Azad İran
5.08K subscribers
32.9K photos
20.3K videos
15 files
9.33K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷İranın İlam əyalətinin Sərable şəhərində azadlıqsevərlər Xomeyni və Xameneyinin də şəkli olan hökumət banerinə od vurublar🔥✌️

سرابله ایلام - تداوم کُنش‌های انقلابی جوانان آزادیخواه با نورانی کردن بنرهای تبلیغاتی جمهوری اسلامی

#İran #İlam #Xameneyi
🔥3👍1
🇮🇷İranın Kərəc şəhərində azərbaycanlı fəallar Beynəlxalq Ana Dili Günü münasibətilə kütləvi şəkildə vərəqələr paylayıblar🤘

Fevralın 21-də paylanılan traktatda: “Neçə dil bilən neçə insandır, Ana dili bilməyən necə insandır?”, “Ana dilimizi qoruyaq!”, “Mən anamı sevirəm, dilini niyə sevməyim?” şüarları yazılıb.

Qeyd edək ki, Beynəlxalq Ana Dili Günü ilə eyni vaxtda azərbaycanlı milli və vətəndaş cəmiyyəti fəalları İranda ana dilində təhsil hüququnun təmin edilməməsinə və milli ayrı-seçkiliyə müxtəlif yollarla, o cümlədən kitab paylanması, qraffiti və divar yazıları və s... ilə etirazlarını nümayiş etdiriblər.

پخش گسترده تراکت به مناسبت روز جهانی زبان مادری توسط فعالین آزربایجانی در کرج

Kanalımıza abunə olun
13
🇮🇷İran mollası: "Vəziyyət o qədər pisdir ki, insanlar mühacirət əvəzinə ölkədən qaçır!"

Bu sözləri Tehran Universitetinin Hüquq fakültəsinin professoru Məhəmməd Əli Əyazi "rouydad24.ir" saytına müsahibəsində söyləyib.

Əyazi, ölkənin zəif iqtisadi vəziyyətinə işarə edərək bildirib: "Vəziyyət o qədər acınacaqlıdır ki, mühacirət əvəzinə demək lazımdır ki, insanlar sakit həyat üçün ölkədən qaçırlar və buna görə də dünyanın bir çox ölkələri anti-İranizm və İranfobiya üzərində qurulub".

Kanalımıza abunə olun
🔥5👍1
🇮🇷🇦🇲İran-Ermənistan sərhədində nə baş verir?

“Fars News” xəbər verir ki, Şərqi Azərbaycanın əyalətinin başçısı Abedin Xorrəm Culfa şəhərinə səfəri zamanı Ermənistanla Norduz və Naxçıvanla Culfa sərhəd terminallarına baş çəkib və bu iki sərhəd-keçid məntəqəsinin fəaliyyəti ilə yaxından tanış olub.

“Norduz sərhədində bizi ciddi narahat edən məsələlərdən biri də avtomobillərin yoxlanılması üçün X-Ray rentgen aparatının quraşdırılmasıdır” deyən vali əlavə edib: “Sevindirici haldır ki, bu ilin yanvarında buna nail olunub və avtomobillərin hərəkətini asanlaşdırmaq, qaçaqmalçılıq yolu ilə gətirilən malların ölkəyə giriş-çıxışının qarşısını almaq üçün sözügedən sistemdən optimal şəkildə istifadə edilməlidir”.

Kanalımıza abunə olun
👍5🤮1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷Molla rejimi Tehran və müqqəddəs Məşhəd şəhərlərində cinsi ticarətə rəvac verir🤬

ترویج تجارت زن در شهرهای تهران و مشهد مقدس توسط رژیم آخوندی

Kanalımıza abunə olun
👍3😱1
🇮🇷🇦🇲İran hökuməti işğalçı Ermənistanla 3 milyard dollarlıq ticarəti hədəfləyir

İrib News xəbər verir ki, İranın sənaye, mədən və ticarət nazirinin müavini Əlirza Peymanpak İran və Ermənistan arasında 3 milyard dollarlıq ticarət hədəflədiklərini açıqlayıb və deyib: “İndi İran Ermənistana ixrac edən ölkələr arasında Rusiya və Çindən sonra üçüncü yerdədir”.

İrəvanda Ermənistan bazarını və İran İslam Respublikasının biznes mərkəzini tanıtmaq məqsədi ilə İranın Ticarətin İnkişafı Təşkilatının sədri Əlirza Peymanpak, təşkilatın Orta Asiya, Qafqaz və Rusiya ofisinin baş direktoru, İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zuhuri, Ermənistanın Tehrandakı səfiri Arsen Avakyan, iki ölkənin səfirliklərinin ticarət müşavirləri, dövlət və özəl sektorun rəsmiləri və iş adamlarının iştirakı ilə bir günlük ticarət seminarı keçirilib.👇👇👇
😁5🤮4👍3👎1
Azad İran
🇮🇷🇦🇲İran hökuməti işğalçı Ermənistanla 3 milyard dollarlıq ticarəti hədəfləyir İrib News xəbər verir ki, İranın sənaye, mədən və ticarət nazirinin müavini Əlirza Peymanpak İran və Ermənistan arasında 3 milyard dollarlıq ticarət hədəflədiklərini açıqlayıb…
Əlirza Peymanpak deyib: “Hazırda bizim Ermənistana ixracımız 437 milyon dollardır və iki ölkə arasında ticarət planına görə 3 milyard dollara çatdırılmalıdır”.

O, İran və Ermənistan arasında son dərəcə əlverişli siyasi əlaqələrə və iki ölkənin hökumətlərinin ticarəti inkişaf etdirmək və Avrasiya ilə azad ticarət sazişi üçün danışıqları başa çatdırmaq əzminə toxunaraq əlavə edib: “Ermənistan bizimlə ümumi sərhədi olan yeganə Avrasiya Birliyinə üzv ölkədir və İranla bu ittifaqın bazarı arasında körpü rolunu oynaya bilər”.

Həmçinin İrəvanda İranın ticarət mərkəzinin yaradılmasını xatırladan nazir müavini qeyd edib: “Ermənistandakı ticarət mərkəzimiz çox fəal və dinamikdir. Biznes mərkəzlərində izlədiyimiz və təbii ki, bu biznes mərkəzinin də sahib olduğu ən mühüm amil hədəf ölkədə güclü, böyük və uyğun tərəfdaşın olmasıdır”.

Kanalımıza abunə olun
🤮4
🇮🇷Tohid İbrahimbəylinin anası: “Huseyniyun” təşkilatını Allah yaradıb

İranda gizlənərək Azərbaycan dövlətinə və onun suverenliyinə, ərazi bütövlüyünə qarşı açıq çağırışlar edən, ölkənin gənclərini hakimiyyətə qarşı təxribata səsləyən “Hüseynçilər” terror təşkilatının SEPAH-ın Qüds qanadının öldürülmüş generalı Qasım Süleymani tərəfindən təyin edilmiş rəhbəri, Azərbaycan vətəndaşı Tohid İbrahimbəylinin anası Sudabə İbrahimbəyli İranda Qasım Süleymaninin xatirəsinə həsr olunmuş tədbirdəki çıxışında cəfəng iddialar səsləndirib: “Hüseyniyun” qruplaşmasını Allah özü yaradıb”.

Sitat: “Harada oluruqsa olaq, orada Həzrət Zeynəbin ziyarətgahı var və biz hər birimiz Qasım Süleymaniyik”.

“Bir vaxtlar İranın canı və İranın özü olmuş bir ölkə (Azərbaycan) indi İran və İslam düşmənlərinin bazasına çevrilib”,-deyə o, Azərbaycana böhtan atıb.

Kanalımıza abunə olun
🤮101
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷Tehranda meyvə aldıqdan sonra qiymətlərin kəskin bahalaşmasından qəzəblənən qadın alıcı deyib: “Lənət olsun İslam Respublikasına, xüsusən də Xameneiyə!”

Kanalımıza abunə olun
👍14🔥1
🇮🇷🇦🇲İranlıların Ermənistana gediş-gəlişinin statistikası: gündəlik 300 yük maşını

“Fars News” xəbər verir ki, İranın Ermənistanla Norduz sərhəd terminalına baş çəkərkən terminalın direktoru Məhəmməd Bayburdi buranı İranın gündəlik 300 yük və 800 sərnişin daşıyan avtomobillərinin keçdiyi ən aktiv terminallardan biri adlandıraraq deyib: “Sözügedən terminaldan sərnişin axını gündə 1500 nəfərə çatır”.

Terminala baş çəkən Şərqi Azərbaycan əyalətinin başçısı Xorrəm Abedinə məlumat verən Bayburdi habelə son bir il ərzində bu sərhəd məntəqəsindən ixrac həcmini 73 milyon dollar qeyd edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 39% artım deməkdir.

Onun sözlərinə görə, son bir ildə Norduz gömrüyündən 266 mindən çox sərnişin keçib və baqaj ticarətinin (sərnişinin özü ilə daşıdığı mallar) həcmini də hesablasaq, İrandan həmin sərhəd terminalı vasitəsi ilə ixracın dəyəri 6 milyon dollardan artıqdır.

Kanalımıza abunə olun
👎3🤮3👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷İranın Fars əyalətinin Firuzabad şəhərində xalqa qan udduran radikal "Bəsic" qüvvələrinin bazası inqilabçı gənclər tərəfindən yandırıldı🔥

به آتش کشیدن پایگاه بسیج در فیروزآباد، استان فارس

Kanalımıza abunə olun
👍6
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷İsfahanda qadın məmur hicaba riayət etməyən balaca məktəbli qızı vəhşicəsinə döyərək al qana bürüdü😢🤬

کتک کاری وحشیانه دانش آموز دختر خردسال توسط آمر به معروف‌ زن در اصفهان

Kanalımıza abunə olun
🤬20👍1
🇮🇷İranın Məşhəd şəhərində taksi sürücüsünün təcavüzü nəticəsində bir ailənin altı üzvü intihar edib😢😡

3 gün öncə Məşhəddə gənc oğlanın intiharından sonra dünən onun 5 nəfərdən ibarət ailə üzvləri də intihara cəhd edib.

Onlardan 4-ü ölüb, 2-si ağır vəziyyətdə tibb məntəqəsinə yerləşdirilib. Evdə tapılan əlyazmasına görə, naməlum şəxs onların namusuna sataşıb.

Xorasan qəzeti yazır ki, dünən səhər saatlarında Şəhid Səlami küçəsində bir ailənin üzvlərinin intihar etməsilə bağlı məlumat aldıqdan sonra şəhərin xüsusi hakimi Sadeq Səfəri həmin evə gedib.

Hakimin sözlərinə görə, iki gənc qız anası ilə birgə qonaq otağının döşəməsinə sərilmiş vəziyyətdə ölüb, digər gənc qız və oğlan da təcili tibbi yardım mərkəzinə aparılıb.

Əlyazmanın məzmunundan məlum olur ki, ailə üzvləri naməlum sürücünün onlara təvavüz etməsi nəticəsində çoxlu həb qəbul edərək intihar ediblər.

Hadisədən 2 gün öncə ailənin kiçik oğlu da eyni motivlə intihar edib.

خودکشی یک خانواده ۶ نفره بخاطر «مزاحمت های ناموسی» راننده یک پراید در مشهد
😱2🤬2
🇮🇷İranda hökumətin 40-a yaxın gizli işgəncə mərkəzi üzə çıxıb🔥

CNN kanalı İslam Respublikası xüsusi təyinatlı qüvvələri tərəfindən işgəncələrə məruz qalan onlarla iranlı etirazçıdan götürdüyü müsahibələrlə bağlı yeni reportajda hökumətin gizli işgəncə mərkəzləri haqqında məlumat əldə edib.

Videoreportajda həmin işgəncə mərkəzlərinin konkret yeri xəritədə dəqiq coğrafi koordinatlarla göstərilib və bu binalarda həbs edilənlərə qarşı təhqir və cinsi təcavüz də daxil olmaqla “ən qəddar” psixoloji və fiziki zorakılıığın həyata keçirildiyi qeyd olunub.

گزارشی تحقیقی از «نزدیک به ۴۰ شکنجه‌گاه مخفی» جمهوری اسلامی

#İran #işgəncə #həbs

Kanalımıza abunə olun
🤬4🔥1