Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.4K subscribers
35.1K photos
20.7K videos
7 files
32.2K links
Download Telegram
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşmalarına bu gün start veriləcək.

1/4 final, cavab oyunları

23:00. “Borussiya” (Dortmund, Almaniya) - “Barselona” (İspaniya)

İlk oyun - 0:4

23:00. “Aston Villa” (İngiltərə) - PSJ (Fransa)

İlk oyun - 1:3.

Qeyd edək ki, 1/4 finalın digər iki cavab görüşü sabah keçiriləcək.
👍2
İzmir vilayətinin Qaraburun rayonu sahillərində 4 bal gücündə zəlzələ baş verib.

Axar.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Yerli vaxtla saat 02:18-də baş verən zəlzələnin episentri Egey dənizi - İzmir körfəzində qeydə alınıb.

Zəlzələ yerin 7,28 kilometr dərinliyində meydana gəlib. Yeraltı təkanlar ətraf rayonlarda da hiss olunub.
👍5
⚡️Azərbaycan XİN Fransaya:

Fransa regional işlərimizə qarışmaq əvəzinə, dənizaşırı ərazilərində və Afrikada həyata keçirdiyi neokolonial siyasətindən əl çəkməlidir.

Fransız neokolonializmi yerli əhalini və resurslarını istismar etməklə bərabər, həmişə fransız maraqlarını həmin dövlətlərin rifahından üstün tutub, habelə uzunmüddətli qeyri-sabitlik və etnik gərginlik yaradıb.
👍13👏2
Dünya birjalarında neft yenidən bahalaşıb.

Axar.az xəbər verir ki, “Brent” markalı neft hazırda 65,15 dollara, yüngül neft isə 61,83 dollara təklif edilir.
👍4
Bakıda ticarət mərkəzi yandı
🔥3
İlin əvvəlindən ölkə əhalisinin sayı 5 777 nəfər və ya 0,1 faiz artaraq 2025-ci il mart ayının 1-i vəziyyətinə 10 milyon 230 min 666 nəfər təşkil edib.

Axar.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, əhalinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
👍6
Nazirlər Kabineti “Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ hüquqi aktlar haqqında” 15 mart 2000-ci il tarixli qərarında dəyişiklik edib.

Axar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yen qərar imzalayıb.

Qərara əsasən, “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları” dəyişib. Bundan sonra yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin məqsədli təyinatının dəyişdirilməsi ölkə Prezidentinin 28 sentyabr 2024-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”na əsasən Nazirlər Kabinetinin Qərarı ilə həyata keçiriləcək.
👍5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı akademik Zərifə xanım Əliyeva ilə tanışlığı
7
This media is not supported in your browser
VIEW IN TELEGRAM
‼️ Xocəsən qəsəbəsində aşan yük maşını YOLU BAĞLADI
😱3👍1
DSX: İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb.
👍10
Ceyhun Bayramov Suriya XİN rəhbəri ilə telefon danışığı aparıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Suriya xarici işlər naziri Əsəd əl-Şeybani ilə telefon danışığı aparıb.

Bu barədə “SANA” agentliyi məlumat yayıb.

Enerji və Yenidənqurma Sektorunda Sabitlik

Telefon danışığı zamanı tərəflər enerji sektoru və yenidənqurma sahəsində sabitliyə nail olmağın, eləcə də siyasi və iqtisadi sahələrdə əməkdaşlığın genişləndirilməsi məqsədilə Suriya hökumətinə dəstəyin vacibliyini vurğulayıblar
👍51
Gürcüstan Prezidenti Mixail Kavelaşvili Bakıya gəlib.
👍5
Azərbaycan Dəmir Yolları QSC-də (ADY) növbəti kadr dəyişikliyi olub.

Axar.az xəbər verir ki, ADY-nin Təchizat departamentinin müdiri vəzifəsinə Fərid Hüseynov təyin edilib.
👍4
Hesablama Palatası Naxçıvanda aşkarladığı pozuntularla bağlı Baş Prokurorluq və DTX-ya müraciət edib
👍62
Hacıqabulda 70 yaşlı Zenfira Əlişirin qızı Məmmədova yaşadığı evin zirzəmisinə yığılmış suya düşərək boğulub.

Evin zirzəmisinə yağış və qrunt sularının dolduğu bildirilir. Mərhumun ruhi xəstə olduğu bildirilir.
😢8
Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınmışdır
👍9
Vəkillər Kollegiyasının sabiq üzvü, hüquqşünas Elçin Namazov Bosniya və Herseqovinada faciəli şəkildə vəfat edib.
😢10🙏1
AMB: Əhalinin borc yükü ötən ilin sonu ilə müqayisədə 2,2 faiz bəndi artaraq 18 % olub.
👍3😢21😁1