Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.3K subscribers
35.4K photos
20.8K videos
7 files
32.3K links
Download Telegram
✈️ Bakı-Milan-Bakı marşrutu üzrə uçuşların sayı artırılacaq

◼️13 may tarixindən Bakı-Milan-Bakı marşrutu üzrə uçuşlar hər gün həyata keçirəcək.

◼️“Azərbaycan Hava Yolları” (AZAL) QSC-dən verilən məlumata görə, bu barədə AZAL-ın prezidenti Samir Rzayev İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko ilə görüşü zamanı deyib.

◼️Bildirilib ki, cari ilin 1 aprel tarixindən etibarən qeyd edilən marşrut üzrə reyslərin sayı artırılaraq həftədə 6 dəfəyə çatdırılıb.

◼️2024-cü ildə sözügedən istiqamətdə 252 reys (gediş-dönüş) yerinə yetirilib və ümumilikdə 67 708 sərnişin daşınıb. Təkcə 2025-ci ilin yanvar-mart aylarında AZAL tərəfindən bu istiqamət üzrə 67 reys yerinə yetirilib və 15 236 sərnişin daşınıb.

◼️Görüş zamanı tərəflər arasında yeni istiqamətlərin açılması, ortaq təşəbbüslərin irəli sürülməsi və regional inteqrasiya imkanlarının nəzərdən keçirilməsi barədə fikir mübadiləsi aparılıb.
👍5
⚡️Azərbaycan bu həftə Türkiyə - İsrail danışıqlarına ev sahibliyi edib

Bu barədə "Jerusalem Post" məlumat yayıb.

Tərəflər Suriyada koordinasiya mexanizmi ilə bağlı danışıqlar aparıblar.
👍8👎2
Media is too big
VIEW IN TELEGRAM
❗️24.11.2006-cı il ANS tv-nin bağlanma anı❗️
👍6
Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Qəza səbəbindən həm mərkəz, həm də metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat sıxlığı yaranıb.
👍51
AB ABŞ-yə qarşı tarifləri 90 gün müddətinə dayandırır.
🤣5👍1
Livanda erməni əsilli rəssam Raffi Tutukyan döyülüb.
👍26🤣5
Rusiya ordusu Sum vilayətinin Juravka yaşayış məntəqəsini ələ keçirib.
👍12🤮1
🇺🇸🇺🇦 Ukrayna nümayəndə heyəti ABŞ-a səfər edəcək.

Nümayəndə heyətinə Baş nazirin müavini Sviridenko rəhbərlik edəcək.

Səfərin məqsədi nadir torpaq mineralları üzrə sazişlə əlaqədardır.

11-12 aprel tarixlərində texniki danışıqlar baş tutacaq.
👍4
Ərdoğan PKK lideri ilə görüşən heyəti qəbul etdi
🤬11👍6
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❗️Moskvada gənc oğlan OMON əməkdaşının qarşısında təsadüfən kokain paketini yerə salıb

Mosvka sakini yoxlanış vaxtı sənədlərini çıxaranda cibindən narkotik maddə – kokain olan paket təsadüfən yerə düşüb. Hadisə şəhər küçələrinin birində, Rusiya Qvardiyasının OMON əməkdaşının yanında baş verib. Qanunsuz maddəni görən hüquq-mühafizə orqanı əməkdaşı dərhal vətəndaşı saxlayıb.

Araşdırma zamanı sellofan paketdə 0,22 qram kokain olduğu müəyyən edilib.

Hadisə sosial şəbəkələrdə “uğursuz gün” kimi şərh olunub.
😁15👍6
⚡️İsrail rəsmisi: Suriyada xarici qüvvələrin yerləşdirilməsi ilə bağlı istənilən dəyişikliyin “qırmızı xətt” olduğunu Azərbaycanda Türkiyə tərəfinə açıqladıq.
🤡42👍1
🇦🇿 "Xəzri-2025" birgə taktiki təliminin planlaşdırma konfransı keçirilib

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Qazaxıstan Respublikası Müdafiə Nazirliyi arasında imzalanmış birgə fəaliyyət planına əsasən, hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə cari ildə keçiriləcək "Xəzri-2025" birgə taktiki təliminin planlaşdırma konfransı olub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Tədbirdə Qazaxıstan Respublikasının Dəniz Qüvvələri Baş Komandanının birinci müavini - Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi 1-ci dərəcəli kapitan Kanat Niyazbəyov və Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanının birinci müavini - qərargah rəisi 1-ci dərəcəli kapitan Teymur Mürşüdovun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər.
👍61