Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.4K subscribers
35.1K photos
20.6K videos
7 files
32.2K links
Download Telegram
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
Photo
Bü gün Kəlbəcərdə baş verən qəzada hərbi qulluqçumuz İlahə Şahverdiyeva həlak olub. Bir il əvvəl cavan oğlunu itirmişdi... Bu gün də özü həlak oldu... Səhifəsində oğlu və şəhid atası ilə bağlı ürəkparçalayan paylaşımları var. Görüşünə tələsdiyi doğmalarına qovuşdu...
Yeri gəlmişkən, İlahə xanım Milli Qəhrəman İsrafil Şahverdiyevin qardaşı qızıdır. Atası Rəsul Şahverdiyev də 1995-ci ildə Qarabağ uğrunda döyüşlərdə şəhid olub...
Bayaq xəbəri dəqiqləşdirmək üçün Laçın ağsaqqallarından Qəzənfər müəllimlə danışdım. İsrafil Şahverdiyev haqqında maraqlı bir hadisə danışdı. Bir dəfə İsrafil polis rəisindən icazəsiz ermənilərlə döyüşə gedib. Gələndə rəis onu danlayıb, deyib niyə icazəsiz döyüşə getmisən. İsrafil Şahverdiyev deyib ki, komandir, məni nənəm böyüdüb, uşaq vaxtı başıma sinəsinə qoyurdum, boşluğa düşürdü, bir döşü yox idi, bir dəfə soruşdum bu haqda, nənəm dedi ki, o, vaxt ermənilər kəsib. Deyir, komandir, nənəmin qisasın almağa getmişdim...
Şəhid jurnalist Salatın Əsgərovanın qisasının alınmasında da İsrafil Şahverdiyevin böyük rolu olub.
Allah bu qəhərman ailənin bütün dünyadan köçənlərinə rəhmət eləsin!

Jurnalist Zahid Nurəliyev
👍215🙏4
Suriyanın Moskvadakı səfiri Bəşər Cəfəri Rusiyadan sığınacaq istəyib.

Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd edək ki, daha öncə Cəfəri Dəməşqə geri çağırılmış və onun yerinə başqa səfirin təyin ediləcəyi bildirilmişdi.
👍11🤣2👎1
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı pinned «Erməni qoşunları HƏRƏKƏTƏ KEÇDİ, Ərazilər qaytarılır, İrəvan qarışdı, Zəngəzurda müharibə başlasa… DAHA ƏTRAFLI : https://youtu.be/EXl-ctu64Gw?si=xUS3phXmSzqnlsh-»
❗️💡 Sabah saat 11:00-dan 15:00-dək Bakının Binəqədi rayonunda elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Bu, təmir işləri ilə bağlıdır və Sulutəpə və Çiçək qəsəbələrinin sakinlərinə təsir edəcək.
🙏4
🇦🇿 Qələbəmi Azərbaycan xalqına həsr edirəm

Bunu jurnalistlərə açıqlamasında Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli deyib.

60 kq çəki dərəcəsində uğura imza atan pəhləvan ikinci dəfə Avropa çempionatının qızıl medalını qazandığı üçün xoşbəxt olduğunu söyləyib:

“Şükürlər olsun ki, istəyimə çatdım. Yarışdan əvvəl özümü qızıl medal qazanmağa kökləmişdim. Finaldakı rəqibim olduqca təcrübəli idmançı idi. Buna baxmayaraq, layiqli çıxış edərək qalib gəlməyi bacardım. İnşallah, dünya çempionu olmaq mənə nəsib olar".
31👍7👌5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bakıda şagirdləri dəyənəklə döyən müəllimin səs yazısı yayıldı
👍17👎10🤬1
Laçın ağ örpəyə büründü
👍25
ABŞ-nin Kaliforniya ştatında 5,1 maqnitudalı zəlzələ qeydə alınıb

Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 1,5 min insanın yaşadığı Culian şəhərindən 4 km cənubda yerləşib. Təbii hadisənin ocağı 13,4 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.
👍63
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ötən gün ABŞ ordusu yenidən Yəməni bombardman edib
🤬19👍6❤‍🔥1
🌧️Bakıda və Abşeron yarımadasında, eləcə də bəzi bölgələrdə güclü külək və yağış müşahidə olunur
🙏8
⚠️ Bu gün saat 11:00-dan 15:00-dək Bakının Sulutəpə və Çiçək qəsəbələrində elektrik enerjisinin verilməsində fasilə yaranacaq.

⚠️ Bu gün saat 11:00-dan etibarən Bərdənin bəzi küçələrində qaz təchizatı müvəqqəti dayandırılacaq.

⚠️ Bu gündən istilik mövsümünün bitməsi ilə əlaqədar həm Bakıda, həm də regionlarda abunəçilərin istilik təchizatının dayandırılacağı gözlənilir.
🥴7
Hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
3. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
4. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
5. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
6. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
7. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
9. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
10. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.