Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.4K subscribers
35.1K photos
20.6K videos
7 files
32.1K links
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Polislərimiz Moldova polislərinə dərs keçdi
17😁9👍8🤣1
MN: Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Xanazax yaşayış məntəqəsi istiqamətində atəş açılması və nəticədə mədəniyyət mərkəzinə zərər yetirilməsi barədə Ermənistanın yaydığı məlumatın real əsası yoxdur, yalandır və tamamilə dezinformasiya məqsədi daşıyır.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə heç bir atəş açılmayıb.
Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri heç vaxt mülki əhaliyə və obyektlərə atəş açmır.
Ordumuz yalnız mövqelərimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin təxribatlarına qarşı adekvat cavab tədbirləri görür.
Qarşı tərəf həqiqəti əks etdirməyən bu cür dezinformasiyalar yaymaqla beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa, son günlər mövqelərimizi müxtəlif istiqamətlərdən mütəmadi olaraq atəşə tutmaqla törətdikləri təxribatlarını gizlətməyə cəhd edir.\
👍5
DGK: Gömrük nəzarətindən gizlədilən müxtəlif adlarda - 1390 qutu, 240 konvalyut dərman preparatları aşkar edilib.
👍6
İran xarici işlər naziri Abbas Arakçı Moskvaya səfər edəcək.

Axar.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyindən məlumat verilib.

“Xarici işlər naziri bu həftənin sonunda Moskvaya planlaşdırılan səfər edəcək və Rusiya tərəfi ilə Omanda amerikalılarla şənbə günü keçirilən danışıqların nəticələrini müzakirə edəcək”, - məlumatda qeyd olunub.
4🤣3👌1
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Təhlükəli Tullantı Poliqonu” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilib.
🇦🇿 Azərbaycan və Litva Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Fariz Rzayev, Litva tərəfindən isə xarici işlər nazirinin müavini Yulius Praneviçius rəhbərlik edib.
👍8
🇷🇺 🇰🇬 Xəbər verdiyimiz kimi, Moskvada hamam kompleksində qırğızların saxlanması ilə əlaqədar Qırğızıstan Rusiyaya nota verib

Rusiya səfiri Sergey Vakunov XİN-ə çağırılıb.

“Rusiya tərəfinə hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyatın əsasları barədə məlumatın verilməsi xahişi ilə rəsmi nota verilib”, - Qırğızıstan XİN-in açıqlamasında bildirilir.

Qeyd edək ki, söhbət Moskvada qırğız iş adamına məxsus kompleksindən gedir. Təhlükəsizlik qüvvələri "yerli sakinlərin şikayətindən sonra" hamama basqın ediblər.

Sosial şəbəkələrdə aprelin 11-də aparılan axtarışlar zamanı lentə alınan video yayılıb. Kadrlarda onlarla kişinin əlləri başlarının arxasında yerdə uzandığı görünür.

Nəticədə 24 nəfər saxlanılıb. Sonradan onlardan 20-si azad edilib, dörd nəfər isə deportasiya ediləcək.
😡17🤬4👍3👎3🔥31
Dövlət İmtahan Mərkəzi tərəfindən 13 aprel 2025-ci il tarixində keçirilən Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanının nəticələri elan edilib.
👍2
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
Photo
⚡️MN: Azərbaycan Ordusunun hərbçisi avtoqəzada həlak olub, araşdırma aparılır.
😭12
Nazirlər Kabineti “Hava gəmilərinin beynəlxalq uçuş əməliyyatlarının, məşq uçuşlarının və xüsusi xarakterli aviasiya fəaliyyəti ilə bağlı uçuşların həyata keçirilməsi Qaydaları"nı təsdiq edib.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Luis Suares bu dəfə komanda yoldaşının əlini dişləyib.

Xatırladaq ki, təcrübəli forvard daha əvvəl dünya çempionatında və İngiltərə Premyer Liqasında rəqib futbolçuları dişləməsi ilə gündəmə gəlmişdi.
😁181👍1
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramova yeni müşavir təyin olunub.
🤡5👍3
🇰🇿🇦🇿 “Air Astana” mayın 31-dən Atıraudan Bakıya birbaşa uçuşlara başlayacaq.

Uçuşlar həftədə üç dəfə müasir "Airbus A320/A321" təyyarələri ilə həyata keçiriləcək.

Atıraudan Bakıya uçuş müddəti 1 saat 25 dəqiqə, əks istiqamətdə isə 1 saat 35 dəqiqə təşkil edəcək.
👍6