Azad İran
5.08K subscribers
32.9K photos
20.2K videos
15 files
9.33K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
Azad İran
Kayli Mur Gilbert: "İslam Respublikası Avstraliyaya sızıb" Britaniya-Avstraliya əsilli akademik Kaylie Mur Gilbert deyib ki, İran İslam Respublikası Avstraliyaya sızıb və İranda insan haqlarının pozulmasına qarşı çıxış edən avstraliyalıların fəaliyyətlərini…
Kayle Mur Gilbert İrandan Avstraliyaya qayıtdıqdan sonra belə Tehran hökuməti tərəfindən təhdid edildiyini qeyd edib.

Qeyd edək ki, “İslam mədəniyyəti” tədqiqatçısı olan Gilbert 2018-ci ilin sentyabr ayında İranda keçirilən elmi konfransa qatıldıqdan sonra ölkədən çıxarkən Tehran hava limanında təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmış, İsrailə casusluqda ittiham edilən alim 10 il həbs cəzasına məhkum edilmişdi.

O, nəhayət noyabr 2020-ci ildə Taylandda terror hadisəsində iştiraka görə tutulan və İrana bağlı olan şəxslərlə dəyişdirilərək ölkəsinə qaytarılıb.
🤬10👍2
SEPAH generalından acı etiraf: İranda son etirazlarda 300-dən çox insan həlak olub

İslam İnqilabının Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadə noyabrın 27-də İranda son iki ay yarımda baş verən kütləvi etirazlar zamanı “300-dən çox insanın” öldürüldüyünü təsdiqləyib.

Beləliklə, SEPAH generalı ölənlərin sayını qeyd edən İran İslam Respublikasının ilk rəsmi və yüksək səviyyəli hərbi rəsmisidir.

Qeyd edək ki, İranın bütün 31 əyalətində 150-dən çox şəhərdə və 140 universitetdə keçirilən 11 həftəlik ümummilli etirazlar zamanı yüzlərlə insan həlak olub, lakin indiyədək hökumətin heç bir siyasi və ya hərbi rəsmisi bu ölümlərə işarə etməyib.

فرمانده هوافضای سپاه پاسداران: بیش از ۳۰۰ نفر در اعتراضات اخیر کشته شده‌اند

#SEPAH #İran #etirazlar

https://www.facebook.com/azadiranmedia?mibextid=ZbWKwL
👎8🤬5😱1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İranın Bəndər Abbas şəhərində Madkuş şirkətinin işçiləri uzun müddətdir məvaciblərini ala bilmədiklərindən tətil keçirirlər🔥

Qeyd edək ki, zavodun işi tam şəkildə dayanıb...

اعتصاب کارگران شرکت گندله‌سازی مادکوش بندرعباس

#İran #narazı_fəhlələr #etiraz #tətil

https://www.facebook.com/azadiranmedia?mibextid=ZbWKwL
👍20
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Qərbi Azərbaycan əyalətinin Sənəndəc şəhərində məktəb şagirdləri yolu bağlayaraq hökumətə qarşı etiraz aksiyası keçirir✌️🔥

اعتراضات خیابانی دانش‌آموزان سنندج

#Sənəndəc #şagirdlər #etiraz

https://www.facebook.com/azadiranmedia
👍18👏1
İranın Ermənistanla kəşfiyyat əlaqəsi və Qarabağın işğalı zamanı əməkdaşlığı🇮🇷🇦🇲

ASALA terror təşkilatının keçmiş üzvü Martiros Jamkoçyan Ermənistanın “Hraparak” qəzetinə müsahibəsində İranın ASALA üzvü olan erməni terrorçu Monte Melkonyanla əlaqələri haqda informasiya verib.

#İran #ASALA

https://www.facebook.com/azadiranmedia
🤬25
İrana qarşı faktaraşdırıcı missiyanın yaradılması tarixi və misli görünməmiş addım idi✌️

Ağ Evin sözçüsü Karin Jan-Pier deyib: “Biz İran rəsmilərinə qarşı sanksiyalar kimi iqtisadi rıçaqlardan istifadə edirik. Biz BMT-nin İnsan Haqları Şurasının İranda insan haqları pozuntularını araşdırmaq üçün faktaraşdırıcı missiya yaratmaq qərarını dəstəklədik və bu, tarixi bir qərar idi. Vaşinqton İranın BMT-nin Qadınların Statusu Komissiyasından çıxarılmasını həyata keçirmək üçün vətəndaş cəmiyyəti təşkilatları ilə işləyir”.

#BMT #faktaraşdırıcı_missiya #İran

https://www.facebook.com/azadiranmedia
👍12😁1
İranlı deputat Azərbaycana və onun Prezidentinə qarşı sərsəmlədi

İranın daha bir millət vəkili cəfəngiyat səsləndirib: "Haranısa ilhaq etmək lazımdırsa, onda, Azərbaycan İrana ilhaq edilməlidir!"

Güney Azərbaycanın Salmas şəhərindən İslam Şurası Məclisinə təyin edilmiş, parlamentin milli təhlükəsizlik və xarici siyasət komissiyasının katibi Yaqub Rzazadə bugün, 29 noyabrda parlamentdəki çıxışında sərsəmləyib: “Mən Azərbaycanın "qondarma" prezidentinə ciddi xəbərdarlıq edirəm ki, ilhaq edilməli olan yalnız sizin Azərbaycanınızdır!”

#İranlı_deputat #Azərbaycana_qarşı

https://www.facebook.com/azadiranmedia
🤬16🤮8😁1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
TƏCİLİ:
Tehranın Kərəc şəhərində azadlıqsevər gənclər repressiv hökumət mollasının ofisinə od vurdular✌️🔥

#Tehran #molla_rejimi

https://www.facebook.com/azadiranmedia
👍18🔥4
İranda etirazlar zamanı ən azı 448 nəfər öldürülüb🤬🔥

İran İnsan Haqları Təşkilatı ümumxalq etirazları başlayandan bəri öldürülənlərin sayının 60 uşaq və 29 qadın olmaqla azı 448-ə çatdığını bildirib.

Təkcə son bir həftə ərzində İranda 16-dan çox insanın repressiv hökumət qüvvələri tərəfindən öldürüldüyünü, onlardan 12-dən çoxunun kürdlər yaşayan ərazilərdən olduğunu bildirib.

#İran #repressiv_qüvvələr #etirazlar

https://www.facebook.com/azadiranmedia
🤬14👍1😱1
Media is too big
VIEW IN TELEGRAM
Repressiv molla hökuməti futbolçuların ailəsini hədələyir

İdman jurnalisti Mərziyə Nəsiri deyib: "İslam Respublikası bir tərəfdən milli komandanın oyunçularını mükafatlandırır, digər tərəfdən isə futbolçuların ailələrini həbs və işgəncə ilə hədələyir. Biz qorxmadan birləşərək bu işə son qoymalıyıq!"

#İran #idmançılar #təhdid

https://www.facebook.com/azadiranmedia
🤬17
İran-ABŞ matçında Azərbaycan bayrağı - “O tayı da, bu tayı da”

Dünən gecə futbol üzrə dünya çempionatında ABŞ və İran milli komandaları qarşılaşıb.

Belə ki, əzəli rəqiblərin üz-üzə gəldiyi “El Tumama” stadionunun tribunasında Azərbaycan bayrağı asılıb.

Bayrağın üzərində "O tayı da, bu tayı da" sözlərinin yazılması maraqla qarşılanıb.

پرچم آذربایجان در بازی آمریکا و ایران

https://www.facebook.com/azadiranmedia
👍309
İran Neft Nazirliyi Bağdadda nümayəndəlik açıb

İranın Neft Nazirliyi İraqla neft-qaz sahəsində əməkdaşlığın səviyyəsinin yüksəldilməsi və birgə layihələrin həyata keçirilməsi məqsədilə Bağdadda nümayəndəliyinin açıldığını bildirib.

افتتاح دفتر نمایندگی وزارت نفت در بغداد

#İran #nümayəndəlik #İraq #Bağdad

https://www.facebook.com/azadiranmedia
👎17👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ərdəbildə şagirdlər molla hökumətinə qarşı etiraz üçün bütün şagirdləri birlik nümayiş etdirməyə çağıran şüar səsləndirir: "Əgər birləşməsək, bir-bir öldürəcəklər bizi!"🤬

#Ərdəbil #şagirdlər #etiraz

https://www.facebook.com/azadiranmedia
👍22
Güneyli milli fəal həbs edildi🤬

Güney Azərbaycanın Qoşaçay (Miyanduab) şəhər sakini Cavid İzzəti bu gün İran polisinin repressiv təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

جاوید عزتی فعال مدنی اهل قوشاچای (میاندوآب) امروز توسط اطلاعات ناجا دستگیر شده است.

#Güney_Azərbaycan #həbs

https://www.facebook.com/azadiranmedia
👎16🤬4👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Qətərin Doha şəhərində İran vətəndaşları reportaj hazırlayan İran dövlət televiziyasının müxbirini boykot etdilər✌️🔥

#İran_televiziyası #boykot

https://www.facebook.com/azadiranmedia
👍22👏3
Media is too big
VIEW IN TELEGRAM
Tehranın Şəhriyar yaşayış massivində etirazçı gənci həbs etməyə çalışan mülki geyimli repressiv hökumət məmuru vətəndaşlar tərəfindən tərksilah edildi✌️

#Tehran #repressiv_məmur #tərksilah

https://www.facebook.com/azadiranmedia
👏16👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İsfahan şəhər xəstəxanasında tibb işçiləri hökumətin repressiyalarına etiraz məqsədilə tətil keçirir✌️🔥

#İran #tibb_işçiləri #tətil

https://www.facebook.com/azadiranmedia
👍19
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İranın Kürdüstan əyalətində ibtidai qızlar məktəbinin şagirdləri də anti-hökumət və anti-molla şüarlarla nümayiş keçirib🔥

Şagirdlərin şüarı: "Qadın, həyat, azadlıq! Tank, tüfəng top ola, axund gərək rədd ola!"

#İran #Etiraz #şagirdlər #anti_molla

https://www.facebook.com/azadiranmedia
👏14
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Qətərdə "Xameneyiyə ölüm olsun" şüarı səsləndirən iranlı azarkeşlər amerikalı fəalın "qadın, həyat, azadlıq" nidasına yekdilliklə səs verdilər✌️🔥

#amerikalı_fəal #iranlı_azarkeşlər

https://www.facebook.com/azadiranmedia
🔥20👍4
İranda bələdiyə işçiləri də tətilə başladı✌️🔥

Əhvaz şəhər bələdiyyəsinin işçiləri hökumətin onların tələblərinə cavab vermədiyi üçün bu gün səhər saatlarında etiraz aksiyası və tətilə başlayıblar.

#İran #bələdiyə #tətil #etiraz

https://www.facebook.com/azadiranmedia
👍16
Noyabrın 30-da dünyanın 150 universiteti ilk dəfə olaraq “azadlıqları uğrunda mübarizə aparan cəsur iranlılara dəstək” adlı kütləvi aksiya keçirəcək✌️🔥

#Universitetlər #İran #etirazlara_dəstək

https://www.facebook.com/azadiranmedia
👏13👍6