📍 Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadiqi Zəngilanda birgə infrastruktur layihələrinə baxış keçiriblər.
❤🔥11👍6🤮4
Jurnalist Anar Həsənova yeni vəzifə verilib.
Axar.az Oxu.az-a istinadla xəbər verir ki, o, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin böyük məsləhətçisi təyin olunub.
Qeyd edək ki, Anar Həsənov bir sıra telekanallarda (AzTV, ANS, Lider TV və "Real" TV) çalışıb.

👎4❤1😱1
Dövlət Miqrasiya Xidmətinin mətbuat katibi Natəvan Bayramova tutduğu vəzifədən gedib.
Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, o, işdən azad olunması ilə ilə bağlı ərizəsini Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynova təqdim edib.
Qeyd edək ki, Natəvan Bayramova bu vəzifəyə 2023-cü ilin fevralında təyin edilmişdi.

👍6
📢 Konstitusiya Məhkəməsinin hakimi Rafael Qvaladze təqaüdə yola salınıb
Təqaüdə yola salınmasına səbəb Rafael Qvaladzenin son yaş həddinə çatması ilə bağlıdır.
Xatırladaq ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Rafael Qvaladzeni “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

👍8❤1🎉1
❗️Bakının Yasamal rayonunda qaz xətti zədələndiyindən, qazın təchizatında təcili dayanma olub
Yasamal rayonu, Qanlı Göl ətrafında zədələnmiş qaz xəttinin təmir olunması məqsədi ilə aprelin 10-da saat 10:25-dən etibarən qaz təchizatı dayandırılıb. Təmir-bərpa işləri aparılır.
Yeni Yasamal yaşayış massivinin, 2-ci Alatava qəsəbəsinin bir hissəsinin, MİDA yaşayış kompleksinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

👍4❤1
Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var.
👍7✍1
⚡Ermənistanda aprelin 15-dən iyulun 15-dək ehtiyatda olan hərbçilərin təlimləri keçiriləcək.
😡13😁3✍1👍1
Ukrayna münaqişəsinin nizamlanması məsələsinə dair Ukrayna və ABŞ nümayəndələrinin növbəti görüşü gələn həftə baş tuta bilər.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski jurnalistlərlə görüşündə deyib.
“Düşünürük ki, amerikalılarla görüşümüz gələn həftə ola bilər”, - o bildirib.

👍7❤1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
"Ərimə xəyanət etmişəm" dedi, araşdırma aparıldı
👎36🤮8😡2👍1
Azərbaycan Mərkəzi Bankı kiberdələduzluqla bağlı nəzarətin gücləndirilməsi üçün banklara göstəriş verib.
Qeyd edək ki, son 3 gündə vətəndaşların 194 min manatı bank kartlarından oğurlanıb.

👍8🙏2❤1
Ermənistan Omanın paytaxtı Maskatda səfirlik açacaq.
Axar.az xəbər verir ki, məlumatı Ermənistan mediası yayıb.
Məlumata görə, müvafiq qərar 10 aprel tarixində Ermənistan hökumətinin iclasında qəbul edilib.
“Son illərdə Ermənistan və Oman arasında dostluq münasibətləri fəallaşıb. Ticarət, yükdaşıma, hava nəqliyyatı, informasiya texnologiyaları, təhsil, elm, mədəniyyət və turizm sahələrində əməkdaşlıq potensialı mövcuddur”, - məlumatda bildirilib.

👎17👍3🤮2
Bakının Qaradağ rayonu, Ələt qəsəbəsində və Abşeron rayonu, Fatmayı kəndində hərbi sursatlar aşkar edilib.
⚡6
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 6-8° isti, gündüz 10-13° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam əksər rayonlarda yağıntıda fasilə olacaq. Gecə və səhər arabir duman. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 7-10° isti, gündüz 11-15° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-7° isti olacaq.