Azad İran
5.09K subscribers
32.8K photos
20.2K videos
15 files
9.33K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
Təbrizdə hökumətə bağlı məddah güllələnərək öldürüldü🔥

Əhli-bet məddahı Habil Afaq Azər Təbrizin Bəsic meydanı yaxınlığında güllələnib. Onun cəsədi qatillər tərəfindən Şəhid Kəsayi şosesinin cənub tərəfindəki Əl-Bəqi bölgəsinə atılmış və həmin yerin mühafizəçiləri tərəfindən tapılıb.

Məlumata görə, Habil Afaq Azər hökumətə yaxın mədhiyyəçilərdən, Türkiyə və Azərbaycana İranın siyasi-dini ideologiyasını ixrac edən missionerlərdən biri olub.

Bildirilir ki o, İran hökuməti tərəfindən məddahlıq mərasimlərində çıxış etmək üçün dəfələrlə Türkiyə və Azərbaycana səfərlər edib və İran hakimiyyəti ilə yaxın əlaqələri olub.

#Təbriz #məddah #qətl

یک مداح حکومتی در تبریز به ضرب گلوله به قتل رسید
👏13👍5👎1
Xoyda zəlzələdən zərər çəkmiş əhalinin şaxtalı havada acınacaqlı vəziyyəti😢🤬

وضعیت مردم زلزله زده خوی در سرما زمستان

#Guney_Azərbaycan #Xoy #zəlzələ
😢9🤬1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷İranın Şimali Xorasan əyalətinin Esfəreyn şəhərində azadlıqsevərlər deputatın evinə od vurublar🔥

به آتش کشیدن خانه نماینده مجلس شورای اسلامی توسط آزادیخواهان در اسفراین خراسان شمالی

#İran #deputat #etiraz
🔥8👍3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷İranın Zahidan şəhərində hərbi və təhlükəsizlik qüvvələri bu gün cümə namazından sonra etiraz aksiyasının keçirilməsinə mane olmaq üçün cümə məscidinə gedən yolları bağlayıb.😡✌️

نیروهای امنیتی و نظامی بسیاری از مسیرهای منتهی به مصلی زاهدان را مسدود کرده‌اند.
👍4🤬4🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷Tehranda mühəndis qadın Mühəndislər Təşkilatının Rəyasət Heyətinə namizədlərin hicabsız buraxılmamasına etiraz kimi öz yaylığını yerə ataraq iclası tərk edib

پرت کردن روسری توسط یکی از کاندیداهای هیئت رئیسه مجمع سازمان نظام مهندسی استان تهران در اعتراض به عدم اجازه کاندیداتوری به دلیل بی حجابی.

#Tehran #hicab #etiraz
🔥17👍83👎2
🇮🇷 "Fars news" xəbər ajansı İran Milli Kitabxanasında qadınların hicabsız olmasından qəzəblənib

İranın Milli Kitabxanasının rəhbərliyinin kitabxana kompleksinin həyətinə və salonlarına “məcburi hicabsız” qadın və qızların girişinin qarşısının alınması ilə bağlı yaratdığı qalmaqalın ardınca "Fars News" yazır: “Milli Kitabxana tədqiqat və araşdırmalar üçün akademik qurumdur. Bura araşdırmaçıların adət və ənənələrinə zidd olan davranışlardan qorunmalı və saf saxlanılmalıdır".

Qeyd edək ki, ötən günlərdə məcburi hicaba riayət etməkdən imtina edən bir sıra qızların Milli Kitabxanadan qovulması xəbər yayılıb.

Kitabxanaya giriş üçün üzvlük kartı olan bəzi hicabsız qadınlara onların kartının 1 ay müddətinə dondurulduğu haqda SMS göndərilib.

عصبانیت خبرگزاری فارس از بی حجابی در کتابخانه ملی

#İran #kitabxana #hicab
🔥3🤬2
🇮🇷Ketrin Şakdam: "İslam Respublikası yəhudilərin yaşayış məntəqələrinin xəritəsini çəkib"

Ketrin Perez-Şakdam deyir ki, İranın nüvə obyektlərinə İsrailin hücumu baş verəcəyi təqdirdə yəhudilərə qarşı sui-qəsd əməliyyatına hazırlıq üçün İslam Respublikası İsraildən kənarda yaşayan yəhudilərin yaşayış məntəqələrinin xəritəsini çəkib.

Bir vaxtlar İranın dövlət mediası ilə işləyən Ketrin Perez-Şakdam həftəlik “Jewish Chronicle” qəzetinə müsahibəsində deyib ki, Tehranda keçirilən görüşdə İsrailin hücumu olacağı təqdirdə İran tərəfindən terror dəstələrinin göndəriləcəyi bildirilib.

کاترین شکدم: جمهوری اسلامی از مکان‌های یهودی‌نشین «نقشه‌برداری» کرده است

#Tehran #yəhudi #xəritə
🤬3
🇮🇷🇻🇪İrandan Müctəba Xameneyinin Venesuela Mərkəzi Bankındakı şəxsi hesabına 4 milyard dollar pulun köçürülməsi ilə bağlı şayiələr yayılıb

Özünü İslam Respublikasına müxalif hesab edən “Əhvaz Liberal Partiyası”nın qurucusu tvitində iddia edir ki, Xameneyinin öz oğlunun Venesueladakı şəxsi hesabına 4 milyard dollar vəsaitin yatırıldığını göstərən sənəd əldə edib.

İddiaya görə, transfer tələbi Xameneyinin ofisinin rəhbəri Məhəmmədi Qulpayiqani tərəfindən İranın Mərkəzi Bankının keçmiş rəhbəri Əli Salehabadiyə göndərilib.

شایعاتی در مورد انتقال چهار میلیارد دلار پول از ایران به حساب شخصی مجتبی خامنه‌ای در «بانک مرکزی ونزوئلا»!

#İran #MüctəbaXameneyi #Venesuela
🤬8
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷İranın Zahedan şəhərində cümə namazından sonra əhali hökumət əleyhinə etiraz nümayişi keçirib🔥

Nümayiş iştirakçıları "Siyasi məhbuslar azad edilməlidir” şüarı ilə bütün siyasi məhbusların azad edilməsini molla hökumətindən tələb edib.

تجمع اعتراضی مردم زاهدان با شعار "زندانی سیاسی آزاد باید گردد"

#Zahedan #etiraz #siyasi_məhbus
👍5
🇬🇧🇮🇷Britaniyanın antiterror polisi İranın Britaniyada qətl və adam oğurluğu ilə bağlı 15 sui-qəsd planını aşkarladığını açıqlayıb

Britaniyanın terrorla mübarizə polisinin rəisi Mett Jukes, rəhbərlik etdiyi qurumun Rusiya, Çin və İran da daxil olmaqla düşmən ölkələrin təhdidlərinə qarşı getdikcə daha çox mübarizə apardığına toxunaraq, İslam Respublikasının Britaniya vətəndaşlarını və ya ölkədə müvəqqəti yaşayan insanları qaçırmağa və hətta öldürməyə ən azı 15 dəfə cəhd etdiyini bildirib.

O, eləcə də düşmən hökumətlərlə bağlı onlarla sui-qəsdin aşkar edildiyini açıqlayıb və bildirib ki, terrorla bağlı 800 iş də istintaq mərhələsindədir.

پلیس ضد تروریسم بریتانیا از کشف ۱۵ توطئه ایران برای قتل و آدم‌ربایی در بریتانیا خبر داد

#İran #sui_qəsd #Britaniya
👎3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷Bungun İranın Zahidan şəhərində etirazların keçirilməsi qorxusundan çox sayda hərbi qüvvələr yerləşdirilib🤬

حضور گسترده نیروهای نظامی در سطح شهر زاهدان
🤬6
🇮🇷İranın əyalət mollası Türkiyədə zəlzələdən zərər çəkənləri İsrailin göndərdiyi yardımlardan imtina etməyə çağırıb🔥

Belə ki, İran rəhbərinin Ərdəbil əyalətindəki nümayəndəsi Seyid Həsən Amoli bu gün cumə namazı xütbəsində deyib:
"İsrailin zəlzələ ilə bağlı Türkiyəyə yardım adı ilə gətirdiyi hər şey oğurluqdur. Türkiyə xalqı o yardıma əl vurmasın və ondan imtina etsin!"

O, iddia edib ki, güya "İsrail bizim qonşuluğumuzda 5 min baş camış ferması açmaq qərarına gəlib. Bu yardımdan qan qoxusu gəlir".

عاملی: هر چه اسرائیل به عنوان کمک مالی در حادثه زلزله به ترکیه آورده همه مال دزدی است؛ ملت ترکیه به آن دست نزنند و از مصرف آن خودداری کنند

#İran #molla #Türkiyə #İsrail #zəlzələ
🤮8😁5🤬2
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷İranın Zahidan şəhərində bugünkü kütləvi etirazlardan görüntülər

Etirazçılar hökumət əleyhinə müxtəlif şüarlar səsləndiriblər.

اعتراضات گسترده در زاهدان
جمعه ۲۸ بهمن  ۱۴۰۱
👍15