Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.2K subscribers
35.5K photos
20.8K videos
7 files
32.4K links
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Myanmada zəlzələ anı: Buddanı qoyub qaçdılar
🤣25👍41🤮1🙏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Prezident İlham Əliyev rəsmi hesabında ADA Universitetində təşkil olunan "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumla (VII ADA Siyasi Forumu) bağlı paylaşım edib.
👍12
Caliber: “Aprelin 7-də Azərbaycanla Ermənistan arasında şərti sərhədin Qazax hissəsində iki insident qeydə alınıb.

1. Sərhədin cəmi 115 metrliyində Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu iriçaplı silahı Azərbaycan ərazisinə tuşlayıb. Atışma olmadı, lakin bu jest açıq şəkildə təxribat xarakteri daşıyırdı.

2. Həmin gün sərhəddən təxminən 6 km aralıda 12 ədəd D-30 haubitsasının yerləşdirilməsi qeydə alınıb. Silahlar Azərbaycandakı hədəflərə istiqamətlənib.

Bakı düşmənin hər bir hərəkətini qeydə alır və təhlil edir. Lazım gələrsə, cavab dəqiq və mütənasib olacaqdır.”
👍18
🇨🇳🇺🇸Çin ABŞ mallarına rüsumları 84%-ə qədər artırıb
👍29👏1🤡1
İranda türk dilinə rəsmi dövlət dili statusunun verilməsi tələbi ilə kampaniya başladılıb.

Axar.az xəbər verir ki, bu barədə mədəni fəallar məlumat yayıb.

Məlumata görə, bu tələblə başladılan imza kampaniyasına minlərlə şəxs qoşulub.

“Dəyərli dost, dil ədalətini gerçəkləşdirmə kampaniyası türk dilini İranın rəsmi dillərindən biri olaraq tanınması üçün çalışır. Buna görə də sizdən xahiş olunur ki, bu petisiyanı imzalamaqla bu qanuni və ədalətli tələbimizi dəstəkləyəsiniz. Sizin imzanız dil ayrı-seçkiliyini aradan qaldırmaq və mədəni haqlarımızı əldə etmək yolunda təsirli bir addımdır”, - müraciətdə bildirilib.
👍455❤‍🔥2
Kulinariya sahəsi üzrə yeddi kitabın müəllifi, dünyaca məşhur aşpaz Con Qreqori-Smit Bakıda səfərdədir.
👍221
Anar Nazim oğlu Eminov Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilib.
👍5
Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiq edilib.
👍14
❗️Son günlər dünya bazarında neftin qiyməti aşağı düşsə də, bu, Azərbaycanın dövlət büdcəsinin icrasına ciddi risk yaratmır

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili əmtəə birjalarında "qara qızıl"ın ucuzlaşması ilə bağlı büdcəyə yenidən baxılması ehtimalına münasibət bildirərkən deyib.
👍7🤣3
🇦🇿 Ceyhun Bayramov Moldova Xarici İşlər Nazirliyinin dövlət katibini qəbul edib

Görüş zamanı Azərbaycan-Moldova əməkdaşlığının siyasi, iqtisadi, ticarət, enerji, humanitar aspektləri, münasibətlərin inkişaf perspektivləri, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
👍5
⚡️”Geri addım atılmazsa, Çin şirkətlərinin səhmlərini Amerikan birjalarından çıxarmağı müzakirə edirik.” - ABŞ maliyyə naziri Skot Bessent
Xalq artisti Emin Ağalarovun adından istifadə edərək süni intellekt texnologiyası vasitəsi ilə dələduzluq etməyə cəhd ediblər.

Kult.az Yenisabah.az-a istinadla xəbər verir ki, bu barədə sənətçi sosial media hesabında məlumat yayıb. Emin vurğulayıb ki, onun simasından və səsindən istifadə edərək insanlara müxtəlif vədlər verirlər. O, izləyicilərini bu tip videolara inanmamağa çağırıb:

"Dostlar ehtiyatlı olun, dələduzlar var. İnternetdə süni zəka ilə yaradılan video yayılıb. Yeri gəlmişkən, çox da yaxşı hazılanıb. Düzdür, səs o qədər də oxşamır, amma mimika və danışıq bənzəyir.

Orada deyir: "Sizə maliyə azadlığı təklif edirəm". Bu, mən deyiləm. Onlar dələduzlardır. Onlara qulaq asmayın. Heç bir platformada heç kimə gəlir vəd etmirəm. Bunlara inanmayın".
👍8