Azad İran
5.06K subscribers
31.8K photos
19.7K videos
15 files
9.26K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
İranlı ekspert: Rusiya Qarabağın Bakıya qaytarılmasını istəyir

İSNA xəbər verir ki, iranlı siyasi şərhçi Şüeyb Bəhmən deyib: “Ruslar üçün hələ də güclü birliyə çevrilə bilməsi çox vacib idi və bu arada regionun bəlkə də ən mühüm iqtisadiyyatı Azərbaycana məxsus idi, hansı ki, həmişə Qarabağ münaqişəsinə görə və Ermənistanın bu ittifaqın üzvü olduğunu bəhanə edərək İttifaqa daxil olmaqdan imtina edirdi”.

Ermənistanın Qafqazın gələcəyinə yanaşmasını və regional və beynəlxalq güclərin fəallığının bölgənin gələcəyinə təsirini araşdırmaq məqsədi ilə Tehranda keçirilən “Qafqazın gələcək perspektivi” adlı forumda Rusiyanın Qafqaza yanaşmasını təhlil edən ekspert deyib: “Rusiyanın ötən illərdəki ənənəvi siyasəti tərəflər arasında qismən atəşkəsi dəstəkləmək və genişmiqyaslı münaqişənin genişlənməsinin qarşısını almaq olub, amma ikinci Qarabağ müharibəsində bu baş vermədi və biz Moskvanın fərqli rol oynadığının şahidi olduq”.👇👇👇
👍3
Azad İran
İranlı ekspert: Rusiya Qarabağın Bakıya qaytarılmasını istəyir İSNA xəbər verir ki, iranlı siyasi şərhçi Şüeyb Bəhmən deyib: “Ruslar üçün hələ də güclü birliyə çevrilə bilməsi çox vacib idi və bu arada regionun bəlkə də ən mühüm iqtisadiyyatı Azərbaycana…
O, dəhlizlə bağlı məsələlərdən də danışıb: “Son aylarda Ukraynada baş verən müharibə ruslar arasında gələcəkdə Qərblə kommunikasiya və tranzit xətlərinin daha çox sanksiyalara məruz qalacağına dair təxmin yaratdı və rusların dəhliz məsələsinə ciddi şəkildə yenidən baxmasına səbəb oldu. Bakı və Ankarada yaranan ilkin təəssürat ondan ibarət idi ki, Ermənistanın cənubundan 7-11 kilometr enində dəhliz keçərək Azərbaycanı Naxçıvanla birləşdirməli və beləliklə də Türkiyənin kommunikasiya xəttini davam etdirməlidir; Amma ruslar həmişə buna qarşı reaksiya veriblər və hələ də rusların dəhliz adı altında yaradılmalı olan kommunikasiya xətti ilə bağlı mövqeyi Azərbaycan və Türkiyənin yanamasından fərqlidir...”.

شعیب بهمن: روسیه خواستار بازگشت قره باغ به باکو است

#Azərbaycan #Rusiya #Qarabağ #dəhliz #Ermənistan
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Tehra sakinləri #MohsenŞekarinin Narmək qəsəbəsində yerləşən evinin önündə şam yandıraraq onun xatirəsini yad edirlər😢🔥
تهران
عده‌ای از شهروندان در برابر خانه #محسن_شکاری در نارمک شمع روشن کرده و یاد او را گرامی داشتند

#İran #Mohsen_Şekari #edam #etiraz

https://www.facebook.com/azadiranmedia?mibextid=ZbWKwL
😢10👍1🔥1
Ərdəbildə azərbaycanlı milli fəal həbs edildi

Molla rejimi Ərdəbilin Xiyav (Meşkinşəhr) şəhərində azərbaycanlı milli fəal Hafiz Xüsrəvini həbs edib.

Xiyav şəhərində yaşayan azərbaycanlı milli fəal dekabrın 8-də rejimin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Fəalın ailəsinin sözlərinə görə, hökumət qüvvələri fəalın həbs səbəbi barədə heç bir açıqlama verməyiblər.

بازداشت حافظ خسروی، فعال ملی

#Ərdəbil #milli_fəal #həbs #molla_rejimi
🤬18
“The Guardian”: Molla rejimi etirazlar zamanı qadınların üz, sinə və cinsiyyət orqanlarına atəş açır😢😡

Britaniyanın “The Guardian” qəzeti molla rejimin etirazlar zamanı qadınların üz, sinə və cinsiyyət orqanlarına atəş açdığını yazıb.

“Xəstəxanımıza 20 yaşlı qız gətirilmişdi. Onun cinsi orqanına iki güllə vurublar. Daha 10 qırma isə bud hissəsində ilişib qalıb. Onları asanlıqla çıxartdıq, lakin bu iki güllə problemli idi, çünki onlar bədənin həmin nahiyəsində ilişib qalıb. Qızın həyatını xilas edə bilmədik, o yarasına düşmüş infeksiyadan öldü”, - deyə iranlı həkim “The Guardian” qəzetinə bildirib.

Məlum olub ki, etirazlar zamanı molla rejiminin 10-a yaxın “təhlükəsizlik” agenti həmin qızı mühasirəyə alaraq onun cinsiyyət orqanına və bud nahiyəsinə atəş açmağa başlayıblar.

روزنامه "گاردین": رژیم آخوندی در اعتراضات به صورت، سینه و اندام تناسلی زنان شلیک می کند

#İran #etirazçı_qız #güllələmə #repressiv_qüvvələr
🤬11👍3
İranda 4 türk qaşqay qızı noyabrın 15-dən Şiraz zindanında saxlanılırlar

Şirazın Tire Cərkanlının Kəşkuli qəbiləsindən olan Fatimə Səfəri Rad (16 yaşlı) bacısı Qəzəl Səfəri Rad və onların əmisi qızı Sara Səfəri Rad və Dizganlının Kəşkuli qəbiləsindən olan bibisi qızı Zəhra Ətayi (20 yaşlı) ilə birlikdə noyabrın 15-də İranın repressiv qüvvələri tərəfindən oğurlanaraq, Şirazın Adilabad zindanına köçürülüblər.

Qaşqaylı qızlar barədə əldə edilən yeganə xəbər odur ki, Saradan məcburi etiraf alaraq SEPAH tərəfindən Şirazın əyalət telekanalında yayımlayıblar.

Onların hamısı barəsində ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə toplaşma və əlbir olma ittihamı irəli sürülüb, ağır təzyiqlər altında dindiriliblər.

Etirazçı qızlar həmçinin ailələri ilə görüşmək, əlaqə saxlamaq hüququndan məhrum ediliblər! (GADTB)

بازداشت ۴ دختر تورک قشقایی در زندان عادل‌آباد شیراز از ۲۴ آبان

#Qaşqay_türkləri #Şiraz #həbs #molla_rejimi #təzyiqlər
🤬16
Molla rejimi qonşuları üçün sürətlə böyük təhlükəyə çevrilir🇮🇷🇷🇺

Rusiya Ukraynadakı müharibə üçün PUA müqabilində İrana ən müasir silahlarını verir. Bu barədə NBC telekanalı Ağ Ev rəsmisinə istinadən məlumat yayıb.

Adı açıqlanmayan yüksək çinli məmur bildirib ki, Rusiya İrana görünməmiş səviyyədə hərbi və texniki dəstək verir.

Qeyd olunur ki, genişləndirilmiş tərəfdaşlıq çərçivəsində Rusiya İranı müasir hərbi texnika və komponentlər, o cümlədən helikopterlər (həmçinin Su-35 qırıcıları) və hava hücumundan müdafiə sistemləri ilə təmin edə bilər.

“Bu tərəfdaşlıq təkcə Ukrayna üçün deyil, həm də İranın bölgədəki qonşuları üçün təhlükə yaradır. Biz bu məlumatı Yaxın Şərqdəki və dünyadakı tərəfdaşlarımızla paylaşdıq”, – deyə Co Bayden administrasiyasının yüksək rütbəli rəsmisi bildirib.

رژیم آخوندی به سرعت در حال تبدیل شدن به یک تهدید بزرگ برای همسایگان خود است

#Ağ_Ev #İran #Rusiya #silah
🤬5😱3👎1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İranın Əhcaz şəhərində hərbi bazada yanğın "baş verdi"🔥✌️
‏  ‌‏
آتش‌سوزی در پادگان امام حسین احواز
بامداد شنبه ۱۹ آذرماه ١۴٠١
🔥16🤬1
Avropa İttifaqı İran hakimiyyətinə səsləndi: edam və repressiyaları dərhal dayandırın

Dekabrın 9-da Avropa İttifaqının xarici siyasət üzrə komissarı Cozep Borrel İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan ilə telefon danışığında etirazçıların repressiya və edam edilməsinin dayandırılmasının zəruriliyi, həm də Rusiyanı dəstəkləməsi ilə bağlı Aİ-nin mövqeyini ona çatdırdığını bildirib.

O, tvitində bu haqda yazıb: “Mən (Hüseyn) Əmir-Abdullahiyanla bir neçə mövzu, o cümlədən Möhsün Şekarinin edam edilməsi barədə danışdım”.

“Mən ona Avropa Birliyinin mövqeyi barədə məlumat verdim: edamların və repressiyaların dərhal dayandırılması, İran xalqının əsas azadlıqlarına hörmət edilməsi və Rusiyaya hərbi dəstəyə son qoyulması”,-deyə Borrel əlavə edib.

اتحادیه اروپا خطاب به مقامات ایران: اعدام و سرکوب را فورا متوقف کنید

#Aİ #İran #edam #Rusiya #dəstək
👍10🤬1
Bu səhər İranda ‏"Şərif" ‌‏Texnologiya Universiteti yanında fəaliyyət göstərən "Bəsic" qüvvələrinin ofisi yandırıldı🔥

به آتش کشیده شدن دفتر بسیج دانشجویی دانشگاه شریف
بامداد ۱۹ آذر

#İran #bəsic
🔥161👍1🤬1
Rusiya öz ərazisində İranla birlikdə dronların yığılması üçün konveyerin işə salınması imkanlarını nəzərdən keçirir.

Eyni zamanda, Rusiya iranlı pilotlara Su-35 qırıcısını idarə etmək üçün təlimlər keçirir.

Bu da o deməkdir ki, İran növbəti il ​​ərzində təyyarələri ala bilər (Assosiated Press).

#İran #Rusiya #qırıcı #dron
👎14👍1🤬1
Molla rejimi daha bir gəncə edam hökmü oxuyub😡

İran Ali Məhkəməsində “soyuq silahdan istifadə etməkdə” və “anti-islam təbliğatının aparmasında” ittiham edilən 24 yaşlı Mahan Sədarat Mədəniyə ölüm hökmü verilib. Hökmün yaxın günlərdə icra olunacağı bildirilir.(GuneyAZfront)

#İran #etirazçı_gənc #edam
🤬27👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Qərbi Azərbaycan əyalətinin Sənəndəc Texniki Universitetində öyrənci qızlar repressiv molla rejiminə qarşı aksiya keçirib🔥✌️

Öyrənci qızlar "Xameneyiyə ölüm olsun" şüarı səsləndiriblər.

شنبه ۱۹ آذر ۱۴۰۱، اعتراض دانشجویان دانشگاه فنی دخترانه در سنندج با شعار «مرگ بر خامنه‌ای»
🔥16👍4🤬1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
#Tehran şəhəri Səttarxan küçəsində #repressiv hökumət qüvvələri yoldan keçən #qadına hücum edib #təpikləyərək onu yerə #yıxırlar🔥🤬

شنبه نوزدهم آذر در خیابان ستارخان تهران نیروهای حکومتی به یک زن رهگذر یورش می برد.

#Tehran #qadın #repressiv_qüvvələr #zorakılıq

https://www.facebook.com/azadiranmedia?mibextid=ZbWKwL
🤬27👍3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Sidneydə İrandakı xalq etirazlarına dəstək və Mohsen Şekarinin edam edilməsinə etiraz nümayişi keçirilib🔥✌️

Nümayişçilər İran rejiminin rəhbərinə ölüm arzulayıb: "Xameneyiyə ölüm olsun!"

شنبه ۱۹ آذر ۱۴۰۱، راهپیمایی در سیدنی استرالیا برای حمایت از #اعتراضات_سراسری مردم ایران و محکوم کردن اعدام #محسن_شکاری؛

#Sidney #İran #etiraz_nümayişi #Mohsen_Şekari #edam

https://www.facebook.com/azadiranmedia?mibextid=ZbWKwL
👍16🤬1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Tehranda repressiv hökumət qüvbələri ilə etirazçılar arasında qarşıdurma yarandı🔥

Repressiv qüvvələrə etirazçıları həbs edir.

درگیری نیروهای حکومتی با معترضان در ستارخان؛ شنبه ۱۹ آذر ۱۴۰۱؛

#Tehran #repressiv_qüvvələr #etirazçılar #qarşıdurma
🤬16
Qrossi: İran uranı zənginləşdirmə imkanlarını sürətlə artırır

Atom enerjisi üzrə beynəlxalq ajansın direktoru Rafael Qrossi deyib: "İranın yeni sentrifuqalara qaz verməyə başladığını elan etməsi, onun misli görünməmiş səviyyədə zənginləşdirmə istiqamətində daha sürətlə irəlilədiyinu göstərir. Bu isə o deməkdir ki, onlar əvvəllər dediklərini edir və bunu sürətli şəkildə həyata keçirirlər. Onlar zənginləşdirmə imkanlarını və buna görə də zənginləşdirilmiş uran ehtiyatını sürətlə artırırlar".

#Atom #İran #uran

https://www.facebook.com/azadiranmedia?mibextid=ZbWKwL
😱5👍1🤬1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Tehranın Səttarxan küçəsində bu dəqiqələrdə molla rejiminə qarşı etiraz nümayişi keçirilir🔥✌️

Nümayişçilər Xameneyiyə qarşı ölüm şüarı verirlər.

تظاهرات مردم تهران در خیابان ستارخان

#Tehran #etiraz #nümayiş

https://www.facebook.com/azadiranmedia?mibextid=ZbWKwL
👍22🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İsfahan Texnologiya Universitetinin Kimya fakültəsinin laboratoriyalarından biri naməlum səbəbdən partlayıb🔥

یکی از آزمایشگاه‌های دانشکده شیمی دانشگاه صنعتی اصفهان منفجر شد

#İran #xalq #etiraz #molla_rejimi

https://www.facebook.com/azadiranmedia?mibextid=ZbWKwL
👍13🔥2