Rusiya və ABŞ artıq Bayden administrasiyası dövründəkindən daha normal vəziyyətdədir.

Axar.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Vladimir Putin və Donald Tramp arasında münasibətlər işgüzardır. Onlar telefon danışıqları zamanı dərhal problemlərin mahiyyətini müzakirə edirlər", - XİN rəhbəri bildirib.
5
Türkiyəli məşhur aktyor Burak Özçivit sərvəti ilə gündəmə gəlib.

Bütün qazancını daşınmaz əmlaka yatırdığı bilinən Burak Özçivitin sərvətinin 1 milyard TL-dən (43 milyon manatdan çox) çox olduğu bildirilir.

Qeyd edək ki, Burak Özçivitin baş rolu oynadığı “Kuruluş Osman”dan hər bölüm üçün orta hesabla 750 min TL qazandığı məlumdur.

Aktyorun son zamanlar qatıldığı tədbirlərdən 100 min dollar tələb etdiyi haqda da xəbərlər yayılıb.
5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Araz Musayevi bıçaqlayan şəxslərin yeni görüntüsü: qaçırlar
9
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Moskvada atraksionda 20 nəfər ilişib qaldı
😁6😱21
🇦🇿🇷🇺“Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinskinin 9 iyun tarixində Russia Today kanalına müsahibəsi zamanı keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı faktların təhrif olunduğu, Qarabağ bölgəsini mübahisəli ərazi kimi təqdim edən açıqlaması təəssüf və təəccüb doğurur.”

XİN-dən verilən məlumata görə bunu qurumun mətbuat katibi Ayxan Hacızadə Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı iddialarına münasibət bildirərkən deyib.

XİN rəsmisinin sözlərinə görə təəccüblü hal odur ki, Rusiya Federasiyasının Prezidentinin köməkçisi, habelə Rusiyanın Tarix Təhsili üzrə Qurumlararası Komissiyasının sədri olan Medinski Qarabağın heç zaman mübahisəli ərazi olmadığını bilmir.

O bildirib ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Rusiya özü Qarabağı Azərbaycanın ərazisi kimi tanımışdır və tanıyır.

A. Hacızadə daha sonra sözlərinə belə davam edib:

“Eyni zamanda, sual doğuran məqam ondan ibarətdir ki, Minsk Qrupunun həmsədri olmuş ölkənin Prezidentinin köməkçisi dövlətinin bu məsələ ilə bağlı mövqeyini ya dərk etmir, ya da dərk etmək istəmir…”
23👌2
Rusiya Prezidenti Vladimir Putin İnquşetiyadan olan Məryəm Xamxoyeva və Beslan Boqolovun çoxuşaqlı ailəsinə mikroavtobus hədiyyə edib.
👍35👎32👌1
⚠️🚗 Hazırda yollardakı vəziyyət:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

4. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

5. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

6. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

7. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;

8. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

9. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

10. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən
Akademik Həsən Əliyev küçəsi istiqamətində sıxlıq müşahidə olunur.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
4
⚡️Azərbaycanda Qurban bayramı tətili başa çatıb.
12😱3
Dənizkənarı Milli Park ərazisində sudan meyit çıxarılıb

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
4😱3
Dünya birjalarında neft bahalaşıb.

Axar.az xəbər verir ki, “Brent” markalı neft 67,20 dollara, yüngül neft isə 65,39 dollara təklif edilir.
2
💸💸💸 Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

Avronun məzənnəsi 0,1 % azalaraq 1,9379 manat, 100 Rusiya rublunun məzənnəsi isə 0,3 % artaraq 2,1492 manat təşkil edib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
5