Azad İran
5.09K subscribers
32.8K photos
20.2K videos
15 files
9.33K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇮🇷Xameneyinin qəzeti uyğurları terrorçu adlandırdı🤬

İranın rəhbəri Əli Xameneiyə birbaşa bağlı olan "Keyhan" qəzeti uyğur türklərini terrorçu adlandırıb.

İbrahim Rəisinin Çinə səfəri zamanı uyğur müsəlmanlarına qarşı repressiyalara toxunmaması barədə tənqidlərə cavab olaraq “Keyhan” belə yazıb: “Onlar terror qrupudurlar və İngiltərə, Amerika, İsraillə əlaqəlidirlər”.

Qeyd edək ki, “Keyhan” qəzetinin baş redaktoru radikal mövqeyi ilə tanınan Hüseyn Şəriətmədari birbaşa Əli Xameneyinin göstərişi ilə bu vəzifəyə təyin olunub.

Burada gedən yazılar İranın rəhbəri Əli Xameneinin başçılıq etdiyi mühafizəkar qanadın, SEPAH və ETTELAAT-ın mövqeyini əks etdirir.
🤮9🤬1
Azad İran pinned a photo
🇮🇷İranda azərbaycanlı körpə Tarkana 21 aydan sonra doğum şəhadətnaməsi almaq mümkün oldu✌️

Azərbaycanlı ailə 21 ay mübarizədən sonra nəhayət, Tehran Qeydiyyat İdarəsindən öz övladlarına Tarkan türk adı ilə doğum haqqında şəhadətnamə ala bilib.

Tarkanın atası Rahim Qəribi Nəzərlu şəxsi İnstaqram səhifəsində övladının doğum haqqında şəhadətnaməsinin fotosunu paylaşıb və 21 aydan sonra oğluna doğum şəhadətnaməsi almağa nail olduğunu açıqlayıb.

Qeyd edək ki, fars-molla rejimi Güney Azərbaycanda Azərbaycan türk xalqını bir millət kimi assimilyasiyaya uğradıb məhv etmək məqsədilə onlara öz övladlarına türk dilində ad qoymağı qadağan edib.(GADTB)

تارکان” پس از ۲۱ ماه صاحب شناسنامه شد

اداره ثبت و احوال استان تهران سرانجام پس از ۲۱ ماه ملزم به صدور شناسنامه با نام تورکی “تارکان” شد.
👍91
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Xoy zəlzələsindən zərər çəkmiş uşaqlar, Türkiyədəki zəlzələ qurbanlarına başsağlığı verərək onlarla həmrəylik nümayiş etdirib və qəmlərinə şərik çıxıblar.

تسلیت و همدردی زلزله زدگان خوی با بازماندگان زلزله ترکیه

#Xoy #Türkiyə #zəlzələ
10
🇮🇷İran polis qüvvələrinin komandanı: "Birbaşa Əli Xameneyi hədəfə alınıb"

İran polis qüvvələrinin komandanı Əhmədrza Radan son aylarda baş verən nümayişləri fitnə adlandıraraq, şüarların birbaşa Əli Xameneyini hədəf aldığını deyib.

O, fevralın 19-da etdiyi çıxışında bu barədə danışıb, "vilayəti fəqih"i və Xameneyini ”son səngər” adlandırıb və düşmən qüvvələrinin onu sındırmağa çalışdıqlarını deyib.

Əhmədrza Radan 500-dən çox etirazçının hökumət məmurları tərəfindən öldürülməsinə toxunmayıb və onların xalq tərəfindən cəzalandırıldıqlarını iddia edib.

Qeyd edək ki, öncəki illərdən fərqli olaraq, Xameneyinin imicinə ölümcül zərbə dəyib və artıq etirazlarda ona qarşı şüarlar səsləndirilir.

احمدرضا رادان، فرمانده نیروی انتظامی: مستقیما علی خامنه ای هدف قرار گرفته است
🤬5🤮2🔥1
Urmu şəhərində qadın öz ərinin ikinci evliliyinə qarşı çıxdığı üçün öldürülüb🔥🤬

İranda İslam İnqilabından bəri ən uzunmüddətli etiraz olaraq 6 ay davam edən ümumxalq etiraz aksiyaları və çoxlu sayda qadının öz itirilmiş əsas hüquqlarının qaytarılmasını tələb edərək İran küçələrinə çıxdığı bir vaxtda Urmu şəhərində Mərifət Kərimi adlı qadının öldürülməsi xəbəri yayılıb.

Yayılan xəbərə görə, tibbi ekspertiza Mərifət Kəriminin döyülmə və boğulma nəticəsində öldüyünü təsdiqləyib və qadının ailəsinin şikayətindən sonra həyat yoldaşı həbs edilib.

Məlumatlı mənbələr Mərifət Kəriminin döyülərək öldürülməsinə səbəb kimi onun həyat yoldaşının ikinci evliliyinə qarşı çıxması olduğunu bildirib.

زن کشی در ارومیه به دلیل مخالفت با ازدواج دوم همسر

#İran #etiraz #Urmu #qadın
🤬6
🇮🇷İranda dolların məzənnəsi rekor həddə yüksələrək 50 min tümənə çatıb💲💵

دلار ۵۰ هزار تومان را تجربه کرد

#İran #dollar #rekord
👍3
Təbrizdə 6 baldan yuxarı zəlzələ fəlakətə səbəb olacaq

Şərqi Azərbaycan əyalətinin Böhranı İdarəetmə Mərkəzinin rəhbəri deyib: "Əyalətin köhnə tikililəri 6 bal gücündən artıq zəlzələyə davam gətirməz və Təbrizdə belə bir zəlzələnin baş verməsi çoxlu insan və maddi tələfata səbəb olacaq".

زلزله بالای ۶ ریشتر در تبریز فاجعه به وجود می‌آورد

مدیرکل مدیریت بحران آزربایجان شرقی گفت: بافت فرسوده در استان طاقت زلزله بالای ۶ ریشتر را ندارد و اتفاق افتادن چنین زلزله‌ای در تبریز فاجعه خسارت جانی و مالی را بوجود خواهد آورد.
😱3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷İranın Milli Qurğuşun və Sink Şirkətinin işçiləri tətil keçirir🔥

İşçilər uzun iş saatları və çətin iş şəraiti qarşılığında əməkhaqlarının azlığına qarşı etiraz aksiyası keçirərək işi dayandırıblar.

اعتصاب کارکنان شرکت ملی سرب و روی
اعتصاب کارکنان شرکت ملی سرب و روی در،شهر زنجان در اعتراض به کم بودن حقوق و مزایا در قبال سختی کار و بالا بودن تایم کاری
دوشنبه  ۱ اسفندماه

#İran #etiraz #əməkhaqqı
🔥5👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷Tehran Rabitə İdarəsinin təqaüdçüləri də ümumxalq etirazlarına qoşuldu

Təqaüdçülər aylıq ödənişlərin az olmasına etiraz məqsədilə Tehran Rabitə İdarəsinin önündə aksiya keçirərək hökumətdən öz hüquqlarını tələb edirlər.

تجمع بازنشستگان مخابرات تهران

امروز دوشنبه اول اسفندماه ۱۴۰۱ بازنشستگان مخابرات تهران نیز در اعتراض به عدم رسیدگی به مطالباتشان مقابل ساختمان وزارت ارتباطات دست به تجمع زدند.

#Tehran #etiraz #təqaüdçülər
🔥5👍1
🇮🇷🇺🇸İranda dolların qiyməti 50 min tümən olduqdan sonra mollalar bazarı kontrol etmək üçün dollardan intina edirlər😄

Mollanın əlində tutduğu plakatda yazıllb: "Ciblər boş olsa da, ruhiyəmiz yüksəkdir!"

سوزاندن کپی دلار پس از اعلام شدن نرخ ۵۰ هزار تومانی

#İran #dollar
😁10🤬1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷İranın Əhvaz şəhərində də Rabitə İdarəsinin təqaüdçüləri etirazlara qoşuldu🔥

Təqaüdçülərin şüarı: "Haqqımızı almayanca sakitləşən deyilik!"

اهواز؛ تجمع اعتراضی بازنشستگان شرکت مخابرات
دوشنبه ۱ اسفندماه

#İran #Əhvaz #etiraz
🔥2👍1
🇪🇺🇮🇷SON DƏQİQƏ:
Avropa Birliyi İranın 32 rəsmi şəxsinə sanksiya tətbiq edib


Avropa İttifaqı İranın Mədəniyyət, Elm və Təhsil nazirlərinin də adının daxil olduğu 32 rəsmi şəxsini sanksiyalar siyahısına əlavə edilib.

اتحادیه اروپا ۳۲ مقام ایران را تحریم کرد

🔹اتحادیه اروپا ۳۲ مقام جمهوری اسلامی ایران از جمله وزیران فرهنگ و آموزش و پرورش را تحریم کرد.

#Avropa #İran #sanksiya
8👍3😁1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷🇪🇺İrandan kənarda yaşayan çox sayda iranlı bu gün Brüsseldə Avropa İttifaqı parlamentinin binası qarşısında İrandakı molla rejimimə qarşı etiraz nümayişi keçirib və şüarlar səsləndirib:
"Xameneyiyə ölüm olsun!"

سردادن شعار «مرگ بر خامنه‌ای» در تظاهرات خیابانی مخالفان جمهوری اسلامی در #بروکسل؛

#Avropa #İran #etiraz
👍7
🇮🇷İranda 5 ay koma vəziyətində qalan etnik bəluç gənc həyatını itirib😢🤬

Sistan və Bəluçistan əyalətindən əldə edilən məlumata görə, beş ay öncə repressiv hökumət qüvvələrinin açdığı atəş nəticəsində yaralanan Fərşid Dejənd adlı gənc aldığı ağır xəsarət nəticəsində dünyasını dəyişib.

O, Bəluçitanın köhnə Kərəmşah Sib və Soran kəndindən idi. Fərşid müalicəsi üçün Məşhəddəki xəstəxanadan birinə köçürülmüşdü.

Deyilənə görə, ailəsinin şikayəti indiyədək heç bir nəticə verməyib.

مرگ جوان بلوچ‌بعد از ۵ ماه کما

#İran #gənc #koma #repressiv_qüvvələr #atəş
🤬5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇧🇪🇮🇷Brüsseldə Əhvaz ərəbləri öz bayraqları ilə İran rejiminə qarşı etiraz nümayişi keçiriblər

Nümayiş iştirakçıları İranda yaşayan xalqların öz müqəddəratını təyinetmə hüququna hörmətlə yanaşılmasını tələb edən şüarlar yazılmış plakatlar qaldırıblar.

شرکت گسترده عرب های اهواز در تظاهرات امروز بروکسل با پرچم خود.

#Brüssel #İran #ərəblər
👍6
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İranda məktəblilər dərs kitablarından 🇮🇷Xomeyninin şəkillərini cırıb yandırır və deyir: "İranın bədbəxtliyinin səbəbkarının şəklini cırıb yandırmaq lazımdır"✌️

"Qadın, həyat, azadlıq!".

عامل بدبختی ایران را باید آتش بزنیم

#İran #məktəb #şagirdlər #Xomeyni
🔥6👍1
🇮🇷İranda ötən il sentyabrın 17-dən bu il fevralın 19-a kimi ümumxalq etirazlarında 530 etirazçı öldürülüb. Onlardan 71-i uşaqdır.😢

Habelə 19763 etirazçı həbs olunub. Həbs edilənlərdən 181 nəfəri uşaqdır.🤬

آمار شش ماهه اعتراضی در ایران

#İran #etiraz #statistika
🤬8
Ərdəbildə "Mühəqqiq Ərdəbili" Universitetinin öyrənciləri ana dillərini reklam edən azərbaycanca poster nümayiş etdiriblər:
"Neçə dil bilən neçə insandır,
Ana dili bilməyən necə insandır?"✌️

حمایت دانشجویان دانشگاه محقق اردبیلی از زبان مادری

#Ərdəbil #ana_dili
👏7👎1