Azad İran
5.08K subscribers
32.9K photos
20.2K videos
15 files
9.33K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇮🇷🇦🇿“Tehran-Bakı münasibətlərindəki soyuqluq Azərbaycanın öz ziyanınadır...”- İranlı diplomat Azərbaycanı hədələdi

“Hamshahri Online” nəşri yazır ki, İranın Azərbaycandakı keçmiş səfiri beynəlxalq ictimaiyyətin İlaham Əliyevin açıqlamalarını qəbul etmədiyini iddia edərək deyib: “Azərbaycan Prezidentinə tövsiyə edirik ki, aldığı yanlış məlumatlar əsasında açıqlamalar verməsin”.

Möhsün Pakayin Azərbaycanın Tehrandakı səfirliyində baş vermiş insidentdən sonra guya prezident İlham Əliyevin İrana qarşı iddialar səsləndirdiyini bildirib: “Görünən odur ki, Əliyev Azərbaycanda İrana qarşı çıxan bəzi ünsürlərin, eləcə də sionist rejim kimi xarici amillərin təsiri altındadır və bu məsələni iki ölkə münasibətlərində siyasi məsələ kimi saxlamağa çalışır”.👇👇👇
🤮7😁1🤬1
Azad İran
Photo
“Halbuki bütün sübutlar göstərir ki, İranın hakimiyyət orqanları tərəfindən də pislənilən bu addım yanlış hərəkət idi və heç bir terror və siyasi motivi yox idi. Hətta sionist rejimdən başqa Azərbaycanın ən yaxın müttəfiqləri belə bunun terror məsələsi olduğunu qeyd etmədilər”,-deyə o, bəsit və gülünc arqumentlərlə terror aktını şəxsi hadisə kimi cəmiyyətə sırımağa can atıb.

Sitat: “Biz bu hadisənin iki ölkə münasibətlərinə mənfi təsir göstərməsinə imkan verməməli, Əliyev İranla Azərbaycan münasibətlərində kor-koranə düyün yaratmağa çalışmamalıdır. Hesab edirəm ki, Tehranla Bakı arasında münasibətlərin soyuqluğu Azərbaycanın öz ziyanınadır”.

Onun sözlərinə görə, ən müdrik addım odur ki, Əliyev münasibətləri normallaşma istiqamətinə yönəltsin və günahkarın cəzalandırılması ilə bağlı məhkəmənin cavabını gözləsin.

İranlı diplomat habelə sərsəm fikirlər dilə gətirib: “Əliyevin açıqlamalarından tamamilə aydın görünür ki, o, qəzəblidir, qeyri-təbii vəziyyətdə mövqe sərgiləyir. Bu vəziyyətdə ən yaxşı mövqe təmkinli olmaq və eyni zamanda İran tərəfdən mövqe bəyan etməkdir. Biz Əliyevin getdiyi istiqamətdə hərəkət etməməliyik”.

Kanalımıza abunə olun
🤮4😁2
Azad İran pinned a photo
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇧🇪🇮🇷Hamed Fərd: "Biz SEPAH-ı terrorçu elan etməkdə həmrəyik!"

Fecralın 20-də Brüsseldə iranlıların böyük toplantısında molla rejiminə etiraz edən iranlı repçi Hamed Fərd "İndependent" kanalının müxbirinə verdiyi müsahibədə deyib ki, biz iranlılar İslam İnqilabı Keşikçiləri Korpusunu dünyada terrorçu elan edilməsini istəyirik".

O, bildirib ki Ukraynaya qarşı müharibədə Rusiyaya pilotsuz təyyarələrin göndərilməsini nəzərə alsaq, bu məsələ avropalılar üçün aydın reallıq ola bilər.
👍51
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷İran prezidenti bu gün, fevralın 21-də parlamentdə çıxış edərək yenə valyuta və qızılın ucuzlaşacağı barədə söz verib🤬

İbarahim Rəisi 28 gün bundan öncə də parlamentdə çıxışı zamanı ölkədə inflyasiyanın azaldılacağı, valyuta və qızıl məzənnəsinin aşağı salınacağı vədini vermişdi. Yəni dollar 40 min, qızıl sikkə isə 25 milyon tümən olarkən parlamentdə onların qiymətini ucuzlaşdıracağına söz vermişdi.

Halbuki, bu gün ölkədə dolların məzənnəsi 50 min, qızıl sikkənin qiyməti isə 29.3 milyon tüməndir.

Kanalımıza abunə olun
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷İranda gecə sürprizi: Bəsic qüvvələrinin bazasına Molotov kokteyli yağdırdılar🔥✌️

Ötən gecə Bəndər Abbas şəhərində bir qrup etirazçı gənc xalqa divan tutan yarımhərbi və radikal Bəsic qüvvələrinin bazasına Molotov kokteyli ataraq yandırıblar.

Molla rejimindən narazı gənclər hökumətə bağlı qaniçən Bəsic qüvvələrinin bazasına hücum edərək od vurublar.
👍5🔥1
🇮🇷Abdullahiyan: "Tehranda Rusiya, Azərbaycan, Türkiyə, Ermənistan və Gürcüstan xarici işlər nazirləri ilə “3+3” formatında görüş keçirməyə hazırıq"

“Tasnim News” xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ötən gün Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko ilə görüşündə deyib.

İranlı nazirin sözlərinə görə, İran belə bir görüşə ev sahibliyi edə bilər.

Qeyd edək ki, Qruşko fevralın 20-də Tehrana səfər edib və Hüseyn Əmir Abdullahiyanla görüşüb. Görüşdə ikitərəfli və regional əlaqələr müzakirə olunub.
🤔2👎1😁1
Media is too big
VIEW IN TELEGRAM
🇹🇷🇮🇷İran və Türkiyə polisinin zəlzələ qurbanları ilə davranışının müqayisəsi

#İran #Türkiyə #zəlzələ #polis

Kanalımıza abunə olun
3
Təbrizdə divarlara etiraz şüarları yazılıb

Təbrizin bir neçə məhəlləsinin divarlarına Tehran rejiminə və onun repressiyalarına qarşı etiraz şüarları yazılıb: "Aylar Həqqi", "Şüarlarımızı divarlardan silə bilərsiniz, qan izlərini yox", "Ölüm olsun Xameneiyə", "Ölüm olsun diktatora".

Qeyd edək ki, son günlər Tehran rejimi etiraz aksiyalarını susdurduğu barədə iddialar irəli sürsə də, etirazlar yeni formalarda davam edir.

نوشتن شعارهای اعتراضی بر دیوارهای تبریز

#Təbriz #etiraz
👍5
🇮🇷İranın Fars əyalətində 5,2 bal gücündə zəlzələ baş verib😢

Bu gün səhər 09:35-də Fars əyalətinin Dərz bölgəsinin ətrafında 10 kilometr dərinlikdə 5,2 bal gücündə zəlzələ baş verib.

Hələlik ölən və ya yaralananların olması barədə məlumat yoxdur. (İRNA)

زلزله ۵.۲ ریشتری در استان فارس

🔹زلزله ۵.۲ ریشتری ساعت ۰۹:۳۵ عمق ۱۰ کیلومتری زمین در استان فارس، حوالی درز را لرزاند.

#İran #zəlzələ
😱2👍1
🇮🇷Əlborz-Kərəc metro qatarında inqilabçı gənclər anti-hökumət şüarları yazıblar:

▪️ "Xameneiyə ölüm olsun";
▪️ "Uşaq qatili hökumətə ölüm olsun";
"Zalım hökumətə ölüm olsun";
"Edam hökumətinə ölüm olsun";
"Diktatora ölüm olsun".
(GuneyAZfront)

#İran #etiraz #şüar

Kanalımıza abunə olun
👏7👍1
🇮🇷🇦🇲İrandan Türkiyə və Azərbaycana qarşı daha bir xəyanət: Minatəmizləmə Mərkəzinin nümayəndə heyəti İrəvanda qondarma “soyqırımı" memorialını ziyarət edib

İran İslam Respublikasının minalardan təmizləmə mərkəzinin nümayəndə heyətinin Ermənistana səfəri davam edir.

Ermənistanın humanitar və minalardan təmizlənməsi üzrə ekspert mərkəzi xəbər verir ki, səfər zamanı qonaqlar Ermənistan Müdafiə Nazirliyinin xüsusi işlər üzrə direktoru Levon Xaçatryan və xarici işlər nazirinin müavini Vaan Kostanyanla rəsmi görüş keçiriblər.

İranın Minalardan Təmizləmə Mərkəzinin rəhbəri general Məhəmmədhüseyn Əmir Əhmədinin rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistanın tarixi və mədəni yerlərinə, o cümlədən İrəvandakı Göy məscidə baş çəkib.👇👇👇
🤮6🤬1
Azad İran
🇮🇷🇦🇲İrandan Türkiyə və Azərbaycana qarşı daha bir xəyanət: Minatəmizləmə Mərkəzinin nümayəndə heyəti İrəvanda qondarma “soyqırımı" memorialını ziyarət edib İran İslam Respublikasının minalardan təmizləmə mərkəzinin nümayəndə heyətinin Ermənistana səfəri…
Qonaqlar habelə Tsisernakabarddakı qondarma “erməni soyqırımı" memorialı və muzeyini də ziyarət ediblər.

Görüşün sonunda Ermənistanın Ərazilərin Minalardan Təmizlənməsi və Humanitar Ekspertiza Mərkəzi ilə İranın Minatəmizləmə Mərkəzi arasında minatəmizləmə sahəsində təcrübə mübadiləsi, mütəxəssislərin hazırlanması və əməkdaşlığın genişləndirilməsi ilə bağlı birgə protokol imzalanıb. (Armradio.am)

#İran #Ermənistan

Kanalımıza abunə olun
🤮5👍1👎1
🇮🇷Təbrizdə Türkmənçay müqaviləsinin ildönümü münasibətilə xüsusi tədbir keçirilib

Bu gün, fevralın 21-də İran hökuməti Şərqi Azərbaycan vməyalətinin Mədəniyyət və İslami İrşad Baş İdarəsinin Təbriz şəhərində yerləşən iclas zalında “Türkmənçay müqaviləsinin imzalanmasının İran və Qafqazda mədəni və ədəbi nəticələrinin təhlili” adlı qərəzli və təxribat xarakterli xüsusi dəyirmi masa təşkil edib.

Qeyd edək ki, tədbir yerli vaxtla bu səhər 10:30-da keçirilib.
👍1👎1
Yaxın aylarda İran özünün ilk “Qaher” adlı pilotsuz döyüş təyyarəsini buraxmağı planlaşdırır. (Tehran Times).

#İran #dron
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷İranın Qum şəhərində etirazçılar gecə saatlarında orta məktəblərdən birinin önündə quraşdırılan Xameneyinin rəsminə od vurublar.🔥

#Qum #Xameneyi #etiraz

Kanalımıza abunə olun
👍4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇹🇷CNN Türk kanalının müxbiri göz yaşları içində Hatayda baş verən yeni zəlzələ ilə bağlı təəsüratlarını canlı yayımda bölüşüb:

“Uşaqlar çox qorxdular... biz çox qorxduq...”.😢

#Türkiyə #zəlzələ
😱3
🇮🇷İranda "Sazəndegi" qəzeti ölkədə ətin qiymətinin əlçatmaz həddə bahalaşması ilə bağlı məqaləsinə görə molla rejimi tərəfindən bağlandı🤬

Qəzet ölkədə payların qeyri-bərabər bölünməsini ifşa edən və ətin qiymətinin yarım milyon tümənə qalxmasına qarşı tədbir görməyə çağıran məqaləyə "Ətin tüğyanı" adı vermiş və "Ət orta və fəhlə sinfinin süfrəsindən necə yoxa çıxdı" başlığı ilə yazı dərc edib.

Bu, rejimin son nəfəsi deyilmi?

توقیف روزنامه سازندگی به علت تیتر بالا
نوشته: "طغیان گوشت"

#İran #qəzet #molla_rejimi
😁1🤬1
🇮🇷🇱🇧İranlı jurnalist Hirş Səidian yazır ki, İran Milli Bankı rəsmi açıqlamalara görə, bu ilin cəmi 6 ayında əcnəbilərə 1,824 trilyon tüməndən çox pul köçürüb.

Bunun əsas hissəsi Livan Federal Bankı ilə bağlıdır.

İrandakı yoxsulluq və səfalətdən asılı olmayaraq ölkənin yağ-balı Livana axmaqda davam edir.

بانک ملی ایران چقدر به لبنانی ها تسهیلات داده است؟

#İran #bank #Livan
👍1😁1🤬1
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷İran parlamentinin Urumiyadan seçilmiş deputatı Ruhullah Həzrətpur bu gün parlamentdə çıxışı zamanı İran hökumətini sərt tənqid edib.

O, çıxışının davamında "düşmən hökuməti daxildən vuran və bir sıra fırıldaqçı, dələduzlardır" deyə, "düşmən, xalqa avtomobil istehsalçısı adı altında ölüm tabutlarını sırayandır" deyib.

Urmiyalı millət vəkili habelə işçilərin, məmurların və təqaüdçülərin maaşlarının artırılması ilə bağlı hökumətin naz edib, ərköyün tərpənməsini də qınayıb.
👍2🔥1