Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.2K subscribers
35.6K photos
20.9K videos
7 files
32.4K links
Download Telegram
Nərimanovun başçısı bir ərazini iki şirkətə satdı – Qalmaqal düşdü
🤮6🤣1
Tbilisidə Gürcüstan, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin müavinlərinin görüşü keçirilir.

Görüşün məqsədinin üçtərəfli əməkdaşlıq prosesinin əsasını qoyacaq mümkün istiqamətlərə dair üç ölkənin baxış və fikirlərini bölüşmək olduğu bildirilir.
👍51
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı pinned «Ukrayna burdan vurulur - Hərbi sirr yayıldı, RİA dərhal... ƏTRAFLI : https://axar.az/news/planet/966398.html»
Tiflisdə Gürcüstan, Azərbaycan və Ermənistanın Xarici İşlər Nazirlikləri arasında üçtərəfli görüş keçirilir.
👍5
Bu gün İranın xarici işlər naziri Abbas Arakçı Rusiyanın yüksək rütbəli rəsmiləri ilə görüşmək və danışıqlar aparmaq üçün Moskvaya yollanıb.
9🤡4👎1
“Xocalı” gəmisi ilk dəfə Hind okeanına daxil olub

◼️“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Handysize” tipli “Xocalı” gəmisi istismar müddətində ilk dəfə Hind okeanına daxil olub.

◼️QSC-nin məlumatına görə, bu ilin martında ABŞ-nin Portland limanından 37 min ton kalsiumlu soda yükləyən gəmi Sakit okean üzərindən hərəkət edərək İndoneziyanın Cakarta limanına çatıb. Burada yükün bir hissəsi boşaldıldıqdan sonra “Xocalı” İndoneziya və Malayziya arasındakı Malakka boğazını keçərək Hind okeanına yönəlib. Hazırda Hindistan istiqamətində hərəkət edən gəmi marşrut çərçivəsində ilk olaraq Kattupalli limanında, daha sonra Kandla limanında yükboşaltma əməliyyatını yerinə yetirəcək.
👍21👌1
⚡️⚡️⚡️ Azərbaycanda 42 həkimin plastik cərrah kimi fəaliyyətinə icazə verilib

Bu barədə Azərbaycan Səhiyyə Nazirliyi məlumat yayıb.
👍6
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Sloveniyanın Baş nazirinin müavini, Xarici və Avropa İşləri naziri Tanya Fayonu qarşılayıb.
👍3
Daha 3 itkin-şəhid dəfn ediləcək.

Axar.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
11👍3
İşğaIdan azad ediImiş ərazilərdə 4 istiqamət üzrə magistral qaz kəmərlərinin tikintisi nəzərdə tutulur:

1. Laçın istiqaməti üzrə;
2. Şuşa istiqaməti üzrə;
3. Ağdam istiqaməti üzrə:
4. Kəlbəcər istiqaməti üzrə.
👍12
Ermənistan sərhədə, görün, kimləri yerləşdirdi - Foto
🤬8🤡3
Vətəndaşa hədə-qorxu gəlib pul tələb edən şəxs saxlanılıb.

Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, aprelin 15-də paytaxt sakini olan 45 yaşlı kişi polisə müraciət edərək tanışlarından biri onu barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib və bu yolla 169 min 100 manatını ələ keçirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hədə-qorxu yolu ilə tələb etməkdə şübhəli bilinən 41 yaşlı G.Əfəndiyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
👍43