Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
29.8K subscribers
17.8K photos
10.6K videos
5 files
19.7K links
Download Telegram
👉 Bu tarixdə hava yenidən dəyişəcək: İntensiv yağış...
Sabah gündüz saatlarında hava yağmursuz keçəcək, cənub küləyinin sürəti artacaq.

Axar.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva “Ekspert saatı”nda deyib.

Onun sözlərinə görə, mayın 16-sı və 17-də qısa müddətdə havanın yenidən dəyişməsi proqnozlaşdırılır:

“Müvafiq təşkilatlara xəbərdarlıq edilib. Bəzi yerlərdə yağıntılar intensiv olacaq. Bakıda və Abşeron yarımadasında yağış yağması gözlənilir.

Növbəti qeyri-sabit və küləkli dövr mayın 20-si və 21-nə təsadüf edəcək. Yaxın günlərdə bununla bağlı ətraflı məlumatlar ictimaiyyətə təqdim olunacaq”.
Ruslar “Azovstal”a zərbələr endirir
Rusiya ordusu Ukrayna qüvvələrinin girişinə mane olmaq üçün Mariopul şəhərində yerləşən “Azovstal” zavoduna böyük artilleriya və hava zərbələri endirir.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Ruslar Kamışevaxa, Krasnoqorovka, Novomixaylovka, Konstantinovka və Pobeda yaşayış məntəqələri ərazilərində taktiki vəziyyəti yaxşılaşdırmağa çalışır. Amma hələ ki, müsbət nəticə əldə edə bilməyib", məlumatda qeyd olunub.
Moskvanın nüvə silahı ilə bağlı hədəsi... - Mişel
Moskvanın nüvə silahı ilə bağlı hədəsi qlobal təhlükəsizlik üçün təhlükə, utancverici və qəbuledilməzdir.

Axar.az xəbər verir ki, bunu Avropa Şurasının rəhbəri Şarl Mişel Yaponiya səfəri çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

“Nüvə silahlarına nəzarət üçün beynəlxalq prinsiplərimiz və qlobal təşkilatlarımız var. Sülh və təhlükəsizlik üçün biz onları qorumalı və gücləndirməliyik”, - Mişel bildirib.
80-ci gün: Rusiyanın itkiləri açıqlandı
Ukrayna
müharibənin 80-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının sosial şəbəkə hesabında məlumat yayılıb.

Bildirilib ki, Rusiya indiyə qədər 27 200 hərbçi, 1218 ədəd tank, 2934 ədəd zirehli döyüş maşını, 551 ədəd artilleriya sistemi, 195 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 88 hava hücumundan müdafiə sistemi, 200 ədəd hərbi təyyarə, 163 ədəd helikopter, 2059 ədəd avtomobil texnikası, 13 ədəd gəmi/kater, 76 ədəd yanacaq sisterni, 411 ədəd PUA, 41 ədəd xüsusi texnika, 95 qanadlı raket itirib.
Türkiyənin mövqeyi NATO-nu silkələdi - Generaldan açıqlama
https://axar.az/news/siyaset/645716.html
Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtdı


Azərbaycan Hava Yolları QSC-nin (AZAL) J2 251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan beynəlxalq hava limanı ətrafındakı tufanla əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıtmağa qərar verib.

Bu barədə Axar.az-a AZAL-dan bildirilib.

Məlumata görə, təyyarə saat 08:37-də Bakı hava limanında eniş edib.

Sərnişinlər hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.
İsveç Türkiyəyə nümayəndə heyəti göndərir
İsveç NATO-ya üzvlük müraciətini müzakirə etmək üçün tezliklə Ankaraya nümayəndə heyəti göndərir.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin "Hüriyyət" qəzeti məlumat yayıb.

Məlumata görə, Türkiyə Finlandiya və İsveçin NATO-ya qəbulu ətrafında gedən prosesləri izləyir və hələlik buna müsbət münasibət bildirməyib.
Türk boksçu rinqdə infarkt keçirib öldü
Əslən Giresunun Alukra rayonundan olan və Almaniyada yaşayan boksçu 36 yaşlı Musa Askan ötən gecə Almaniyanın Münhen şəhərində 84 kq çəki dərəcəsində üçüncü raundda infarkt keçirərək yıxılıb.

Axar.az xəbər verir ki, xəstəxanaya aparılan boksçu bu gün müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
🇷🇺 Rusiya elitası Putinə “sürprizlər” edəcək
👉 Putinin ətrafı Rusiyanın Ukraynadakı hərbi məğlubiyyətindən sonra onu aradan götürə bilər.

📢 Axar.az xəbər verir ki, bunu rusiyalı müxalifətçi Gennadi Qudkov deyib.

“Rusiya hərbi məğlubiyyətlə üzləşsə, Putin artıq maço deyil, axsaq ördək olacaq. Bu zaman elitalar onu necə uzaqlaşdıracaqlarını, aradan götürəcəklərini düşünəcəklər. Onda da putinizmin sonu olacaq”, - bildirib.

🗣Siyasətçi güman edir ki, Putinin ətrafı ona “sürprizlər” hazırlayacaq:

“Düşünürəm ki, ətrafdakılar onun məğlub olduğunu başa düşsələr, o zaman Putin üçün böyük sürprizlər ola bilər. Onun xəstəliyinə görə ölümcül vəziyyətində olduğuna əmin deyiləm. İnsanlar bu yaşda müxtəlif yollarla xəstələnirlər. Amma bu, onların bir neçə il yaşamasına mane olmur”.
Türkiyə veto haqqını istifadə etsə... – Kürşad Zorlu
https://axar.az/news/siyaset/646158.html
Neonasizm Ukraynada geniş vüsət alıb - Putin
Kollektiv Qərbin göz yumduğu Ukraynada uzun müddətdir ki, neonasizm geniş vüsət alıb.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Ekstremistlər dünyanın hər yerində var, amma yalnız Ukraynada nasistlər dövlət səviyyəsində qəhrəmanlaşdırılır”, - Putin bildirib.
Rusiyanı bu müddətdə məğlub edəcəyik - Geraşenko
Ukrayna Rusiyanı döyüş meydanında məğlub edə, işğalçıları 3-5 aya sərhədlərinə sıxışdıra bilər. Bunun üçün daha çox silah lazımdır.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko deyib.

Onun sözlərinə görə, Rusiyanı məğlub etmək üçün Ukraynada "Patriot" hava hücumundan müdafiə sistemləri çatışmır:

“De-fakto olaraq biz artıq NATO-dayıq. Çünki NATO silahları artıq bizə verilir - biz bütün çaplı silahlar alırıq. Bəli, NATO əsgərləri bizim üçün döyüşməyəcək, amma biz NATO silahı ilə vuruşuruq. Ukraynanın Rusiya üzərində gələcək qələbəsində ABŞ Konqresinin 40 milyard dollar məbləğində yardım ayrılması qərarı böyük rol oynayacaq. Qərbin silahları Ukraynaya nə qədər tez və çox gəlsə, biz rusları bir o qədər tez və daha güclü məğlub edəcəyik. Ukrayna yeni silahların köməyi ilə cəmi 3-5 aya Rusiya Federasiyasını məğlub edə biləcək”.
Rus qoşunları bu istiqamətdə geri çəkildi
Severodonetsk istiqamətindəki Sirotino kəndi yaxınlığında rus qoşunları xeyli itki verərək geri çəkilib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

“Donetsk və Luqansk istiqamətlərində düşmənin 11 hücumunun qarşısı alınıb, 5 tankı, 11 “Tor” zenit raket kompleksi, 6 artilleriya sistemi, 12 döyüş zirehli texnikası və 1 avtomobili məhv edilib.
Sürücülərin nəzərinə: bu yollar daraldı
Paytaxt Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi 2022-ə hazırlıq işləri davam edir. Tədbir çərçivəsində, quraşdırma işləri ilə əlaqədar 16 may, gecə saat 23:00-dan etibarən Üzeyir Hacıbəyov prospekti-Puşkin küçəsi ilə Üzeyir Hacıbəyov-Azadlıq prospektinin hərəkəti istiqamətində avtomobil yolu daralıb.

Bu barədə Axar.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Həmçinin, qeyd olunan saatdan etibarən Neftçilər prospekti ilə Rəsul Rza küçələrinin kəsişməsindən Neftçilər prospekti ilə Əziz Əliyev küçəsinin kəsişməsinə qədər, yolun orta hissəsində kiçik qazma işləri aparılacaq.

Qazma işləri 10 gün ərzində davam edəcək. Nəqliyyatın hərəkətində heç bir məhdudiyyət olmayacaq.
Bakı nefti 120 dollara qalxdı
Dünya
birjalarında neft qiymətləri yenidən bahalaşıb.

Axar.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 113,82 dollara, yüngül neftin bir barreli isə 113,70 dollara satılır.

Bakı nefti isə 119,39 dollara qalxıb.
“Avroviziya” Rusiyada keçiriləcək – Simonyan güldürdü
Kremlin erməni əsilli təbliğatçılarından olan jurnalist Marqarita Simonyanın “Avroviziya” musiqi yarışması ilə bağlı paylaşımı sosial şəbəkələrdə gülüş obyektinə çevrilib.

Kult.az xəbər verir ki, yarışmanın nəticələri elan edildikdən sonra Simonyan öz Teleqram hesabında belə yazıb:

“Gələn il “Avroviziya” Rusiyada keçiriləcək”.

Simonyanın bununla bütün Ukraynanın işğal ediləcəyini nəzərdə tutması səbəbindən əks reaksiyalar özünü çox gözlətməyib. Bəziləri Simonyana xatırladıb ki, Rusiyanın “Avroviziya”da təmsilçiliyinə son qoyulub, digərləri isə Marqaritanın fikirlərini “marazm” adlandırıblar və bu cür işğal mesajlarının səsləndirilməsinə son qoyulmasına çağırıblar.

Qeyd edək ki, builki “Avroviziya”nın qalibi 631 xalla Ukrayna seçilib.
Ukrayna ordusu bu istiqamətdə uğur qazandı
Bu gün əsas istiqamətlərdə vəziyyət nəzarət altındadır, lakin rus qoşunları hələ də Putinin siyasi tapşırığını yerinə yetirməyə, Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çatmağa çalışırlar.

Axar.az xəbər verir ki, bu barədə hərbi ekspert Oleq Jdanov deyib.

“Əsas istiqamətlərdə vəziyyət nəzarətdədir. Donetsk və Luqansk istisna olmaqla, Krivoy Roq, Zaporojye, Cənubi Buqdurda vəziyyət stabildir. Donetsk və Luqanskda Rusiya hücum əməliyyatlarını davam etdirir, Putinin siyasi tapşırığını yerinə yetirməyə çalışırlar”, - Jdanov bildirib.

O qeyd edib ki, rus qoşunlarının Xarkovdan geri çəkilməsi Ukrayna Silahlı Qüvvələrinin ayrıca istiqamətdə əks-hücumunun nəticəsidir:

“Biz düşmənin zəifliyindən istifadə edərək ərazimizi qismən azad etdik və az qala Ukraynanın dövlət sərhədinə çatdıq. Onları darmadağın etdik, rusların bir qismi Luqansk istiqamətinə köçürüldülər. "