Azad İran
5.66K subscribers
37.7K photos
22.4K videos
15 files
9.47K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
İranlı ekspertin anti-Azərbaycan ritorikası bitmir

İran hökumətinin qeyri-rəsmi danışan dili olan media fəalı və bədnam siyasi təhlilçi Ehsan Movəhhediyan Azərbaycana qarşı düşmənçilik missiyasını davam etdirərək Şuşa şəhərini "Şuşi" adlandıraraq yazır:

"Ola bilər ki, Cənub-Şimal dəhlizinin həyati vacib hissəsi olan Ermənistanda Qacaran-Sisian (Qarakilsə) yolunun tikintisi Türkiyə şirkətinə verilsin! Ərdoğanın səhmdarı olduğu həmin şirkət ermənilərin Laçın dəhlizindən keçə bilməməsi üçün Şuşi (Şuşa) və Qarabağa gedən yeni Gorus yolunu da tikir.

Bu, İran yaxınlığındakı Ermənistan ərazisində Türkiyənin casusluq etməsi deməkdir.
Yatmışıq?"
🤮4
Media is too big
VIEW IN TELEGRAM
"Sonuncu əsgər" sənədli film✌️

"Sonuncu Əsgər" filmi 1946-cı il də Pəhləvi ordusunun Güney Azərbaycanda törətdiyi cinayətlərin şahidi olmuş Azərbaycan milli hökumətinin sonuncu əsgəri haqqında sənədli filmdir.

Filmin rejissoru Məhəmməd Əlimuradidir.

آخرین سرباز "مستندی به روایت آخرین سرباز حکومت ملی آذربایجان که شاهد جنایات ارتش پهلوی در آذربایجان به تاریخ سال هزار و سیصدو بیست و پنج بوده می باشد.

#sonuncu_əsgər #güney_Azərbaycan

https://www.facebook.com/azadiranmedia?mibextid=ZbWKwL
👍12😁1
İran öz ordusunun əsgərlərini həbs edir

İsrailin “Mako” informasiya saytı xəbər verir ki, “Black Reward” haker qrupunun “Fars”xəbər agentliyinə hücumu zamanı ələ keçirdiyi məlumatlara əsasən, İran ordusunun 115 əsgəri ölkədə davam edən etirazlar zamanı həbs edilib.

Onların hamısı SEPAH-ın və ya ona tabe olan qurumların deyil, İranın nizamlı ordusunun əsgərləridir. 

Buna görə də guman etmək olar ki, SEPAH üzvləri iğtişaşları yatırmaqla yanaşı ölkədə baş verə biləcək çevrilişin, eləcə də nizami ordunun hərbçiləri arasında fərariliyin qarşısını almaqla məşğul idilər (GuneyAZfront).

#İran #SEPAH #BlackReward
😁9👍2
Media is too big
VIEW IN TELEGRAM
Parisdə bir qrup qadın fəal İrandakı etirazçılara dəstək aksiyası keçirib🔥

Aksiya Parisdə Luvr muzeyinin qarşısında Femen qadın hüquqları təşkilatı tərəfindən keçirilib.

Parisdəki Femen qrupu bu aksiyanı İrandakı bir qrupla əməkdaşlıq edərək həyata keçirdiklərini açıqlayıb.

#Fransa #Paris #İran #aksiya

https://www.facebook.com/azadiranmedia?mibextid=ZbWKwL
👍11
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Təbrizdə Güney Azərbaycan Milli Hökumətinin ildönümü qeyd olunub🔥✌️

Güney azərbaycanlılar Təbriz şəhərində "21 azər" (12 dekabr) və Güney Azərbaycan Milli Hökumətinin ildönümünü yad edərək şüarlar səsləndiriblər:
"Qadınlara azadlıq, millətlərə istiqlal!
Pişəvəri ruhun şad olsun!
Azadlıq, ədalət, milli hökumət!"

گرامیداشت یاد و خاطره ۲۱ آذر و حکومت ملی آذربایجان
تبریز

#Təbriz #milli_hökumət #ildönümü

https://www.facebook.com/azadiranmedia?mibextid=ZbWKwL
16😁1
Media is too big
VIEW IN TELEGRAM
Bu gün Avstriyada yaşayan iranlılar İranın Vyanadakı səfirliyi önündə etiraz aksiyası keçirib🔥✌️

Aksiya iştirakçıları Mohsen Şekari və Məcid Rza Rəhnəvərdin edamından hiddətləndiklərini ifadə edərək, edam hökmü çıxarılmasına son qoyulmasını və həbsdə olan etirazçıların azad edilməsini tələb edib və repressiv İran rejiminə qarşı şüarlar səsləndiriblər: "Məcidimizi apardılar, cənazəsini gətirdilər!
Qorxmayın, hamımız birlikdəyik!
Bu il qan ilidir, Seyid Əli devriləcək!
Bu il SEPAH öldürüləcək,
ölüm olsun bu rejimə!"

#Avatriya #Vyana #İran_səfirliyi #etiraz_aksiyası
👏5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Məcid Rza Rəhnəvərdin evinə gedən yollarda azadlıqsevərlər izdiham yaradıb🔥

Qeyd edək ki, Məcid Rza Rəhnəvərd bazar ertəsi səhər saatlarında repressiv İran hökuməti tərəfindən Məşhəddə edam edilib.

#İran #Məşhəd #Məcidrza_Rəhnəvərd

https://www.facebook.com/azadiranmedia?mibextid=ZbWKwL
👍7
İranda dərman qıtlığı SMA xəstələrini səkkizinci dəfə etiraz mitinqinə çıxardı🔥

İki aydan çoxdur ki, SMA xəstələri üçün dərman İrana daxil olsa da, bu xəstələrin bir qrupu onu almaqdan məhrum edilib. Onlar ailələri ilə birlikdə bazar günü, dekabrın 12-də İran Səhiyyə Nazirliyinin önünə toplaşaraq həmin dərmanların bölüşdürülməsinə etiraz ediblər.

Bu aksiya SMA xəstələrinin ehtiyac duyduqları dərmanı almaq üçün sayca səkkizincisidir.

Narazı xəstələr "Qışqırtını hamı eşidir, sükutumu duysan qəhrəmanlıqla edibsən!" şüarı səsləndiriblər.

#İran #dərman_qıtlığı

https://www.facebook.com/azadiranmedia?mibextid=ZbWKwL
🔥5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İrana qarşı sanksiyalar davam edəcək🔥

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli İslam Respublikası tərəfindən insan haqlarının pozulması və Rusiyaya silah göndərilməsinə toxunaraq deyib: "İslam Respublikası qəbuledilməz davranışa davam etdikcə, bizim bu ölkəyə cavabımız sanksiya tətbiq etmək olacaq!"

#Britaniya #baş_nazir #İran #sanksiya

https://www.facebook.com/azadiranmedia?mibextid=ZbWKwL
👍9👏2
Media is too big
VIEW IN TELEGRAM
Londonda yaşayan iranlılar İslam Respublikasının Londonda yerləşən İslam Mərkəzi qarşısında aksiya keçiriblər

Aksiya iştirakçıları İranda etirazçıların edam edilməsinə və azadlıqsevərlərin həbs olunmasına öz etirazlarını bildiriblər.

#London #İran #islam_mərkəzi #aksiya

https://www.facebook.com/azadiranmedia?mibextid=ZbWKwL
👍9
İranda "xaricə köçmək" səbəbindən ev satışları artıb🔥

İranda son bir neçə həftədə təcili ev satışı elanları arasında “xaricə köçmək səbəbilə” satışa çıxarılan evlərin sayında kəskin artım var.

Bu evlərin əksəriyyəti Tehranın Pərənd, Punək, Cənnətabad, Niyavəran, Şərqi və Qərbi Firdous Bulvarı, Bağ-e-Faez, Səadətabad, Şəhrək-e-Ğərb və s. məhəllələrində yerləşir.

#İran #ev_satışı #elanlar #xaricə_köç

https://www.facebook.com/azadiranmedia?mibextid=ZbWKwL
👍4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İranın Məşhəd şəhərində məktəbli qızlar Məcidrza Rəhnəvərdin edam edilməsinə qarşı etiraz aksiyası keçiriblər🔥✌️

Məktəblilər "Məcidrzanı apardılar, cəsədini gətirdilər" şüarı səsləndiriblər.

#İran #Məşhəd #etiraz
👍12
İranın ETTELAAT Nazirliyinə tabe olan “Boggy Serpens” haker qrupu Azərbaycana və İsrailə qarşı genişmiqyaslı fişinq kampaniyası həyata keçirib😡

Kiberhücum ZİP fayla keçid edən elekton materialların göndərilməsi vasitəsilə baş tutub.

Faylı açdıqda zərərli proqram işə düşüb və nəticədə hücuma məruz qalan subyektin bütün məlumatları ələ keçirilib. (İsrailin “People and Computers” informasiya saytı)

#İran #Azərbaycan #haker_hücumu
👎6👍1
BMT İnsan Haqları üzrə Ali Komissarlığı: "Bütün edamlar dayandırılmalıdır!"🔥

Komissarlığın bəyanatında deyilir: "İranda sayca ikinci etirazçı Məcidrza Rəhnəvərdin həbsindən cəmi 3 həftə sonra edam cəzasının davamlı istifadəsindən dəhşətə gəldik.
Biz ölümə məhkum edilmiş digər etirazçıların həyatından narahatıq. Ölüm cəzasının tətbiqi yaşamaq hüququna uyğun gəlmir".

#BMT #İran #Məcidreza_Rəhnəvərd #edama_qarşı
👍9
Qərbi Azərbaycan əyalətinin #Bəykəndi (Bukan) şəhərinin girişində SEPAH terrorçuları xalqı qırmaq məqsədilə ağır silahlarla təchiz ediliblər🤬

‌ نیروهای سپاه پاسداران در ورودی‌های شهر #بوکان با سلاح نیمه‌سنگین.
دوشنبه ۲۱ آذر ۱۴۰۱

#Qərbi_Azərbaycan #SEPAH #xalqa_qarşı #ağır_silahlar
🤬9👎2👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Almaniyada yaşayan iranlılar İslam Respublikasının Frankfurtdakı Konsulluğu önündə etiraz aksiyası keçiriblər✌️

Aksiya iştirakçıları Mohsen Şekarinin və Məcidrza Rəhnəvərdin edam edilməsindən sarsıntı keçirdiklərini bildirərək, İrandakı etirazçılara dəstək verib və molla rejiminə şüar üvnanlayıblar: "Şərəfsiz, şərəfsiz!"

#Almaniya #etiraz #İran_rejimi
👍13
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bu dəqiqələrdə İranın Məşhəd şəhərində qatil molla rejiminin Məcidrza Rəhnəvərdi edam etməsindən qəzəblənmiş əhali küçələrə axışıb nümayiş keçirir🔥✌️

Etirazçılar bütün vətəndaşları rejimə qarşı səfərbər olmağa səsləyirlər: "Əgər bir olmasaq, bir- bir öldürüləcəyik!"

مشهد
تظاهرات در اعتراض به اعدام مجیدرضا_رهنورد

#İran #Məşhəd #anti_hökumət #etiraz

https://www.facebook.com/azadiranmedia?mibextid=ZbWKwL
👍18👏2
Media is too big
VIEW IN TELEGRAM
İspaniyada yaşayan iranlılar İslam Respublikasının Madriddəki səfirliyi qarşısında etiraz aksiyası keçiriblər🔥

Aksiya iştirakçıları Mohsen Şekarinin və Məcidrza Rəhnəvərdin edam edilməsindən qəzəbləndiklərini bildirərək, molla rejiminin rəsmilərinin bu ölkədən qovulmasını tələb ediblər.

#İspaniya #Madrid #İran_səfirliyi #etiraz #ölkədən_qovma
🔥12
İranlı ekspertdən daha bir təxribat xarakterli paylaşım

İran hökumətinin Azərbaycana qarşı təxribatçı missiyasını media üzərindən həyata keçirən bədnam siyasi təhliçi Ehsan Movəhhediyan Azərbaycanı dinc ermənilərə atəş açmaqda ittiham edir.

Belə ki, adıçəkilən təhlilçi "Tvitter" hesabında Azərbaycanı "Bakı" adlandırır və həyasızcasına yazır:

"Bu, İrəvandan Ermənistanın cənubuna gedən əsas yoldur. Səyahətçilərin həyatını dağların arxasından Bakının atəş açmasından qorumaq üçün bir hissədə yolun kənarına torpaq tökülüb və barrikadalar qoyulub.

Sahib oldğumuz təhlükəsizlik bir nemətdir və ehtiyatlı olmasaq, beləcə bizim də əlimizdən alarlar.

Hey duz tökməyin, "əvəzində təhlükəsizliyimiz var!"
🤬10🤮2