Azad İran
5.07K subscribers
31.8K photos
19.7K videos
15 files
9.26K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
Azad İran
İran mediasından TƏHLİL: Putinin “arxa baxçasında” hökmranlığının sonu! “Donya-e-eqtesad” saytı yazır: “Bəziləri hesab edir ki, Ermənistanın İrəvan-Bakı qarşıdurmasında hətta Moskvanın hərəkətsizliyindən sonra belə susmaqdan başqa çarəsi yoxdur, çünki…
Moskva niyə fəaliyyətsizdir?

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı NATO-nun güzgüsüdür; Bu o deməkdir ki, NATO-nun qərb alyansı kimi bu təşkilatın altı üzvündən hər hansı birinə, yəni Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistana hücum bütün üzvlərə hücum kimi qiymətləndirilir. Lakin bununla bağlı əsas qərar qəbul edən mərkəz Moskvadır və məhz bu yanaşma sözügedən qurumu Rusiyanın siyasətinin təsirinə salıb.

Qazaxıstanda hökumət əleyhinə etirazlar başlayanda və Moskvanın bu ölkədəki maraqları təhlükəyə düşdüyü bir vaxtda müxalifəti yatırmaq üçün koalisiyanın hər yerindən minlərlə hərbçi ora göndərildi, amma Ermənistan Azərbaycanın "sərhəd hücumlarının" hədəfinə çevriləndə alyans susdu. Bu gün Rusiya Ukraynadakı müharibənin bataqlığında ilişib-qalıb və öz “arxa baxçasında” baş verənlərlə məşğul olmağa çox vaxt sərf edə bilmir”.

پایان قدرت پوتین در حیاط خلوتش

#Rusiya #Putin #Azerbaycan #Qarabağ #Ermənistan
👍4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İslam Respublikasını təbliğ etmək üçün qızlar məktəbinə gedən mollanı şagirdlər sualları ilə susdurdular✌️

"Siz orada yazıbsınız "Qanun və qanunsuzluq". Xalq bu qanuna qarşıdır. İndi mənim başıma hicab bağlamağımla ölkədəki korrupsiya, yoxsulluq və nə bilim hansı zəhrimar aradan qalxar ya yox?"

#İran #molla #qızlar #etiraz

https://www.facebook.com/azadiranmedia?mibextid=ZbWKwL
👍162
“Washington Post”: “İran Rusiyaya minlərlə dron verməyə razılaşıb”

“The Washington Post” qəzeti öz mənbələrinə istinadən yazıb ki, İran Rusiyaya 6000-dək dron verməyə razılıq verib.

Məlumata görə, NATO və ABŞ-ın digər müttəfiqlərinin təhlükəsizlik rəsmiləri bildiriblər ki, keçən ay əlavə dron satışı Rusiya və İranın hərbi və diplomatik rəsmiləri arasında azı iki görüşdə müzakirə olunub.

Danışıqların təfərrüatları barədə məlumat verən yüksək rütbəli hərbi rəsmilərdən biri İranın Ukraynanın mülki infrastrukturuna hücumlarda Rusiyanın yaydan bəri istifadə etdiyi və bir çoxu “Şahid” tipli olan 6 minə qədər dron tədarük etməyə razılaşdığını açıqlayıb.👇👇👇
👎8🤬2
Azad İran
“Washington Post”: “İran Rusiyaya minlərlə dron verməyə razılaşıb” “The Washington Post” qəzeti öz mənbələrinə istinadən yazıb ki, İran Rusiyaya 6000-dək dron verməyə razılıq verib. Məlumata görə, NATO və ABŞ-ın digər müttəfiqlərinin təhlükəsizlik rəsmiləri…
“Washington Post”: “İran Rusiyaya minlərlə dron verməyə razılaşıb”

“The Washington Post” qəzeti öz mənbələrinə istinadən yazıb ki, İran Rusiyaya 6 minədək dron verməyə razılaşıb.

Məlumata görə, NATO və ABŞ-ın digər müttəfiqlərinin təhlükəsizlik rəsmiləri bildiriblər ki, keçən ay əlavə dron satışı Rusiya və İran hərbi və diplomatik rəsmiləri arasında azı iki görüşdə müzakirə olunub. Danışıqların təfərrüatları barədə məlumat verən yüksək rütbəli hərbi rəsmilərdən biri İranın Ukraynanın mülki infrastrukturuna hücumlarda Rusiyanın yaydan bəri istifadə etdiyi və bir çoxu “Şahid” tipli olan 6 minə qədər dron tədarük etməyə razılaşdığını açıqlayıb.

Qeyd edilib ki, hərbi qurumun nümayəndəsi kəşfiyyat məlumatlarının toplanması səylərinin həssas mahiyyətini əsas gətirərək onun kimliyi və milliyyətinin açıqlanmaması şərti ilə məsələni müzakirə etməyə razılaşıb. NATO üzvü olan dövlətin ikinci rəsmisi İranın “minlərlə” dron tədarük etməyə razılaşdığını təsdiqləyib.

Hər iki rəsmi İrana məxsus ballistik raketlərin də Rusiya tərəfindən alındığını təsdiqləyib.

واشنگتن پست: ایران با دادن هزاران پهپاد به روسیه موافقت کرده است
👎6🤬2👍1
İranlı ekspert: Rusiya Qarabağın Bakıya qaytarılmasını istəyir

İSNA xəbər verir ki, iranlı siyasi şərhçi Şüeyb Bəhmən deyib: “Ruslar üçün hələ də güclü birliyə çevrilə bilməsi çox vacib idi və bu arada regionun bəlkə də ən mühüm iqtisadiyyatı Azərbaycana məxsus idi, hansı ki, həmişə Qarabağ münaqişəsinə görə və Ermənistanın bu ittifaqın üzvü olduğunu bəhanə edərək İttifaqa daxil olmaqdan imtina edirdi”.

Ermənistanın Qafqazın gələcəyinə yanaşmasını və regional və beynəlxalq güclərin fəallığının bölgənin gələcəyinə təsirini araşdırmaq məqsədi ilə Tehranda keçirilən “Qafqazın gələcək perspektivi” adlı forumda Rusiyanın Qafqaza yanaşmasını təhlil edən ekspert deyib: “Rusiyanın ötən illərdəki ənənəvi siyasəti tərəflər arasında qismən atəşkəsi dəstəkləmək və genişmiqyaslı münaqişənin genişlənməsinin qarşısını almaq olub, amma ikinci Qarabağ müharibəsində bu baş vermədi və biz Moskvanın fərqli rol oynadığının şahidi olduq”.👇👇👇
👍3
Azad İran
İranlı ekspert: Rusiya Qarabağın Bakıya qaytarılmasını istəyir İSNA xəbər verir ki, iranlı siyasi şərhçi Şüeyb Bəhmən deyib: “Ruslar üçün hələ də güclü birliyə çevrilə bilməsi çox vacib idi və bu arada regionun bəlkə də ən mühüm iqtisadiyyatı Azərbaycana…
O, dəhlizlə bağlı məsələlərdən də danışıb: “Son aylarda Ukraynada baş verən müharibə ruslar arasında gələcəkdə Qərblə kommunikasiya və tranzit xətlərinin daha çox sanksiyalara məruz qalacağına dair təxmin yaratdı və rusların dəhliz məsələsinə ciddi şəkildə yenidən baxmasına səbəb oldu. Bakı və Ankarada yaranan ilkin təəssürat ondan ibarət idi ki, Ermənistanın cənubundan 7-11 kilometr enində dəhliz keçərək Azərbaycanı Naxçıvanla birləşdirməli və beləliklə də Türkiyənin kommunikasiya xəttini davam etdirməlidir; Amma ruslar həmişə buna qarşı reaksiya veriblər və hələ də rusların dəhliz adı altında yaradılmalı olan kommunikasiya xətti ilə bağlı mövqeyi Azərbaycan və Türkiyənin yanamasından fərqlidir...”.

شعیب بهمن: روسیه خواستار بازگشت قره باغ به باکو است

#Azərbaycan #Rusiya #Qarabağ #dəhliz #Ermənistan
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Tehra sakinləri #MohsenŞekarinin Narmək qəsəbəsində yerləşən evinin önündə şam yandıraraq onun xatirəsini yad edirlər😢🔥
تهران
عده‌ای از شهروندان در برابر خانه #محسن_شکاری در نارمک شمع روشن کرده و یاد او را گرامی داشتند

#İran #Mohsen_Şekari #edam #etiraz

https://www.facebook.com/azadiranmedia?mibextid=ZbWKwL
😢10👍1🔥1
Ərdəbildə azərbaycanlı milli fəal həbs edildi

Molla rejimi Ərdəbilin Xiyav (Meşkinşəhr) şəhərində azərbaycanlı milli fəal Hafiz Xüsrəvini həbs edib.

Xiyav şəhərində yaşayan azərbaycanlı milli fəal dekabrın 8-də rejimin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Fəalın ailəsinin sözlərinə görə, hökumət qüvvələri fəalın həbs səbəbi barədə heç bir açıqlama verməyiblər.

بازداشت حافظ خسروی، فعال ملی

#Ərdəbil #milli_fəal #həbs #molla_rejimi
🤬18
“The Guardian”: Molla rejimi etirazlar zamanı qadınların üz, sinə və cinsiyyət orqanlarına atəş açır😢😡

Britaniyanın “The Guardian” qəzeti molla rejimin etirazlar zamanı qadınların üz, sinə və cinsiyyət orqanlarına atəş açdığını yazıb.

“Xəstəxanımıza 20 yaşlı qız gətirilmişdi. Onun cinsi orqanına iki güllə vurublar. Daha 10 qırma isə bud hissəsində ilişib qalıb. Onları asanlıqla çıxartdıq, lakin bu iki güllə problemli idi, çünki onlar bədənin həmin nahiyəsində ilişib qalıb. Qızın həyatını xilas edə bilmədik, o yarasına düşmüş infeksiyadan öldü”, - deyə iranlı həkim “The Guardian” qəzetinə bildirib.

Məlum olub ki, etirazlar zamanı molla rejiminin 10-a yaxın “təhlükəsizlik” agenti həmin qızı mühasirəyə alaraq onun cinsiyyət orqanına və bud nahiyəsinə atəş açmağa başlayıblar.

روزنامه "گاردین": رژیم آخوندی در اعتراضات به صورت، سینه و اندام تناسلی زنان شلیک می کند

#İran #etirazçı_qız #güllələmə #repressiv_qüvvələr
🤬11👍3
İranda 4 türk qaşqay qızı noyabrın 15-dən Şiraz zindanında saxlanılırlar

Şirazın Tire Cərkanlının Kəşkuli qəbiləsindən olan Fatimə Səfəri Rad (16 yaşlı) bacısı Qəzəl Səfəri Rad və onların əmisi qızı Sara Səfəri Rad və Dizganlının Kəşkuli qəbiləsindən olan bibisi qızı Zəhra Ətayi (20 yaşlı) ilə birlikdə noyabrın 15-də İranın repressiv qüvvələri tərəfindən oğurlanaraq, Şirazın Adilabad zindanına köçürülüblər.

Qaşqaylı qızlar barədə əldə edilən yeganə xəbər odur ki, Saradan məcburi etiraf alaraq SEPAH tərəfindən Şirazın əyalət telekanalında yayımlayıblar.

Onların hamısı barəsində ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə toplaşma və əlbir olma ittihamı irəli sürülüb, ağır təzyiqlər altında dindiriliblər.

Etirazçı qızlar həmçinin ailələri ilə görüşmək, əlaqə saxlamaq hüququndan məhrum ediliblər! (GADTB)

بازداشت ۴ دختر تورک قشقایی در زندان عادل‌آباد شیراز از ۲۴ آبان

#Qaşqay_türkləri #Şiraz #həbs #molla_rejimi #təzyiqlər
🤬16
Molla rejimi qonşuları üçün sürətlə böyük təhlükəyə çevrilir🇮🇷🇷🇺

Rusiya Ukraynadakı müharibə üçün PUA müqabilində İrana ən müasir silahlarını verir. Bu barədə NBC telekanalı Ağ Ev rəsmisinə istinadən məlumat yayıb.

Adı açıqlanmayan yüksək çinli məmur bildirib ki, Rusiya İrana görünməmiş səviyyədə hərbi və texniki dəstək verir.

Qeyd olunur ki, genişləndirilmiş tərəfdaşlıq çərçivəsində Rusiya İranı müasir hərbi texnika və komponentlər, o cümlədən helikopterlər (həmçinin Su-35 qırıcıları) və hava hücumundan müdafiə sistemləri ilə təmin edə bilər.

“Bu tərəfdaşlıq təkcə Ukrayna üçün deyil, həm də İranın bölgədəki qonşuları üçün təhlükə yaradır. Biz bu məlumatı Yaxın Şərqdəki və dünyadakı tərəfdaşlarımızla paylaşdıq”, – deyə Co Bayden administrasiyasının yüksək rütbəli rəsmisi bildirib.

رژیم آخوندی به سرعت در حال تبدیل شدن به یک تهدید بزرگ برای همسایگان خود است

#Ağ_Ev #İran #Rusiya #silah
🤬5😱3👎1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İranın Əhcaz şəhərində hərbi bazada yanğın "baş verdi"🔥✌️
‏  ‌‏
آتش‌سوزی در پادگان امام حسین احواز
بامداد شنبه ۱۹ آذرماه ١۴٠١
🔥16🤬1
Avropa İttifaqı İran hakimiyyətinə səsləndi: edam və repressiyaları dərhal dayandırın

Dekabrın 9-da Avropa İttifaqının xarici siyasət üzrə komissarı Cozep Borrel İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan ilə telefon danışığında etirazçıların repressiya və edam edilməsinin dayandırılmasının zəruriliyi, həm də Rusiyanı dəstəkləməsi ilə bağlı Aİ-nin mövqeyini ona çatdırdığını bildirib.

O, tvitində bu haqda yazıb: “Mən (Hüseyn) Əmir-Abdullahiyanla bir neçə mövzu, o cümlədən Möhsün Şekarinin edam edilməsi barədə danışdım”.

“Mən ona Avropa Birliyinin mövqeyi barədə məlumat verdim: edamların və repressiyaların dərhal dayandırılması, İran xalqının əsas azadlıqlarına hörmət edilməsi və Rusiyaya hərbi dəstəyə son qoyulması”,-deyə Borrel əlavə edib.

اتحادیه اروپا خطاب به مقامات ایران: اعدام و سرکوب را فورا متوقف کنید

#Aİ #İran #edam #Rusiya #dəstək
👍10🤬1
Bu səhər İranda ‏"Şərif" ‌‏Texnologiya Universiteti yanında fəaliyyət göstərən "Bəsic" qüvvələrinin ofisi yandırıldı🔥

به آتش کشیده شدن دفتر بسیج دانشجویی دانشگاه شریف
بامداد ۱۹ آذر

#İran #bəsic
🔥161👍1🤬1
Rusiya öz ərazisində İranla birlikdə dronların yığılması üçün konveyerin işə salınması imkanlarını nəzərdən keçirir.

Eyni zamanda, Rusiya iranlı pilotlara Su-35 qırıcısını idarə etmək üçün təlimlər keçirir.

Bu da o deməkdir ki, İran növbəti il ​​ərzində təyyarələri ala bilər (Assosiated Press).

#İran #Rusiya #qırıcı #dron
👎14👍1🤬1
Molla rejimi daha bir gəncə edam hökmü oxuyub😡

İran Ali Məhkəməsində “soyuq silahdan istifadə etməkdə” və “anti-islam təbliğatının aparmasında” ittiham edilən 24 yaşlı Mahan Sədarat Mədəniyə ölüm hökmü verilib. Hökmün yaxın günlərdə icra olunacağı bildirilir.(GuneyAZfront)

#İran #etirazçı_gənc #edam
🤬27👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Qərbi Azərbaycan əyalətinin Sənəndəc Texniki Universitetində öyrənci qızlar repressiv molla rejiminə qarşı aksiya keçirib🔥✌️

Öyrənci qızlar "Xameneyiyə ölüm olsun" şüarı səsləndiriblər.

شنبه ۱۹ آذر ۱۴۰۱، اعتراض دانشجویان دانشگاه فنی دخترانه در سنندج با شعار «مرگ بر خامنه‌ای»
🔥16👍4🤬1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
#Tehran şəhəri Səttarxan küçəsində #repressiv hökumət qüvvələri yoldan keçən #qadına hücum edib #təpikləyərək onu yerə #yıxırlar🔥🤬

شنبه نوزدهم آذر در خیابان ستارخان تهران نیروهای حکومتی به یک زن رهگذر یورش می برد.

#Tehran #qadın #repressiv_qüvvələr #zorakılıq

https://www.facebook.com/azadiranmedia?mibextid=ZbWKwL
🤬27👍3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Sidneydə İrandakı xalq etirazlarına dəstək və Mohsen Şekarinin edam edilməsinə etiraz nümayişi keçirilib🔥✌️

Nümayişçilər İran rejiminin rəhbərinə ölüm arzulayıb: "Xameneyiyə ölüm olsun!"

شنبه ۱۹ آذر ۱۴۰۱، راهپیمایی در سیدنی استرالیا برای حمایت از #اعتراضات_سراسری مردم ایران و محکوم کردن اعدام #محسن_شکاری؛

#Sidney #İran #etiraz_nümayişi #Mohsen_Şekari #edam

https://www.facebook.com/azadiranmedia?mibextid=ZbWKwL
👍16🤬1