Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.2K subscribers
35.6K photos
20.9K videos
7 files
32.5K links
Download Telegram
Bakıda və Abşeron yarımadasında aprelin 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 10-14° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % olacaq.

Azərbaycanın bəzi şimal və qərb rayonlarından başlayaraq fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 17-22° isti, dağlarda gecə 2-7° isti, gündüz 7-12° isti olacaq.
👍8
Media is too big
VIEW IN TELEGRAM
⚡️Sosial şəbəkələrdə şəhid ailəsi ilə bağlı yayılan məlumatlar şəhid atası tərəfindən təkzib edilib.
👍12🤡1
Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında smart televizorlar istehsal ediləcək.
👍211👏1
Azərbaycan və İsrail xarici işlər nazirləri görüşüb.
👍35🤮212🤯1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Məşhur model Dubayda kokteylə 70 min manat ödədi
👎31👍4🤮4
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
Prezident İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul edib.
Son dövrlərdə Azərbaycanın və İranın yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri intensiv xarakter daşıyır

Bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 8-də İranın yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqini qəbul edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, qarşılıqlı səfərlər iki ölkə arasında dostluğun möhkəmləndirilməsinə və ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinə yaxşı imkan yaradır.
👍132👎1
Rusiya ordusu Kursk vilayətinin Quevo yaşayış məntəqəsini azad edib.
👍9👎6👌2❤‍🔥1
Rusiya ilə İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Müqaviləni ratifikasiya edilib.
6👎1🤔1
İmtahan nəticələrinin yoxlanılmasına süni intellekt tətbiq ediləcək

İmtahan nəticələrinin yoxlanılmasına süni intellektin tətbiqi üzərində iş aparılır.

Bunu Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Aydın Qasımov jurnalistlərin suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, imtahan nəticələrinin yoxlanılmasına süni intellektin tətbiqi dünyada hələ təzədir və bu, zaman alan, araşdırılmalı prosesdir.
👍5🤮1
İstanbulda ABŞ-la keçiriləcək danışıqlarda Rusiya XİN nümayəndə heyəti ilə təmsil olunacaq.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Rusiya və ABŞ arasında yeni strateji hücum silahları müqaviləsinin (START) perspektivlərini şərh edən Peskov qeyd edib ki, indiki şəraitdə belə danışıqların başlanmasını təsəvvür etmək çətindir. Onun sözlərinə görə, strateji təhlükəsizlik və silahlara nəzarət məsələləri üzrə müzakirələrin başlanması faktının özü müəyyən səviyyədə ikitərəfli münasibətlər və qarşılıqlı etimad tələb edir.
👍4
⚡️Rəsmi Moskva: ABŞ İrana hücum etsə, Rusiyanın İrana hərbi yardım göstərmək öhdəliyi yoxdur.
👍16🤣10
Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası çərçivəsində Ermənistanın Tavuş vilayətindəki bəzi ərazilərdə minatəmizləmə işləri aparılacaq.

Axar.az Globalinfo.az-a istiandən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bu səbəbdən 8-10 aprel tarixlərində sərhəddəki bəzi bölgələrdə partlayış səsləri eşidiləcəyinə daxil xəbərdarlıq edilib. Nazirlik əhalini təşvişə düşməməyə çağırıb.
👍8
Ermənistan baş nazirinin müavini Mger Qriqoryan Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkonu qəbul edib.
👍6👌2
Bakıda qeyri-adi cinayət hadisəsi baş verib.

İki gözdən əlil kişi adam öldürüb.

Hadisə bir müddət əvvəl Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb.

İstintaqla müəyyən edilib ki, 43 yaşlı Qulu Abbasov mübahisə zəminində 41 yaşlı qonşusu Xanlar Əmirovu bir neçə bıçaq zərbəsi ilə qətlə yetirib.

İş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə araşdırılaca.
😱8👍2