Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.3K subscribers
35.4K photos
20.8K videos
7 files
32.3K links
Download Telegram
Ərdoğan PKK lideri ilə görüşən heyəti qəbul etdi
🤬11👍6
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❗️Moskvada gənc oğlan OMON əməkdaşının qarşısında təsadüfən kokain paketini yerə salıb

Mosvka sakini yoxlanış vaxtı sənədlərini çıxaranda cibindən narkotik maddə – kokain olan paket təsadüfən yerə düşüb. Hadisə şəhər küçələrinin birində, Rusiya Qvardiyasının OMON əməkdaşının yanında baş verib. Qanunsuz maddəni görən hüquq-mühafizə orqanı əməkdaşı dərhal vətəndaşı saxlayıb.

Araşdırma zamanı sellofan paketdə 0,22 qram kokain olduğu müəyyən edilib.

Hadisə sosial şəbəkələrdə “uğursuz gün” kimi şərh olunub.
😁15👍6
⚡️İsrail rəsmisi: Suriyada xarici qüvvələrin yerləşdirilməsi ilə bağlı istənilən dəyişikliyin “qırmızı xətt” olduğunu Azərbaycanda Türkiyə tərəfinə açıqladıq.
🤡42👍1
🇦🇿 "Xəzri-2025" birgə taktiki təliminin planlaşdırma konfransı keçirilib

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Qazaxıstan Respublikası Müdafiə Nazirliyi arasında imzalanmış birgə fəaliyyət planına əsasən, hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə cari ildə keçiriləcək "Xəzri-2025" birgə taktiki təliminin planlaşdırma konfransı olub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Tədbirdə Qazaxıstan Respublikasının Dəniz Qüvvələri Baş Komandanının birinci müavini - Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi 1-ci dərəcəli kapitan Kanat Niyazbəyov və Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanının birinci müavini - qərargah rəisi 1-ci dərəcəli kapitan Teymur Mürşüdovun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər.
👍61
🇦🇿 Güləşçimiz qızıl medal qazandı

Sərbəst güləşçi Giorgi Meşvildişvili Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Təmsilçimiz finalda Gürcüstan idmançısı Solomon Manaşvilini məğlub edib.

🥇 Bu, Azərbaycan millisinin yarışdakı ilk qızıl medalıdır.
12
Çeçenistanın Açxoy-Martan şəhərində yol polisi əməkdaşlarına bıçaqla hücum edən və cavab atəşi ilə öldürülən 17 yaşlı yeniyetmənin meyiti yerli administrasiya binasının qarşısında nümayiş etdirilib.

Eyni zamanda hakimiyyət yerli sakinləri meyitə baxmaq üçün meydana toplayıb. Çeçenistan müxalifəti Niyso hərəkatının Telegram kanalında yayımlanan videoda qadının ağlaması eşidilir. Mitinq başa çatdıqdan sonra meyit küçədə uzanmış vəziyyətdə qalıb.

“Niyso”nun nümayəndəsi "Vajnıye istorii"-yə bildirib ki, hakimiyyət yol polisi əməkdaşlarına hücumun təşkilatçıları kimi hərəkatın fəallarını, kuratorlar kimi isə Ukrayna xüsusi xidmət orqanlarının adını çəkib.
🤮7👍21👎1
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
🇦🇿 Güləşçimiz qızıl medal qazandı Sərbəst güləşçi Giorgi Meşvildişvili Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanıb. Təmsilçimiz finalda Gürcüstan idmançısı Solomon Manaşvilini məğlub edib. 🥇 Bu, Azərbaycan millisinin yarışdakı ilk…
Media is too big
VIEW IN TELEGRAM
Möcüzə lazımdır bu görüşdə qələbə üçün... 🪄

Və o, möcüzəni reallaşdırır💪

Slovakiyada keçirilən Avropa çempionatında son saniyələrdə icra etdiyi 4 xallıq fəndlə özünü qarşılaşmanın, Azərbaycan millisini yarışın qalibi edir Giorgi! 🏆

Əhsən, Giorgi! Təbriklər, Azərbaycan! 🇦🇿
40👍16🔥1
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
Möcüzə lazımdır bu görüşdə qələbə üçün... 🪄 Və o, möcüzəni reallaşdırır💪 Slovakiyada keçirilən Avropa çempionatında son saniyələrdə icra etdiyi 4 xallıq fəndlə özünü qarşılaşmanın, Azərbaycan millisini yarışın qalibi edir Giorgi! 🏆 Əhsən, Giorgi! Təbriklər…
Slovakiyada keçirilən Avropa çempionatında son saniyələrdə etdiyi inanılmaz 4 xallıq fəndlə həm görüşün qəhrəmanına, həm də Azərbaycan millisinin qələbəsinin simvoluna çevrildi — Giorgi! 🏆🔥

Bu zəfər təkcə bir idman nailiyyəti deyil, əzmin, ruhun və Azərbaycan bayrağının zirvəyə yüksəlişidir! 🇦🇿
Əhsən sənə, Giorgi!
Qürur duyuruq, Azərbaycan! ❤️💪
👍16
Oğuzda yol qəzası zamanı xəsarət alanların hamısı Qarabulaq kənd məktəbinin dörd qadın müəllimidir.
👍2
Azərbaycanın ümumi təhsil müəssisələrinə 2024-2025-ci tədris ilinin “Son zəng” tədbirlərinin keçirilməsini tənzimləyəcək təlimat göndərilib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, builki “Son zəng” tədbirlərində məzunlar da daxil olmaqla bütün şagirdlər məktəbli forması geyinməlidirlər.

Tədbirlər zamanı səsləndirilən musiqilərin seçiminə ciddi nəzarət edilməli, bayağı musiqilərin səsləndirilməsinə yol verilməməlidir.

Eyni zamanda, məzunlar yalnız Azərbaycan milli rəqslərini ifa etməlidirlər. Vals və müasir rəqslər qadağandır. Tar, saz, kamança kimi milli musiqi alətlərinin canlı ifasına üstünlük verilməlidir. Azərbaycan xalq mahnıları və milli rəqslərimiz tədbir proqramına mütləq daxil edilməlidir.

Məktəbin yerləşdiyi bölgənin mədəni xüsusiyyətlərini əks etdirən rəqs və musiqilərə üstünlük verilməlidir.

Təlimatda daha sonra qeyd edilib ki, tədbir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində keçirilməlidir. Həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrində tədbir idman və ya akt zallarında təşkil olunmalıdır. Tədbirin ümumi müddəti 45 dəqiqə ilə məhdudlaşır.

Tədbirdə siyasi, dini, ideoloji simvolların əks olunması da yolverilməz sayılır.

“Son zəng”lə bağlı təlimatın tələblərinin pozulduğu hallar baş verərsə həmin məktəbin rəhbərliyi və digər məsul şəxslərlə bağlı ölçü götürüləcək.
👍11🤮1
Martın 2-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub
🔴 Nazirlər Kabineti aviasiya sahəsi ilə bağlı qərarlar verib

Nazirlər Kabineti “Aviasiya personalının dövri olaraq ilkin və təkrar, nəzəri və praktiki testlərdən, psixoloji müayinələrdən keçirilməsi, peşəyə yararlılığını müəyyən edən tibb müəssisələrinin və onların əməkdaşlarının sertifikatlaşdırılması Qaydaları”nı və “Heyət üzvünün hava gəmisinin bortunda vəzifəsini icra etməsinə yol verməyən xəstəliklərin siyahısı”nı təsdiq edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
👍5