Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
29.5K subscribers
16.7K photos
9.86K videos
5 files
18.8K links
Download Telegram
Düşmən Kəlbəcərdəki mövqelərimizi atəşə tutdu
Mayın 11-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Əzizli və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım və Zəylik yaşayış məntəqələri istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Axar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Gizli müharibə:⚔️ İran İsrail gəmilərini hədəfə alıb 🇮🇱🇮🇷
📢İsrail İran gəmilərinin hədəfə alınması ilə bağlı məxfi sənədlərin sızdırıldığı faktları araşdıracaq.

❗️Axar.az xəbər verir ki, İsrail İctimai Yayım Təşkilatı (KAN) iki ildir davam edən gizli müharibənin ortaya çıxdığını, beləliklə də İranın israillilərə məxsus gəmiləri hədəf aldığını açıqlayıb.

Ədliyyə katibinin müşaviri İsrail hökumətindən bu mövzuda araşdırma başlatmasını və MOSSAD və ŞABAK-dan məsələ ilə bağlı məsləhət almasını tələb edib.
🇺🇦⚔️🇷🇺 Rusiya tanklarına soyuducu çipləri taxır
🔍ABŞ-ın tətbiq etdiyi sanksiyalar Rusiyanı bəzi hərbi texnikalarda qabyuyan və soyuducuların kompüter çiplərindən istifadə etməyə məcbur edib.

📢Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın ticarət naziri Cina Raymondo bildirib.

❗️“Ukraynalılar bildirirlər ki, ələ keçirilən Rusiya hərbi texnikasında qabyuyan maşınların və soyuducuların çipləri aşkarlanır”, - o bildirib.

⚔️ Raymondonun sözlərinə görə, fevralın sonunda sanksiyalar tətbiq edildikdən sonra ABŞ-ın Rusiyaya texnologiya ixracı təxminən 70% azalıb. Raymondo iki rus tank istehsalçısının komponent çatışmazlığı səbəbindən istehsalı dayandırmaq məcburiyyətində qaldığına da işarə edib.

📌 Qeyd edək ki, yarımkeçiricilər kimi də tanınan kompüter çipləri, məişət texnikasından tutmuş döyüş təyyarələrinə qədər əksər müasir elektronikanın arxasında duran beyindir. Rusiya bu məhsulu əsasən Asiya və Qərb şirkətlərindən idxal edirdi. 👉 https://axar.az/news/planet/645186.html
👉 Dünyanın ən dəyərli şirkəti məlum oldu
💵 🇸🇦Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkəti dünyanın ən dəyərli şirkətidir.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” yazıb.

Məlumata görə, şirkətin səhmləri dünən 2.43 trilyon dollara çatıb. Əpl şirkətinin səhmləri isə ucuzlaşaraq 2.37 trilyon dollar olub.

Qeyd edək ki, Əpl şirkəti 2020-ci ildən bəri kapitallaşmaya görə, ilk sırada idi.
Rusiya vətəndaşı olan qadın Qarabağda itkin düşdü
Axar.az xəbər verir ki, məlumatı Ermənistan mətbuatı yayıb.

Olqa Sannikova adlı Rusiya vətəndaşı Xankəndində yaşayır. O, mayın 9-da Qarqar çayının sahilində itkin düşüb.

Qadının axtarışları hələlik heç bir nəticə verməyib.
Hər şeyi etdik, amma bizimlə danışmaq istəmədilər - Peskov
Rusiya Ukraynada əməliyyat keçirməmək üçün hər şeyi etdi, amma bizimlə danışmaq istəmədilər.

Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Xüsusi hərbi əməliyyat başlamazdan əvvəl Prezident Vladimir Putin və Rusiya tərəfi bu əməliyyatın baş tutmaması üçün addımlar atmışdı. Bizimlə danışmaq istəmədilər və bizi dinləmək istəmədilər. Son iki ayda dialoqun bərpası üçün də heç bir addım atılmayıb”, - Peskov bildirib.
🇺🇦⚔️🇷🇺 Rusiya Qara dənizdə daha bir gəmisini itirdi
❗️ Rusiya Qara dənizdə Ukrayna ilə müharibə zamanı daha bir gəmisini itirib.

📢 Axar.az xəbər verir ki, bu barədə “Kanal 24” kəşfiyyat mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Rusiya “Proyekt 23120” logistik dəstək gəmisini itirib.

Qeyd edək ki, Rusiyada cəmi iki belə gəmi var – “Elbrus” və “Vsevolod Bobrov”.
🇷🇺 Rusiyanın mövqeləri zəifləyir, Kalininqrad müdafiəsiz qalır
👉🇫🇮 Finlandiyanın NATO-ya daxil olması Rusiyanın mövqeyini zəiflədəcək və Kalininqrad bölgəsini müdafiəsiz qoyacaq.

📢 Axar.az xəbər verir ki, bunu Litvanın müdafiə naziri Arvidas Anuşauskas deyib.

❗️“Hərbi mənada Rusiyanın mövqeləri zəifləyir və onlar bunu yaxşı başa düşürlər”, - o bildirib.

🇫🇮 Anuşauskas qeyd edib ki, Finlandiyanın NATO-ya daxil olmasından sonra Litva və Baltikyanı ölkələr əlavə qüvvələrin gəlməsi üçün şimal marşrutunu açacaqlar.
🇦🇿🇦🇲 Sərhəd komissiyaları bu tarixdə görüşəcək
👉Sərhədlərin delimitasiyası ilə bağlı Azərbaycan və Ermənistan komissiyalarının görüşü mayın 16-17-də Rusiyanın paytaxtı Moskvada baş tutacaq.

📢Axar.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Soyuq su ilə duş qəbul etməyin faydaları
https://axar.az/news/saghliq/645387.html
Rusiya Türkiyənin bu təklifini qəbul etmədi
Türkiyə hakimiyyəti Mariupoldakı ukraynalı hərbçilərin “Azovstal” zavodundan Berdyansk limanı vasitəsilə təxliyə olunmasını Rusiyaya təklif edib.

Axar.az xəbər verir ki, bu sözləri Krım türklərinin lideri, Ukrayna millət vəkili Mustafa Cəmil deyib.

O bildirib ki, təklifə əsasən təxliyə olunanlar Türkiyəyə gətirilməli və müharibənin bitəcəyi günə kimi bu ölkənin qonağı olmalı idi.

Lakin Rusiya müdafiə naziri Sergey Şoyqu Ankaranın təklifi ilə razılaşmayıb və Mariupolun müdafiəçilərinin təslim olmasını tələb edib.

M.Cəmilin sözlərinə görə, Türkiyə “Azovstal”dakı ukraynalı hərbçilərin həyatının xilas edilməsi üçün danışıqları hələ də davam etdirir.
Rusiya aviasiyası döyüş üçün uyğun deyil - Uolles
Rusiya aviasiyası və ağır texnikası döyüş əməliyyatları üçün uyğun deyil.

Axar.az xəbər verir ki, bunu Britaniyanın müdafiə naziri Ben Uolles deyib.

“Onların demək olar ki, heç bir təyyarəsi situasiya məlumatlılığı və rəqəmsal döyüş nəzarəti ilə təchiz edilməyib. Rusiyanın vurulan Su-34 təyyarələrinin cihaz panellərinə yapışdırılmış GPS qəbulediciləri tapılıb. Bu da onun üçün edilib ki, pilotlar öz sistemlərinin keyfiyyətsizliyi səbəbindən harada olduqlarını bilsinlər. Rusların artilleriya və zirehli texnika ilə bağlı da oxşar problemləri var. Onlar hərbi manevrlər üçün istifadə oluna bilməz, ancaq fərq qoymadan atəş açmaq üçün istifadə edilə bilər”.
Bakı nefti 114 dollara yaxınlaşır
Dünya birjalarında neft qiymətləri bahalaşmaqda davam edir.

Axar.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 109,60 dollara, yüngül neftin bir barreli 107,97 dollara, "Azəri Layt" markalı Azərbaycan neftinin bir barreli isə 113,98 dollara qalxıb.
İbrahim Kalın Ermənistanla münasibətlərdən danışdı
Türkiyə son zamanlar bir çox ölkə ilə münasibətlərini qarşılıqlı şəkildə normallaşdırıb. Həmin ölkələrlə qarşılıqlı etimadın yaradılması istiqamətində addımlar atılıb. Türkiyə ona uzadılmış heç bir əli havada qoymaz.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.

"Türkiyə qarşı tərəfdə konstruktiv və yaxşı niyyətli mövqe gördükdə buna cavab verməkdən heç vaxt çəkinməyib. Ona görə də Misirlə, eləcə də Birləşmiş Ərəb Əmirlikləri, İsrail, Ermənistan və ən son Səudiyyə Ərəbistanı ilə münasibətlər bu kontekstdə qiymətləndirilməlidir", - Kalın bildirib.
💵🇺🇦 Məhşur aktyor ukraynalılara görə avtomobilini satır
👉 Məhşur amerikalı aktyor Riçard Gir “Yaquar” markalı avtomobilini ukraynalılara dəstək üçün hərraca çıxarıb.

📢Axar.az bu barədə “Bring a trailer”auksion platforması məlumat yayıb.

🗣“Əldə olunan bütün məbləğ, o cümlədən alıcının mükafatı Ukraynadakı müharibə qurbanlarına yardım edən qeyri-kommersiya təşkilatları –“World Central Kitchen” və “Open Arms Ukraine” arasında bərabər bölünəcək”, - platformada bildirilib.

💵1999-cu il istehsalı “Yaquar XK8”in ilkin qiyməti 29.000 dollara qoyulub.
8 saatdan çox işlədirlərsə, ikiqat maaş verilsin!
Bizim əmək qanunvericiliyinə görə insanı 8 saatdan çox işlətmək olmaz. Əgər normadan artıq işlədirlərsə, 2 dəfə artıq əmək haqqı ödənilməlidir.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri müavini Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, dövlət orqanları ciddi nəzarət tədbirləri həyata keçirməlidirlər:

“Fermerlərdə bu pozuntular daha çoxdur, orada qadınların əməyi istismar edilir. Burada çiyələyin kiloqramını 5 manata satırlar. Amma fermer bu təsərrüfatda işləyən qadınları gündə 8 saatdan artıq işlədir, günorta yeməyini də vermir. Onlara günə 8 manat, 10 manat pul verirlər. Bu da ayda 240 manat, minimum əmək haqqından da az edir. Bunu fermerlərin insafına buraxmaq olmaz. Hər kəsə saathesabı əmək haqqı verilməlidir. Biz buna görə qanunvericiliyə dəyişiklik etməliyik”.
👉 Afət Fərmanqızı axtarışa verildi
Müğənni Afət Fərmanqızı barəsində axtarış elan olunub.

📢Kult.az Trend-ə istinadən xəbər verir ki, hakim Mahirə Kazımovanın sədrliyi ilə araşdırılan şikayətlə bağlı məhkəmə aktı çıxarılıb.

📌 Binəqədi rayon Məhkəməsində xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə icraatı dayandırılıb.

🖊Akta görə, müğənni Afət Fərmanqızı məhkəmədən gizləndiyinə görə həbs nəzərdə tutulmadan axtarışa verilib.

Müğənni məhkəməyə gətirilənə qədər məhkəmə icraatının dayandırıldığı elan olunub.

⚠️ Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddəsi ilə ittiham olunması tələb edir.