılması məqsədi daşıyırdı.
Təbii ki, bu səfər İranın Moskva danışıqlarındakı rolunu və təsirini də özünəməxsus şəkildə təsdiqləyib. Son bir ildə həm İran, həm də Ermənistan dəfələrlə Qarabağda sülhün bərqərar olmasını və artan gərginliyin qarşısını almaq istədiklərini bəyan ediblər...”.
#Azərbaycan #Qarabağ #Ermənistan

Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 Sistan və Bəluçistan əyalətində yağan güclü sel yağışları insan tələfatına səbəb olub 💦🌊😱😢
Dünən Sistan və Bəluçistan əyalətində yay yağışları və baş verən güclü sel nəticəsində ən azı 5 yanacaq daşıyan tanker sürücüsü ölüb, daha 5 nəfər isə itkin düşüb.
جان باختن دستکم پنج سوختبر و ناپدید شدن پنج تن دیگر در پی بارش های تابستانی و گرفتار شدن در سیلاب در جنوب سیستان و بلوچستان
#İran #Sistan #Bəluçistan #sel

👍1😱1
🇮🇷 İran İnsan Haqları Təşkilatı Xameneyi ilə bağlı etiraz bəyanatı yaydı 📄
Norveçdə yerləşən qeyri-hökumət təşkilatı olan İran İnsan Haqları Təşkilatı Əli Xameneyinin Avropa vətəndaşlarının edam ediləcəyi ilə bağlı hədə-qorxularına etiraz edib və bunu İran rəhbərinin edam hökmlərinin İrandan kənarda genişlətməsi kimi qiymətləndirib.
Bəyanatda deyilir:
"Bu, edam hökmlərinin icrasının İrandan xaricdə də həyata keçiriləcəyi ilə bağlı təhdiddir. Təəssüflər olsun ki, bu ilin may ayında "nikahdan kənar münasibət" ittihamı ilə 1 nəfərin, "müqəddəsləri təhqir etmək" ittihamı ilə isə 2 nəfərin edam edilməsinə beynəlxalq ictimaiyyətin lazımi reaksiya verməməsi İran rəhbərlərini oxşar hökmlər çıxarmağa, hətta Avropa vətəndaşlarını da edam etməklə hədələməyə sövq edib".
Hüquq müdafiəçisi və həmin təşkilatın sədri Mahmud Əmiri Müqəddəm açıqlamasında deyib:
“Dünya ictimaiyyəti 21-ci əsrdə fikir azadlığı səbəbilə insanların edam edilməsinə dözməməlidir”.
#İran #insan_haqları #Xameneyi #bəyanat

👍3😁1
🇮🇷 İranda bir məhbus edam edilib 😱😡
İranda İnsan Haqları Təşkilatı məlumat verir ki, bu gün Hormozqan əyalətinin Bəndər-Abbas şəhərində qəsdən adam öldürməklə ittiham edilən məhbusun edam hökmü icra edilib.
Edam edilən məhbusun adı barədə isə dəqiq bir məlumat yoxdur.
Qeyd edək ki, təşkilat sözügedən həbsxanada daha 2 məhbusun edam hökmünün verilərək təkadamlıq kameraya köçürüldüyünü qeyd edib.
#İran #Bəndər_Abbas #edam #etiraz

🤬1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İranda repressiv qüvvələrlə məcburi hicaba riayət etməyən qadın arasında münaqişə yaşanıb 😱
Dünən iki hökumət muzdlusu bir qadını hicab taxmağa məcbur ediblər.
Qadın isə onların görüntülərini çəkməyə başladıqda ona hücum ediblər.
درگیری بین زن بی حجاب و مزدوران
#İran #məcburi_hicab #münaqişə

👍1🤬1
🇮🇷🇦🇿 İran rejimi Məhərrəmlik mərasimlərindən Azərbaycana qarşı sui-istifadə edir 😡
İranda keçirilən Məhərrəmlik və əzadarlıq mərasimlərində molla rejimi Azərbaycanı İslam əleyhinə olan ölkə kimi tanıdır.
Mərasimlərdə nümayiş etdirilən pankart və plakatlarda “Azərbaycanın 2000 məhbus şiə mücahidinin xatirəsinə”, “Azərbaycan sionist işğalından azad olunsun!” və s. bu kimi sözlər yazılıb. (Axar.az)
#İran #Azərbaycan #Məhərrəmlik

👎4❤1
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İranda məscidlərin birində dava düşüb 🔥🤛
Qeyd edək ki, ölkədə məscidlərdə söyüş, ikinci dəfə yeməyin verilməməsi, nəzir verməmək üstündə qalmaqallar hər gün artır.
دعوا و فحش ناموسی در مسجد بر سر گرفتن پرس دوم غذا و ندادن نذری
#İran #məscid #dava

🔥1
🇮🇷 İranlı sünni din xadimi: “Hakimiyyətin saxlanması üçün insanlar öldürülməməlidir”❗️
Bu gün Zahidan şəhərinin sünni din xadimi Mövləvi Əbdülhəmid cümə namazı xütbəsi zamanı deyib:
“İnsanlar hakimiyyətin saxlanması üçün öldürülməməlidir və heç bir hakimiyyətin mövcudluğu naminə müxaliflərini öldürməyə dəyməz”.
Onun fikrincə, bəzi dövlət rəsmiləri hər şeyi düşmənə bağlayır.
Ali dini liderin (Xameneyi) xalqın qarşısında təkkəbür göstərməməli olduğunu vurğulayan din xadimi əlavə edib ki, dövlətdə nə varsa xalqa məxsusdur.
#İran #molla_rejimi #Mövləvi_Əbdülhəmid #tənqid

🇮🇷 İranın 200 milyonluq təyyarəsinə ciddi ziyan dəyib ✈️
“Kan Nyuz” saytının məlumatına görə, İran Hava Yolları- “HOMA”ya məxsus A300 Airbus sərnişin təyyarəsi Tehranda anqara aparılarkən qəzaya uğrayıb.
Tehranın Xomeyni adına Hava Limanında dövrü yoxlamalardan keçirilərkən təyyarənin qanadı anqarın girişinə toxunub.
Nəticədə təyyarəyə ziyan dəyib.
Qeyd edək ki, həmin təyyarə İranın ən uzun gövdəli hava gəmisidir. Dünya bazarında dəyəri 200 milyon dollar (340 milyon ₼) qiymətləndirilir.
#İran #A300_Airbus #qəza
“Kan Nyuz” saytının məlumatına görə, İran Hava Yolları- “HOMA”ya məxsus A300 Airbus sərnişin təyyarəsi Tehranda anqara aparılarkən qəzaya uğrayıb.
Tehranın Xomeyni adına Hava Limanında dövrü yoxlamalardan keçirilərkən təyyarənin qanadı anqarın girişinə toxunub.
Nəticədə təyyarəyə ziyan dəyib.
Qeyd edək ki, həmin təyyarə İranın ən uzun gövdəli hava gəmisidir. Dünya bazarında dəyəri 200 milyon dollar (340 milyon ₼) qiymətləndirilir.
#İran #A300_Airbus #qəza
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 Molla rejimi İran körfəzini neftlə çirkləndirir 🔥🤬
İranın BƏƏ ilə su sərhədinə bitişik Continental Plateau şirkətinə məxsus Salman neft platformasından neft süzülərək körfəz sularını çirkləndirir.
Buna səbəb səriştəsiz molla rejiminin siyasəti nəticəsində yararsız hala düşmüş infrastrukturdur.
🌕ادامه بی توجهی به آلودگی نفتی در خلیج فارس.در سکوی نفتی سلمان متعلق به شرکت فلات قاره در مجاورت مرز آبی با امارات.
فرسودگی زیرساخت ها در سایه حکومت نالایق یعنی همین
جمعه ۶ مردادماه
#İran #Fars_Körfəzi #neft #çirklənmə

🇮🇷🇦🇿 İranda saxta ittihamlarla mühakimə olunan Azərbaycan vətəndaşı 2,5 ildən sonra azad edildi
İranda İnsan Haqları Təşkilatı — HRANA-nın məlumatına görə, Azərbaycan vətəndaşı, İranda qondarma ittihamla həbs olunan, 31 yaşlı Validə Yusifova sərbəst buraxılaraq Dövlət Sərhəd Xidmətinə təhvil verilib.
Qeyd edək ki, V.Yusifova 2 il 6 aya yaxın idi İranda həbsdə idi.
O, Tehranda bədnam "Evin" həbsxanasının qadınlar bölməsində saxlanılırdı. Xanım Yusifova Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinin mudiri, edam hökmlərinin çıxarılması ilə məşhur olan qəddar hakim Əbülqasim Sələvati tərəfindən saxta “casusluq” və qondarma “narkotik ticarəti” ittihamı ilə mühakimə olunmuşdu.
Xatırladaq ki, azərbaycanlı Fərid Səfərli də saxta casusluqda ittiham olunaraq İranda həbsdə saxlanılır.
#İran #Azərbaycan

Güney Azərbaycanın Əhər şəhərində "Cafe Nino" məcburi hicab bəhanəsilə molla rejimi tərəfindən bağlanıb 🔥😡
Milad Əziminin işlətdiyi “Kafe Nino” Əhər şəhər İctimai İaşə Obyektlərinə Nəzarət İdarəsi tərəfindən bağlanıb.
Buna səbəb kimi obyektin sahibinin məcburi hicabla bağlı müştərilərə xəbərdarlıq etməməsi olduğu bildirilir.
#Güney_Azərbaycan #məcburi_hicab

👍2🤬1
🇮🇷 Tehranda məhərrəmlik mərasimlərinin keçirildiyi küçələrdə məcburi hicabdan imtina edən qadınlar sərbəst gəzirlər 🔥
حضور دختران بدون حجاب اجباری در خیابانهای تهران. شب عاشورا ۱۴۰۲
#İran #məcburi_hicab #mədəni_itaətsizlik

❤4🔥1