Azad İran
4.54K subscribers
31.5K photos
19.4K videos
15 files
9.25K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
Media is too big
VIEW IN TELEGRAM
İranın bütün şəhərlərində Qasım Süleymaninin banerlərinin təmizlənmısi kompaniyası başlayıb🔥

Süleymaninin il dönümünə yaxın onun bütün baner və heykəlləri xalq tərəfindən yandırılır.

کمپین پاکسازی شهرها از قاسم سلیمانی! - آتش زدن بنرها و مجسمه های قاسم سلیمانی در سالگرد هلاکت او

#İran #qasım_süleymani #molla_rejimi #rejimə_nifrət
👍14
İranın Zahedan şəhərinin cümə imamı İslam Respublikasında etirazçılarıa qarşı edam və cinsi təcavüzü pislədi🔥

Mövləvi Əbdül Həmid tvitində yazıb: “Kimin ağlına gələrdi ki, alimlərin rəhbərlik etdiyi və İslam Respublikası adlanan bir sistemdə etirazçıların səsinə qulaq asmaq əvəzinə onlara #qətl, edam, #zorlama və bu kimi ağır #işgəncələr veriləcək.

#İran #Zahedan #cümə_imamı
👍11
İranı lərzəyə salan 100 gün
“Qadın, Həyat, Azadlıq” hərəkatının başlamasından 100 gün keçdikdən sonra İslam Respublikasının etirazçılara qarşı repressiya gücünün eroziya dövrünə qədəm qoyduğu görünür🔥

Hökumətin repressiyasının qəddar formalarına baxmayaraq, sentyabrdan başlanan bu tarix hərbi rejim və onun dəhşətli təhlükəsizlik aparatları ilə əli boş döyüşə gedən igid nəslin böyük qələbəsi və nailiyyəti hesab edilməlidir.

#İran #azadlıq_hərəkatı
10👍2
Media is too big
VIEW IN TELEGRAM
İran xalqının haqlarını tapdalayaraq büdcəni talayan mollalar insanların edam olunmasının tərəfdarıdır

Müftəxor molla məhkumları həbsdə saxlamağa maliyyə vəsaiti olmadığını və edam olunmasına haq qazandırır:
"Bu intiqam hissi yaradan edam hökmünü ömürlük həbs hökmünə dəyişmək olmazmı?
- İslam hesab edir ki, bu, çəkindirici qüvvəyə malik deyil. Qurandakı ayə "Yuqəttəlu" deyir, demir "Yuqtəlu". Yəni, müharibəyə çıxan şəxs ağır formada öldürülməlidir.
Bu qrup üçün hazırlanmış tədbir çəkindirmə gücünə malik olmalıdır!
Siz sual verdiniz, bəziləri də deyirlər ki, edamın əvəzinə həbs olunsun. Yaxşı, həbs kimin cibindən? Kimin hesabına? Bir qrup şəxs rahat yerdə əyləşib deyir ki, bunu ömürlük həbs edin.
Həbs edilirsə, başdan ayağa xərci var. Su, işıq, qaz, təhlükəsizlik və digər xərcləri, istirahəti, yatağı...
İslam bu tezisə qarşıdır. Əlbəttə, özü ilə Allahı arasında tövbə etmiş olsa, qiyamətdə xoşbəxtdir. Yəni bu o demək deyil ki, bir nəfər edam olunursa qiyamətdə də günahkar olacaq və kafir sayılacaq".
🤬7👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Mançester şəhərində İslam Mərkəzinin önündə iranlılar 22 gündür oturaq aksiya keçirir✌️

Mançester, Liverpul və Cənubi Yorkşirdə yaşayan bir qrup iranlı Mançester İslam Mərkəzinin qarşısında oturaq aksiyanı davam etdirirlər.

Oturaq aksiyanın məqsədi İranda ümumxalq etirazlarına dəstəkdir və iştirakçılar hökumət orqanlarından Mançester İslam Mərkəzinin bağlanmasını tələb edirlər.

İştirakçılardan biri deyir: "Uşaq qatili olan repressiv İslam Respublikasının mərkəzinin qarşısındakı aksiyamızın 22-ci günüdür. Burada da yatırıq".

#Mançester #İran
👍6🔥1
Media is too big
VIEW IN TELEGRAM
İran hökumətinə müxalif siyasi fəal Ərdəşir Ərcmənd İslam Respublikasının rəhbəri Ayətullah Xameneyini “İran xalqının ən böyük düşməni” adlandırıb və onu “Yer üzündə fəsad törədən və düşmən"-in bariz nümunəsi adlandırıb

Bu açıqlama ilə eyni vaxtda, İran prezidenti İbrahim Rəisi də bu yaxınlarda "aldadılmış" adlandırdığı insanlara müraciətində xalqın onlara qucaq açdığını, lakin İslam Respublikasına düşmən olanlara rəhm etməyəcəyini bildirmişdi.
👍8
Molla rejimi 17 yaşlı qızı qaçırdıb

Əhvaz şəhərində dekabrın 23-də 17 yaşlı Həsti Afaq divara anti-hökumət şüar yazarkən rejim agentləri tərəfindən həbs edilib. Onun harada saxlanıldığı hələdə məlum deyil.

Afaq Əhvazın növbəti zorlama qurbanı ola bilər.

#mollarejimi #AfaqƏhvaz
😱7🤬5👎1
İran İnsan Haqları Təşkilatı yeni hesabatında həbsxanada olan ən azı 100 etirazçının edam hökmü veriləcəyi və ya icra ediləcəyi təhlükəsi ilə üzləşdiyini açıqlayıb🔥🤬

دستکم ۱۰۰ معترض زندانی در خطر صدور اجرای حکم یا اعدام

#İran #həbsxana #edam
👍3😢2
İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan nümayəndə heyəti ilə birlikdə Omana rəsmi səfərə gedib🇮🇷🇴🇲

وزیر امور خارجه ایران طی سفری رسمی و در رأس هیأتی بلندپایه به عمان رفت.
🤮9
Media is too big
VIEW IN TELEGRAM
İranın Xorasan əyalətində qız şagirdlər Xameneyiyə qarşı şüarlar yazırlar🔥✌️

شعارنویسی دختران دانش‌آموز خراسانی

#İran #anti_hökumət_şüarı
👍10
İstedadlı İran şahmatçısı Sara Xadim Almatıda keçirilən şahmat üzrə dünya çempionatına hicabsız qatılıb🇮🇷

#İranlı_şahmatçı #dünya_çempionatı #hicabsız
🥰14
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İran küçələri... qadınlar saçlarını örtüb-ötrməməyi özləri qərar verirlər!✌️(GuneyAZfront)

#İran #azadlıq
👍15
İran iqtisadiyyatı və xalqını genişmiqyaslı fəlakət gözləyir

İranlı ekspert Abbas Əbdi deyib:"Bir müddət öncə İran hökuməti bildirimmşdi ki, ölkəyə qoyulan investisiya amortizasiyanı kompensasiya etmək üçün tələb olunan məbləğdən belə azdır. Bu o deməkdir ki, İran iqtisadiyyatı və xalqı üçün genişmiqyaslı fəlakət yoldadır.
İndi dolların qiyməti 5 il əvvəlki ilə müqayisədə 13 dəfə bahalaşıb.
47% inflyasiyanın baş vermə ehtimalı çoxdur, əslində bu, son 9 ayda baş verib. Amma hökumət məzənnəni düzgün proqnozlaşdırmayıb, çünki indi İran təqvim ilinin sonuna üç ay qalmış məzənnə proqnozlaşdırılan rəqəmdən 5 min tümən (təxminən 15 faiz) yuxarıdır...

Təbii ki, keçən il işçilərin maaşını 57% artırdıqları halda, bu il əmək sektorunda çalışanların maaşlarını daha az artıracaqlar. Bu o deməkdir ki, özəl və dövlət maaşı alanlar yoxsullaşacaq".
🥰3👍1🤬1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Fransanın Lion şəhərində yaşayan bir iranlı dekabrın 27-də Qərb ölkələrinin diqqətini İranda repressiyaların miqyasına cəlb etmək üçün özünü Lion Rona çayına atıb😢🤬

O, biir müddət öncə fars və fransız dillərində iki dəqiqəlik video yayaraq İran rejiminin zorakılığını dünyaya çatdırmaq məqsədilə özünü Rona çayına atacağını açıqlamışdı.

38 yaşlı iranlının adı Məhəmməd Moradidir.

O, 2019-cu ildən Fransanın cənub-şərqindəki Lion şəhərində həyat yoldaşı ilə birlikdə yaşayırdı.

#Fransa #iranlı #intihar
🤬1😢1
İranda hökumət məmurları 12 yaşlı uşağı oldürüb😢😡

Hormozqan əyalətində hökumət məmurlarının minik avtomobilinə açdığı atəş nəticəsində 12 yaşlı Səha Etibari həyatını itirib.

Hadisə dekabrın 25-də Hormozqan əyalətinin Lamərd-Bəstək yolunda baş verib.

Minik avtomobilinin polislərin "dayan" əmrinə tabe olmadığı üçün atəşə tutulduğu bildirilir.

Hormozqan əyalətinin polis rəisi polkovnik Mehrdad Müşəvviq atəşə tutulan minik avtomobilində narkotik maddə daşındığını iddia edib.

#İran #hökumət_məmurları #uşaq #atəş
🤬6
İsrail ordusunun baş qərargah rəisi: "Biz İranın nüvə proqramının qarşısını almaq üçün istənilən əmri yerinə yetirməyə hazırıq"

İslam Respublikasının nüvə silahının regionda ən böyük potensial təhlükə olduğunu bildirən Aviv Koxavi habelə İsrailin İslam Respublikasının Suriyada raket sistemləri yerləşdirmə cəhdinin qarşısını aldığını və bu rejimin Suriyadakı baza və qüvvələrinin əvvəlkindən xeyli kiçildiyinə işarə edərək, Tehrana qarşı mübarizənin Yaxın Şərqdəki İranmeyilli bütün qüvvələrin fəaliyyətini əhatə etməli olduğunu vurğulayıb.

#İsrail #İran
12
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Almaniyanın Düsseldorf şəhərində reklam tumbalarına İrandakı xalq hərəkatına dəstək məqsədilə "Qadın, həyat, azadlıq" şüarı yazılıb🇩🇪🇮🇷

‌شعار «زن، زندگی، آزادی» روی بیلبوردهای شهری دوسلدورف در آلمان

#Almaniya #İran #xalq_hərəkatı #dəstək
👏8👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Qərbi Azərbaycan əyalətinin Soyuqbulaq (Mahabad) şəhərində hökumət qüvvələrinin öldürdüyü şəxslərin 40 mərasimindən sonra onların yaxınları repressiv hökumətə qarşı etiraz aksiyası keçirib🔥

Aksiya iştirakçıları "Xameneyiyə ölüm olsun, diktatora ölüm olsun" şüarları səsləndiriblər.

معترضان سوگوار شامگاه سه‌شنبه 6 دی‌، در شهرستان مهاباد، پس از حضور در مراسم چهلم سه تن از معترضان کشته‌ شده این شهر در خیابان‌ها تجمع کرده و شعار «مرگ بر دیکتاتور» سر دادند.

#Qərbi_Azərbaycan #Soyuqbulaq #etiraz
🤬7👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Tehranda azadlıqsevərlər hökumət banerinin üzərinə inqilabçı şüarlar yazılmış plakat asıblar🔥

Plakatda yazılıb: "Şücaətinizi artırın! Dostlarımızın qanına and içirik ki, sona qədər mübarizə aparacağıq!"

Videonu qeydə alan şəxs deyir: "Bura Tehranın Vəli-Əsr küçəsidir. Xameneyi, sonun çatıb!"

#Tehran #etiraz #plakat
6
İranda öldürülən etirazçıların sayı 507-ə çatıb🔥✌️

HRANA- İran Hüquq Müdafiəçiləri Qrupunun xəbər ajansı dekabrın 27-nə olan məlumatında hökumət məmurları tərəfindən öldürülən etirazçıların sayı açıqlanıb.

Qurum yaydığı məlumatda 17 sentyabr - 27 dekabr tarixləri ərzində İranda davam edən etiraz nümayişlərində 69-i uşaq olmaqla 507 nəfərin hökumət məmurları tərəfindən qətlə yetirildiyini bildirib.

Bununla yanaşı, məlumatda 18.533 nəfərin saxlanıldığı bildirilir. Onlardan 4.108 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. Eyni zamanda, həbs olunanlardan 665-i öyrəncidir.

Habelə, bu müddət ərzində 161 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı nümayişlər həyata keçirib və 144 universitetin öyrənciləri etirazları dəstəkləyiblər.

شمار معترضان کشته شده در اعتراضات اخیر به 507 نفر رسید

#İran #etirazlar #hökumət_qüvvələri #qətl
🤬6
This media is not supported in your browser
VIEW IN TELEGRAM
SON DƏQİQƏ: İranda Qasım Süleymaninin daha bir baneri yandırıldı🔥

Bu kampaniya İranın bütün şəhərlərində keçirilir və etirazçılar Süleymaninin ildönümünə qədər ölkədə ona aid bütün baner və heykəli məhv edəcəklərinə söz veriblər

به آتش کشیدن بنر دیگر قاسم سلیمانی

#İran #xalq #etiraz #molla_rejimi #qasım_süleymani
👍10