Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.3K subscribers
35.4K photos
20.8K videos
7 files
32.3K links
Download Telegram
AB ABŞ-yə qarşı tarifləri 90 gün müddətinə dayandırır.
🤣5👍1
Livanda erməni əsilli rəssam Raffi Tutukyan döyülüb.
👍26🤣5
Rusiya ordusu Sum vilayətinin Juravka yaşayış məntəqəsini ələ keçirib.
👍12🤮1
🇺🇸🇺🇦 Ukrayna nümayəndə heyəti ABŞ-a səfər edəcək.

Nümayəndə heyətinə Baş nazirin müavini Sviridenko rəhbərlik edəcək.

Səfərin məqsədi nadir torpaq mineralları üzrə sazişlə əlaqədardır.

11-12 aprel tarixlərində texniki danışıqlar baş tutacaq.
👍4
Ərdoğan PKK lideri ilə görüşən heyəti qəbul etdi
🤬11👍6
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❗️Moskvada gənc oğlan OMON əməkdaşının qarşısında təsadüfən kokain paketini yerə salıb

Mosvka sakini yoxlanış vaxtı sənədlərini çıxaranda cibindən narkotik maddə – kokain olan paket təsadüfən yerə düşüb. Hadisə şəhər küçələrinin birində, Rusiya Qvardiyasının OMON əməkdaşının yanında baş verib. Qanunsuz maddəni görən hüquq-mühafizə orqanı əməkdaşı dərhal vətəndaşı saxlayıb.

Araşdırma zamanı sellofan paketdə 0,22 qram kokain olduğu müəyyən edilib.

Hadisə sosial şəbəkələrdə “uğursuz gün” kimi şərh olunub.
😁15👍6
⚡️İsrail rəsmisi: Suriyada xarici qüvvələrin yerləşdirilməsi ilə bağlı istənilən dəyişikliyin “qırmızı xətt” olduğunu Azərbaycanda Türkiyə tərəfinə açıqladıq.
🤡42👍1
🇦🇿 "Xəzri-2025" birgə taktiki təliminin planlaşdırma konfransı keçirilib

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Qazaxıstan Respublikası Müdafiə Nazirliyi arasında imzalanmış birgə fəaliyyət planına əsasən, hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə cari ildə keçiriləcək "Xəzri-2025" birgə taktiki təliminin planlaşdırma konfransı olub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Tədbirdə Qazaxıstan Respublikasının Dəniz Qüvvələri Baş Komandanının birinci müavini - Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi 1-ci dərəcəli kapitan Kanat Niyazbəyov və Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanının birinci müavini - qərargah rəisi 1-ci dərəcəli kapitan Teymur Mürşüdovun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər.
👍61
🇦🇿 Güləşçimiz qızıl medal qazandı

Sərbəst güləşçi Giorgi Meşvildişvili Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Təmsilçimiz finalda Gürcüstan idmançısı Solomon Manaşvilini məğlub edib.

🥇 Bu, Azərbaycan millisinin yarışdakı ilk qızıl medalıdır.
12