Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
30.3K subscribers
18.6K photos
11.3K videos
5 files
20.6K links
Download Telegram
🌧 Sabah yağış yağacaq
👉 Bakıda və Abşeron yarımadasında mayın 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

📢Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

🗣 Mülayim şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-14° isti, gündüz 18-22° isti, Bakıda gecə 12-14° isti, gündüz 19-21° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycan rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.

🌧 Havanın temperaturu gecə 8-12° isti, gündüz 20-25° isti, dağlarda gecə 0-5° isti, gündüz 6-11° isti olacaq.
⚔️ Luqanskın tam işğalı çox yaxındadır - Şoyqu
🇷🇺⚔️🇺🇦 Donbas üzərində nəzarət genişlənir.

📢 Axar.az xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.

🗣 “Rusiya ordusunun qruplaşmaları Donbas üzərində nəzarəti genişləndirməyə davam edirlər. Luqanskın tamamilə “azad edilməsi” çox yaxındadır”, - Şoyqu bildirib.
👉 İsveçdən Türkiyəyə cavab: PKK terror təşkilatıdır
⚔️
PKK-nı Avropa Birliyindən daha əvvəl terror təşkilatı siyahısına salmışıq.

Axar.az xəbər verir ki, bu sözləri İsveç xarici işlər naziri Ann Linde deyib.

“İsveç PKK-nın Ulof Palme hökuməti (1982-1986-cı illər) zamanı terror təşkilatı kimi tanıyıb. Avropa Birliyi isə bunu yalnız 2002-ci ildə etdi. Bu mövqeyimiz dəyişməyib”, - Linde bildirib.

Qeyd edək ki, Türkiyə terrorçulara qucaq açdığı üçün İsveçin NATO-ya qəbuluna etiraz edir.
Rus işğalçıları Mariupolda su təchizatını bərpa etməyə çalışırlar, lakin onların qeyri-peşəkar hərəkətləri problem yarada bilər.

Axar.az xəbər verir ki, bunu Mariupol şəhərinin meri Vadim Boyçenko bildirib.

“Onların hazırda Mariupola ötürmək üçün bərpa etməyə çalışdığı su küçələrə axır. Bununla da qeyri-işlək vəziyyətdə olan kanalizasiya borularına tökülür və bütün bu qarışıq su anbarına, oradan da Azov dənizinə, əhalinin istifadə etdiyi quyulara axıdılır”, - Boyçenko vurğulayıb.

O qeyd edib ki, ekoloji fəlakətə yoluxucu xəstəliklərin alovlanması da əlavə oluna bilər:

“Mütəxəssislərin bəhs etdiyi fəlakət də baş verə bilər - yoluxucu xəstəliyin alovlanması: ya vəba, ya da dizenteriya”.

Mer qeyd edib ki, əhalini evakuasiya etmək lazımdır:

“Yaşıl dəhlizlər müəyyən edilsin və Mariupol sakinləri Ukraynanın nəzarət olunan hissəsinə getmək imkanı əldə etsinlər. Biz bütün beynəlxalq tərəfdaşlarımızı bu məqsəd ətrafında birləşməyə dəvət edirik”.
Xınalıq kəndinə 10 santimetrdən çox qar yağdı
Mayın 20-si gecə saatlarından başlayaraq Quba rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb.

Axar.az xəbər verir ki, rayonun ucqar Xınalıq kənd sakinləri bildiriblər ki, yaşayış məntəqəsində qarın hündürlüyü 10 santimetrdən çoxdur. Qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur aşağı düşüb.
Bu ölkədə də “Meymun çiçəyi” aşkarlandı
İsraildə “Meymun çiçəyi” xəstəliyinə ilk yoluxma halı aşkarlanıb.

Axar.az xəbər verir ki, məlumatı İsrail Səhiyyə Nazirliyi yayıb.

Məlumata görə, xəstəliyə yoluxan şəxs 30 yaşlarında kişidir. Onun paytaxt Təl Əvivdə xəstəxanaların birinə yerləşdirildiyi, vəziyyətinin isə normal olduğu bildirilir.

Qeyd edək ki, “Meymun çiçəyi” xəstəliyi İngiltərə, İspaniya, Portuqaliya, ABŞ, İtaliya, İsveç, Belçika, Avstraliya və Kanada kimi ölkələrdə də aşkarlanıb.
Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu
Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 20-si axşam saatlarında dövlət sərhədinin Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutub.

Bu barədə Axar.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Türkiyədən PKK-ya ağır zərbə: 12 terrorçu məhv edildi
Türkiyə təhlükəsizlik qüvvələrinin terrorçulara qarşı keçirdiyi “Ərən blokada-5” (Eren abluka-5) əməliyyatı uğurlu şəkildə davam edir.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, 1-i “narıncı” kateqoriyada olan 12 terrorçu zərərsizləşdirilib.

Əməliyyatlar zamanı terrorçulara aid xeyli sayda sığınacaq və mağara da məhv edilib.
"Azovstal” müdafiəçiləri niyə təslim oldu? – Zelenski
https://axar.az/news/planet/647473.html
Ukrayna üçün əks-hücuma keçməliyik - İtaliya
Ukrayna böhranı üçün sülh planı təqdim etdik, indi diplomatik əks-hücuma ehtiyacımız var.

Axar.az xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Luici Di Maio deyib.

O, ilk məqsədlərinin münaqişələrdə lokal fasilələr təmin etmək, sonra atəşkəs, neytrallıq və nəhayət, sülh razılaşması üzərində işləmək olduğunu vurğulayıb.
Bu, Putinin yeganə gəlir mənbəyidir


Rusiya Prezidenti Vladimir Putin çətin ki, Niderland, İtaliya və Almaniya kimi böyük ölkələrə qaz kranını bağlasın.

Axar.az xəbər verir ki, bunu Avropa Komissiyasının vitse-prezidenti Frans Timmermans deyib.

"Çünki bu halda o özünə daha çox zərər verəcək", - o bildirib.

Timmersansın sözlərinə görə, Putin indi əsasən kiçik alıcılara təzyiq göstərir:

"O, böyük oyunçuları öz tərəfində saxlamağa üstünlük verərdi, çünki bu, onun yeganə qazanc mənbəyidir".

Timmermans əlavə edib ki, Avropa nəhayət Rusiya qazından tamamilə müstəqil olmaq üçün digər qaz tədarükçülərini axtarmaqla məşğuldur:

"Rusiya bu yaxınlarda Polşa, Bolqarıstan və Finlandiyaya qaz verməyi dayandırdı, çünki bu ölkələr rublla ödəniş etməkdən imtina etdilər".
Belarus Ukrayna sərhədinə əlavə qüvvə yerləşdirir
Belarus Silahlı Qüvvələri intensiv şəkildə kəşfiyyat aparır və sərhədyanı ərazilərdə əlavə bölmələr yerləşdirir.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Volın və Polesye istiqamətlərində Belarus Silahlı Qüvvələri intensiv şəkildə kəşfiyyat aparır, Qomel vilayətinin sərhədyanı rayonlarına əlavə bölmələr yerləşdirilir. Belarus ərazisindən raket və hava zərbələri təhlükəsi hələ də qalır”, - məlumatda deyilir.
Rüstəm Muradovun qohumu Ukraynada öldürüldü
Azərbaycandakı rus sülhməramlı kontingentinin komandanı, general-leytenant Rüstəm Muradovun qohumu Ukraynada öldürülüb.

Axar.az xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı məlumatb yayıb.

Məlumata görə, 27 yaşlı Salman Süleymanov tağım komandiri idi. Yanvar ayının əvvəlindən Ukrayna ilə sərhəddə xidmət edirdi. Salman aprelin sonunda döyüş əməliyyatları zamanı öldürülüb.

Həmin vaxt general-leytenant Rüstəm Muradov da aldığı yaralardan hospitalda müalicə olunurdu. Ona qohumunun ölümü barədə xəbər verəndə xahiş edib ki, basdırmaq üçün onun heç olmasa sümüyün tapsınlar.

Məlumatda qeyd olunub ki, Salmanın meyitinin qalıqları Dərbənd şəhərinə gətirilərək, orada dəfn olunub.
Sabah yağış yağacaq, güclü külək əsəcək
Bakıda və Abşeron sabah yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 14-16° isti, gündüz 18-21° isti olacaq. Bakıda gecə 14-16° isti, gündüz 19-21° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 749 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağıntılı olacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 0-5° isti, gündüz 6-10° isti olacaq.
Azərbaycanda meymun çiçəyi qeydə alınıb?
Azərbaycan ərazisində bugünkü tarixədək meymun çiçəyi xəstəliyinə şübhəli hallar qeydə alınmayıb.

Bu barədə Axar.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, bu istiqamətdə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən ciddi epidemioloji nəzarət aparılır:

"Hazırda Ümumdünya Səhiyyə Təşkilatı beynəlxalq səyahətlərlə bağlı hər hansı əlavə tədbirlərin həyata keçirilməsini tövsiyə etmir".

Xatırladaq ki, meymun çiçəyi çox nadir rast gəlinən zoonoz virus xəstəliyidir, yəni bu xəstəlik insana əsasən heyvandan keçir. İnsan orqanizminə zədələnmiş dəri, tənəffüs yolları, gözlər, burun və ağzın selikli qişasından daxil ola bilər. İnsandan insana bu xəstəlik yalnız uzunmüddətli və sıx təmas zamanı ötürülə bilər. Xəstəliyin əsas əlamətləri üz nahiyəsindən başlayan və qısa müddət ərzində bütün bədənə yayılan qeyri-adi irinli səpgilərdir. Xəstəliyə xas olan kliniki əlamətlər əmələ gəlməyənə qədər xəstə və ya onunla təmasda olan şəxslər yoluxucu hesab edilmir.
Meymunçiçəyi niyə təhlükəli sayılır? - Professor
Meymunçiçəyi virusu ilk dəfə Afrikada meymunlarda rast gəlindiyi üçün bu cür adlandırılır.

Bu sözləri Axar.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.

“Meymunçiçəyi virusu çiçək virusu ailəsinə daxildir. Virusun mənşəyi də Afrikadır. İlkin əlamətləri qızdırma, baş, bel, əzələ ağrıları, titrəmə və dəridə suluqların əmələ gəlməsidir. Virusun sağalma müddəti orqanizmdə törətdiyi dəyişikliklərdən asılıdır. Xəstəlik 2 həftə və ya 1 ay davam edir. Düzgün müalicə olunmazsa, ölümlə nəticələnə bilər. Virus başqa bir şəxslə yaxın təmas zamanı yayılır”.

Professor karantin tədbirləri ilə bağlı lazımı işlər görülməsini məsləhət görüb:

“Hazırda virusun baş qaldırması koronavirusun pandemiyasından sonra immun sisteminin zəifləməsi fonunda xeyli narahatlıq törədir. Bununla yanaşı Azərbaycanda çox ciddi şəkildə karantin tədbirləri ilə bağlı işlər hazırlanmalıdır”.
Rus diplomat istefa verdi – Sensasion bəyanat
Rusiyanın Cenevrədə BMT-dəki missiyasının müşaviri Boris Bondarev istefa verib.

Axar.az xəbər verir ki, bu barədə “Deyli Express” məlumat yayıb.

Boris Bondarev açıq şəkildə Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni pisləyərək, istefa verib. Diplomat həmçinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovu yalan və qeyri-peşəkar işlədiyinə görə tənqid edib:

“İşlədiyim 20 il müddətdə xarici siyasətimizin müxtəlif dönüşlərini müşahidə etmişəm, lakin heç vaxt ölkəmdən və işimdən utanmamışam. Amma 24 fevraldan sonra mən bunu yaşadım. Hazırda XİN diplomatiya ilə məşğul deyil, o yalnız yalan səpir, nifrət yaradır və müharibəni qızışdırmaqla məşğuldur. Bu gün dövlət qulluğunda qalıb fəlakət dolu siyasi yolla getmək vətənə xəyanət etmək deməkdir”.
Putinə sui-qəsd olub - Budanov
Ukraynaya qarşı genişmiqyaslı müharibə başlayandan sonra Rusiya Prezidenti Vladimir Putinə sui-qəsd olub.

Axar.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov deyib.

“Bir müddət əvvəl ona qarşı sui-qəsd olub. Bu, gizli məlumatdır. Lakin sui-qəsd çox uğursuz olub. Bu, təxminən iki ay əvvəl baş verib”, - Budanov bildirib.
Zelenski: Bu halda yüzminlərlə əsgərimiz öləcək!
Krımın işğaldan azad edilməsi Ukrayna ordusu üçün ciddi itki ilə nəticələnə bilər.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Əminəm ki, bizdən yüzminlərlə itki ola bilər”, - deyə Zelenski bildirib.