Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.3K subscribers
35.4K photos
20.8K videos
7 files
32.3K links
Download Telegram
Türkiyənin Antalya şəhərində 11-13 aprel tarixlərində “Parçalanmış dünyada diplomatiyanın bərpası” mövzusunda keçiriləcək IV Antalya Diplomatiya Forumu öz işinə başlayır.

Forumda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva da iştirak edəcək .
👍12
Ötən gün vətəndaşların kartından daha 24 864 manat oğurlanıb

● Vətəndaşlara zəng edərək özlərini bank əməkdaşı kimi təqdim edən şəxslər müxtəlif suallar verirlər və guya onların kartında olan problemi aradan qaldırmağa çalışırlar

● Vətəndaş kartının məlumatını təqdim etdikdən sonra balansındakı məbləğ oğurlanır.
🤬9👍1
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

Axar.az müraciətin mətnini təqdim edir:

"Sinoptiklərin məlumatına əsasən, hazırda ölkə ərazisində külək və yağışla müşahidə olunan əlverişsiz hava şəraiti aprelin 12-dək davam edəcək. Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək təhlükənin qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən ehtiyatlı olmağı, qaydalara ciddi riayət etməyi xahiş edir.

Sürücülərə yağışlı və küləkli havalarda sürət həddini hava şəraitinə uyğun seçmək, qəfil manevr və ya kəskin tormazlamadan çəkinmək, zərurət olmadan ötmə əməliyyatı aparmamaq tövsiyə olunur. Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri isə küləkli havada daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.

Nəqliyyat vasitələri sürüşmə, uçulma, qırılma, aşma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlanılmalı, park edilərkən qapalı məkanlara üstünlük verilməlidir".
👍3
Metropolitendən yeni tunelin tikintisi ilə bağlı açıqlama
👍3
Aprelin 11-i saat 09:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.
👍9
Emin Abbasov Salyan Rayon Mərkəzi Xəstəxanasının yeni baş həkimi təyin olunub.

Axar.az Report-a istiandən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, o, bu postda Yeganə Əliyevanı əvəz edib.

Qeyd edək ki, E.Abbasov bu təyinatadək Salyan Rayon Mərkəzi Xəstəxanasının acil şöbəsinin müdiri işləyib.
👍4
Ərəblərin “Yeni Türkiyə” xəritəsi aranı qarışdırdı
👍4
⚡️ Qubadlıda qazıntı zamanı insana məxsus olduğu ehtimal edilən sümük qalıqları aşkarlanıb.
👍4
Şəkildə müsəlman qız uşağının ərə, qeyri-müsəlman qız uşağının isə məktəbə getməsi təsvir olunur.

- Molla Nəsrəddin Jurnalı (1906)
🤮25👍11🤔32👎2
Tovuzda məktəbdə kütləvi zəhərlənmə olub.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə Düzcırdaxan kənd tam orta məktəbində qeydə alınıb.

Qaz sobasından dəm qazının sızması nəticəsində bir neçə şagird zəhərlənib.

Faktla bağlı araşdırmalar aparılır.
👍2🙏21
Xəbər verdiyimiz kimi, dünən buraxlış imtahanlarının cavabları açıqlanıb.

Buraxılış imtahanlarında (2 mart) ən yüksək nəticə göstərən 23 şagirddən 16-ı qızdır👧

Bundan başqa, regionlardan 100% nəticə göstərən şagidlərin sayı ildən ilə artır.

Əhsən!
22
X sosial şəbəkəsinin rəhbərliyi Husi hərəkatının silahlı qüvvələrinin rəsmi nümayəndəsi Yəhya Səriyanın bir milyondan çox izləyiçisi olan hesabını silib.
🤬6👎2😁1
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 11-də Antalyada Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar ilə görüşü olub.
❤‍🔥9
Buraxılış imtahanında maksimal nəticə (300 bal) göstərən Şəki şəhər kimya-biologiya təmayüllü liseyin XI sinif şagirdi Məhəmməd İsmayılov.

Məhəmməd heç bir fəndən repetitor hazırlığına getməyib.

Qeyd edək ki, o, eyni zamanda Kimya fənnindən Respublika Fənn Olimpiadalarının finalındadır.👏👏

Təbriklər!
47👍27👏1😱1👌1
X sosial şəbəkəsinin rəhbərliyi Husi hərəkatının silahlı qüvvələrinin rəsmi nümayəndəsi Yəhya Səriyanın bir milyondan çox izləyiçisi olan hesabını silib.

Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

İndi onun hesabına daxil olanda “profil sosial şəbəkə qaydalarını pozduğuna görə dayandırılıb” mesajı ilə boş qara səhifə açılır.

Qeyd edək ki, Səriya hər gün husilərin ABŞ və İsrail gəmilərinə qarşı hərbi əməliyyat, İsraildəki hədəflərə zərbə endirilməsi ilə bağlı bəyanatlar dərc edirdi.
😁3
AFFA 2024-cü ildə idman qurğularına 2 milyon 445 min 433 manat vəsait ayırıb.
👍3
Vətəndaşlardan hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən, "Realmedia.az" saytının baş redaktoru Ramin Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Axar.az APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Ramin Qurbanov 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
👍8