Azad İran
5.66K subscribers
37.7K photos
22.4K videos
15 files
9.47K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
İranın Şəhre Kord bölgəsinin iş adamlarından olan Məhəmməd Rəzəvi son ümummilli tətillər zamanı təhlükəsizlik qüvvələrinin evinə hücumu zamanı xanımı ilə birlikdə həbs edilib✌️

Həyat yoldaşı girov müqabilində sərbəst buraxılsa da, Məhəmməd başqa iş adamlarını tətillərə qoşulmağa dəvət etdiyi üçün ölüm cəzasına məhkum edilib və edamla hədələnir.

محمد_رضوی از کسبه شهرکرد، در پی اعتصابات_سراسری اخیر، پس از هجوم نیروهای امنیتی به منزل‌شان همراه همسرش دستگیر و به اعدام محکوم شد

#İran #xalq #etiraz #molla_rejimi #edam

https://www.facebook.com/azadiranmedia?mibextid=ZbWKwL
🤬11👍1
İranın Şuş şəhərində Abbas Mənsuri adlı gənc noyabrın 25-də etirazçılara şokolad payladığına görə həbs edilib, bir neçə gün öncə azadlığa buraxılıb və ötən gecə həbsxanada məruz qaldığı mənəvi və psixoloji terora görə intihar edib.

Bu, artıq neçənci belə haldır ki həbsxanadan çıxdıqdan sonra gənclər intihar edir...

شوش _ عباس منصوری در تاریخ ۲۵ آبان به جرم پخش شکلات دستگیر شد، چند روز قبل آزاد شد و دیشب خودکشی کرد

این رژیم با جوانان و کودکان مردم چه میکند‌؟!

#İran #zorakılıq #molla_rejimi

https://www.facebook.com/azadiranmedia?mibextid=ZbWKwL
🤔3😢2
Annalena Baerbok: "Yeni sanksiyalar SEPAH-ı hədəf alacaq"

Almaniyanın Xarici İşlər naziri deyib: "Avropa Birliyinin yeni sanksiyalar paketi SEPAH-ı hədəf alacaq".

Avropa İttifaqının xarici işlər nazirlərinin Rusiya və İran İslam Respublikasına qarşı əlavə sanksiyaların tətbiqi ilə bağlı konsensusa nail olmaq üçün bu gün (12 dekabr) görüşü planlaşdırılıb.

آنالنا بائربوک: تحريم‌هاى جديد سپاه پاسداران را هدف قرار خواهد داد

#İran #Almaniya #molla_rejimi
👍11
🇮🇷“Biz bu gün etiraf etməliyik ki, bir sıra sahələrdə problemi həll etmək qüdrətinə malik deyilik. Yenilik cəsarət tələb edir”.

“Mehr” xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf dekabrın 12-də İslam Şurasının Araşdırma Mərkəzində keçirilən tədqiqat həftəsində bildirib.

O hesab edir ki, islahat və yenilik riskli işdir: “Cəsarətli və yaradıcı qüvvələrə ehtiyacımız var. İdarəetmə sistemi bu cəsarəti dəstəkləməlidir. Transformasiyaya və yeniliyə sahib olmaq bunu tamamlayır”.

Parlament sədrinin sözlərinə görə, problemi həll etmək gücündədirlər, lakin bunu vaxtında etməyiblər, sonradan atılan addımlar isə öz dəyərini itirir.
👍3😁2
“Anonymous Opİran” haker qrupu Tehrandakı “İmam Xomeyni” hava limanının internet saytına hücum edərək onu sıradan çıxarıb (Anonymous Opİran Twitter səhifəsi). 

Məhsa Əmininin "Əxlaq" polisi tərəfindən öldürülməsindən sonra İran xalqının ümummilli etirazları başladığı bir vaxtda, sözügedən qrup molla rejiminə qarşı kampaniyaya start verdiyini elan edib.(GuneyAZfront)

#İran #AnonymousOpİran #MahsaAmini
👍10
Dünyanın nüfuzlu nəşrləri İranda baş verən hadisələrdən, o cümlədən son kütləvi etirazlar zamanı həbs olunan və bu gün edam edilən etirazçı gəncdən yazır😡
👍9🔥1
İran hökumətinin Azərbaycana qarşı düşmənçilik missiyasını sosial media üzərindən yayan bədnam siyasi təhlilçi Ehsan Movəhhediyan yenə Azərbaycana qarşı hədyan və iftira yağdırır

Belə ki, o, Azərbaycanın öz suveren ərazisində yoxlamalar həyata keçirməsindən "kədərlənərək" özünün "Tvitter" hesabında düşməncəsinə yazır:

"Bakı hərbçiləri mülki geyimdə və ekologiya bəhanəsi ilə hələ də Laçın dəhlizini bağlamağa, Qarabağ ermənilərini mühasirəyə almağa, qış soyqırımına çalışırlar. Bakı jurnalistləri də Rusiya sülhməramlılarını təxribata çəkirlər. Bakının məqsədi Qarabağı, Süniki (Zəngəzur) işğal etmək, bölgədəki qızıl və molibden mədənlərini talamaqdır".
👎7🤬4
‏  ‌‏
İranda mollaların "Yeni il ağacı"😕

درخت کریسمس آخوندها در ایران

#İran #gənclər #edam #yeni_il
🤬9😱5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İran hökuməti Məşhəd şəhərində güləşçi gənci dar ağacından asdı😢🤬

İranın Məhkəmə sisteminə bağlı "Mizan" xəbər ajansı bazar ertəsi səhər saatlarında Məşhəd şəhərində ölkədəki inqilabi qiyamın fəallarından olan Məcid Rza Rəhnəvərdin edam edildiyini bildirib.

Rəhnəvərd Amerikada Sərbəst Güləş üzrə Dünya Kubokunun final mərhələsinin keçirildiyi bir vaxtda Məşhəd şəhərində ictimaiyyətin gözü qarşısında dar ağacından asılıb.

#İran #güləşçi #dar_ağacı #edam

https://www.facebook.com/azadiranmedia?mibextid=ZbWKwL
🤬19🤯1
Media is too big
VIEW IN TELEGRAM
Tehranın Seyid Xəndan qəsəbəsində yerləşən universitet kampusunda öyrəncilər despot molla rejiminə qarşı etiraz məqsədilə dərsləri boykot ediblər🔥✌️

"Öyrənci həbs edilərsə, universitetdə dərslər dayanar!"

تهران
پردیس سیدخندان- اعتصاب و تعطیلی کلیه کلاسهای درسی
«دانشجو دستگیر بشه، دانشگاه تعطیل می‌شه.»

#Tehran #universitet #öyrəncilər #dərs #boykot

https://www.facebook.com/azadiranmedia?mibextid=ZbWKwL
👍12
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Dekabrın 12-də İranın Şiraz şəhərində öyrəncilər Məcid Rza Rəhnəvərdin repressiv rejim tərəfindən edam edilməsinə etiraz məqsədilə aksiya keçirib🔥✌️

Aksiya iştirakçıları "Məcid Rza, sən uyudun, biz hamımız oyandıq" şüarı səsləndiriblər.

Məcid Rza Rəhnəvərd bazar ertəsi səhər saatlarında Məşhəddə edam edilib.

#Məşhəd #etiraz #öyrəncilər #Məcid_Rəhnəvərd

https://www.facebook.com/azadiranmedia?mibextid=ZbWKwL
🔥6
İranlı ekspertin anti-Azərbaycan ritorikası bitmir

İran hökumətinin qeyri-rəsmi danışan dili olan media fəalı və bədnam siyasi təhlilçi Ehsan Movəhhediyan Azərbaycana qarşı düşmənçilik missiyasını davam etdirərək Şuşa şəhərini "Şuşi" adlandıraraq yazır:

"Ola bilər ki, Cənub-Şimal dəhlizinin həyati vacib hissəsi olan Ermənistanda Qacaran-Sisian (Qarakilsə) yolunun tikintisi Türkiyə şirkətinə verilsin! Ərdoğanın səhmdarı olduğu həmin şirkət ermənilərin Laçın dəhlizindən keçə bilməməsi üçün Şuşi (Şuşa) və Qarabağa gedən yeni Gorus yolunu da tikir.

Bu, İran yaxınlığındakı Ermənistan ərazisində Türkiyənin casusluq etməsi deməkdir.
Yatmışıq?"
🤮4
Media is too big
VIEW IN TELEGRAM
"Sonuncu əsgər" sənədli film✌️

"Sonuncu Əsgər" filmi 1946-cı il də Pəhləvi ordusunun Güney Azərbaycanda törətdiyi cinayətlərin şahidi olmuş Azərbaycan milli hökumətinin sonuncu əsgəri haqqında sənədli filmdir.

Filmin rejissoru Məhəmməd Əlimuradidir.

آخرین سرباز "مستندی به روایت آخرین سرباز حکومت ملی آذربایجان که شاهد جنایات ارتش پهلوی در آذربایجان به تاریخ سال هزار و سیصدو بیست و پنج بوده می باشد.

#sonuncu_əsgər #güney_Azərbaycan

https://www.facebook.com/azadiranmedia?mibextid=ZbWKwL
👍12😁1
İran öz ordusunun əsgərlərini həbs edir

İsrailin “Mako” informasiya saytı xəbər verir ki, “Black Reward” haker qrupunun “Fars”xəbər agentliyinə hücumu zamanı ələ keçirdiyi məlumatlara əsasən, İran ordusunun 115 əsgəri ölkədə davam edən etirazlar zamanı həbs edilib.

Onların hamısı SEPAH-ın və ya ona tabe olan qurumların deyil, İranın nizamlı ordusunun əsgərləridir. 

Buna görə də guman etmək olar ki, SEPAH üzvləri iğtişaşları yatırmaqla yanaşı ölkədə baş verə biləcək çevrilişin, eləcə də nizami ordunun hərbçiləri arasında fərariliyin qarşısını almaqla məşğul idilər (GuneyAZfront).

#İran #SEPAH #BlackReward
😁9👍2