Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.2K subscribers
35.5K photos
20.9K videos
7 files
32.4K links
Download Telegram
Yardımlıda azyaşlıya qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə faktı qeydə alınıb.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.

O bildirib ki, Yardımlı rayonunda 8-ci sinif şagirdinə qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən 4 nəfər həbs edilib.

Həmçinin azyaşlının anasına CM-nin 171-ci maddəsi ilə cinayət işi açılıb. Digər şübhəli şəxslərlə bağlı da istintaq işi aparılır:

"Azyaşlı reabilitasiyaya cəlb ediləcək, sığınacağa yerləşdiriləcək".

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran Regional Qrupundan faktı təsdiqləyiblər.
👍11
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
👍8
Media is too big
VIEW IN TELEGRAM
⚡️Ştaynmayerin rəsmi sosial media səhifəsində yerləşdirilmiş qondarma rejimin bayrağı ilə bağlı Almaniya tərəfi əvvəl üzr istəməkdən boyun qaçırıb.

Onlar "aramızda qalsın, bu bir səhvdir"-deyiblər. Lakin Azərbaycan tərəfi ictimai üzr tələb edib. Bundan sonra Almaniya tərəfi ictimai üzr istəyib.
👍26
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Çinin 6-cı nəsil gizli qırıcısı: quyruqsuz, 3 mühərrik
👍211🤮1
Bakıda və Abşeron yarımadasında aprelin 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhərdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağı, gecə və səhər bəzi yerlərdə arabir duman olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 9-11° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclü olacaq.

Havanın temperaturu gecə 8-11° isti, gündüz 15-19° isti, dağlarda gecə 4-9° isti, gündüz 9-14° isti olacaq.
👍2
ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff dəvət olunarsa, Tehrana səfər edə bilər.

Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti iki ABŞ hökumət rəsmisinə istinadla məlumat verib.

Bununla belə, mənbə bildirib ki, İran birbaşa danışıqlardan imtina edərsə, Uitkoff Omana da getməyəcək.
👍7
Bitki tərkibli yağı nehrə yağı adı altında satan istehsalçılar məsuliyyətə cəlb olunub
👍23❤‍🔥2
İran Prezidenti Məsud Pezeşkian Qərbi Azərbaycan valisi Rza Rəhmanini qəbul edib.
2
Bakıda güclü külək 12 ağacı aşırıb
🙏11