Azad İran
5.66K subscribers
37.7K photos
22.4K videos
15 files
9.47K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
İranda yoxsulluqla bağlı şok görüntülər

İllərdir İranda molla rejiminin apardığı militarist, şovinist siyasətin acı nətisini xalq getdikcə daha çox hiss edir.

Belə ki, ölkədə insanların yaşayış səviyyəsi region dövlətləri ilə müqayisə edilməyəcək qədər aşağı və acınacaqlıdır. Hətta paytaxt Tehranda belə aylardır evinə ət ala bilməyən çox sayda insan var.

Vəziyyətin ciddiliyini anlamaq üçün İranın elan saytlarında verilən elanlara göz gəzdirmək kifayətdir. İnsanlar öz şəxsi geyim və məişət əşyalarını pul qarşılığında satmır, ərzaq məhsulları ilə dəyişir. Bu isə pulun kəşf edilməsindən qabaq insanların öz aralarında mal mübadiləsi apardıqları ibtidai icma dövrünü xatırladır.

Rejim isə bu vəziyyəti dəyişmək üçün heç bir tədbir görmür, əksinə haqlı şəkildə etirazını bildirən dinc insanları işgəncə maşınından keçirir, onları edam edir.

تصاویر تکاندهنده از فقر در ایران

#İran #xalq #yoxsulluq #molla_rejimi
😢3👍1😱1
Media is too big
VIEW IN TELEGRAM
İranın Yəzd şəhərində qəzəbli gənclər Molotov kokteyli ilə yarımhərbi radikal “Bəsic“ qüvvələrinin bazasını yandırıblar🔥

فیلم حمله جوانان به پایگاه بسیج با رگباری از کوکتل مولوتف در یزد

#İran #xalq #etiraz #molla_rejimi #Molotov_kokteyli
👏7👍1
İran parlamenti senzuranı gücləndirmək üçün qanun qəbul edir🤬

İslam Şurası Məclisinin Məhkəmə-Hüquq Komissiyası “Kiberməkanda saxta xəbərlərin hüquqi cəhətdən təqibi” adlı qanun layihəsini qəbul edib. İran millət vəkilləri belə xəbərlərin müəlliflərini “ağır cəzalar” gözlədiyini deyirlər.

İslam Respublikasının kiber məkanda söz azadlığının boğulmasını gücləndirmək səyləri yeni mərhələyə qədəm qoyub.

Sözügedən komissiyanın sözçüsü Kazem Delxoş bu barədə yerli mediaya bildirib: “Parlamentin Məhkəmə-Hüquq Komissiyası belə bir qanun layihəsi hazırlayıb ki, kiber məkanda yalan xəbər yayan və ya onu şişirdən hər kəs məhkəmə qarşısında cavab verməlidir”.

تلاش مجلس برای تشدید جلوگیری ‌از گردش آزاد اطلاعات

#İran_parlamenti #senzura #qanun_layihəsi
🤬5👍1👎1
Xomeyninin nəticəsi Nəime Taherinin məzlum İran xalqının hesabına Kanadada lüks həyatından yeni görüntülər😡

1979 cu ildən bəri "İslam İnqilabı" adı altında İranda hakimiyyəti ələ keçirən molla rejimi bu illər ərzində xalqı bir çox bəlaya düçar edib. Xalqın narazılığına isə həmişə Allahın imtahanı, Amerikanın və Qərbin oyunları kimi ağıla, məntiqə zidd yalanlar uyduraraq insanları istismar edib, amma rejimin öz yaxınları nə İslam şəriətinə uyublar, nədə ki sanksiyalar və "Allahın imtahanından" nəsiblərini alıblar.

İranda bütün hökumət rəsmilərinin övladları daim xaricdə, əsasən də Amerikada lüks həyat tərzi ilə gündəmə gəlirlər. İranda yaşayan məzlum xalq isə hərc-mərclik, repressiya şəraitində rejimin hər cürə basqısı altında hər an edam qorxusu ilə yaşayır.

تصاویری جدید از زندگی اشرافی نعیمه طاهری، نتیجه خمینی در کانادا با هزینه مردم مظلوم ایران

#İran_xalqı #Xomeyni #Kanada #lüks_həyat
🔥6😁4👍2🤬2
TƏCİLİ:
Ermənistanın İrandakı səfiri: "İrəvan öz ərazisində üçüncü ölkəyə heç bir marşrut verməyəcək"
🇦🇲🇮🇷

İşğalçı Ermənistanın Tehrandakı səfiri Azərbaycanın irəli sürdüyü Zəngəzur dəhlizi ideyasından söz açaraq, bununla bağlı tərəflər arasında hər hansı sənədin imzalanmadığını iddia edib.

Sitat: “Ermənistan tərəfi dəfələrlə bəyan edib ki, heç bir ölkəyə öz ərazisində hər hansı marşrut verməyəcək”.

Ermənistanın İrandakı səfiri Arsen Avakyan “Tasnim News”a verdiyi müsahibədə bölgənin son iki ildə və 44 günlük Qarabağ savaşından sonrakı xüsusi vəziyyətinə toxunaraq, bu mərhələni aşmaq üçün Tehran-İrəvan əməkdaşlığının vacibliyini vurğulayıb.

O, habelə iki ölkə arasında münasibətlərin son vəziyyəti, Cənubi Qafqaz regionunun vəziyyəti, Ermənistan, Azərbaycan və Türkiyə arasında sülh danışıqları prosesinə toxunub.


سفیر ارمنستان در ایران: ایروان هیچگونه مسیری در خاک خود به کشور ثالثی نمی‌دهد

#Ermənistan #İran #səfir #müsahibə #Azərbaycan #Zəngəzurdəhlizi
😁13👍2🤬2
Media is too big
VIEW IN TELEGRAM
İranın Məşhəd şəhərində hökumət mollalarının yaşayış kompleksi qəzəbli xalq tərəfindən Molotov kokteylləri ilə yandırıldı✌️🔥

فیلم کوکتل باران مجتمع مسکونی آخوندهای حکومتی در مشهد

#iran #xalq #etiraz #molla_rejimi
👍11
İranda etirazçılar dron və raket istehsalı mərkəzinə od vurublar🔥

Gecə saatlarında qəzəbli kütlə İsfahan Texnologiya Universitetinə hücum edib. Əsas məqsəd İran silahlarının müasir növlərinin, o cümlədən pilotsuz təyyarələrin hazırlandığı elmi mərkəz olub.

اصفهان: معترضان شبانه یک مرکز تولید پهپاد و موشک را به آتش کشیدند

#İran #etirazçılar #dron #raket
17
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Məşhəd şəhərində İran rejimi tərəfindən edam edilən Məcid Rza Rəhnəvərdin anım mərasimi ləğv edildi😡✌️

Hökumə qüvvələri Məcid Rza Rəhnəvərdin xatirəsini yad etmək üçün toplaşan insanların məscidə girişinə icazə verməyib və mərasim ləğv edilib.

مشهد
مراسم مجیدرضا رهنورد
مردم در مقابل مسجد محل یادبود مجیدرضا رهنورد، تجمع کردند اجازه ورود نمی دهند و کنسل کردند

#iran #xalq #etiraz #molla_rejimi #edam
🤬10👍2
Beynəlxalq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yayıb

Beynəlxalq Əfv Təşkilatı Məcid Rza Rəhnəvərdin ictimaiyyətin gözü önündə edam edilməsini İran hakimiyyətinin qisas məqsədli qətli adlandırıb.

Əfv Təşkilatının Yaxın Şərq və Şimali Afrika departamentinin direktor müavini ümumi etirazlarla əlaqədar ədalətsiz saxta məhkəmədən sonra İran hakimiyyəti tərəfindən insanların gözü qarşısında edam edilən 23 yaşlı etirazçı gənc Məcid Rza Rəhnəvərdın edam olunmasına münasibət bildirib.

"Məcid Rzanın Rəhnəvərdin dəhşətli edamı İranın Məhkəmə sistemini ictimaiyyət qarşısında rüsvay etdi. Bu, insanları qorxutmaq və mövcud vəziyyət qarşısında susmağa məcbur edən repressiya vasitəsidir",-deyə, bəyanatda bildirilib.

Bəyanatda beynəlxalq ictimaiyyətdən İran hakimiyyətinə ölüm hökmlərini dayandırmaq və ləğv etmək məqsədilə təzyiq göstərmək üçün bütün lazımi tədbirləri görmələri tələb edilib.
🔥5👍3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Tehran Elm və Tədqiqat Universitetinin tələbələri ölkədə edamlara etiraz olaraq dərslərdən imtina edib və etiraz aksiyası keçiriblər✌️🔥

دانشگاه علوم و تحقیقات
اعتراض دانشجویان دانشگاه علوم و تحقیقات در تهران نسبت به اعدام ها

#İran #tələbə #tətil #etiraz #molla_rejimi #edam
👍14
SEPAH-ın Kəşfiyyat Təşkilatı Çinin İrandakı səfirliyi önündə mitinq keçirilməsinə icazə vermədi🇮🇷🇨🇳

SEPAH-ın Kəşfiyyat Təşkilatı Çinin Tehrandakı səfirliyi önündə “inqilabçı tələbələrin” etiraz aksiyası keçirməsinə mane olub.

Mitinqdə qatılmaq istəyənlər özlərini “inqilabçı öyrəncilər” adlandırıblar.

Həmin qrup “İslam Respublikası ilə Çin arasında əlaqələrin yaxınlığını” vurğulamaqla yanaşı, İran körfəzi sammitində Çinin tutduğu mövqeyə öz etirazlarını bildirmək istəyib. Lakin aksiyanın keçirilməsinə SEPAH-ın Kəşfiyyat Təşkilatı qarşı çıxıb və nəticədə tədbir baş tutmayıb.

Qeyd edək ki, Si Cinpinin Səudiyyə Ərəbistanına səfərinin sonu İran İslam Respublikasına iki böyük şokla yadda qalıb. Çin İran üçün gözlənilməz mövqe tutaraq, Səudiyyə Ərəbistanı və İran körfəzinin ərəb ölkələrinin yanında yer alıb. Daxili legitimliyi ən aşağı səviyyəyə düşən və beynəlxalq aləmdə hörmətini itirən İran rejmi Çini də itirib.

مخالفت سازمان اطلاعات سپاه با برگزاری تجمع مقابل سفارت چین

#İran #SEPAH #Çin #səfirlik
👍5🔥1😁1🤔1
İran beynəlxalq reaksiyalardan qorxaraq Rusiyaya ballistik raketlər görməkdən imtina edib?

“Axios” saytı İsrailin dörd təhlükəsizlik və kəşfiyyat rəsmisinə istinadən yazıb ki, İran beynəlxalq basqılara görə öz ballistik raketlərini Rusiyaya göndərməkdən imtina edib.

Bundan öncə Ukrayna ordusunun sözçüsü bildirib ki, İran Rusiyaya verdiyi sözə baxmayaraq, İran daxilində hakimiyyət əleyhinə etirazların başlaması və davam etməsi səbəbindən Rusiyaya ballistik raketlər çatdıra bilməyib.

Ötən aylarda Ukrayna rəsmiləri və Qərb siyasətçiləri Rusiyanın Ukraynaya qarşı savaşda İranın “Şahed-136” kamikadze dronlarından istifadə etməsi haqda məlumat yayıb və İranın istehsal etdiyi ballistik raketləri Rusiyaya göndərmək planından narahatlıqlarını dilə gətiriblər.

#İran #Rusiya #dron
👍5👏2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İranln Qeşm şəhərində azadlıqsevərlər Xomeyni və Xameneyinin banerinə od vurublar🔥✌️

قشم؛ آتش زدن بنر خمینی و خامنه ای توسط آزادیخواهان

#İran #Xomeyni #Xameneyi #baner
🔥11👍3
Avropa Birliyi İranın 14 yüksək rütbəli zabitinə sanksiya tətbiq edib

27 Avropa ölkəsi SEPAH zabitləri: general-mayor Seyid Əbdürrəhim Musəvi, general Məhəmməd Tağı Usanlu, general Məhəmməd Abdullahpur, general Mohsen Kərimi, general Amanullah Qərşasbi, general Əlirza Heydərnia, general Bəhmən Rihani, general Səyavəş Müslümi, general Əhməd Zülqədər, general Murtəza Kəşkuli, general Şahsavirib, polkovnik Məcid Suri, polkovnik Murtaza Cokar və polkovnik İsa Bayatı sanksiya siyahısına əlavə edib.

اتحادیه اروپا ١۴فرمانده نظامی ایران را تحریم کرد

#İran #etiraz #insan_haqları #molla_rejimi
👍16
Tehranda 400 etirazçıya hökm oxunub 🔥

Tehran əyalətinin məhkəmə sədri etirazçıların işinə baxılmasına toxunaraq deyib: "160 nəfər 5 ildən 10 ilədək, 80 nəfər 2 ildən 5 ilə qədər, 160 nəfər 2 ilədək müddətə azadlıqdan məhrum edilib və 70 nəfərə maliyyə cəzası verilib".

#Tehran #məhkəmə #etirazçılar #həbs #sanksiya

https://www.facebook.com/azadiranmedia?mibextid=ZbWKwL
🤬12👍1