Azad İran
5.66K subscribers
37.7K photos
22.4K videos
15 files
9.47K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇮🇷 İranlı qadın taekvondoçu Almaniyayadan sığınacaq istəyib🥋🔥

İranın Taekvondo üzrə millisinin sabiq üzvü və 2014-cü il Asiya Oyunlarının gümüş mükafatçısı Fatimə Ruhani Almaniyaya sığındığını açıqlayıb.

O, hicabsız fotolarına və etirazçılara dəstək verdiyinə görə dəfələrlə xəbərdarlıq aldığını və polisə çağırıldığını da bildirib.

#İran #taekvando #Almaniya #sığınacaq
👍5👏1
🇮🇷 İranın şəhərlərindən birində divar yazısı:

"Qatil Xameneiyə ölüm olsun!" 🔥

دیوارنویسی در شهر: "مرگ بر خامنه ای قاتل"

#İran #Xameneyi #etiraz
👏4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İranın Zahidan şəhər əhalisi küçələrə axışaraq cinayətkar molla rejiminə qəzəb və nifrətlərini nümayiş etdirən şüarlar səsləndiriblər:

"SEPAH və Bəsic, siz bizim İŞİD-imizsiniz!" 🔥

مردم انقلابی بلوچ در زاهدان به خیابان آمدند و با شعارهای ضد حکومتی از جمله «بسیجی، سپاهی، داعش ما شمایی» انزجار و خشم خود را نسبت به جنایتکاران و قاتلان مردم ایران ابراز کردند.

جمعه ۱۲ خرداد ۱۴۰۲

#İran #Zahidan #etiraz
👏51
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 Tehranın mərkəzində məcburi hicabdan imtina edən gənc qız molla rejiminə qarşı mədəni itaətsizlik kampaniyasına qoşuldu 🔥

Molla rejimi xalq qarşısında artıq acizdir.

تهران - نمایی از بی حجابی سراسری و استیصال جمهوری اسلامی
خرداد ۱۴۰۲
👍42
🇷🇺🇮🇷 Rusiya və İran XİN başçıları görüşüb

Rusiya və İran xarici işlər nazirləri Sergey Lavrov və Hüseyn Əmir Abdullahiyan arasında görüş keçirilib.

Görüş Cənubi Afrika Respublikasında keçirilən BRİCS ölkələri XİN başçılarının toplantısı çərçivəsində baş tutub.

#Rusiya #İran
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 Dünən gecə İranın Kazerun şəhərində Dövlət Yoxlama-Təftiş İdarəsinin binası molla rejiminin hər gün həyata keçirdiyi edamlara cavab olaraq etirazçılar tərəfindən partladılıb 💥🔥

🔻انفجار قوی در ساختمان تعزیرات حکومتی شهرستان کازرون- ۱۲ خرداد ۱۴۰۲
🔥3
🇹🇷🇦🇿🇮🇷 İranlı professor: “Əliyev-Ərdoğan cütlüyündən ehtiyatlı olaq”

“Eco İran” saytı yazır: "Son seçkilərdən sonra Ankara ilə Bakının münasibətləri hansı istiqamətdə hərəkət edəcək və İran hansı siyasəti yeritməlidir?".

Tehran Universitetinin professoru Əli Kalirad bununla bağlı deyib:

“Təkcə Azərbaycan mediası Türkiyə ilə münasibətləri vurğulamırdı, həm də Çavuşoğlu və hətta Ərdoğan kimi insanlar da iki ölkə arasındakı əlaqələri partiya məsələsi kimi qələmə veriblər*.

Kalirad onu da bildirib ki, Kılıçdaroğlu prezident olsa idi, Türkiyənin Cənubi Qafqaz məsələsi ilə bağlı xarici siyasəti ciddi şəkildə dəyişməyəcəkdi.

Ekspertin fikrincə, Ərdoğanın diskurs növü və Əliyevin mövqeyi Türkiyədə artan millətçi diskursla yanaşı, İranı əvvəlkindən də çətin vəziyyətə salacaq və İran tərəfi bu haqda düşünməli və həll yolları tapmalıdır.

#Türkiyə #Azərbaycan #İran
😁4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 Zahidanda etnik bəluç etirazçıların şüarı:

“Nə şahlıq, nə dini rəhbər, 100 illik cinayət”,
“Mövlana Gərgicin bəyanatlarını dəstəkləyirik!”
"Birlik olan xalq heç vaxt məğlub olmayacaq!".
✌️

زا
هدان؛ پلاکارد معترضان بلوچ «سلطنت ولایت یکصد سال جنایت» «از اظهارات مولانا گرگیج حمایت میکنیم»

۱۲ خرداد ماه ۱۴۰۲، زاهدان

ــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــ
مردم متحد هرگز شکست نخواهند خورد
👍6
🇮🇷 İran universitetləri ən şiddətli repressiyaların kölgəsindədir 🔥🤬

Repressiya kölgəsində olan universitetlərdə öyrənciərin xaric edilməsindən tutmuş professorların işdən çıxarılmasına qədər ən xoşagəlməz hadisələr baş verir.

İranda İnsan Haqları Kampaniyası bildirir ki, "Qadın, Həyat, Azadlıq" şüarı ilə etirazlar başlayandan bəri İranda universitet tələbələri və professorları məhkəmənin ən ciddi təhdid və basqıları ilə üzləşiblər.

#İran #universitet #repressiya #molla_rejimi
1
🇮🇷 İranda məscidə gedənlərin sayı kəskin azalıb 🕌

İran Ekspertlər Məclisinin nümayəndəsi Ayətullah Cəfər Sübhani İranda 50 min məscidin istifadəsiz qaldığını deyib. Bu barədə "Rəsa" saytı məlumat yayıb.

O, bunu ölkə üçün faciə adlandırıb və bunun həlli, insanların məscidlərə cəlb olunması ilə bağlı əsaslı mədəni fəaliyyətlərin aparılmasına çağırış edib.

Qeyd edək ki, İran hökumətinin hazırladığı qanun layihəsinə əsasən, cari büdcə ilində 43 dini qurum və dini təbliğat mərkəzinə ümumilikdə 7 trilyon tüməndən çox vəsait ayrılıb.

Xatırladaq ki, İranda mollaların hakimiyyətə gəlməsindən bu günədək ölkədə dindar kəsimin sayı kəskin azalıb. (Gunaz)

آیت‌الله جعفر سبحانی در گردهمایی طلاب گفت: از بین حدود 75 هزار مسجد در ایران، درب تعداد 50 هزار مسجد بسته است.

#İran #məscid
🤮3
🇮🇷🇦🇿 İranın ermənipərəst eksperti Zəngəzuru “saxta dəhliz” adlandırdı

İran hökumətinə bağlı bədnam siyasi şərhçi Ehsan Movəhhediyan “Tvitter”də yenidən Azərbaycan dövlətini qərəzli şəkildə “Bakı” adlandıraraq yazıb:

“Ərdoğan hələ andiçmə mərasimindən əvvəl dəhliz fitnəçiliyinə yenidən başlayıb. “Bakının” Türkiyədəki səfiri TRT-yə müsahibəsində deyib ki, “saxta” Zəngəzur dəhlizinin açılması Türkiyə ilə Bakı arasındakı məsafəni 38 kilometrə qədər azaldıb, Ermənistanın da inkişafına gətirib çıxaracaq! Bu isə Türkiyənin Asiya ilə ticarət əlaqələrinin inkişafı üçün vacibdir. İran çox gec olmadan buna mane olmalıdır!”.

#Azərbaycan #Zəngəzur_dəhlizi #İran
🤮6
🇮🇷 Həbsdə olan güneyli işçi fəalı: İslam Respublikası Beynəlxalq Əmək Təşkilatından çıxarılsın

Tehranın Evin zindanında həbs cəzası çəkən Tehran və Şəhərətrafı Avtobus şirkəti İşçilərinin Həmkarlar İttifaqının azərbaycanlı üzvü Rza Şəhabi, Beynəlxalq Əmək Təşkikatının illik iclasına ünvanladığı məktubda İran hökumətini həmin təşkilatda təmsil edən nümayəndələrinin çıxarılmasına çağırış edib.

Rza Şəhabi iyunun 2-də sözügedən Həmkarlar İttifaqının “Telegram” kanalında dərc olunan məktubda təhlükəsizlik orqanları tərəfindən etirazçı işçilərə göstərilən təzyiqlərə toxunaraq yazıb:

“İranın təhlükəsizlik orqanları təyin etdiyi öz nümayəndələrini müstəqil işçi nümayəndələri adı altında beynəlxalq toplantılara, o cümlədən Beynəlxalq Əmək Təşkilatının iclaslarına ezam edir”. (GADTB)

#molla_rejimi #güneyli_fəal #Rza_Şəhabi #həbs
👍3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 Bəluçistanın azadlıqsevər gənclərinin gündəlik edamlar və həbslərlə bağlı Xameneiyə və bütün cinaykarlara mesajı:

“Biz Bəlucistanda, Kürdüstanda və İranın hər yerində azadlıqsevər gənclərin qətliamını qınayır və bu xəbardarlığı mollalara edirik ki, bütün gücümüzlə son nəfəsimizə qədər soydaşlarımızın yanındayıq və uşaq qatili rejimə qarşı döyüşürük. Biz cavanlarımızın qanını almayana və rejim devrilməyənə qədər dayanmayacağıq. Əmin olun ki, hər bir bəluç gənci öldürüldükdə minlərlə digəri ayağa qalxır.Əlimizin boş olmasına baxmayaraq, qəlbimiz gücümüzdür!”.

Mesajın sonunda “Xameneyiyə lənət, Xameneiyə ölüm olsun, diktatora ölüm, yaşasın Bəluçistan, yaşasın Kürdüstan” şüarları səslənir.


پیام جوانان آزادیخواه بلوچستان به خامنه ای و همه جنایتکاران سر اعدام های و دستگیری های روزانه
لعنت بر خامنه ای، مرگ بر خامنه ای، مرگ بر دیکتاتور، زنده باد بلوچستان، زنده باد کردستان
👏5
🇮🇷🇦🇿🇮🇱 İran mollası Hersoqun Bakıya səfəri haqda: “Sionist rejimlə” əlaqə qurmaq uduzan ata sərmayə yatırmaq kimidir

Fars News xəbər verir ki, Təbriz şəhərinin cümə imamı Seyid Məhəmməd Ali-Haşim dünən cümə namazı xütbələrində İsrail prezidentinin Azərbaycana səfərinə toxunaraq deyib:

“Bütün şərait göstərir ki, Qərb tənəzzül və məhv olmaq yolundadır, Qərb və onun qeyri-qanuni övladı olan “sionist rejimlə” əlaqə qurmaq uduzan at üçün sərmayə yatırmaq deməkdir. Hesab edirik ki, Azərbaycanın müsəlman, dost və qardaş xalqı qəsbkar İsrailin bu addımına cavab verəcək”.

#Azərbaycan #İsrail #İran #molla
🤮2
🇮🇱🇮🇷 İsraildən İrana xəbərdarlıq: "Lazım gələrsə, birbaşa hərəkətə keçərik" 🔥

İsrailin müdafiə naziri Yoav Qallant İranla bağlı açıqlama verib.

Onun sözlərinə görə, artan İran təhdidləri qarşısında hərəkətə keçməli olacaqlar.

"İsrail təhdidlərin güclənməsi, xüsusilə də İranın nüvə proqramı ilə bağlı narahatlığın artması fonunda hərəkətə keçə bilər.
Bizə qarşı təhdidlər güclənir və biz İsrailin bütövlüyünü qorumaq üçün üzərimizə düşəni etməli olacaq"
,-
deyə nazir qeyd edib.

#İsrail #İran
👍4
Əhər şəhərində partlayış baş verib: ölən və yaralananlar var 😢💥🔥

İyunun 2-si axşam saatlarında Güney Azərbaycanın Əhər şəhərinə yaxın Niqarəkub kəndində yerləşən evlərin birində partlayış olub.

Şərqi Azərbaycan əyalətinin Təcili Yardım Mərkəzinin sözçüsü Vəhid Şadiniyanın verdiyi məlumata görə, partlayış nəticəsində bir nəfər ölüb, iki nəfər isə ağır yaralanıb.

O, hadisənin alışdırıcı maddələrin partlaması nəticəsində baş verdiyini qeyd edib. Şadiniya yaralıların xəstəxanaya köçürüldüyünü və vəziyyətlərinin ağır olduğunu bildirib.

اهر؛ وقوع انفجار مهیب در خانه مسکونی

#Güney_Azərbaycan #Əhər #partlayış
🔥1
İran mediası: “İran-Səudiyyə Ərəbistanı razılaşması Əliyevin “ambisiyalarını” cilovlayacaq?”

“Eco İran” saytı qərəzli yazı dərc edib: “Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin normallaşması region, xüsusən də Tehran və Bakı üçün mühüm nəticələrlə müşayiət oluna bilər.

Müşahidəçilərin fikrincə, Tehranla Ər-Riyadın münasibətlərinin yaxşılaşması ilə gərginliyin azalacağı və regionda təhlükəsiz mühitin yaranacağı gözlənilsə də, bu barışdırıcıların regionun güc strukturunu dəyişəcəyi ilə bağlı narahatlıq da var”.

Beynəlxalq Fars Körfəzi İnstitunun araşdırmasına görə, Tarix boyu Azərbaycanın xarici siyasət qərarlarına bir sıra geosiyasi, iqtisadi və təhlükəsizlik amilləri təsir göstərib.👇👇👇
Azad İran
İran mediası: “İran-Səudiyyə Ərəbistanı razılaşması Əliyevin “ambisiyalarını” cilovlayacaq?” “Eco İran” saytı qərəzli yazı dərc edib: “Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin normallaşması region, xüsusən də Tehran və Bakı üçün mühüm nəticələrlə…
Tehranla Bakı arasındakı gərginliyin səbəbləri

İran-Azərbaycan əlaqələri; Bu, mürəkkəb bir əlaqədir və o, həm əməkdaşlıq, həm də rəqabəti əhatə edir. Böyük qonşuları ilə qarşıdurmadan qaçmağın vacibliyini dərk edən Azərbaycan uzun müddətdir ki, Tehran və Ər-Riyadla əlaqələrində balansı qorumağa çalışır.

Eyni zamanda, İranın Azərbaycanın regional rəqibi olan Ermənistanla münasibətləri də Tehranla Bakı arasında gərginliyə səbəb olub.

Sözügedən araşdırma institutunun müəllifinin iddiasına görə, pandemiya başlayandan bəri gərginliklər dönüş nöqtəsinə çatıb, xüsusən də hökm sürən ərazi mübahisələri, diplomatik ritorika və regionun təhlükəsizliyi ilə bağlı narahatlıqlar Azərbaycan və İran arasında münasibətləri son onilliklərdə ən aşağı səviyyəyə salıb.

Azərbaycan, şübhəsiz ki, Səudiyyə Ərəbistanı ilə iqtisadi və təhlükəsizlik əlaqələrini qurmağa çalışacaq, lakin Bakı çox güman ki, öz maraqları və Tehranla münasibətlərindəki gərginlik arasında tarazlıq yaratmağa üstünlük verəcək.
Rusiya da bu arada gərgin rol oynayıb və Ermənistandan sülh müqaviləsini imzalamaqdan və Azərbaycanla sərhədlərinin delimitasiyasından çəkinməyi tələb edib.

Araşdırma institutunun iddiasına görə, indi mübahisəli Qarabağ bölgəsində İrəvanla Bakı arasında gərginliyin artması səbəbindən burada hərbi qarşıdurma qorxusu yaranır. Təbii ki, bu gərginliyin afterşokları Tehrana da təsir bilər.

Azərbaycanın İrandan uzaqlaşmasının mənası
İndiki vəziyyətdə İran sərhədləri bağlamaq, Azərbaycanı anti-İran təşkilatlarını dəstəkləməkdə ittiham etmək kimi müxtəlif yollarla Bakıya təzyiqlər edir. İran Azərbaycanın İsrail və ABŞ-la qarşılıqlı əlaqəsini məhdudlaşdırmaq istəyir, ancaq araşdırma mərkəzinin qənaətincə, tətbiq olunan təzyiqlər əks nəticə verə və Bakını Tehrandan uzaqlaşdıra bilər.

Coğrafi mövqeyinə və neft ehtiyatlarına görə Azərbaycan regionda İsrail və ABŞ-ın strateji müttəfiqi kimi fəaliyyət göstərir və onun mövcudluğu bu iki aktor üçün həyati əhəmiyyət kəsb edir. Ona görə də bu ölkənin İrandan uzaqlaşması Bakını Təl-Əvivə və Vaşinqtona yaxınlaşdıra bilər.

Sonda və Bakı ilə Tehran arasında gedən ritorikaya baxmayaraq, Azərbaycanın Səudiyyə Ərəbistanı və İranla münasibətlərində neytral mövqeyini qoruyacağı gözlənilir. Azərbaycan İranla tarixi və mədəni əlaqələrini yüksək qiymətləndirir. Bu ölkənin Səudiyyə Ərəbistanı ilə ticarət və enerji əlaqələrində də böyük potensialı var. Bu aktor, çox güman ki, öz strateji məqsədlərini həyata keçirir və regional dinamikadan faydalanır”.

#Azərbaycan #Səudiyyə_Ərəbistanı #İran
👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 Gilan əyalətində molla rejiminin cəllad məhkəməsinə hücum edildi 💥🔥

Gilan vilayətinin Rəşt şəhərində etirazçılar tərəfindən ədliyyə orqanlarına hücum və partlayışlar edilib.

رشت
تهاجم و انفجار در قضاییه جلادان خامنه ای در استان گیلان توسط کانونهای شورشی
👍4👏1
🇺🇸🇮🇷 ABŞ “Aber Arvan” şirkəti və onun təsisçilərinə İranda internetin məhdudlaşdırılmasına kömək etdiklərinə görə embarqo qoyub 🚫

ABŞ hökuməti sanksiyaya məruz qalan iki şəxsin, Aber Arvan şirkətinin qurucuları Puya Pirhuseyinli və Fərhad Fatemi olduğunu açıqlayıb.

ABŞ Maliyyə Nazirliyi "Aber Arvan"ın (Arwan Cloud) iki yüksək vəzifəli əməkdaşını və Birləşmiş Ərəb Əmirliyindəki həmin şirkətə bağlı olan müəssisələri İranda interneti məhdudlaşdırılmasındakı rollarına görə sanksiya siyahısına əlavə etdiyini bildirib.

#ABŞ #İran #sanksiya
👏2