Azad İran
5.66K subscribers
37.7K photos
22.4K videos
15 files
9.47K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
BMT İnsan Haqları üzrə Ali Komissarlığı: "Bütün edamlar dayandırılmalıdır!"🔥

Komissarlığın bəyanatında deyilir: "İranda sayca ikinci etirazçı Məcidrza Rəhnəvərdin həbsindən cəmi 3 həftə sonra edam cəzasının davamlı istifadəsindən dəhşətə gəldik.
Biz ölümə məhkum edilmiş digər etirazçıların həyatından narahatıq. Ölüm cəzasının tətbiqi yaşamaq hüququna uyğun gəlmir".

#BMT #İran #Məcidreza_Rəhnəvərd #edama_qarşı
👍9
Qərbi Azərbaycan əyalətinin #Bəykəndi (Bukan) şəhərinin girişində SEPAH terrorçuları xalqı qırmaq məqsədilə ağır silahlarla təchiz ediliblər🤬

‌ نیروهای سپاه پاسداران در ورودی‌های شهر #بوکان با سلاح نیمه‌سنگین.
دوشنبه ۲۱ آذر ۱۴۰۱

#Qərbi_Azərbaycan #SEPAH #xalqa_qarşı #ağır_silahlar
🤬9👎2👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Almaniyada yaşayan iranlılar İslam Respublikasının Frankfurtdakı Konsulluğu önündə etiraz aksiyası keçiriblər✌️

Aksiya iştirakçıları Mohsen Şekarinin və Məcidrza Rəhnəvərdin edam edilməsindən sarsıntı keçirdiklərini bildirərək, İrandakı etirazçılara dəstək verib və molla rejiminə şüar üvnanlayıblar: "Şərəfsiz, şərəfsiz!"

#Almaniya #etiraz #İran_rejimi
👍13
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bu dəqiqələrdə İranın Məşhəd şəhərində qatil molla rejiminin Məcidrza Rəhnəvərdi edam etməsindən qəzəblənmiş əhali küçələrə axışıb nümayiş keçirir🔥✌️

Etirazçılar bütün vətəndaşları rejimə qarşı səfərbər olmağa səsləyirlər: "Əgər bir olmasaq, bir- bir öldürüləcəyik!"

مشهد
تظاهرات در اعتراض به اعدام مجیدرضا_رهنورد

#İran #Məşhəd #anti_hökumət #etiraz

https://www.facebook.com/azadiranmedia?mibextid=ZbWKwL
👍18👏2
Media is too big
VIEW IN TELEGRAM
İspaniyada yaşayan iranlılar İslam Respublikasının Madriddəki səfirliyi qarşısında etiraz aksiyası keçiriblər🔥

Aksiya iştirakçıları Mohsen Şekarinin və Məcidrza Rəhnəvərdin edam edilməsindən qəzəbləndiklərini bildirərək, molla rejiminin rəsmilərinin bu ölkədən qovulmasını tələb ediblər.

#İspaniya #Madrid #İran_səfirliyi #etiraz #ölkədən_qovma
🔥12
İranlı ekspertdən daha bir təxribat xarakterli paylaşım

İran hökumətinin Azərbaycana qarşı təxribatçı missiyasını media üzərindən həyata keçirən bədnam siyasi təhliçi Ehsan Movəhhediyan Azərbaycanı dinc ermənilərə atəş açmaqda ittiham edir.

Belə ki, adıçəkilən təhlilçi "Tvitter" hesabında Azərbaycanı "Bakı" adlandırır və həyasızcasına yazır:

"Bu, İrəvandan Ermənistanın cənubuna gedən əsas yoldur. Səyahətçilərin həyatını dağların arxasından Bakının atəş açmasından qorumaq üçün bir hissədə yolun kənarına torpaq tökülüb və barrikadalar qoyulub.

Sahib oldğumuz təhlükəsizlik bir nemətdir və ehtiyatlı olmasaq, beləcə bizim də əlimizdən alarlar.

Hey duz tökməyin, "əvəzində təhlükəsizliyimiz var!"
🤬10🤮2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İranın Məşhəd şəhərində #Məcidrza_Rəhnəvərdin #edam edilməsinə etiraz edən gənc #qız öz boynuna kəndir keçirərək repressiv molla hökumətinin edam hökmünü imitasiya edərək rejimə nifrətini bildirir, ətrafdakı insanlar və sürücülər də ona dəstək verir🔥

دختری جوان به نشان اعتراض به اعدام #مجیدرضا_رهنورد به صورت نمادین طناب دار به گردن

#Məşhəd #edama_qarşı #etiraz

https://www.facebook.com/azadiranmedia?mibextid=ZbWKwL
👍10
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Tehranın Heşmətiyə küçəsində qəzəbli kütlə etirazlara qatıldığı üçün İran rejimi tərəfindən Məcidrza Rəhnəvərdin edam edilməsini pisləmək üçün “Diktatora ölüm” şüarı səsləndiriblər✌️

تهران
شعار "مرگ بر دیکتاتور" در محکومیت قتل حکومتی مجیدرضا رهنورد در خیابان حشمتیه طنین‌انداز شد

#Tehran #xalq #etiraz #molla_rejimi #edam
👍5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Tehranın Punək qəsəbəsi, çərşənbə axşamı✌️
Sakinlərin gecə saatlarında: “Xamneyiyə ölüm olsun”
“Bir nəfər öldürülsə, min adam arxasında olacaq” fəryadı ətrafı bürüyüb.

تهران - پونک بامداد سه‌شنبه
خروش شبانه مردم با شعارهای: مرگ بر خامنه ای
هر یه نفر کشته شه هزار نفر پشتشه

#İran #molla_rejimi #xamneyi #edam
👍13
Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib✌️

Avropa İttifaqının yeni sanksiyalar paketinin təfərrüatları açıqlanıb.

Belə ki, İran İslam Respublikasının radioteleviziya kanallarına və onlara bağlı qurumlara sanksiyalar qoyulub. “Seda və Sima”nın Avropa Birliyindəki bütün media ofisləri və şəbəkələri bağlanacaq.(GuneyAZfront)

#İran #teleradio #sanksiya
👍15
İran XİN başçısı Azərbaycanla bağlı ölkə parlamentinə çağırıldı🇮🇷🇦🇿

İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sözçüsü Əbülfəzl Əmuyi xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyanın həmin komissiyanın iclasında iştirakı ilə bağlı deyib: “İclasda Kəleybər və Xudafərin şəhərlərinin parlamentdəki üzvü Hüseyn Hatəmi İran və Azərbaycan arasında sərhəd keçidləri ilə bağlı sual qaldırıb”.

Onun sözlərinə görə, beləliklə, xarici işlər nazirinin məsələyə açıqlama gətirməsindən sonra bununla bağlı Xarici İşlər və Yol və Şəhərsalma Nazirliklərinin həmin bölgənin parlamentdəki üzvünün iştirakı ilə müşavirə keçirməsi qərara alınıb.

ابوالفضل عمویی، سخنگوی کمیسیون امنیت ملی و سیاست خارجی مجلس شورای اسلامی، افزود: در این جلسه حسین حاتمی، نماینده مردم کلیبر و خداآفرین سوالی با موضوع گذرگاههای مرزی بین ایران و جمهوری آذربایجان مطرح کرد که پس از توضیحات وزیر امورخارجه مقرر شد وزارتخانه‌های امور خارجه و راه و شهرسازی با حضور نماینده مردم منطقه نشستی درباره موضوع برگزار کنند.

#İran #Azərbaycan #parlament
👎9👍2😁1
İranda yoxsulluqla bağlı şok görüntülər

İllərdir İranda molla rejiminin apardığı militarist, şovinist siyasətin acı nətisini xalq getdikcə daha çox hiss edir.

Belə ki, ölkədə insanların yaşayış səviyyəsi region dövlətləri ilə müqayisə edilməyəcək qədər aşağı və acınacaqlıdır. Hətta paytaxt Tehranda belə aylardır evinə ət ala bilməyən çox sayda insan var.

Vəziyyətin ciddiliyini anlamaq üçün İranın elan saytlarında verilən elanlara göz gəzdirmək kifayətdir. İnsanlar öz şəxsi geyim və məişət əşyalarını pul qarşılığında satmır, ərzaq məhsulları ilə dəyişir. Bu isə pulun kəşf edilməsindən qabaq insanların öz aralarında mal mübadiləsi apardıqları ibtidai icma dövrünü xatırladır.

Rejim isə bu vəziyyəti dəyişmək üçün heç bir tədbir görmür, əksinə haqlı şəkildə etirazını bildirən dinc insanları işgəncə maşınından keçirir, onları edam edir.

تصاویر تکاندهنده از فقر در ایران

#İran #xalq #yoxsulluq #molla_rejimi
😢3👍1😱1
Media is too big
VIEW IN TELEGRAM
İranın Yəzd şəhərində qəzəbli gənclər Molotov kokteyli ilə yarımhərbi radikal “Bəsic“ qüvvələrinin bazasını yandırıblar🔥

فیلم حمله جوانان به پایگاه بسیج با رگباری از کوکتل مولوتف در یزد

#İran #xalq #etiraz #molla_rejimi #Molotov_kokteyli
👏7👍1