Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.4K subscribers
35.2K photos
20.7K videos
7 files
32.2K links
Download Telegram
Bakı ərazisində yağan intensiv yağışlar nəticəsində bəzi yollarda nəqliyyatın hərəkəti çətinləşdiyindən məhdudiyyətlər tətbiq edilib.
Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Qeyd olunub ki, Nizami rayonu, Heydər Əliyev prospekti, "Bağırov" tuneli, mərkəz istiqamətində tunelə yağış sularının yığılması səbəbindən nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub.
Problemlə bağlı NİİM tərəfindən aidiyyəti üzrə məlumat verilib. Bundan başqa Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsi və Aeroport şosesi, Hava Limanının yaxınlığından mərkəz istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.

Vurğulanıb ki, hazırda polis əməkdaşları tərəfindən yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətinin təmin edilməsi üçün zəruri tədbirlər görülür.
🙏6
Abşeron dairəvi, Bakı–Ağstafa–Bakı və Bakı–Balakən–Bakı marşrutları üzrə qatarların hərəkətində gecikmələr müşahidə olunur.

Buna səbəb güclü külək və leysan səbəbindən bəzi sahələrdə su yığılması, ağacın kontakt şəbəkənin üstünə aşması və elektrik enerjisinin kəsintisi kimi halların qeydə alınmasıdır.
👍6
Bakıda və Abşeron yarımadasında müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar sərnişindaşımanı həyata keçirən bütün daşıyıcılar məlumatlandırılıb. Səhər saatlarından bütün marşrutlar üzrə xətlərə avtobuslar buraxılıb.

Bu barədə Axar.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Qeyd olunub ki, agentliyin Monitorinq Mərkəzi tərəfindən yollarda avtobusların hərəkətinə nəzarət olunur.
Belə ki, yağıntılı və küləkli hava şəraitinin olmasına baxmayaraq avtobus sürücüləri vətəndaşlarımıza təhlükəsiz və fasiləsiz xidmət göstərir. Sürücülərə qapalı tunellər və keçidi mümkün olmayan ərazilər barədə məlumat verilib:

“Sürət həddi mövcud şəraitə uyğun tənzimləndiyi üçün avtobuslararası intervallarda artım müşahidə edilə bilər. Sərnişinlərdən müvəqqəti çətinlikləri anlayışla qəbul etmələri, təhlükəsizlik qaydalarına riayət etmələri xahiş olunur. Qeyd edək ki, bir neçə yolda hava şəraiti ilə əlaqədar məhdudiyyətlər tətbiq olunduğu üçün həmin ərazilərdən keçən bəzi avtobusların hərəkət sxemi dəyişdirilib. Bu haqda tezliklə daha ətraflı məlumat veriləcək”.
👍6
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Hazırda Ziya Bündayov prospektinə və Heydər Əliyev prospektinə gedən yol
👍5
Axşam saat 23:00 qədər intensiv yağış davam edəcək.
👍41
Media is too big
VIEW IN TELEGRAM
⚡️FHN: Ötən gündən başlayaraq ölkə ərazisində müşahidə olunan qeyri-sabit və yağıntılı hava şəraiti bir sıra fəsadlara yol açıb, bəzi əraziləri su basıb.

Hazırda Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən bir sıra ünvanlarında əməliyyat davam etdirilir.
👍4
❗️Yağışlı hava və yol şəraitində qarşılaşdığınız çətinliklərdən və şahidi olduğunuz maraqlı anlardan bizimlə bölüşə bilərsiniz!

@mammadli1918 - göndərin
👍2
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı pinned «❗️Yağışlı hava və yol şəraitində qarşılaşdığınız çətinliklərdən və şahidi olduğunuz maraqlı anlardan bizimlə bölüşə bilərsiniz! @mammadli1918 - göndərin»
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bakıda sərnişin avtobusunun içinə su doldu‼️🌊
🤣26😱4👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚡️8 Noyabr prospektini də su basıb, yolda tıxac yaranıb
👍6