Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.4K subscribers
35.1K photos
20.6K videos
7 files
32.1K links
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Rusiyanın Sankt-Peterburq şəhərindəki anbarların birində güclü yanğın başlayıb.
👍9🎉5👎1
İlham Əliyev Azərbaycan Şahmat Federasiyasının vitse-prezidentini təbrik edib
👍8🤮2
Prezident İlham Əliyev TDT üzvləri arasında rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq sazişini təsdiqləyib.
👍9🤮2
Qarabağdakı peşə məktəblərində oxuyanların təhsil haqqını dövlət ödəyəcək

Prezident İlham Əliyev bununla bağlı "Təhsil haqqında" və "Peşə təhsili haqqında" qanunlara dəyişikliyi təsdiqləyib.

Belə ki, təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilən şəxslər sırasına işğaldan azad edilən ərazilərdə məskunlaşan və 2025/2026, 2026/2027, 2027/2028-ci tədris illərində dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş, habelə həmin təhsil müəssisələrində təhsil almaqda olan şəxslər də daxil edilib.

Qanun sentyabrın 15-dən qüvvəyə minəcək.
👌82👍1
Əlilliyi olan şəxslər əl işlərinin internetlə satışına görə sosial vergi ödəməyəcək

Prezident İlham Əliyev bununla bağlı “Sosial sığorta haqqında” qanuna və Vergi Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib.

Belə ki, əlilliyi olan şəxslərin vergi inzibatçılığının sadələşdirilməsi və onların özünüməşğulluq təşəbbüslərinin dəstəklənməsi üçün əl işlərinin satışından əldə olunan gəlirdən ödəmə mənbəyində 2 faiz vergi tutulacaq.

Həmçinin onların əl işlərinin satışını həyata keçirilməsi üçün xüsusi elektron portal yaradılacaq, əlilliyi olan şəxslər orada qeydiyyatdan keçəcəklər.

Layihəyə əsasən, əl işlərinin satışından əldə olunan gəlirlər məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid ediləcək.
👍11
Bakıda gecə 00:00-dan sonra səs-küy yaradan iaşə obyektləri cərimələnib. (DİN)
👍111
Azərbaycan Dəmir Yolları (ADY) Qapalı Səhmdar Cəmiyyətinə (QSC) yeni təyinat olub.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, Turxan Əhmədov Kommunikasiya departamentinin rəhbəri vəzifəsinə təyin edilib.

Bununla bağlı müvafiq əmr imzalanıb. T.Əhmədov bu gündən vəzifəsinin icrasına başlayıb. O, bundan öncə "bp Azərbaycan" şirkətində çalışıb.
👍4
Cəlilabad rayonunun Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd avtomobil yolu əsaslı təmir olunacaq.
👍5
DMX: Bu ilin birinci rübündə 502 əcnəbinin Azərbaycana girişi məhdudlaşdırılıb.
👍7
⚡️Türkiyənin İstanbul, Ankara və İzmir şəhərlərində yerləşən 20-yə yaxın məktəbdə şagirdlər etiraz aksiyası keçirir.

Şagirdlər bildirib ki, aprelin 9-da nazirlik tərəfindən verilən qərara əsasən, lisey və məktəblərdə illərdir işləyən savadlı müəllimlər səbəbsiz yerə işdən çıxarılıb və onların yerinə siyasi dəstəkləri olan müəllimlər heç bir imtahan vermədən təyin edilib.
👍12
⚡️Əlcəzair hökuməti Fransa səfirliyinin 12 diplomatını “persona non grata” elan edib və ölkəni tərk etmək üçün 48 saat vaxt verib.
👍18😁2
⚡️Qırğızıstan Moskvada kütləvi həbslərlə bağlı Rusiyaya nota verib.
👍15👏4
İran Prezidenti Məsud Pezeşkian Möhsün İsmailini strateji və parlament məsələləri üzrə vitse-prezident təyin edib.
❤‍🔥8🤡2