Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.4K subscribers
35.1K photos
20.6K videos
7 files
32.2K links
Download Telegram
❗️💡 Sabah saat 11:00-dan 15:00-dək Bakının Binəqədi rayonunda elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Bu, təmir işləri ilə bağlıdır və Sulutəpə və Çiçək qəsəbələrinin sakinlərinə təsir edəcək.
🙏4
🇦🇿 Qələbəmi Azərbaycan xalqına həsr edirəm

Bunu jurnalistlərə açıqlamasında Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli deyib.

60 kq çəki dərəcəsində uğura imza atan pəhləvan ikinci dəfə Avropa çempionatının qızıl medalını qazandığı üçün xoşbəxt olduğunu söyləyib:

“Şükürlər olsun ki, istəyimə çatdım. Yarışdan əvvəl özümü qızıl medal qazanmağa kökləmişdim. Finaldakı rəqibim olduqca təcrübəli idmançı idi. Buna baxmayaraq, layiqli çıxış edərək qalib gəlməyi bacardım. İnşallah, dünya çempionu olmaq mənə nəsib olar".
31👍7👌5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bakıda şagirdləri dəyənəklə döyən müəllimin səs yazısı yayıldı
👍17👎10🤬1
Laçın ağ örpəyə büründü
👍25
ABŞ-nin Kaliforniya ştatında 5,1 maqnitudalı zəlzələ qeydə alınıb

Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 1,5 min insanın yaşadığı Culian şəhərindən 4 km cənubda yerləşib. Təbii hadisənin ocağı 13,4 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.
👍63
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ötən gün ABŞ ordusu yenidən Yəməni bombardman edib
🤬19👍6❤‍🔥1
🌧️Bakıda və Abşeron yarımadasında, eləcə də bəzi bölgələrdə güclü külək və yağış müşahidə olunur
🙏8
⚠️ Bu gün saat 11:00-dan 15:00-dək Bakının Sulutəpə və Çiçək qəsəbələrində elektrik enerjisinin verilməsində fasilə yaranacaq.

⚠️ Bu gün saat 11:00-dan etibarən Bərdənin bəzi küçələrində qaz təchizatı müvəqqəti dayandırılacaq.

⚠️ Bu gündən istilik mövsümünün bitməsi ilə əlaqədar həm Bakıda, həm də regionlarda abunəçilərin istilik təchizatının dayandırılacağı gözlənilir.
🥴7
Hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
3. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
4. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
5. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
6. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
7. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
9. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
10. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.
Rusiya 38 aydır Donbası tuta bilmirsə... - ABŞ analitiki

ƏTRAFLI:
https://axar.az/news/planet/965533.html
🤡5❤‍🔥2
📢 ADY: Bakı və regionlarda müşahidə edilən küləkli-yağışlı hava şəraitinə görə bəzi sahələrdə qatarların sürət həddi endirilib.
👍6
Yağışlı hava şəraiti ilə əlaqədar olaraq paytaxtın Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
👍4
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun tikintisi 93 % tamamlanıb.

Sözügedən avtomobil yolu Azərbaycanın digər rayonlarını Naxçıvan ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.
10👍21