Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.2K subscribers
35.6K photos
20.9K videos
7 files
32.4K links
Download Telegram
Bakıda və Abşeron yarımadasında eləcə də bəzi bölgələrdə aprelin 9-12-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
👍6
Sabah gözlənilən küləkli hava şəraiti meteohəssas insanlarda narahatlıq yaradacaq.

Bu barədə Axar.az-a a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, aprelin 9-da Abşeron yarımadasında atmosfer təzyiqinin güclənməsi fonunda xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
🙏4👍2
Şərqi Zəngəzuru İrandan keçməklə Naxçıvanla birləşdirəcək elektrik verilişi xətti tikiləcək.

Axar.az xəbər verir ki, bu barədə bu gün Baş nazirin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayev və İran İslam Respublikasının yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfindən həmsədri Fərzanə Sadeq arasında keçirilən geniş tərkibli görüşdə bildirilib.
Şərqi Zəngəzur iqtisadi rayonunu İran ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək elektrik verilişi xəttinin tikintisinin enerji təhlükəsizliyinin təmin olunmasına xidmət etməklə yanaşı, ölkələrimiz arasında elektroenergetika sahəsində əməkdaşlığın möhkəmlənməsinə də böyük töhfələr verəcəyinə əminlik ifadə olunub.
👍14
Tibbi könüllü batalyonu "Hospitalyerlər”in ekipaj komandiri Oleq Maqdiç cəbhədən qayıdarkən təmiz "İntersiti” qatarına palçıqlı hərbi çəkmələrlə mindiyi üçün "Ukrzaliznıtsia”dan üzr istəyib.
👍14🙏1
Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.
Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən bildirilib.
"Aprelin 8-i saat 19:20-dən 22:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub", – məlumatda qeyd olunub.

Bildirilib ki, ordunun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
🤬12👍2🔥1
Türkiyənin Gümüşhane şəhərinin Kelkit rayonunda 4,2 bal gücündə zəlzələ baş verib
Hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir 28 m/s-yə çatıb.

Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinindən məlumat verilib.
Bildirilib ki, müşahidə olunan güclü şimal-qərb küləyi günün ikinci yarısından qısa müddətə zəifləyəcək. Aprelin 10-da küləyin sürəti yenidən güclənərək gecə 15-20 m/s, gündüz saatlarından isə arabir 23-28 m/s-yə çatacaq.
👍3
Bu gün Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Hövsan qəsəbəsinin bir hissəsində 6 kV-luq hava xəttində təmir işləri aparılacaq.

“Azərişıq”dan Axar.az-a verilən məlumata görə, bununla əlaqədar saat 09:00-dan saat 16:00-dək qəsəbədə yerləşən Bağlar yaşayış massivində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
👍2
Prezident İlham Əliyev “Yeni dünya nizamına doğru" mövzusunda keçirilən beynəlxalq forumda çıxış edir - CANLI
👍8