Azad İran
4.56K subscribers
31.5K photos
19.5K videos
15 files
9.25K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
Azad İran
"Der Spiegel": İranın molla rejimi qəddar üsullara əl atıb Almaniyada çıxan "Spiegel" nəşri bugünki buraxılışında ilk məqaləsini İrandakı etirazlara həsr edib. Spiegel "İran qadınları amansız repressiyalara baxmayaraq azadlıq uğrunda mübarizəni necə davam…
"Spiegel" dini hakimiyyətə qarşı mübarizənin əzablarına toxunub və Əli Xameneyinin ona qarşı çıxanları edam etmək istəyinin güclü olduğunu bildirib.

Bu gün İran xalqı hesab edir ki, İranda iki “biz” var. Bir “biz” mollalar və hökumət, digər “biz” isə xalqdır.
👏12
Ermənistan rəsmisi anti-Azərbaycan mövqeyinə görə İrana təşəkkür edib🇮🇷🇦🇲

“Fars” xəbər agentlinin məlumatına görə, erməni saytlarından biri ölkə hökumətinə istinadən xəbər verir ki, işğalçı Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan İrəvanda İranın bu ölkədəki səfiri Abbas Bədəxşan Zühuri ilə görüşüb.

Bildirilir ki, görüşdə Ermənistana dost ölkə İranla əlaqələrin inkişafının vacibliyini vurğulayan Qriqoryan Azərbaycanın Ermənistana qarşı son “hərbi təcavüzü” ilə bağlı mövqeyinə görə İrana təşəkkür edib".

Görüşdə habelə ikitərəfli gündəliyin mühüm məsələləri, xüsusilə enerji və nəqliyyat sahəsində əməkdaşlıq müzakirə olunub. Regional nəqliyyat əlaqələrinin mümkün kəsilməsinin aradan qaldırılması zamanı Ermənistan və İran arasında dəmir yolunun istismara verilməsinin vacibliyi və müvafiq əməkdaşlığın genişləndirilməsi perspektivi xüsusi vurğulanıb.

گفت‌وگوی ایران و ارمنستان درباره اهمیت راه‌آهن بین دو کشور
🤮25👎5👍1
Media is too big
VIEW IN TELEGRAM
İranın Çaharmahal-Bəxtiyari əyalətinin Çığaxor qəsəbəsində molla rejimi tərəfindən öldürülən Rəşid Rəşidi adında etirazçının dəfn mərasimi🔥

Mərasimə toplaşanlar İran hakimiyyətinə qarşı kəskin şüarlar səsləndiriblər.
👍16
İranlı analitikdən daha bir anti-Azərbaycan açıqlaması

İran hökumətinin sifarişi ilə Azərbaycan əleyhinə qatı mövqe sərgiləyən Ehsan Movəhhediyan adlı siyasi ərhçi şəxsi “Tvitter” səhifəsində Azərbaycan Prezidenti haqqında yenidən təhqiramiz fikirlərə yol verib: “Əliyevin yeni “sayıqlaması”: İran sərhədi yaxınlığında hərbi təlimlər keçirdik ki, onlardan qorxmadığımızı anlasınlar. İran bizə qarşı nifrət və təhdid yağdırır. İranda yaşayan azərbaycanlılar xalqımızın bir hissəsidir. İranın bizə qarşı bəyanatlarına və haddımlarına cavab veririk və verəcəyik. İran Zəngəzur dəhlizini bağlamayacaq, Ermənistan da onun qarşısını ala bilməz”.
🤬14
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ötən gecə Kərəc şəhərində etirazçılar yenidən küçələrə axışdı🔥
Molla rejimindən narazı kütlə "ölüm olsun diktatora" şüarı səsləndirib.

#Kərəc #xalq #etiraz
🔥16👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Məşhəddə radikal "Bəsic" qüvvələrinin üzvünün şəxsi avtomobili yandırıldı🔥

Buna səbəb etirazçı gənclərin rejim qüvvələri tərəfindən güllələnməsi olub.
👍24
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Zahedanda ümumi tətil🔥✌️

Xalq rejimə etiraz olaraq böyük demək olar ki, İranın bütün şəhərlərində mədəni itaətsizlik nümayişi etdirir...
🔥17👍2
İranda bu günədək 448 etirazçı öldürülüb😢

İranın Hüquq Müdafiəçiləri Qrupunun xəbər agentliyi noyabrın 25-i axşam saatlarına olan məlumatında hökumət məmurları tərəfindən qətlə yetirilən etirazçıların sayı açıqlanıb.

İran İnsan Haqları Təşkilatı noyabrın 25-i səhər satlarına yaydığı məlumatda 17 sentyabr-24 noyabr tarixlərində İranda davam edən etiraz nümayişləri zamanı 63-ü uşaq olmaqla 448 nəfərin hökumət qüvvələri tərəfindən öldürüldüyünü bildirib.

Bununla yanaşı, məlumatda 18170 nəfərin saxlanıldığı, onlardan 3312-nin kimliyi və harada saxlanıldığının dəqiqləşdirildiyi və bunlardan 565 nəfərinin öyrənci olduğu qeyd edilib.

Habelə bu müddət ərzində 156 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı nümayişlər həyata keçirib və 143 universitetin öyrənciləri etirazlara dəstək veriblər.
😢18👍1🤬1
Həbsdə olan güneyli qazi aclıq aksiyasına əl atıb😔

Güneyli müharibə əlili Məhəmmədvəli Heydərbeygi Zəncan həbsxanasında aclıq aksiyası keçirir. O, etiraz aksiyalarında həbs edilərək Zəncanın Səfərabad zindanına köçürülüb.

Noyabrən 19-da İran təhlükəsizlik qüvvələri Məhəmmədvəli Heydərbeyginin Zəncan əyalətinin Əbhər şəhərindəki evinə basqın edərək onu Zəncan şəhərinin Səfərabad zindanına aparıblar.

İbtidai hüquqlarının pozulmasına və qanunsuz olaraq həbs edilməsinə etiraz əlaməti olaraq aclıq aksiyasına əl atan Heydərbeyginin vəziyyətinin ağır olduğu bildirilir.

Xatırladaq ki, İran-İraq müharibəsi iştirakçısı olan Məhəmmədvəli Heydərbeygi iki ayağını da itirib və 70% əlildir.

اعتصاب غذای «محمدولی حیدربیگی» مجروح جنگی بالای ۷۰ درصد در زندان صفرآباد زنجان
🤬13👍3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İranda sənaye istehsalı müəssisələrinin işçiləri davamlı tətil keçirir🔥

Tarbet sənaye şirkətinin işçiləri bu gün yenidən tətilə başlayıblar. Onlara 9 aydır maaş verilmir.

#etiraz #xalq #işçilər #maaş
👍19😁1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İranın Əlborz sənaye şəhərciyi

"Elvənd" məişət texnikası fabrikinin işçiləri tətil edirlər.

Aylardır maaşlarını ala bilməyən narazı narazı fəhlələr "Ey fəhlə fəryad eylə, haqqını tələb eylə" şüarı səsləndirirlər.🔥

#İran #etiraz #xalq #işçilər
👍20😁2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bu dəqiqələrdə İsfahan poladəritmə zavodunun 4 min işçisi etiraz tətili keçirir✌️🔥

Yükləmə xətləri pozulub, vaqonlar boşalmayıb, kranlar söndürülüb. Sürücülər də tətilə qoşulublar.
👍24👏6😁1
Media is too big
VIEW IN TELEGRAM
Tehranda "Əmir Kəbir" Texnologiya Universitetinin öyrənciləri həbs edilən qrup yoldaşlarının azad edilməsi tələbi ilə aksiya keçirir...

#etiraz #tələbə #həbs #molla_rejimi
👍14😁1
"Forbes": İran dronlarına qlobal marağın artması yalnız Türkiyənin öz döyüş pilotsuz təyyarələri üçün beynəlxalq bazarı necə inkişaf etdirdiyinin əks-sədasıdır. /"Azfront"
👍13😁32
İran rejimi kömək üçün son bir neçə ildə eşitmədiyi və sıxışdırdığı islahatçılara üz tutur

İslahatçılar isə buna cavab olaraq hökuməti etirazçılara qarşı zorakılığı dayandırmağa və əvəzində onları dinləməyə çağırıblar.

O zaman “bəlkə də qan tökülməsini və zorakılığı dayandırmaq mümkün olar”. /"iran İnternational"
👍15😁2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bu dəqiqələrdə İsfahan Texnologiya Universitetinin öyrənciləri izdihamlı etiraz aksiyası keçirir🔥

Belə bir izdihama səbəb Xameneyinin son çıxışında etirazçıları "bir qrup cahil və muzdlu" adlandırmasıdır.

اعتراض دانشجویان
سیل دانشجوهای انقلابی دانشگاه صنعتی اصفهان بعد از سخنرانی خامنه‌ای که گفت معترضین "عده‌ای جاهل و مزدور" هستند.
24👍5👏2👎1😁1
Terrorçu SEPAH Azərbaycana qarşı təxribatçı ritorikadan əl çəkmir

Ermənistan Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiq etdiyi halda SEPAH Papadan çox katoliklik edir və özünün "Telegram" kanalında separatçı DQR-ni qərəzli şəkildə "Qarabağ Respublikası" adlandıraraq yazır: "Ermənistan və "Qarabağ Respublikası" Azərbaycanın müxtəlif kalibrli silahlarla hücum etdiyini bildiriblər.

Azərbaycan hücumu rədd edərək "Qarabağ Respublikasının" dronunu yerə saldığını bəyan edib".

ادامه گزافه گویی های سپاه تروریستی پاسداران علیه کشور آزربایجان
🤬21👍2🥰1
Güney Azərbaycanın hüquqlarını müdafiə etmək üçün Vaşinqtonda mitinq keçiriləcək✌️🔥✌️

Mitinq 3 dekabr saat 14:00-da keçiriləcək.

#Vaşinqton #mitinq #Güney_Azərbaycana_dəstək
👍30
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İranın Əlborz Sənaye Şəhərciyində yerləşən "Sərmaafərin" şirkətinin işçiləri maaşlarının az olması səbəbilə işi dayandıraraq tətil keçirir.✌️🔥

#İran #etiraz #fəhlə
👍18👏1
İranda Güney Azərbaycanın azadlığı🔥🤘

Qəfəsdən qurtulma və azadlığa çıxma zamanı çatıb.

#Güney_Azərbaycan #azadlıq
🔥23👍61
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Gilan əyalətinin Rüstəmabad bölgəsində Hırkan meşələri dörd gündür yanır🔥

Yerli əhali yanğını söndürməyə çalışır.
Gilandakı bəzi yerli KİV-lərin məlumatına görə, xilasedici helikopter cümə günü beş uçuş həyata keçirib, lakin yanğını nəzarətə olmaq mümkün olmayıb.

Bölgənin dağlıq relyefi və isti külək alovun genişlənməsinə və ətraf kəndlərin təhlükə altında qalmasına səbəb olur.

#Gilan #Hirkan_meşəsi #yanğın
👎5