Azad İran
4.88K subscribers
31.7K photos
19.6K videos
15 files
9.26K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
İran xalqının əksəriyyəti nə məcburi hicab istəyir, nə də İslam Respublikası sistemi

GAMAAN qrupunun 2020-ci ildə dinlə bağlı keçirdiyi sorğu İranda sekulyarizmin formalaşdığını təsdiqləyir.

Sorğuda iştirak edənlərin 90 faizindən çoxu dindar ailələrdə və ya dini ayinlərlə məşğul olan ailələrdə böyüdüklərini desələr də, təxminən yarısı həyatları boyu sekulyarlaşıb.

Respondentlərin 72 faizi məcburi hicaba açıq şəkildə qarşı olduqlarını bildiriblər.

Kənd yerlərində yaşayanlar da daxil olmaqla, 50 yaşdan yuxarı ali təhsili olmayan kişilər də məcburi hicaba qarşıdır.

Rəyi soruşulanların 23%-i hicabın dini rolunu vurğulasa da, 57%-i hicab taxmaq üçün dini inanclarının olmadığını bildirib.

Bu cür dünyəviliyə yönəlmə İran qadınlarının indiki ümumxalq etirazlar zamanı niyə ictimai yerlərdə hicabı yandırdığını və İslam Respublikasının mahiyyətinə qarşı şüarlar səsləndirdiyini anlamağa kömək edir.

İran qadınları üçün hicab İslam Respublikasının əl işi olan “Berlin divarıdır”.👇👇👇
👍15
Azad İran
Photo
İslam rejiminə ən yüksək dəstək 35% təşkil edir ki, onlar da kəndlərdə yaşayan insanlardır.

Həqiqət budur: İran xalqının əksəriyyəti məcburi hicaba qarşıdır və İranda cəmiyyətin müxtəlif təbəqələrindən olan insanların əksəriyyəti İslam Respublikası quruluşunun tərəfdarı deyil.
👍14
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Tehran şəhəri Həmədan bulvarı yolu

İran-Uels oyunundan sonra
Heç kim sevinmir. Çünki, bu komanda İran xalqını təmsil etmir.✌️🔥

#İran_komandası #xalqı_təmsil_etmir
👍13🔥1😁1
“Black Reward” haker qrupu İran SEPAH-ına bağlı "Fars" xəbər ajansının internet saytını dağıdıb🔥

Adıçəkilən hakerlər Fars xəbər ajansının saytının ön səhifəsində yerləşdirdiyi bir mesajda agentliyin bütün server və kompüterlərindən təxminən 250 terabayt məlumatı sildiyini açıqlayıb.
👏11👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İsfahan şəhərində bu dəqiqələrdə molla rejimindən narazı gənclər nümayiş keçirir🔥✌️

Nümayişçi gənclər bütün vətəndaşları rejimə qarşı səfərbər olmağa səsləyir: "Bizə tamaşaçı lazım deyil, siz də bizə qoşulun!"

#İsfahan #narazı_gənclər #etiraz_nümayişi
👍27🤬3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Zahedan şəhəri bu gün

Bəluç gənclərin şücaətinə baxın!🔥

Etirazçılar Xameneyinin onlara qarşı vəhşicəsinə atəş açan amansız zalımlarının qarşısında əliyalın necə dik dayanıblar!
26👏3👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Tehranın Tehransər qəsəbəsində nümayiş keçirən xalq kütləsi repressiv qüvvələri elə salaraq meydadan qovur.🔥

#İran #xalq #repressiv_qüvvələr #meydan
🔥16👍1🥰1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Tehranın Moşiriye qəsəbəsində molla rejimindən narazı əhali küçələrə toplaşaraq "Azadlıq"-deyə fəryad çəkir🔥

#Tehran #narazı_əhali #azadlıq_fəryadı
👍26
Uels-İran oyununda Azərbaycan bayrağı

پرچم آذربایجان در بازی ولز و‌ ایران
77👍7🔥3👏3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Tehranın Çitgər məhəlləsi də ayağa qalxdı

Etirazçıların şüarı: "Bu il qan ilidir, Seyid Əli (Xameneyi) devriləcək!"✌️🔥

#Tehran #etirazlar #anti_hökumət_şüarı
👍295
"Der Spiegel": İranın molla rejimi qəddar üsullara əl atıb

Almaniyada çıxan "Spiegel" nəşri bugünki buraxılışında ilk məqaləsini İrandakı etirazlara həsr edib.

Spiegel "İran qadınları amansız repressiyalara baxmayaraq azadlıq uğrunda mübarizəni necə davam etdirirlər" başlıqlı yazısında iranlı qadın və kişilərin hökumətə qarşı mübarizədə üzləşdiyi çətinlikləri araşdırıb.

Məqalədə "Spiegel" bir müddət öncə İslam Respublikasının təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmiş və azadlığa çıxmış bir İran vətəndaşından müsahibə alıb, siyasi məhbuslara və onların ailələrinə qarşı işgəncə və zorakılığın bəzi üsullarına diqqət çəkib.

"Spiegel"ə müsahibə verən iranlı bir kişi deyir: “Uzun müddətdir ki, hər gecə yuxuda görürəm, məni zorlayırlar”.

Dünya mediası İran rejiminin etirazçılara qarşı törətdiyi vəhşiliklərin yalnız kiçik bir hissəsindən xəbərdardır.👇👇👇
👏9🤬2👍1
Azad İran
"Der Spiegel": İranın molla rejimi qəddar üsullara əl atıb Almaniyada çıxan "Spiegel" nəşri bugünki buraxılışında ilk məqaləsini İrandakı etirazlara həsr edib. Spiegel "İran qadınları amansız repressiyalara baxmayaraq azadlıq uğrunda mübarizəni necə davam…
"Spiegel" dini hakimiyyətə qarşı mübarizənin əzablarına toxunub və Əli Xameneyinin ona qarşı çıxanları edam etmək istəyinin güclü olduğunu bildirib.

Bu gün İran xalqı hesab edir ki, İranda iki “biz” var. Bir “biz” mollalar və hökumət, digər “biz” isə xalqdır.
👏12
Ermənistan rəsmisi anti-Azərbaycan mövqeyinə görə İrana təşəkkür edib🇮🇷🇦🇲

“Fars” xəbər agentlinin məlumatına görə, erməni saytlarından biri ölkə hökumətinə istinadən xəbər verir ki, işğalçı Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan İrəvanda İranın bu ölkədəki səfiri Abbas Bədəxşan Zühuri ilə görüşüb.

Bildirilir ki, görüşdə Ermənistana dost ölkə İranla əlaqələrin inkişafının vacibliyini vurğulayan Qriqoryan Azərbaycanın Ermənistana qarşı son “hərbi təcavüzü” ilə bağlı mövqeyinə görə İrana təşəkkür edib".

Görüşdə habelə ikitərəfli gündəliyin mühüm məsələləri, xüsusilə enerji və nəqliyyat sahəsində əməkdaşlıq müzakirə olunub. Regional nəqliyyat əlaqələrinin mümkün kəsilməsinin aradan qaldırılması zamanı Ermənistan və İran arasında dəmir yolunun istismara verilməsinin vacibliyi və müvafiq əməkdaşlığın genişləndirilməsi perspektivi xüsusi vurğulanıb.

گفت‌وگوی ایران و ارمنستان درباره اهمیت راه‌آهن بین دو کشور
🤮25👎5👍1
Media is too big
VIEW IN TELEGRAM
İranın Çaharmahal-Bəxtiyari əyalətinin Çığaxor qəsəbəsində molla rejimi tərəfindən öldürülən Rəşid Rəşidi adında etirazçının dəfn mərasimi🔥

Mərasimə toplaşanlar İran hakimiyyətinə qarşı kəskin şüarlar səsləndiriblər.
👍16
İranlı analitikdən daha bir anti-Azərbaycan açıqlaması

İran hökumətinin sifarişi ilə Azərbaycan əleyhinə qatı mövqe sərgiləyən Ehsan Movəhhediyan adlı siyasi ərhçi şəxsi “Tvitter” səhifəsində Azərbaycan Prezidenti haqqında yenidən təhqiramiz fikirlərə yol verib: “Əliyevin yeni “sayıqlaması”: İran sərhədi yaxınlığında hərbi təlimlər keçirdik ki, onlardan qorxmadığımızı anlasınlar. İran bizə qarşı nifrət və təhdid yağdırır. İranda yaşayan azərbaycanlılar xalqımızın bir hissəsidir. İranın bizə qarşı bəyanatlarına və haddımlarına cavab veririk və verəcəyik. İran Zəngəzur dəhlizini bağlamayacaq, Ermənistan da onun qarşısını ala bilməz”.
🤬14
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ötən gecə Kərəc şəhərində etirazçılar yenidən küçələrə axışdı🔥
Molla rejimindən narazı kütlə "ölüm olsun diktatora" şüarı səsləndirib.

#Kərəc #xalq #etiraz
🔥16👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Məşhəddə radikal "Bəsic" qüvvələrinin üzvünün şəxsi avtomobili yandırıldı🔥

Buna səbəb etirazçı gənclərin rejim qüvvələri tərəfindən güllələnməsi olub.
👍24
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Zahedanda ümumi tətil🔥✌️

Xalq rejimə etiraz olaraq böyük demək olar ki, İranın bütün şəhərlərində mədəni itaətsizlik nümayişi etdirir...
🔥17👍2
İranda bu günədək 448 etirazçı öldürülüb😢

İranın Hüquq Müdafiəçiləri Qrupunun xəbər agentliyi noyabrın 25-i axşam saatlarına olan məlumatında hökumət məmurları tərəfindən qətlə yetirilən etirazçıların sayı açıqlanıb.

İran İnsan Haqları Təşkilatı noyabrın 25-i səhər satlarına yaydığı məlumatda 17 sentyabr-24 noyabr tarixlərində İranda davam edən etiraz nümayişləri zamanı 63-ü uşaq olmaqla 448 nəfərin hökumət qüvvələri tərəfindən öldürüldüyünü bildirib.

Bununla yanaşı, məlumatda 18170 nəfərin saxlanıldığı, onlardan 3312-nin kimliyi və harada saxlanıldığının dəqiqləşdirildiyi və bunlardan 565 nəfərinin öyrənci olduğu qeyd edilib.

Habelə bu müddət ərzində 156 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı nümayişlər həyata keçirib və 143 universitetin öyrənciləri etirazlara dəstək veriblər.
😢18👍1🤬1
Həbsdə olan güneyli qazi aclıq aksiyasına əl atıb😔

Güneyli müharibə əlili Məhəmmədvəli Heydərbeygi Zəncan həbsxanasında aclıq aksiyası keçirir. O, etiraz aksiyalarında həbs edilərək Zəncanın Səfərabad zindanına köçürülüb.

Noyabrən 19-da İran təhlükəsizlik qüvvələri Məhəmmədvəli Heydərbeyginin Zəncan əyalətinin Əbhər şəhərindəki evinə basqın edərək onu Zəncan şəhərinin Səfərabad zindanına aparıblar.

İbtidai hüquqlarının pozulmasına və qanunsuz olaraq həbs edilməsinə etiraz əlaməti olaraq aclıq aksiyasına əl atan Heydərbeyginin vəziyyətinin ağır olduğu bildirilir.

Xatırladaq ki, İran-İraq müharibəsi iştirakçısı olan Məhəmmədvəli Heydərbeygi iki ayağını da itirib və 70% əlildir.

اعتصاب غذای «محمدولی حیدربیگی» مجروح جنگی بالای ۷۰ درصد در زندان صفرآباد زنجان
🤬13👍3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İranda sənaye istehsalı müəssisələrinin işçiləri davamlı tətil keçirir🔥

Tarbet sənaye şirkətinin işçiləri bu gün yenidən tətilə başlayıblar. Onlara 9 aydır maaş verilmir.

#etiraz #xalq #işçilər #maaş
👍19😁1