Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.4K subscribers
35.1K photos
20.6K videos
7 files
32.2K links
Download Telegram
🇦🇿 Azərbaycan və Litva Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Fariz Rzayev, Litva tərəfindən isə xarici işlər nazirinin müavini Yulius Praneviçius rəhbərlik edib.
👍8
🇷🇺 🇰🇬 Xəbər verdiyimiz kimi, Moskvada hamam kompleksində qırğızların saxlanması ilə əlaqədar Qırğızıstan Rusiyaya nota verib

Rusiya səfiri Sergey Vakunov XİN-ə çağırılıb.

“Rusiya tərəfinə hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyatın əsasları barədə məlumatın verilməsi xahişi ilə rəsmi nota verilib”, - Qırğızıstan XİN-in açıqlamasında bildirilir.

Qeyd edək ki, söhbət Moskvada qırğız iş adamına məxsus kompleksindən gedir. Təhlükəsizlik qüvvələri "yerli sakinlərin şikayətindən sonra" hamama basqın ediblər.

Sosial şəbəkələrdə aprelin 11-də aparılan axtarışlar zamanı lentə alınan video yayılıb. Kadrlarda onlarla kişinin əlləri başlarının arxasında yerdə uzandığı görünür.

Nəticədə 24 nəfər saxlanılıb. Sonradan onlardan 20-si azad edilib, dörd nəfər isə deportasiya ediləcək.
😡17🤬4👍3👎3🔥31
Dövlət İmtahan Mərkəzi tərəfindən 13 aprel 2025-ci il tarixində keçirilən Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanının nəticələri elan edilib.
👍2
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
Photo
⚡️MN: Azərbaycan Ordusunun hərbçisi avtoqəzada həlak olub, araşdırma aparılır.
😭12
Nazirlər Kabineti “Hava gəmilərinin beynəlxalq uçuş əməliyyatlarının, məşq uçuşlarının və xüsusi xarakterli aviasiya fəaliyyəti ilə bağlı uçuşların həyata keçirilməsi Qaydaları"nı təsdiq edib.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Luis Suares bu dəfə komanda yoldaşının əlini dişləyib.

Xatırladaq ki, təcrübəli forvard daha əvvəl dünya çempionatında və İngiltərə Premyer Liqasında rəqib futbolçuları dişləməsi ilə gündəmə gəlmişdi.
😁181👍1
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramova yeni müşavir təyin olunub.
🤡5👍3
🇰🇿🇦🇿 “Air Astana” mayın 31-dən Atıraudan Bakıya birbaşa uçuşlara başlayacaq.

Uçuşlar həftədə üç dəfə müasir "Airbus A320/A321" təyyarələri ilə həyata keçiriləcək.

Atıraudan Bakıya uçuş müddəti 1 saat 25 dəqiqə, əks istiqamətdə isə 1 saat 35 dəqiqə təşkil edəcək.
👍6
❗️“Meta” şirkətinin Türkiyə və Azərbaycan regionu üzrə İctimai Siyasət müdiri Naz Değirmenci və İctimai Tərəfdaşlıq müdiri Burak Karagöl ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) rəhbərliyinin görüşü olub.
👍7
Aprelin 15-də avtomobil yollarında görünüş məsafəsinin məhdudlaşması gözlənilir.

Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, aprelin 15-də ölkə ərazisində qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.
👍4
HƏMAS siyasi partiyaya çevrilməyə hazır olduğunu bildirib.
🤡6❤‍🔥3👍1
Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru Dilarə Asif qızı Əliyeva yaşı ilə əlaqədar öz istəyi ilə vəzifəsindən azad edilib.

Axar.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Qeyd edək ki, Dilarə Əliyeva Uşaq Filarmoniyasına 2012-ci ildən rəhbərlik edirdi.
👍14
Media is too big
VIEW IN TELEGRAM
Bu gün həlak olan hərbçi xanım: Əmisi qəhrəman, atası şəhid…


Kəlbəcər rayonunda qəzaya düşərək, həlak olduğu bildirilən İlahə Rəsul qızı Şahverdiyevanın ötən ilin yazında cavan oğlu da dünyasını dəyişib.

Axar.az xəbər verir ki, bu barədə İ.Şahverdiyeva ötən ilin mayında sosial şəbəkədə paylaşım edib.
"Sənsiz yaşamaq cəhənnəmdə yaşamaqdı, mən bu dünyada cəhənnəmdə yaşadım, sən cənnətdə ol, ömrümün bəzəyi oğlum. Sən ananın cənnətisən. Mən səndən ayri yaşamaq istəmirəm, canım oğlum..", - deyə o, oğlunun fotosunu paylaşaraq yazıb.
Qeyd edək ki, bu gün "Nissan Pathfinder" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü, 1983-cü il təvəllüdlü İlahə Rəsul qızı Şahverdiyevanın həlak olduğu bildirilir.
Hadisə ilə bağlı İ.Şahverdiyevanın əmisi oğlu Anar Şahverdiyev Bakupost.az -a bildirib ki, İlahə Şahverdiyeva hərbi hissələrdən birində aşpaz kimi çalışırmış. Onun dediyinə görə, xanım hərbçi qəzadan sonra Gəncəyə hospitala aparılıb.
🙏7👍1
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
Bu gün həlak olan hərbçi xanım: Əmisi qəhrəman, atası şəhid… Kəlbəcər rayonunda qəzaya düşərək, həlak olduğu bildirilən İlahə Rəsul qızı Şahverdiyevanın ötən ilin yazında cavan oğlu da dünyasını dəyişib. Axar.az xəbər verir ki, bu barədə İ.Şahverdiyeva…
"Biz də yeni xəbər tutmuşuq. Bizə onun ölmədiyini, vəziyyətinin ağır olduğunu bildiriblər. Gəncəyə hospitala aparıblar. Biz də oraya gedirik", - deyə İ.Şahverdiyevanın əmisi oğlu A.Şahverdiyev bildirib.
Qeyd edək ki, İlahə Şahverdiyeva Milli Qəhrəman İsrafil Şahverdiyevin qardaşı qızı, Birinci Qarabağ müharibəsi şəhidi Rəsul Şahverdiyevin qızıdır.
👍9🙏2🏆1