Azad İran
4.53K subscribers
31.5K photos
19.4K videos
15 files
9.25K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇮🇷🇷🇺 İranın Moskvadakı səfiri Rusiya rəsmisi ilə görüşüb

“Rəşt-Astara dəmir yolunun tikintisi sürətləndirilməlidir”.

Dünən Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski ilə İranın Moskvadakı səfiri Kazım Cəlalinin görüşündə ikitərəfli əlaqələrin bütün sahələrdə inkişafı, o cümlədən Şimal-Cənub dəhlizinin və Rəşt-Astara dəmir yolunun tikintisinin sürətləndirilməsi məsələləri müzakirə edilib.

Rəşt-Astara xətti Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin quru hissələrini birləşdirəcək. Bu layihənin Moskva, Tehran və Bakının iştirakı ilə tikiləcəyi nəzərdə tutulur.

Qeyd edək ki, İran Xəzər dənizi vasitəsilə də Rusiyaya müntəzəm dəniz reysləri açmağı planlaşdırır və diplomatik missiyasında Rusiya ilə iqtisadi əməkdaşlığını genişləndirmək üçün Azəraycan Respublikası böyük əhəmiyyət kəsb edir (İRNA).

#İran #Rusiya #Azərbaycan #Rəşt_Astara #dəmir_yolu
🇮🇷 İranın Çaharmahal və Bəxtiyari əyalətinin Ərdəl şəhərində daha bir repressiv polis narazı insanlar tərəfindən öldürüldü 🔥👮‍♂

Polis rəisi baş leytenant Əli Şövqinin Ərdəl şəhərində silahlı insident törədən şəxsi həbs edərkən öldürüldüyü bildirilir.

#İran #polis #qətl
👍1
"Azərbaycanla bağlı İran-ABŞ əməkdaşlığı iki ölkə arasında sülh danışıqlarına necə gətirib çıxara bilər?"

"Entekhab" saytı National İnterest nəşrinə istinadla yazır: "Hazırda sülhün qorunmasına dair təkliflər bir-biri ilə birbaşa döyüşən, amma davamlı həllə nail olmaq üçün Azərbaycanı dəstəkləyən Türkiyə və Ermənistanı himayə edən İranın gələcək potensial danışıqlarda iştirakına yönəlməsini labüd edir.

Buna nail olunsa, İran və Türkiyənin gərginlik yaradan addımları azaltmaq öhdəliyi Qarabağda eskalasiyanın daha ciddi münaqişəyə çevrilməsinin qarşısını alacaq. Rusiya sülhməramlıları bölgədə gərginliyin qarşısını almaqda səmərəsiz olduğundan, BMT sülhməramlıları bu vəziyyəti saxlamaq üçün neytrallığın ideal təminatçısıdır.

ABŞ dərk etməlidir ki, o, Türkiyə və İranın qarşıdakı Qarabağ sülh danışıqlarında iştirakından önəmli qazanc əldə edə bilər.

Bu, təkcə bir çox mühüm məsələlər üzrə açıq dialoq üçün imkan yox, həm də Qarabağda davamlı sülhə çatmaq ehtimalını mümkün olan ən yüksək səviyyəyə çatdıra bilər".
🔥1
Bu gün İmam Hüseynin şəhadət günüdür 😢
 
Bu gün məhərrəm ayının 10-u - Aşura günüdür. “Aşura” sözü ərəb dilində “10” rəqəmi deməkdir.
 
Hicri-qəməri təqvimi ilə 61-ci (miladi təqvimi ilə 680) ilin məhərrəm ayının 10-u Kərbəla döyüşlərinin sonuncu günüdür. Həmin gün Neynəva səhrasında İmam Hüseyn və onun 72 tərəfdarı Yezid ibn Müaviyə tərəfindən şəhid edilib. İmamın ailəsi isə əsir götürülüb. Məhərrəm ayının 10-da şəhid olmuş insanların başları döyüşdən sonra nizələrin üstündə İraqın şəhərlərinə aparılaraq, orada nümayiş edilib. Bu, camaatın ibrət alması və xəlifəyə qarşı qiyamdan çəkinməsi məqsədilə edilib. O gündən etibarən hər il Məhərrəm ayı İmam Hüseynə əza ayı kimi qeyd olunur.
 
Hüseyn ibn Əli hicrətin 4-cü ilinin şaban ayının 3-ü Mədinə şəhərində (Səudiyyə Ərəbistanı) anadan olub. İmam Hüseyn Əli ibn Əbu Talibin və Xanım Fatimənin oğlu, Məhəmməd Peyğəmbərin nəvəsi və 12 imamdan üçüncüsüdür.

امروز عاشورا، سالروز شهادت امام حسین (ع) است

#Məhərrəm #Aşura #İmam_Hüseyn
🇮🇷 "Yemək qalıqlarınızı atmayın. Yeməyə qidamız yoxdur"- İranlı ananın fəryadı gündəm oldu 😱😢

İranda əhalinin sosial vəziyyəti getdikcə daha da çətinləşir. Sosial mediada yayılan bir elan İran cəmiyyətini, sözün əsl mənasında silkələyib.

İranlı ana elan paylaşaraq insanlardan yemək qalıqlarını atmamağı xahiş edib.
Elanda yazılıb:

"Yemək qalıqlarınızı atmayın. 4 nəfərlik ailəyik. Yeməyə qidamız yoxdur. Yoldaşım bir müddət əvvəl fəhləlik edərkən belindən xəsarət alıb, artıq işləyə bilmir. Bizi dolandırmaq üçün ailəmizdə başqa işləyən yoxdur".

زن
دگی اسفبار زیر سایه جمهوری اسلامی

#İran #molla_rejimi #ailə #səfalət #elan #yemək
😢2
Azad İran pinned a photo
🇦🇿🇦🇲🇷🇺 Ekspert: "Zəngəzur dəhlizi Ermənistanın parçalanmasına və regionda qeyri-sabitliyə gətirib çıxaracaq"

İran hökumətinə yaxın ermənipərəst ekspert Ehsan Movəhhediyan “Farhikhtegan Daily” saytında yazıb:

“Ermənistanla Azərbaycan arasında sülh danışıqları üç istiqamətdə gedir. Birincisi, ikinci Qarabağ müharibəsindən sonra başlayan və Rusiyanın izlədiyi istiqamətdir. Təbii ki, Rusiya problemin davamlı həll yolunun tapılmasında maraqlı deyil. Çünki Qafqazla bağlı problemlərin yaraya batmış sümük kimi həmişəlik həll olunmamış qalmasını istəyir ki, bölgədə qalması üçün əsaslı bəhanəsi olsun. 👇👇👇
🤮1
Azad İran
🇦🇿🇦🇲🇷🇺 Ekspert: "Zəngəzur dəhlizi Ermənistanın parçalanmasına və regionda qeyri-sabitliyə gətirib çıxaracaq" İran hökumətinə yaxın ermənipərəst ekspert Ehsan Movəhhediyan “Farhikhtegan Daily” saytında yazıb: “Ermənistanla Azərbaycan arasında sülh danışıqları…
Rusiya danışıqlarda müəyyən qədər irəliləyiş əldə etsə də, təxminən bir il bundan əvvəl ABŞ və Avropa Mərkəzi Asiya və Qafqazda daha fəal mövcud olmağa çalışdıqları üçün istəyirlər ki, Ermənistan və Azərbaycan aralarındakı sülh danışıqlarını Qərb platforması vasitəsilə irəli aparsınlar.
Danışıqların bir hissəsi ABŞ-da, digər hissəsi isə Avropada aparılır və bu müzakirələr tamamilə koordinasiya olunur və bir-birini tamamlayır. İki ölkənin xarici işlər nazirləri, Ermənistanın baş naziri və Azərbaycan prezidenti növbə ilə danışıqlar üçün Brüsselə və ya Vaşinqtona səfər edirlər.
Rusiyanın problemi ondan ibarətdir ki, Qafqazla bağlı məsələlərə dair dəqiq strategiyası yoxdur və yalnız problemi həll olunmamış saxlamağa çalışır, qarşı tərəf isə aydın strategiyaya malikdir və kreativ strategiyalardan istifadə edir...".

#Azərbaycan #Zəngəzur #Eənistan
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷🇦🇲 Molla rejimi İranda yaşayan erməniləri kilsələrə, küçələrə çıxmağa vadar edir, onları Azərbaycan Respublikasının ərazi bütövlüyü əleyhinə şüarlar səsləndirməyə sövq edir.🔴

Bundan əlavə, hər il aprelin 24-də ölkədə yaşayan ermənilər İran polisinin müşayiəti ilə küçələrə çıxararaq Türkiyə əleyhinə şüarlar səsləndirirlər.

Türkiyə dövlətinin Tehranın bu təxribatçı siyasətinə qarşı addım atmasının vaxtı çatmayıbmı?

#İran #Ermənistan #Azərbaycan #Türkiyə #şüar #təxribat
🤬3👎1
Azad İran pinned a video
🇮🇷🇦🇲 İrandan Ermənistana qeyri-neft ixracı 38% artıb 🔴

“Təhlil Bazar” saytı məlumat verir ki, bu yaz İrandan Ermənistana qeyri-neft ixracı 335 min tondan çox, 101 milyon 747 min dollar (172 milyon 969 min 900 ₼) dəyərində mal olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 70%, dəyərdə isə 38% artım deməkdir.

Bu barədə İranın Ticarət sənayesi, dağ-mədən evinin inkişafı, beynəlxalq münasibətlər üzrə komitəsinin mətbuat katibi Seyid Ruhullah Lətifi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın İrana səfəri ilə eyni vaxtda deyib.

Onun sözlərinə görə, İrandan Ermənistana qeyri-neft sektorunda ixracat 53% artıb. 2023-cü ilin yazında 38,4% artaraq ötən ilin birinci rübünə bərabər olub.

“Üç milyonluq əhali ilə nisbətən kiçik olmasına baxmayaraq, Ermənistan İranın Avrasiya İqtisadi Birliyinə və Şərqi Avropaya qapısıdır”-deyə, o, əlavə edib.

#İran #Ermənistan #ixrac
🤯1
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 Tehranda zibil qutusuna atılmış körpə tapıldı 😱😢

Tehranın Naziabad küçəsində insanlar təsadüfən zibil qutusundan yeni doğulan körpənin ağladığını eşidiblər.

Daha sonra zibil qutusunun içərisinə baxdıqda, paketin içərisində körpənin olduğunu görüblər.

Onlar Təcili Tibbi Yardıma zəng vuraraq məlumat veriblər.

پیدا شدن نوزاد در سطل زباله در تهران

#İran #Tehran
😱3
🇦🇿🇦🇲 İranlı diplomat: “Azərbaycanla Ermənistan arasında sülh yaranarsa, bu, ermənilərin xeyrinə olacaq”

İranın Azərbaycandakı keçmiş səfiri Mohsen Pakayin özünü sosial media hesabında yazıb:

“Əgər Azərbaycanla Ermənistan arasında sülh yaranarsa, bu, ermənilərin xeyrinə olacaq və Qarabağın erməni azlığının hüquqları qorunub saxlanılacaq və Qarabağla Ermənistan arasında münasibətlər davam edəcək. Ona görə də sülhün əleyhinə olan, müharibəyə təhrik edən şərhlər Qafqaz üçün faydalı deyil”.

#Azərbaycan #Ermənistan
👍1
🇦🇿🇦🇲 “Cənubi Qafqazda sülh və sabitlik “3+3 mexanizmi”nin canlanmasından asılıdır”

İSNA yazır: “Cənubi Qafqazın strateji mövqeyi həm qonşular, həm də regiondankənar ölkələr üçün böyük əhəmiyyət kəsb edir.

İkinci Qarabağ müharibəsindən sonra Ermənistan və Azərbaycan arasında münaqişənin həlli üçün bir çox həll yolları təklif olunsa da, region ölkələri, o cümlədən İran regional əməkdaşlığa və problemin regional aktorların rolu ilə həllinə önəm verir. 👇👇👇
Azad İran
🇦🇿🇦🇲 “Cənubi Qafqazda sülh və sabitlik “3+3 mexanizmi”nin canlanmasından asılıdır” İSNA yazır: “Cənubi Qafqazın strateji mövqeyi həm qonşular, həm də regiondankənar ölkələr üçün böyük əhəmiyyət kəsb edir. İkinci Qarabağ müharibəsindən sonra Ermənistan və…
İran İslam Respublikası bölgədə maraqları olan ölkələrdən biri kimi mühüm geosiyasi sərhədlərin olmasına görə Cənubi Qafqaz regionunda təhlükəsizliyin və sabitliyin qorunmasının vacibliyini daim vurğulayır. Cənubi Qafqaz regionunun əhəmiyyəti mühüm qonşulardan biri kimi İran İslam Respublikası üçün o dərəcədə böyükdür ki, o, məsələnin regional mexanizmlər çərçivəsində nizamlanmasına çalışır.

Qafqaz üzrə iranlı ekspert Məhəmmədrza Dəmavəndi hesab edir ki, 3+3 mexanizminin fəal şəkildə formalaşdırılması üçün səylər göstərilməlidir, bu mexanizm çoxdandır irəli sürülüb mövcud olsa da, aktiv deyil.

Geosiyasət üzrə professor Əbdürrza Fərəcirad da 3+3 mexanizminin yaxşı plan olduğunu bildirib: “Region ölkələri bir-biri ilə görüşməli və bu sahədə danışıqlar aparmalı, məsləhətləşməlidir ki, həll yolu tapılsın, əks halda problem müharibə və qarşıdurma ilə həll olunmayacaq”.

Onun sözlərinə görə, Rusiya, İran və Türkiyə Qafqaz münaqişəsi ilə bağlı razılığa gəlməli, daha sonra həll yolu üçün digər tərəflərlə çoxtərəfli danışıqlar aparılmalıdır.

İranın Ermənistandakı keçmiş səfiri Seyid Əli Səqqiyan da İSNA-ya müsahibəsində vurğulayıb ki, Cənubi Qafqaz regionunda vəziyyət Rusiya-Ukrayna müharibəsindən təsirlənib və bu təşəbbüs (3+3 formatı) Cənubi Qafqazda sülh və sabitliyin vacibliyini vurğulamaqdan ötrü yenidən irəli sürülüb.

“Burada əsas tərəflər İran, Rusiya və Türkiyədir və onlar bir daha bir araya gəlməlidirlər, lakin görünən odur ki, regionda vəziyyət daha da mürəkkəbləşib və müharibənin davam etməsi ilə sülh və sabitliyin bərqərar olması üçün danışıqlar prosesi dəstəklənməlidir”,- diplomat əlavə edib.

#Azərbaycan #Ermənistan
🇻🇪🇮🇷 Venesuelanın hərbi İran raketlərinin görüntüləri yayıldı

“Etemad Online” saytı yazır ki, Venesuelanın Hərbi Dəniz Qüvvələrinə məxsus JM-16 sürət katerləri “Nəsir” adlı qanadlı raketlərlə təchiz edilib.

Qeyd edək ki, sözügedən raket İran istehsalıdır və 3000 tonluq döyüş gəmilərini məhv etmək üçün nəzərdə tutulub.

Xatırladaq ki, bu yaxınlarda İran hökumətinin rəsmisi Venesuelaya satılan malların pulunu ala bilmədiklərini və dəniz ticarətində bir sıra problemlərin olduğunu vurğulayıb. Lakin dərc edilən görüntülər raket ticarətində heç bir çətinliyin olmadığını göstərir.

#İran #Venesuela #raket #ticarət
1👍1😱1
🔴 Güney Azərbaycanın daha bir şəhərində milli fəallar Urmu gölünün müdafiəsinə qalxıblar ✌️

Sulduz şəhərində milli fəallar Urmu gölünün vəziyyəti ilə bağlı vərəqələr yaymağa başlayıblar.

Vərəqələrdə yazılıb: “Azərbaycanın incisini qurutmaq insanlığa qarşı cinayətdir!”

بر
گزاری کمپین فعالان ملی در شهر سولدوز گونئی آزربایجان

#Güney_Azərbaycan #Sulduz #aksiya #Urmu_gölü
👍3