Azad İran
5.09K subscribers
32.8K photos
20.2K videos
15 files
9.33K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇮🇷🇦🇿İranlı professordan sərsəm iddia və təhdid: “Nizami Gəncəvi İrana məxsusdur / Milli şəxsiyyətlərimizi oğurlayanların tamah dişləri çəkilməlidir”

İranın Mədəniyyət və İslami İrşad Nazirliyinin Çaharmahal və Bəxtiyari əyaləti üzrə Baş İdarəsinin rəsmi saytının məlumatına görə, İranın mədəni şəxsiyyətlərinin “digər ölkələr tərəfindən oğurlandığını” qınayan tanınmış ədəbiyyat professoru Məhəmməd Həkim Azər deyib: “Azərbaycan son illərdə Nizami Gəncəvini müsadirə etmək və onu türk şairi kimi tanıtmaq üçün çox səy göstərib”.

O, bildirib: “Nizami Gəncəvi ən vahid və ən müdrik şairlərdən biridir”.

Nizami Gəncəvinin İran düşüncəsini, təfəkkürünü, fəlsəfəsini şeir vasitəsilə sonrakı nəsillərə çatdırdığını vurğulayan professor əlavə edib: “Bu gün, xüsusən də kiberməkanda şairləri saray şairləri kimi göstərmək üçün geniş təbliğat aparılır”.

O, Nizaminin 540-cı hicri ilində indi Azərbaycanda olan Gəncə şəhərində doğulduğunu diqqətə çatdıraraq deyib: “Bu şair fars dilində Xəmsə kimi tanınan 5 böyük poema yazıb...”.
🤬4😁2👍1
🇨🇦🇮🇷FBİ Kanadada üç iranlı biznesmeni axtarır

Kanadanın CBC telekanalının yaydığı xəbərə görə, üç iranlı iş adamı Tehran rejiminə sanksiyalardan yayınmağa yardım etməkdə ittiham olunduqları üçün ABŞ-ın Federal Təhqiqat Bürosu tərəfindən axtarışa veriliblər.

Kanadada yaşayan həmin şəxslər İrana ABŞ sanksiyalarından yan keçməyə yardım etmək məqsədi ilə yüz milyonlarla dollar gizlətməkdə günahlandırılırlar.

"Həmin üç nəfər Kanadada sanksiyaları pozmaqda və ya qeyri-qanuni fəaliyyət göstərməkdə ittiham edilmir. Ancaq ABŞ-da mühakimə olunsalar, onları 20 ilə qədər həbs gözləyir",-telekanal qeyd edib.(Gunaz)
👍3
🇮🇷🇦🇲Ermənistan və İran minalardan təmizləmə sahəsində əməkdaşlıq haqqında razılığa gəlib

Ermənistan və İran humanitar minatəmizləmə sahəsində əməkdaşlıq edəcək. Müvafiq memorandumu Ermənistanın Humanitar Minatəmizləmə və Ekspertiza Mərkəzinin direktoru Vaqinak Sarqsyan və İranın Minatəmizləmə Mərkəzinin rəhbəri Məhəmməd Hüseyn Əmir Əhmədi imzalayıblar. Bu barədə Ermənistanın sözügedən mərkəzinin mətbuat xidməti məlumat verir.

Məlumata görə, İranın Minalardan Təmizləmə Mərkəzinin rəhbərliyi erməni mərkəzinin işi və imkanları ilə tanış olub. Əhmədi İran nümayəndə heyətinin Ermənistana səfərinin bu sahədə əməkdaşlığın inkişafına təkan olacağına ümid etdiyini bildirib. O, Tehranın genişmiqyaslı və uzunmüddətli əməkdaşlığa hazır olduğunu vurğulayıb.

Bildirilir ki, görüş iştirakçıları İranın beynəlxalq təlim mərkəzində erməni mütəxəssislərin hazırlanması perspektivlərini də müzakirə ediblər.(Armenia Today)

توافق ارمنستان و ایران جهت همکاری در زمینه مین زدایی
🤮8👍1
🇺🇸🇮🇷ABŞ generalından xəbərdarlıq: "İran hücum edəcək!"

ABŞ-ın Yaxın Şərqdəki Hərbi Hava Qüvvələrinin komandanı general Aleks Qrinkoviç İranın Amerika qüvvələrinə və bölgədəki neft obyektlərinə hücum planları barədə xəbərdarlıq edib.

“Hazırkı vəziyyətdə İranın diqqəti ABŞ, Suriyadakı beynəlxalq koalisiya qüvvələrinə, dənizdə olan hədəflərə və regiondakı neft infrastrukturuna hücum etməyə yönəlib”, - deyə, açıqlamada bildirilir.
👍4
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷İranda qadın məmur hicabsız qıza hücum edib🤬

Hücuma məruz qalan gənc qız deyir: “22 Bəhmən tarixində (11 fevral- inqilabın qələbəsinin ildönümü) Buşehr şəhərində Səfərpur adlı bu qadın bizə hücum edib vəhşicəsinə döymək istədi. İnsanlar yığışıb onun qarşısında durdular. Hökumət məmuru olan qadın dərhal SEPAH-ın iki xəbərçisinə zəng edib köməyə çağırdı”.
🤬9
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷Ötən gecə İranın Cavanrud şəhərində molla rejimindən narazı gənclər tonqal qalayıb yolları bağlamaqla öz etirazlarını bildiriblər.🔥

جوانرود
راهبندان اعتراضی با روشن کردن آتش توسط جوانان آزادیخواه
🔥10👍2
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷Ötən gecə İranın Rəşt şəhərində “Saderat” bankı etirazçılar tərəfindən yandırılıb🔥

#İran #etiraz
👍102
Təbrizdə hökumətə bağlı məddah güllələnərək öldürüldü🔥

Əhli-bet məddahı Habil Afaq Azər Təbrizin Bəsic meydanı yaxınlığında güllələnib. Onun cəsədi qatillər tərəfindən Şəhid Kəsayi şosesinin cənub tərəfindəki Əl-Bəqi bölgəsinə atılmış və həmin yerin mühafizəçiləri tərəfindən tapılıb.

Məlumata görə, Habil Afaq Azər hökumətə yaxın mədhiyyəçilərdən, Türkiyə və Azərbaycana İranın siyasi-dini ideologiyasını ixrac edən missionerlərdən biri olub.

Bildirilir ki o, İran hökuməti tərəfindən məddahlıq mərasimlərində çıxış etmək üçün dəfələrlə Türkiyə və Azərbaycana səfərlər edib və İran hakimiyyəti ilə yaxın əlaqələri olub.

#Təbriz #məddah #qətl

یک مداح حکومتی در تبریز به ضرب گلوله به قتل رسید
👏13👍5👎1
Xoyda zəlzələdən zərər çəkmiş əhalinin şaxtalı havada acınacaqlı vəziyyəti😢🤬

وضعیت مردم زلزله زده خوی در سرما زمستان

#Guney_Azərbaycan #Xoy #zəlzələ
😢9🤬1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷İranın Şimali Xorasan əyalətinin Esfəreyn şəhərində azadlıqsevərlər deputatın evinə od vurublar🔥

به آتش کشیدن خانه نماینده مجلس شورای اسلامی توسط آزادیخواهان در اسفراین خراسان شمالی

#İran #deputat #etiraz
🔥8👍3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷İranın Zahidan şəhərində hərbi və təhlükəsizlik qüvvələri bu gün cümə namazından sonra etiraz aksiyasının keçirilməsinə mane olmaq üçün cümə məscidinə gedən yolları bağlayıb.😡✌️

نیروهای امنیتی و نظامی بسیاری از مسیرهای منتهی به مصلی زاهدان را مسدود کرده‌اند.
👍4🤬4🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷Tehranda mühəndis qadın Mühəndislər Təşkilatının Rəyasət Heyətinə namizədlərin hicabsız buraxılmamasına etiraz kimi öz yaylığını yerə ataraq iclası tərk edib

پرت کردن روسری توسط یکی از کاندیداهای هیئت رئیسه مجمع سازمان نظام مهندسی استان تهران در اعتراض به عدم اجازه کاندیداتوری به دلیل بی حجابی.

#Tehran #hicab #etiraz
🔥17👍83👎2
🇮🇷 "Fars news" xəbər ajansı İran Milli Kitabxanasında qadınların hicabsız olmasından qəzəblənib

İranın Milli Kitabxanasının rəhbərliyinin kitabxana kompleksinin həyətinə və salonlarına “məcburi hicabsız” qadın və qızların girişinin qarşısının alınması ilə bağlı yaratdığı qalmaqalın ardınca "Fars News" yazır: “Milli Kitabxana tədqiqat və araşdırmalar üçün akademik qurumdur. Bura araşdırmaçıların adət və ənənələrinə zidd olan davranışlardan qorunmalı və saf saxlanılmalıdır".

Qeyd edək ki, ötən günlərdə məcburi hicaba riayət etməkdən imtina edən bir sıra qızların Milli Kitabxanadan qovulması xəbər yayılıb.

Kitabxanaya giriş üçün üzvlük kartı olan bəzi hicabsız qadınlara onların kartının 1 ay müddətinə dondurulduğu haqda SMS göndərilib.

عصبانیت خبرگزاری فارس از بی حجابی در کتابخانه ملی

#İran #kitabxana #hicab
🔥3🤬2