Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.2K subscribers
35.6K photos
20.9K videos
7 files
32.4K links
Download Telegram
Onlar (Ermənistan – red.) ümid edirdilər ki, ABŞ-da seçkilərdən sonra demokratların hakimiyyəti davam edəcək. Ancaq Trampın Prezident seçilməsi onları ciddi şəkildə məyus etdi.

Axar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib.

Dövlətimizin başçısı vurğulayıb ki, buna baxmayaraq, Ermənistanın siyasi istebleşmenti Azərbaycan mövzusunda olduqca səfərbər vəziyyətdədir. Sadəcə olaraq, burada müəyyən terminlər, müəyyən davranış və taktika fərqlidir. Mahiyyət dəyişmir və biz buna hazır olmalıyıq. Yəni, Ermənistanla sülh müqaviləsi imzalanmayana qədər normallaşma ilə bağlı hələ də yeni siyasi qarşıdurma təhlükəsi davam edəcək.
👍11
⚡️Ermənistan XİN: Bütün mina xəritələrini Azərbaycana vermişik. Bizdə daha dəqiq və daha yaxşı mina xəritəsi yoxdur.
😡12🤬2👍1
❗️Erməni hərbçi Azərbaycanla sərhəddə minaya düşdü
👍343👌3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
"Traktor"un qələbə oyunundan təbrizli qızlarımızın dəstəyi😍


Qeyd edək ki, Futbol üzrə İran çempionatının 25-ci turu çərçivəsində Güney Azərbaycan təmsilçisi “Traktor” növbəti qələbəsini qazanıb.
👍3912🤮7
Dominikan Respublikasında gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 98 nəfərə çatıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, 160 nəfər yaralanıb.

Qeyd edək ki, paytaxt Santo Dominqoda "Jet Set" gecə klubunun damı naməlum səbəbdən uçub.
2👍2
Yardımlıda azyaşlıya qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə faktı qeydə alınıb.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.

O bildirib ki, Yardımlı rayonunda 8-ci sinif şagirdinə qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən 4 nəfər həbs edilib.

Həmçinin azyaşlının anasına CM-nin 171-ci maddəsi ilə cinayət işi açılıb. Digər şübhəli şəxslərlə bağlı da istintaq işi aparılır:

"Azyaşlı reabilitasiyaya cəlb ediləcək, sığınacağa yerləşdiriləcək".

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran Regional Qrupundan faktı təsdiqləyiblər.
👍11
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
👍8
Media is too big
VIEW IN TELEGRAM
⚡️Ştaynmayerin rəsmi sosial media səhifəsində yerləşdirilmiş qondarma rejimin bayrağı ilə bağlı Almaniya tərəfi əvvəl üzr istəməkdən boyun qaçırıb.

Onlar "aramızda qalsın, bu bir səhvdir"-deyiblər. Lakin Azərbaycan tərəfi ictimai üzr tələb edib. Bundan sonra Almaniya tərəfi ictimai üzr istəyib.
👍26
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Çinin 6-cı nəsil gizli qırıcısı: quyruqsuz, 3 mühərrik
👍211🤮1
Bakıda və Abşeron yarımadasında aprelin 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhərdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağı, gecə və səhər bəzi yerlərdə arabir duman olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 9-11° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclü olacaq.

Havanın temperaturu gecə 8-11° isti, gündüz 15-19° isti, dağlarda gecə 4-9° isti, gündüz 9-14° isti olacaq.
👍2