Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.4K subscribers
35.1K photos
20.7K videos
7 files
32.2K links
Download Telegram
Azərbaycan Dəmir Yolları QSC-də (ADY) növbəti kadr dəyişikliyi olub.

Axar.az xəbər verir ki, ADY-nin Təchizat departamentinin müdiri vəzifəsinə Fərid Hüseynov təyin edilib.
👍4
Hesablama Palatası Naxçıvanda aşkarladığı pozuntularla bağlı Baş Prokurorluq və DTX-ya müraciət edib
👍62
Hacıqabulda 70 yaşlı Zenfira Əlişirin qızı Məmmədova yaşadığı evin zirzəmisinə yığılmış suya düşərək boğulub.

Evin zirzəmisinə yağış və qrunt sularının dolduğu bildirilir. Mərhumun ruhi xəstə olduğu bildirilir.
😢8
Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınmışdır
👍9
Vəkillər Kollegiyasının sabiq üzvü, hüquqşünas Elçin Namazov Bosniya və Herseqovinada faciəli şəkildə vəfat edib.
😢10🙏1
AMB: Əhalinin borc yükü ötən ilin sonu ilə müqayisədə 2,2 faiz bəndi artaraq 18 % olub.
👍3😢21😁1
Bakıda dəhşətli intihar hadisəsi olub.

Axar.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib.

18 yaşlı Nihad Rəşad oğlu Məmmədli yaşadığı evdə odlu silahla başından atəş açaraq, özünü öldürüb. Evdən mərhumun atasına məxsus odlu silah aşkarlanaraq götürülüb.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda araşdırma aparılır.
👍5
⚡️Hesablama Palatası: Ali Attestasiya Komissiyası əsassız mükafat, artıq əməkhaqqı ödəyib
🤔6
Media is too big
VIEW IN TELEGRAM
Xalq artisti, bəstəkar Faiq Sücəddinov Təbrizin "Traktor" futbol klubu üçün "Zəfər məşqi" adlı marş bəstələyib
👍26❤‍🔥3
🔴 İntensiv yağıntılara görə əksər çaylarda sululuq artıb

Aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq ölkənin bir çox ərazilərində müşahidə olunan leysan xarakterli intensiv yağıntılarla əlaqədar əksər daxili çaylarda sululuq artıb.

Bildirilib ki, avtomat hidroloji stansiyaların məlumatına əsasən ən çox artım Böyük Qafqaz ərazisindən axan çaylarda müşahidə olunub.
👍7
DTX Naxçıvan Səhiyyə Nazirliyində araşdırmalara başlayıb
👍6
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxslər saxlanılıb.
👍6🤬1
Paşinyan: Əgər Konstitusiya Məhkəməsi sülh sazişinin Ermənistan Konstitusiyasına uyğun gəlmədiyinə qərar verərsə, o zaman Ermənistan sülh və münaqişə arasında seçim etməli olacaq.
👍4🥴2
Ermənistan Azərbaycanla eyni zamanda sülh sazişi imzalamağa və ATƏT-in Minsk Qrupunu ləğv etməyə hazırdır.

Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Biz Azərbaycanın ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı irəli sürdüyü gündəliyi başa düşürük. Doğrudan da, əgər biz Qarabağ münaqişəsi ilə bağlı səhifəni bağlayırıqsa, onda onun həllindən bəhs edən format nəyə lazımdır? Biz sülh sazişinin bağlanmasını və eyni zamanda ATƏT-in Minsk Qrupunun buraxılmasını təklif edirik - yəni hər iki sənədin eyni gündə imzalanmasını”, - Paşinyan bildirib.
👍6
⚡️Sabah da Bakıda aramsız leysan yağacaq, şimşək çaxacaq, güclü külək əsəcək
👍12😱42