Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.2K subscribers
35.6K photos
20.9K videos
7 files
32.5K links
Download Telegram
Aprelin 8-də yerli vaxtla saat 00:35-də Azərbaycan ərazisində baş verən zəlzələ Ermənistanda da hiss edilib.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin ərazi seysmik mühafizə xidmətinin seysmoloji şəbəkəsi məlumat yayıb.

Məlumata görə, episentrdə yeraltı təkanların gücü 4-5 bal təşkil edib. Zəlzələ Ermənistanın Göyçə vilayətində, həmçinin Sotk və Kut kəndlərində (2-3 bal) hiss olunub.
👍3🙏2
Emin Əmrullayev:

● Azərbaycanda bəzi elmi qurumların illik büdcəsi 1 milyon manat təşkil etsə də, həmin qurumlar il ərzində cəmi bir elmi məqalə dərc edirlər.

● Nəticədə, ölkə üzrə bir elmi məqalə ortalama 35 min manata başa gəlir.

● Hazırda Azərbaycanda 150-dən çox elmi müəssisə və təşkilat fəaliyyət göstərir.

● Onlardan 140-a yaxınının böyük əksəriyyətində effektiv elmi məhsul istehsalı müşahidə olunmur.
👍8😁2
Prezident İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul edib.
👍18👎2🤡1
Ruben Vardanyanın cinayət işi üzrə iclas davam etdirilir

Müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın cinayət işi məhkəmənin baxış iclası başlayıb.

Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə məhkəmə prosesi keçirilir.

Qeyd edək ki, ötən prosesdə iş üzrə 20-dən çox zərərçəkmiş şəxs ifadə verib.
👍1
⚡️Dərmanları qaçaqmalçılıqla ölkəyə gətirməkdə və rüşvət almaqla himayədarlıq etməkdə təqsirləndirilən şəxslər saxlanılıb.
👍12
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
Göyçayda yas mərasimində evin eyvanı uçub, xəsarət alanlar var Hadisə Vahidov Fərahim İsrafil oğluna məxsus evdə qeydə alınıb. Evdə yas mərasimi zamanı mərasimdə iştirak edən qadınların oturduğu evin 2-ci mərtəbəsinin eyvan uçub.
Göyçay rayonunda yas mərasimi zamanı evin eyvanı uçub, 8 nəfər xəsarət alıb

TƏBİB-dən bildirilib ki, aprelin 7-də saat 13:00 radələrində Göyçay rayonunun Qarayazı kəndində yas mərasimi zamanı eyvanın aşması nəticəsində xəsarət alan 8 nəfər Göyçay Rayon Mərkəzi Xəstəxanasının təcili yardım bölməsinə hospitalizasiya olunub.

Onlardan 1966, 1963, 1973, 1969, 1976, 1960 və 1962-ci il təvəllüdlü 7 nəfərə (qadın) ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Digər 1973-cü il təvəllüdlü qadın isə çoxsaylı sınıqlar və onurğa zədəsi diaqnozu ilə ixtisaslaşmış tibb müəssisəsinə hospitalizasiya olunub.
🙏4👍2
"Bəzi abituriyentlər sual kitabçalarına mobil nömrələrini və "hörmət edəcəm" yazır" - DİM

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlərlə iş şöbəsinin müdiri Aydın Qasımov deyib.

O qeyd edib ki, imtahanlarda yazılı cavab tələb edən tapşırıqlara bəzi abituriyentlər öz mobil nömrələrini və ya “hörmət edəcəm” qeydlərini yazır:

"Abituriyentlər belə yazaraq tapşırıqdan müsbət bal alacağını düşünür. Amma yoxlama zamanı əlbəttə ki, həmin tapşırıq üçün bal yazılmır”.
😁8
📢 Magistr imtahanları üçün ərizəsini təsdiqləyən bakalavr SAYI

🗓Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün bakalavrların ərizə qəbulu aprelin 1-dən başlanıb və 14 aprel saat 23:59-dək davam edəcək.

📣Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, 8 aprel saat 11:30-a olan məlumata əsasən, 5001 bakalavr ərizəsini təsdiq edib (Azərbaycan bölməsi - 4582; rus bölməsi - 419).
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🍸⚡️ Keçmiş model, sosial şəbəkədə bahalı həyat tərzi ilə məşhurlaşan Diana Əhədpur Dubayda hərraca qatılıb

O, dünyanın ən dəbdəbəli kokteylinə 37 500 avro (təxminən 70 012 manat) ödəyib.
👎9🤮8👍1🤬1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Tanınmış aktyor və "Bu şəhərdə" komandasının üzvü Rafael İsgəndərov məktəb illərinə dair maraqlı paylaşım edib.
👍4731🤡1
❗️Məmmədbağır Cavad oğlu Əliyev “Şərəf” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
👍6🤡1
Bakıda və Abşeron yarımadasında aprelin 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 10-14° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % olacaq.

Azərbaycanın bəzi şimal və qərb rayonlarından başlayaraq fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 17-22° isti, dağlarda gecə 2-7° isti, gündüz 7-12° isti olacaq.
👍8
Media is too big
VIEW IN TELEGRAM
⚡️Sosial şəbəkələrdə şəhid ailəsi ilə bağlı yayılan məlumatlar şəhid atası tərəfindən təkzib edilib.
👍12🤡1
Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında smart televizorlar istehsal ediləcək.
👍211👏1
Azərbaycan və İsrail xarici işlər nazirləri görüşüb.
👍35🤮212🤯1