Azad İran
5.1K subscribers
32.8K photos
20.2K videos
15 files
9.32K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇬🇧🇮🇷Britaniyanın antiterror polisi İranın Britaniyada qətl və adam oğurluğu ilə bağlı 15 sui-qəsd planını aşkarladığını açıqlayıb

Britaniyanın terrorla mübarizə polisinin rəisi Mett Jukes, rəhbərlik etdiyi qurumun Rusiya, Çin və İran da daxil olmaqla düşmən ölkələrin təhdidlərinə qarşı getdikcə daha çox mübarizə apardığına toxunaraq, İslam Respublikasının Britaniya vətəndaşlarını və ya ölkədə müvəqqəti yaşayan insanları qaçırmağa və hətta öldürməyə ən azı 15 dəfə cəhd etdiyini bildirib.

O, eləcə də düşmən hökumətlərlə bağlı onlarla sui-qəsdin aşkar edildiyini açıqlayıb və bildirib ki, terrorla bağlı 800 iş də istintaq mərhələsindədir.

پلیس ضد تروریسم بریتانیا از کشف ۱۵ توطئه ایران برای قتل و آدم‌ربایی در بریتانیا خبر داد

#İran #sui_qəsd #Britaniya
👎3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷Bungun İranın Zahidan şəhərində etirazların keçirilməsi qorxusundan çox sayda hərbi qüvvələr yerləşdirilib🤬

حضور گسترده نیروهای نظامی در سطح شهر زاهدان
🤬6
🇮🇷İranın əyalət mollası Türkiyədə zəlzələdən zərər çəkənləri İsrailin göndərdiyi yardımlardan imtina etməyə çağırıb🔥

Belə ki, İran rəhbərinin Ərdəbil əyalətindəki nümayəndəsi Seyid Həsən Amoli bu gün cumə namazı xütbəsində deyib:
"İsrailin zəlzələ ilə bağlı Türkiyəyə yardım adı ilə gətirdiyi hər şey oğurluqdur. Türkiyə xalqı o yardıma əl vurmasın və ondan imtina etsin!"

O, iddia edib ki, güya "İsrail bizim qonşuluğumuzda 5 min baş camış ferması açmaq qərarına gəlib. Bu yardımdan qan qoxusu gəlir".

عاملی: هر چه اسرائیل به عنوان کمک مالی در حادثه زلزله به ترکیه آورده همه مال دزدی است؛ ملت ترکیه به آن دست نزنند و از مصرف آن خودداری کنند

#İran #molla #Türkiyə #İsrail #zəlzələ
🤮8😁5🤬2
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷İranın Zahidan şəhərində bugünkü kütləvi etirazlardan görüntülər

Etirazçılar hökumət əleyhinə müxtəlif şüarlar səsləndiriblər.

اعتراضات گسترده در زاهدان
جمعه ۲۸ بهمن  ۱۴۰۱
👍15
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İranın Çaharmahal və Bəxtiyari əyalətinin Kuhrəng şəhərinə güclü qar yağması nəticəsində yerüstü nəqliyyat əlaqəsi kəsilib, zəruri ərzaqlar helikopterlə çatdırılır.

توزیع هوایی اقلام غذایی در روستاهای محاصره در برف کوهرنگ

#İran #qar #nəqliyyat
😱5
🇮🇷🇹🇷Türkiyədə zəlzələ nəticəsində ölən iranlıların sayı artmaqdadır

İran mediası İslam Respublikasının Türkiyədəki səfirliyi və konsulluğunun rəsmilərinə istinadən Türkiyənin cənubunda baş verən zəlzələ nəticəsində ölən iranlıların sayının artdığını bildirib.

İSNA xəbər ajansı fevralın 17-də məlumat yayıb kı, Türkiyədə zəlzələ zamanı üçü kişi və üçü qadın olmaqla indiyədək 6 iranlının öldüyü təsdiqlənib.

رسانه‌های ایران به نقل از مقامات سفارت و کنسولی جمهوری اسلامی در ترکیه از افزایش شمار ایرانیان کشته‌شده در زلزله جنوب ترکیه خبر دادند.
خبرگزاری ایسنا روز جمعه ۲۸ بهمن نوشت که تاکنون مرگ «شش ایرانی» شامل سه مرد و سه زن در زلزله ترکیه تأیید شده است.

#Türkiyə #zəlzələ #iranlı
🇮🇷SEPAH sözcüsü Ramazan Şərif gülünc iddiaları ilə İran mediasında gündəm olub

Belə ki, o, çıxışı zamanı İranın yer üzündə ən müstəqil ölkə olduğunu iddia edərək deyib: "Düşmən İslam Respublikası sisteminin və dini hakimiyyət nəzəriyyəsinin səmərəsiz olduğunu və ölkənin zəif olduğunu göstərməyə çalışır. Lakin ölkəmizdə səmərəlilik bütün sahələri əhatə edib və xalq inqilab lideri Əli Xamneyinin əmrini dinləyir”.

سخنگوی سپاه پاسداران: کارآمدی در کشور موج می زند، مردم گوش به فرمان رهبرند

#İran #SEPAH #Xameneyi
😁14🤮2
🇮🇶🇮🇷Ərbildə İran vətəndaşı həbs edilib

İraqın Kürdüstan bölgəsinin Ərbil şəhər polisi üzərində 12 min dollar olan İran vətəndaşını saxladığını bildirib.

دستگیری تبعه ایرانی در اربیل

پلیس اربیل در اقلیم کردستان از دستگیری یک ایرانی حامل 12 هزار دلار خبر داد.

#Ərbil #İran #həbs
🤔4
Güney Azərbaycanın bir qrup milli fəalı bu gün günorta saatlarında Xoy şəhərinin Var kəndində zəlzələdən zərər çəkənlərə ruh yüksəkliyi vermək üçün şənlik keçirib👏

Mərasimdə Durna musiqi qrupunun rəhbəri Babək Təbrizi, Barış rəqs qrupunun rəhbəri Peyman İbrahimi, Ayıl rəqs qrupunun rəhbəri Şahin Bərzgər və Təbriz və Xoydan olan bir qrup milli fəal iştirak edib.

Həmçinin Beynəlxalq Ana Dili Günü ərəfəsində uşaq və yeniyetmələrə Azərbaycan türkcəsində yüzlərlə kitab paylanılıb.

جمعی از فعالین ملی آزربایجانی ظهر امروز با حضور در روستای «وار» از توابع شهرستان خوی مراسم شادی را جهت افزایش روحیه زلزله زدگان برگزار کردند.

#Xoy #Güney_Azərbaycan #şənlik
👏92👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷İranın Xaş şəhərində sement zavodunun br qrup işçisi aylarla əməkhaqqı ala bilmədiklərinə görə işi dayandıraraq etiraz aksiyası keçirir🔥

خاش
کارگران کارخانه سیمان خاش طی روزهای اخیر به دلیل پرداخت نشدن حقوق و دستمزد چند ماه خود دست به اعتصاب و اعتراض زدند.
جمعه ۲۸ بهمن‌ماه

#İran #zavod #işçilər #etiraz
🔥5👍3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇱🇮🇷İsrailin müdafiə naziri: "İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün “bütün mümkün variantlar” masa üzərindədir"

O, beynəlxalq ictimaiyyəti İran hökuməti tərəfindən qabaqcıl silahların istehsalı və yayılmasının dayandırılması üçün daha təsirli tədbirlər görməyə çağırıb.

General Yoav Qallant Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn rəsmilərinin iştirak etdiyi iclasdakı çıxışında deyib: “Biz İran hökumətinin nüvə silahı əldə etməsinin qarşısının alınmasını müzakirə edərkən, bütün mümkün variantlar, təkrar edirəm, bütün mümkün variantlar masa üzərində olmalıdır!"

وزیر دفاع اسرائیل روز جمعه ۲۸ بهمن گفت برای جلوگیری از دستیابی جمهوری اسلامی به سلاح هسته‌ای «همه روش‌های ممکن» روی میز است و از جامعه بین‌الملل خواست برای متوقف کردن تولید و اشاعه تسليحات پیشرفته توسط حکومت ایران اقدامات مؤثرتری در پیش گیرد

#İsrail #İran #nüvə_silahı
👍9
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Xoyda zəlzələdən zərərçəkən insanlar şikayət edir🔥🤬

İran hökuməti inqilabın ildönümündən sonra çadırları insanlardan geri alıb.
Əgər xalq yardımları da olmasaydı, burada vəziyyət daha dəhşətli olacaqdı.
İnsanlar qışın soyuğunda küçələrdə qalıb.

چادرهای زلزله‌زدگان خوی را بعد از ۲۲ بهمن پس گرفتند!

#Xoy #çadır #hökumət
🤬6👍3😢2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸🇮🇷Los-Angeles İncəsənət Muzeyinin qarşısı

نمای مقابل موزه هنر لس آنجلس

#LosAnceles #İran
👍10👏3👎1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷Cümə günü İranın Zahidan şəhərində qadınlar da yürüşə çıxaraq "ölüm olsun diktatora" şüarı səsləndiriblər.

راهپیمایی زنان زاهدانی با شعار مرگ بر دیکتاتور
جمعه ۲۸ بهمن ۱۴۰۱
👍15🤬3👎1🔥1
Güneyli siyasi məhbus ağır vəziyyətdə həbsdə saxlanılır😡✌️

76 yaşlı hüquqşünas və tanınmış azərbaycanlı milli fəal Pərviz Siyabi ağır vəziyyətdə həbsdə saxlanılır. Molla rejimi şərləyərək azərbaycanlı fəalı 6 il həbs cəzasına məhkum edib.

Siyasi fəalın ailəsi bildirib ki, bir neçə xəstəlikdən əziyyət çəkməsinə, 3 həkimin onun həbsxanadan kənarda tibb ocağında təcili müalicəsi barədə rəyinə baxmayaraq, Pərviz Siyabinin tibbi məzuniyyətə buraxılmasına icazə verilmir.
😢7🤬3
Azad İran pinned a photo
🇮🇷Xameneyi: "Azərbaycanlıların tarixi hərəkatı İranı birləşdirdi və vahid hökumətə çevirdi"

İranda qatı anti-Azərbaycan yazıları ilə seçilən “Azariha” saytının “Telegram” kanalı yazır:
"İran rəhbəri Əli Xameneyi fevralın 16-da bir qrup Təbriz əhalisi ilə görüşdə Səfəvilər dövrünün əvvəllərində azərbaycanlıların, o cümlədən Təbriz və Ərdəbil əhalisinin başlatdığı hərəkatın İranı parçalanmaqdan və tayfa şahlarından xilas etməyə zəmin yaratdığını deyərək əlavə edib: “Azərbaycanlıların tarixi hərəkatı İranı birləşdirdi və vahid hökumətə çevirdi. Ona görə, İranın birlik bayrağı da azərbaycanlıların əlindədir”.

Azərbaycanı mədəni baxımdan İranın qərbinin sivilizasiya və mədəniyyət mərkəzi adlandıran Xameneyi bu bölgənin mədəniyyət xadimlərinə işarə edərək bildirib: “Bu məşhurların ölkəmizin ədəbiyyatı və mədəniyyəti qarşısındakı böyük xidmətləri saymaqla bitməz”.

خامنه ای: حرکت تاریخی آذربایجانی ها ایران را متحد و دارای حکومت یکپارچه کرد
🤮12👍4😁1🤔1🤯1🤬1
İran hökuməti Xoy zəlzələsindən zərərçəkənlərə verilən çadırları geri alır və işıqlarını kəsib🤬

Güney Azərbaycanın Xoy bölgəsində zəlzələdən zərərçəkənlərə verilən çadırlar hökumət tərəfindən geri alınıb. Bu barədə bölgədə olan sosial media istifadəçiləri məlumat yayıb.

Onların sözlərinə görə, hökumət məmurları elektrik enerjisini kəsərək zərərçəkənləri çadırları tərk edərək zədəli vəziyyətdə olan evlərinə qayıtmağa məcbur edirlər.

Qeyd edək ki, bundan öncə İranın daxili işlər naziri Əhməd Vəhidi zəlzələdən zərərçəkənlər üçün konteyner sığınacaqlar verilməyəcəyini bildirib. Nazirin bu çıxışından sonra təbrizli həkimlər öz vəsaitləri hesaına 40 ədəd konteyner alaraq xoylulara hədiyyə ediblər.

Xatırladaq ki, hazırda Xoyda zəlzələdən zərər çəkən 130 min nəfər çadır düşərgələrində yaşayayır, minlərlə insana çadır verilmədiyi üçün soyuq havada küçələrdə gecələməyə məcbur olur və ərzaq qıtlığı çəkirlər.(Gunaz)

حکومت چادر زلزله زدگان خوی را گرفت و برق را قطع کرد
🤬5