Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.2K subscribers
35.5K photos
20.8K videos
7 files
32.4K links
Download Telegram
Kulinariya sahəsi üzrə yeddi kitabın müəllifi, dünyaca məşhur aşpaz Con Qreqori-Smit Bakıda səfərdədir.
👍221
Anar Nazim oğlu Eminov Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilib.
👍5
Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiq edilib.
👍14
❗️Son günlər dünya bazarında neftin qiyməti aşağı düşsə də, bu, Azərbaycanın dövlət büdcəsinin icrasına ciddi risk yaratmır

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili əmtəə birjalarında "qara qızıl"ın ucuzlaşması ilə bağlı büdcəyə yenidən baxılması ehtimalına münasibət bildirərkən deyib.
👍7🤣3
🇦🇿 Ceyhun Bayramov Moldova Xarici İşlər Nazirliyinin dövlət katibini qəbul edib

Görüş zamanı Azərbaycan-Moldova əməkdaşlığının siyasi, iqtisadi, ticarət, enerji, humanitar aspektləri, münasibətlərin inkişaf perspektivləri, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
👍5
⚡️”Geri addım atılmazsa, Çin şirkətlərinin səhmlərini Amerikan birjalarından çıxarmağı müzakirə edirik.” - ABŞ maliyyə naziri Skot Bessent
Xalq artisti Emin Ağalarovun adından istifadə edərək süni intellekt texnologiyası vasitəsi ilə dələduzluq etməyə cəhd ediblər.

Kult.az Yenisabah.az-a istinadla xəbər verir ki, bu barədə sənətçi sosial media hesabında məlumat yayıb. Emin vurğulayıb ki, onun simasından və səsindən istifadə edərək insanlara müxtəlif vədlər verirlər. O, izləyicilərini bu tip videolara inanmamağa çağırıb:

"Dostlar ehtiyatlı olun, dələduzlar var. İnternetdə süni zəka ilə yaradılan video yayılıb. Yeri gəlmişkən, çox da yaxşı hazılanıb. Düzdür, səs o qədər də oxşamır, amma mimika və danışıq bənzəyir.

Orada deyir: "Sizə maliyə azadlığı təklif edirəm". Bu, mən deyiləm. Onlar dələduzlardır. Onlara qulaq asmayın. Heç bir platformada heç kimə gəlir vəd etmirəm. Bunlara inanmayın".
👍8
❗️Məhkəmədən Lənkəranda Xəzərə tullantı su axıdan qurumun 12 500 manat cərimələnməsi istənilib

Lənkəran şəhəri ərazisindən tullantı sularının Xəzər dənizinə axıdılması ilə bağlı daxil olmuş şikayət 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər, Xəzər Kompleks Ekoloji Monitorinq idarələrinin və Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.
👍61
This media is not supported in your browser
VIEW IN TELEGRAM
PSG – “Aston Villa” matçından öncə azarkeşlər arasında insident yaşanıb
9🤡2👍1👀1
⚡️ Bu gün saat 18:00 radələrində Sumqayıtda 6 nəfəri it dişləyib.

🚑 Onlar xəstəxanaya çatdırılıb.

💉 Bir nəfərə
müvafiq peyvənd vurulub, o, ambulator müalicə üçün evə buraxılıb.

Uşaq Xəstəxanasına yerləşdirilən 5 nəfərin hər birinə zəruri tibbi yardımlar göstərilib.

Onlardan dördü evə buraxılıb, başından dişlənmiş-didilmiş yara alan bir uşaq isə Uşaq Xəstəxanasının Cərrahiyyə şöbəsindədir, hazırda vəziyyəti orta ağırdır.
🙏12👍5
Azərbaycan Ordusunun mövqeləri Gorus istiqamətindən atəşə tutulub

Aprelin 9-u saat 19:25-dən 19:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xəznəvar və Xanazax yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
😭11👍5🤬4🙏4
⚡️Tramp bildirib ki, ABŞ Çin mallarına rüsumları 125 faizə qaldıracaq
8🤡6👍41
🥈Azərbaycanı 92 kq çəki dərəcəsində təmsil edən Osman Nurmaqomedov Avropa çempionatının gümüş medalını qazanıb. O, finalda yunanıstanlı Dauren Kuruqliyevə 5:4 hesabı ilə məğlub olub.
11👍3👀1
Son vaxtlar ictimaiyyət arasında, xüsusən də sosial şəbəkələrdə, eləcə də xəbər saytlarında Ermənistanın Azərbaycan vətəndaşları ilə bağlı axtarışları geri götürməsi haqda müzakirələr gedir.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.

“Ermənistan ilə Azərbaycan arasında hələ 2007-ci ildə əldə edilmiş razılaşmaya əsasən, tərəflər qarşılıqlılıq prinsipi əsasında MDB-yə üzv dövlətlərin ərazisində hər iki ölkənin vətəndaşlarına qarşı elan edilmiş dövlətlərarası axtarışları dayandırmaq barədə razılığa gəliblər.

Qeyd olunan razılaşma və tərəflərin 2007-ci ildən əldə edilmiş razılaşmanı pozmamasına əsaslanaraq, 2024-cü ildə tərəflər qarşılıqlılıq prinsipi əsasında MDB-yə üzv dövlətlərin ərazisində dövlətlərarası axtarışların dayandırılması öhdəliyini təsdiqləyiblər”, - qurumdan bildirilib.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan vətəndaşı, idmançı Kamil Zeynallı barəsində Ermənistan Baş Prokurorluğu tərəfindən elan edilmiş axtarışın dayandırılması barədə məlumat yayılmışdı. Qərar ermənilər arasında etirazlara səbəb olmuşdu.
👍7