Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.2K subscribers
35.5K photos
20.8K videos
7 files
32.4K links
Download Telegram
❗️Məhkəmədən Lənkəranda Xəzərə tullantı su axıdan qurumun 12 500 manat cərimələnməsi istənilib

Lənkəran şəhəri ərazisindən tullantı sularının Xəzər dənizinə axıdılması ilə bağlı daxil olmuş şikayət 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər, Xəzər Kompleks Ekoloji Monitorinq idarələrinin və Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.
👍61
This media is not supported in your browser
VIEW IN TELEGRAM
PSG – “Aston Villa” matçından öncə azarkeşlər arasında insident yaşanıb
9🤡2👍1👀1
⚡️ Bu gün saat 18:00 radələrində Sumqayıtda 6 nəfəri it dişləyib.

🚑 Onlar xəstəxanaya çatdırılıb.

💉 Bir nəfərə
müvafiq peyvənd vurulub, o, ambulator müalicə üçün evə buraxılıb.

Uşaq Xəstəxanasına yerləşdirilən 5 nəfərin hər birinə zəruri tibbi yardımlar göstərilib.

Onlardan dördü evə buraxılıb, başından dişlənmiş-didilmiş yara alan bir uşaq isə Uşaq Xəstəxanasının Cərrahiyyə şöbəsindədir, hazırda vəziyyəti orta ağırdır.
🙏12👍5
Azərbaycan Ordusunun mövqeləri Gorus istiqamətindən atəşə tutulub

Aprelin 9-u saat 19:25-dən 19:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xəznəvar və Xanazax yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
😭11👍5🤬4🙏4
⚡️Tramp bildirib ki, ABŞ Çin mallarına rüsumları 125 faizə qaldıracaq
8🤡6👍41
🥈Azərbaycanı 92 kq çəki dərəcəsində təmsil edən Osman Nurmaqomedov Avropa çempionatının gümüş medalını qazanıb. O, finalda yunanıstanlı Dauren Kuruqliyevə 5:4 hesabı ilə məğlub olub.
11👍3👀1
Son vaxtlar ictimaiyyət arasında, xüsusən də sosial şəbəkələrdə, eləcə də xəbər saytlarında Ermənistanın Azərbaycan vətəndaşları ilə bağlı axtarışları geri götürməsi haqda müzakirələr gedir.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.

“Ermənistan ilə Azərbaycan arasında hələ 2007-ci ildə əldə edilmiş razılaşmaya əsasən, tərəflər qarşılıqlılıq prinsipi əsasında MDB-yə üzv dövlətlərin ərazisində hər iki ölkənin vətəndaşlarına qarşı elan edilmiş dövlətlərarası axtarışları dayandırmaq barədə razılığa gəliblər.

Qeyd olunan razılaşma və tərəflərin 2007-ci ildən əldə edilmiş razılaşmanı pozmamasına əsaslanaraq, 2024-cü ildə tərəflər qarşılıqlılıq prinsipi əsasında MDB-yə üzv dövlətlərin ərazisində dövlətlərarası axtarışların dayandırılması öhdəliyini təsdiqləyiblər”, - qurumdan bildirilib.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan vətəndaşı, idmançı Kamil Zeynallı barəsində Ermənistan Baş Prokurorluğu tərəfindən elan edilmiş axtarışın dayandırılması barədə məlumat yayılmışdı. Qərar ermənilər arasında etirazlara səbəb olmuşdu.
👍7
Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb.

Bu gün 39 ailə (153 nəfər) Sarıcalı kəndinə köçürülür.
👍25❤‍🔥1
⚡️Qazaxıstan və Azərbaycan birgə hərbi dəniz təlimləri keçirəcək.
❤‍🔥26👍8
SON DƏQİQƏ

Azərbaycan Ordusunun mövqeləri Tovuzqala istiqamətindən atəşə tutulub

Aprelin 9-u saat 23:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Müsüskənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
😡19👍3
🚒🔥 Sabirabadda evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, rayonunun Bala Həşimxanlı kəndində ümumi sahəsi 160 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 5 nəfər yanıq xəsarəti alıb, 2 nəfər tüstüdən zəhərlənib. Bitişik talvar və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
👍3😢1
Türkiyənin Ankara əyalətinin Beypazar rayonunda daş kömür mədəninin çökməsi nəticəsində biri ağır olmaqla 13 nəfər xəsarət alıb
😢6🙏2👍1
❗️🇦🇿🛢 Azərbaycan neftinin qiyməti 65 dollardan da aşağı düşdü.

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,54$, ucuzlaşaraq 64,11$ təşkil edib.

Trampın yeni tarif siyasətindən sonra Azərbaycan nefti 14$-dək dəyər itirib.
👎15👍4😱2
DİN: Ötən gün vətəndaşların bank kartlarından kiber üsullarla 39504 manat və 595 dollar pul vəsaitləri oğurlanıb.
👎12🤬2
Vətəndaşların bank kartlarından 39504 manat və 595 dollar talayıblar — Diqqət!

Xarici müdaxilələrlə vətəndaşların aldadılaraq bank kartlarından müxtəlif kiber üsullarla talamalar davam edir. Bank kartları ilə əlaqəli xarici zənglər, mesajlar cavablamadan, saxta linklərə daxil olmadan bloklanmalıdır. Əks halda bank kartında olan pul vəsaitinizi talayacaqlar.

Aprelin 9-da ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla – 12850, 8211, 8210, 4466, 2000, 1200, 700, 300, 300, 261, 260, 260, 175, 143, 85, 83 manat və 595 dollar pul vəsaitləri bank kartlarından oğurlanıb.

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var.
👍3👎2